Məhkəmə qərarları › İş №2-1(102)-2150/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2150/2019

19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2150/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Departamentinin cavabdeh X1 qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Departamentinin cavabdeh X1 qarşı borcun ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 18 aprel 2019-cu il tarixli 2-1(103)947/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 iyun 2019cu il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Tə sviri hissə: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi cavabdeh X1 qarşı cavabdehdən 787,5 manat məbləğdə vəsaitin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 10 fevral 2017-ci il tarixli iş № 2-1(81)-766/2017, (sədrlik edən hakim T.Əsədova) qərarı ilə iddianın təmin edilməsi, cavabdehdən 787,5 manat məbləğdə vəsaitin iddiaçının xeyrinə tutulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10 fevral2017-ci il tarixli qərarının ləğv edilməsini və iddianın qismən təmin ed ilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 18 aprel2019-cu il tarixli iş № 2-1(103)-947/18 qərardadı iləƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Departamenti ilə əvəz edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin18 aprel 2019-cu il tarixli iş № 2-1(103)-947/18 (hakimlər - V.Məmmədov sədrlik edən və məruzəçi, S.Seyidova və Vəkilov) qərardadı ilə birinci instansiya məhkəməsinin 10 fevral2017-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehdən 787,5 manat məbləğdə vəsaitin iddiaçının xeyrinə tutulması barədə qərarın qəbul edilməsinə dair iddianın mümkün sayılmaması, apelyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin ikinci hissəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.“Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanunun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prez identinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının 2.3-cü bəndində Qanunun 18-ci maddəsinin ikinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.Digər tərəfdən, “hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması” barədə vergi orqanı tərəfindən iddianın qaldırılması imkanı ilə bağlı bildirir ki, Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödən ilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək və 23.1.15-1 -ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (1-ci halda), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq (2-ci halda) vergi orqanının hüquqlarına aid edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və Vergi Məcəlləsinin 1.4cü maddəsinin tələblərinə əsasən o cümlədən məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqları üzrə borcların istər məhkəmə qaydasında istərsə də məhkəmədən kənar qaydada alınması ilə əlaqədar qanunvericilik vergi orqanlarına bir sıra hüquqlar vermişdir ki, qanunvericiliyin qüvvədə olan normalarından göründüyü kimi bu hüquqların həyata keçirilməsi hər hansı bir şərtlə şərtləndirilməmiş və yaxud vergi orqanına qanunvericiliklə verilmiş yuxarıda qeyd edilən hüquqlardan hər hansına riayət edildikdən sonra digər hüququndan istifadə edə bilməsi ilə şərtləndirilməmişdir.Həmçinin məhkəmə qeyd edilən maddələri Mülki Prosessual Məcəllənin 26.2.8-ci maddəsinin tələbi ilə əlaqəli nəzərdən keçirməmişdir.Qeyd edilən maddədə vergi orqanına hər hansı bir halla şərtlənməyən və məhdudlaş dırılmayan məhkəmədə iddia qaldırmaq barədə hüquqlar verilir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı apelyasiya instansiyası məhkəməsinin 18 aprel 2019-cu il tarixliqərardadının ləğv edib, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İ nzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Ali Məhkəmənin İnzibati-İ qtisadi Kollegiyası iş materiallarını araşdıraraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə iş materiallarına uyğundur. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 18 aprel 2019-cu il tarixli, 21(103)-947/2019 saylı qərardadla birinci instansiya məhkəməsinin 10 fevral2017-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehdən 787,5 manat məbləğdə vəsaitin iddiaçının xeyrinə tutulması barədə qərarın qəbul edilməsinə dair iddianın mümkün sayılmaması, apelyasiya şikayətinin qismən təmin edilməsi qənaətinə gələrkən Vergi Məcəlləsinin 1.4, 23.1.15-1, 23.1.7, 90.1, 90.2-ci maddələrinə “İnzibati icraat haqqında” Qanunun 64.1, 64.2, 81.1-5-ci maddələrinə, İnzibati Prosessu al Məcəllənin 35.1-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmamışdır, apelyasiya şikayəti qərarın ləğvinə əsas verir. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya m üəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə əsasən vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə bor cların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Qeyd edilən normadan göründüyü kimi, vergi orqanının Vergi Məcəlləsinin 65-ci maddəsində təsbit olunan sərəncamı icra (ödəniş) sənədi olmaqla, “İnzibati icraat haqqında” Qanunun 2.0.2, 2.0.11, 64 və 81-ci maddələri anlamında icrası məcburi olan, barəsində çıxarılmış şəxsin hüquqi vəziyyətində neqativ dəyişikliklər yaradan, onun hüquqlarını məhdudlaşdıran əlverişsiz (yükləyici) inzibati aktdır, sərəncamın icrası banklar üçün də məcburi olduğu üçün vergi ödəyicilərinin hesablarından borcların dövlət büdcəsinə alınması üçün, əlavə olaraq hər hansı məhkəmə qərarına ehtiyac duyulmadan, kredit təşkilatlarına təqdim edilməsi kifayətdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “İnzibati icraat haqqında” AR Qanununun 82-ci maddəsinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Qeyd olunan normanın mübahisəyə tətbiqi göstərir ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında» AR Qanununu öz fəaliyyətində rəhbər tutmalı olan inzibati orqan kimi iddiaçı da sözügedən qanunvericilik aktının tələblərinə əməl etməklə, öz hüquq və vəzifələrinin həyata keçirilməsində ən səmərəli, qənaətli və effektiv imkanlardan istifadə etməlidi r. Bu mənada, hazırkı iddia ilə tələb olunan borc məbləğinin tutulması barədə inzibati akt (qərar) qəbul edərək, iddiaçı onun icraya yönəldilməsini və icrasını təmin etməli idi. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Sosial sığorta haqqında” AR Qanununu 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra - VM) vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə görə isə, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və i şsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin “Vergi orqanlarının hüquqları” adlanan 23-cü maddəsinin 23.1.15-1-ci bəndinə əsasən həqiqətən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Vergi Məcəlləs inin 23.1.15-1ci maddəsi ümumi qaydada vergi orqanlarının vergilər (eləcə də, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı) üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu təsbit edir, bu hüququnun realizə imkan və qaydaları isə Vergi Məcəlləsinin 89 və 90-cı maddələri ilə tənzimlənir. Vergi Məcəlləsinin 90-cı maddəsinə görə, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi icra məmuru tərəfindən təmin edilir. Belə olan halda, iddiaçı yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə iddia ilə məhkəməyə müraciət edə bilərdi. Bütün yuxarıda göstərilənlərə əs asən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Departamentinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2019-cu il tarixli 21(103)-947/19 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar