Məhkəmə qərarları › İş №2-1(102)-2150/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2150/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2150/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi; dəniz neftçiləri: çilingər, motorçu, mexanik) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1, Cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərt lərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 avqust tarixli 2-1(103)-998/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1966-ci il tarixdə doğulmuş, xx.xx.1985-ci il tarixdən xx xxx 1987-ci il tarixədək hərbi xidmətdə olmuş, 1983-cü ildən 1990-cı ilədək ali təhsil almış, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək “x” X2 (ÜQQ) qurğuya xidmət üzrə çilingər, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək “x” ÜQQ-da DYMS üzrə mexanik, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək “x-5” YDÜQQ-da DYMS üzrə mexanik, xx.xx.1994-cü ildən xx.x x.1997-ci ilədək “x5” YDÜQQ-da motorçu, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək “x-5” YDÜQQ-da DYMS üzrə mexanik, xx.xx.1998-ci ildən xx.xx.2001-ci il tarixədək “Neft və Qaz üçün İstismar və Kəşfiyyat-Qazma Quyularının qazmaçıları, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Qazma qurğularının motorçuları, xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırlmasında məşğul olan mexaniklər və böyük mexaniklər peşəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər” vəzifələrində işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasın ı xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 26 avqust tarixli cavab məktubunda bildirmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məsələsinə sənədlərin əsilləri tam şəkildə təqdim edildikdən sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2019-cu il 20 dekabr tarixdə saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu xx xxxxxxx 2018-ci il tarixindən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.19 85-ci il tarixdən xx xxx 1987ci il tarixədək hərbi xidmətdə olmuş, 1983-cü ildən 1990-cı ilədək ali təhsil almış, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək “x” YDÜQQ qurğuya 4-cü dərəcəli xidmət üzrə çilingər, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək “x” YDÜQQ qurğuya DYMS mexanik, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək “x-5” YDÜQQ qurğuya DYMS mexanik, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək “x-5” YDÜQQ qurğuya 4-cü dərəcəli motorçu, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək “x-5” YDÜQQ qurğuya DYMS mexanik, xx.xx.1998-ci ildən xx.xx.2001-ci il tarixədək “Neft və Qaz üçün İstismar və KəşfiyyatQazma Quyularının qazmaçıları, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Qazma qurğularının motorçuları, xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək quyuların qazılması üzrə iste hsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırlmasında məşğul olan Mexaniklər və Böyük Mexaniklər peşəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər vəzifələrində işləmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumilikdə 20 ildən çox ümumi, 10 ildən çox xüsusi iş stajı vardır.

6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edilərək bildirmişdir ki, cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağı bildirilmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən iddiaçının müraciətinə ver ilən cavab imtina kimi qəbul edilə bilməz. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)5095/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixədək qanunla tələb edilən ümumilikdə 20 ildən çox ümumi, 10 ildən çox xüsusi iş stajına malikdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 2020-ci il 27 avqust tarixli 2-1(103)-998/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. İddiaçı cavabdehə lazımi qaydada müraciət edib imtina cavabı almadan məhkəməyə müraciət etmişdir.

14. İddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Qanun ilə tələb olunan 10 il güzəştli iş stajını 9.8-ci maddənin tələblərinə müvafiq olaraq xx.xx.2006 -cı il tarixinədək toplamış olması iş materialları ilə öz təsdiqini tapmır.

15. Məhkəmə iddiaçının işləmiş olduğu çilingər peşəsini 1100000a-18496 koduna uyğun hesab edib. Məlum olduğu kimi, həm birinci, həm ikinci siyahıda onlarla çilingər peşəsi var. Məhkəmə müvafiq sənədlər olmadan iddiaçının məhz dəniz buruqları özüllərinin və estakadaların quraşdırılması və təmiri üzrə çilingər olduğunu müəyyən edə bilməzdi.

16. İddiaçının işləmiş olduğu qazma qurğularının motorçuları peşəsi həm birinci, həm ikinci siyahıda olduğu halda, məhkəmə güzəştli arayış olmadan iddiaçının məhz birinci siyahıdakı peşədə işləmiş olduğunu müəyyən edə bilməzdi.

17. Məhkəmə İddiaçının işləmiş olduğu quyuların qazılması üzrə mexanik peşəsini 1100000b-23485 koduna uyğun hesab etmişdir. Halbuki, heç də bütün quyuların qazılması üzrə mexaniklər həmin koda uyğun gəlmir. Həmin koda uyğun gəlməsi üçün iddiaçı quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexanik olmalı idi. İddiaçının isə həmin fəaliyyət ilə məşğul olmuş olması iş materialları ilə öz təsdiqini tapmır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

19. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qa nun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər — 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;...

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayə tdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş dir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

26. Şikayətin əsas dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı cavabdehə lazımi qaydada müraciət edib imtina cavabı almamışdır. Eyni dəlilləri cavabdeh apellyasiya şikayətində də qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı bildi rmişdir ki, pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, ona aid sənədlərin əsillərinə cavabdehin əməkdaşı tərəfindən baxış keçirilmiş, pensiya təyin ediləcəyi ilə bağlı əlavə olaraq dəvət ediləcəyi bildirilmişdir. Lakin, bir müddət sonra o, həqiqəti əks etdirməyən məzmunda cavabdehin məktubunu almış, bunu imtina kimi qəbul edərək məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı da Kollegiyanın tövsiyəsini nəzərə alaraq yenidən sənədlərin əsilləri ilə cavabdeh orqana müraciət etmiş, lakin onun sənədlərini qəbul etməkdən imtina edilmiş, cavabdehin əməkdaşı sənədləri idarənin poçtuna atmağı məsləhət vermiş, lakin sənədlərin itiriləcəyindən ehtiyatlanaraq bunu etməmişdir. İddiaçı iddia ərizəsinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi zamanı tələb ediləcək bütün sənədlərin təsdiq olunmuş surətlərini əlavə etmişdir.

27. Beləliklə, iddianın mümkünsüzlüyünə dair cavabdehin dəlilləri ilə razılaşmamaqda apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

28. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Qanun ilə tələb olunan 10 il güzəştli iş stajını 9.8-ci maddənin tələblərinə müvafiq olaraq xx.xx.2006-cı il tarixinədək toplamış olması iş materialları ilə öz təsdiqini tapmır.

29. Şikayətin həmin dəlili də əsaslı deyil.

30. İddiaçının hərbi xidmət və ali təhsil müddəti də nəzərə alınmaqla x xxxxxx 2006-cı il tarixədək 20 il ümumi staja malik olduğu mübahisəsizdir.

31. İddiaçının əmək kitabçasının və onun işlədiyi müəssisələr tərəfindən təqdim olunan arayışların məlumatlarından göründüyü kimi, o, xx xxxxxx 1990-cı il tarixdən xx xxxxxxxx 1991-ci il tarixinədək “x” üzən dəniz qazma qurğusunda buruqlara xidmət üzrə çilingər (1 nömrəli Siyahı üzrə kod: 1100000a-18497) vəzifəsində, xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxxxx 1994-cü il tarixinədək həmin qurğuda quyuların qazılması üzrə mexanik (1 nömrəli Siyahı üzrə kod:1100000b-23485) vəzifəsində, xx xxxxxx 1994-cü il tarixdən xx xxxx 1997-ci il tarixinədək “Şelf-5” və “x-5” qurğularında qazma qurğusunun motorçusu (1 nömrəli Siyahı üzrə kod: 1100000a-14713) vəzifəsində, xx xxxx 1997-ci il tarixdən xx xxxxxxxx 1998-ci il tarixinədək həmin qurğuda quyuların qazılması üzrə mexanik (1 nömrəli Siyahı üzrə kod: 1100000b-23485) vəzifəsində, xx xxxxxxxx 2001-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixinədək x Qazma Şirkətində “İstiqlal” qurğusunda motorçu (1 nömrəli Siyahı üzrə kod:1100000b-14713) vəzifəsində, xx xxxxxx 2004-cü il tarixdən x xxxxxx 2006-cı ilədək həmin qurğuda quyuların qazılması üzrə mexanik (1 nömrəli Siyahı üzrə kod: 1100000b-23485) vəzifəsində işləmişdir.

32. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

33. İddiaçının əmək kitabçasındakı məlumatlar məhkəmələr tərəfindən icraat zamanı tədqiq olunm uşdur, onların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

34. Beləliklə, şikayətin təmin olunması üçün əsaslar yoxdur.

35. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçının şəxsiyyət vəsiqəsinin məlumatlarına görə o, xx xxxxxx 1966-cı ildə doğulduğundan və onun 52 yaşı xx xxxxxx 2018-ci il tarixdə tamam olduğundan, əmək pensiyası xx xxxxxx 2018ci il tarixdən təyin edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 avqust tarixli 21(103)-998/2020 nömrəli qərarı dəyişdirilir. Cavabdehin üzərinə iddiaçıya 52 yaşdan, yəni xx xxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Kassasiya şikayəti təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar