Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2150/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təminat xərcliyinin tərtib edilməsi zamanı nəzərə alınan vəzifə maaşı və əlavələr Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) “yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2-1(103)-1552/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 21.11.2015-ci il tarixli, 23159ş/h001-15 saylı əmrinə əsasən, polis polkovnik-leytenantı İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi, “istefada olan polis polkovnik-leytenantı” sayılmaqla 23 noyabr 2015-ci il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135- ci maddəsinin 5-ci bəndinə - xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edilmişdir. 20 noyabr 2015-ci il tarixə xidmət müddəti təqvim hesablaması ilə 35 il 3 ay 14 gün, imtiyazlı hesablama ilə 36 il 02 ay 16 gün təşkil etmişdir.
2. İddiaçı 13.02.2013-ci il tarixdən 23.11.2015-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə yanaşı, həmin şöbənin rəisi vəzifəsini icra etmişdir.
3. İddiaçı xidmətdən xaric edildikdən sonra ona pensiya təyin edilməsi üçün məlumat vərəqi pensiya təyin edən orqana göndərilmişdir.
4. İddiaçı müvəqqəti vəzifənin icrasına görə aldığı əlavənin də nəzərə alınmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsini xahiş etsə də, cavabdeh 29.07.2019-cu il tarixli məktub la bundan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə yanaşı, həmin şöbənin rəisi vəzifəsini 3 ay ərzində müvəqqəti və sonrakı müddətdə, yəni pensiyaya çıxanadək olan dövrdə Akademiya rəhbərliyinin göstərişi əsasında icra etdiyi 2 il 9 ay (13.02.2013 – 23.11.2015-ci il) ərzində aldığı əmək haqqı məbləği nəzərə alınaraq yeni məlumat vərəqinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
6. İddianın əsaslarına görə, iddiaçı cavabdeh təşkilatın X2-tədqiqat və redaksiyanəşriyyat şöbəsində elmi katib vəzifəsindən polis polkovnik- leytenantı rütbəsi ilə 23.11.2015-ci il tarixdən “yaşa görə” daxili işlər orqanlarından xaric edilmiş, tərxis olunduğu tarixə xidmət müddəti təqvim hesablaması ilə 35 il 3 ay 14 gün, imtiyazlı hesablama ilə 36 il 1 ay 17 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 36 il 1 ay xidmət müddəti nəzərə alınmaqla ona pensiya təyinatı üçün tərtib edilmiş maliyyə vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş idarəsinə göndərilmişdir. Lakin həmin hesablama vərəqində iddiaçının cavabdeh təşkilatın X2-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində elmi katibi ilə yanaşı, həmin şöbənin rəisi kimi işlədiyi və 2 il 9 ay ərzində aldığı əmək haqqı qeyd edilməmişdir. Azərbaycan Respublikasının DİN-in Polis Akademiyası rəisinin 13.02.2013cü il tarixli Ə45-034-13 №-li əmri ilə iddiaçıya – Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin (ETRNŞ) elmi katibinə ETRNŞ-nin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq həvalə edilmiş və o, 21.11.2015-ci il tarixinədək (yəni son yaş həddinə görə pensiyaya çıxanadək) bu vəzifəni icra etmiş və 2 il 9 ay ərzində həmin vəzifənin maaşını almışdır. 13.02.2013-cü il tarixindən 13.05.2013-cü il tarixinədək ETRNŞ-nin rəisi vəzifəsini Pol is Akademiyasının Ə45-034-13 N-li əmrinə, 13.05.2013-cü il tarixindən 21.11.2015-ci il tarixinədək isə Akademiyanın rəhbərliyinin göstərişinə əsasən icra etmişdir. Akademiya rəhbərliyinin göstərişi faktiki olaraq iddiaçının tutduğu ETRNŞ-nin elmi katibinin funksional vəzifə borclarını həmin şöbənin vakant (boş) qalmış rəis vəzifəsinin funksional vəzifə borcları ilə birləşdirməklə bir əməkdaş kimi xidməti fəaliyyət funksiyalarının da genişləndirilməsinə əsas olmuşdur. Lakin DİN-in Baş Kadrlar İdarəsinin hesablama vərəqində iddiaçının tutduğu vəzifənin ETRNŞ-nin elmi katibi kimi göstərilməsi, öz növbəsində, DİN-in X1 plan şöbəsi tərəfindən tərtib edilmiş pul attestatında da əsas götürülmüşdür və son 2 il 9 ay ərzində işlədiyi şöbənin rəisi vəzifəsini də icra etdiyi qeyd edilməmişdir. Bu is ə əmək və pensiya təminatı hüququnun pozulması kimi səciyyələndirilməlidir. Əslində, DİN-in Polis Akademiyasında pul attestatında tutduğu vəzifə ETRNŞ-nin elmi katibi göstərilməklə yanaşı, həmçinin mötərizədə xüsusi olaraq qeyd olunmalıdır ki, “DİN-in Polis Akademiyasının 13.02.2013-cü il tarixli Ə45-034-13N2-N əmri və daha sonrakı göstərişinə əsasən əməkdaşın elmi katib vəzifəsi işlədiyi şöbənin rəisi vəzifəsi ilə birləşdirilərək genişləndirildiyi nəzərə alınmaqla”. Belə olduğu təqdirdə, pul attestatında son 2 il 9 ay ərzində faktiki aldığı maaş göstərilməli və ona əsasən pensiya təminatı hesablanmalıdır. X1 plan şöbəsi tərəfindən yenidən tərtib olunacaq pul attestatı DİN-in Maliyyə Plan İdarəsinə təqdim edilməlidir və bu idarə pul attestatını “Hərbi və xüsusi rütbəli dövlət qulluqçuları və güzəştli təminat verilən şəxslərin Mərkəzi”nə göndərməlidir, həmin Mərkəz pensiyasının düzgün şəkildə ödənilməsini həyata keçirməklə, pozulmuş pensiya hüququnu bərpa edə bilər. Bütün bunlarla əlaqədar dəfələrlə cavabdeh təşkilata ərizələrlə müraciət etmiş, lakin müraciətləri müsbət təmin edilməmiş və cavabdeh təşkilatın sonuncu imtina cavabını 09.09.2019-cu il tarixdə poçt vasitəsi ilə almışdır. 22.05.2019-cu il tarixdə yazdığı ərizəyə cavabında cavabdeh təşkilatın Polis Akademiyasının rəisi Nazim Əliyev vəzifə maaşının 25%-ni 03.06.2019-cu il tarixli 07 №-li pul attestatında qeyd edərək yenidən cavabdeh təşkilatın Maliyyə Plan İdarəsinə göndərmiş, lakin Maliyyə Plan İdarəsinin sonuncu imtina cavabında hətta 25% əlavə də qeyd edilməmişdir.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş, etirazda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5, 9.6, 22.4-cü maddələrinə istinad edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-431/2021 saylı 05 fevral 2021-ci il tarixli qərarı ilə (hakim: M.C.Qarayeva) iddia tələbi təmin edilmiş, iddiaçının xidmətdən buraxıldığı günə aldığı əmək haqqı nəzərə alınmaqla məlumat vərəqəsinin yenidən tərtib edilib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyi cavabehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xidmətdən tərxis olunması ilə əlaqədar pensiya təminatı məqsədilə “məlumat vərəqəsi” onun sonuncu aldığı əm ək haqqı nəzərə alınmaqla tərtib olunmalıdır. Odur ki, cavabdehin iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə deyil, həmin şöbənin rəisi vəzifəsini 3 ay ərzində müvəqqəti və sonrakı müddətdə, yəni pensiyaya çıxanadək dövrdə Akademiya rəhbərliyinin göstərişi əsasında icra etdiyi 2 il 9 ay (13.02.2013 – 23.11.2015-ci il) ərzində aldığı əmək haqqı əsası ilə məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsindən imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
10. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2-1(103)-1552/2021 nömrəli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və C.A.Yusifov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-431/2021 saylı 05 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xidmətdə olmanın son yaş həddinə çatdığına görə 23.11.2015-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə xidmətdən xaric edilmişdir. Həmin əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının sonuncu xidmət yeri üzrə vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2təd qiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İşə baxan apellyasiya instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin tələbini nəzərə almamışdır. Halbuki, həmin maddəyə əsasən, hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pu l kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi, sözügedən maddə “buraxıldığı günə aldıqları” ifadəsindən istifadə edir. İddiaçı şöbə rəisi vəzifəsini icra edərkən aldığı əmək haqqında məcburi sosial sığorta haqqı ödəmiş, lakin bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Beləliklə, iddiaçı barəsində tərtib edilən məlumat vərəqi onun faktiki aldığı əmək haqqı əsasında tərtib edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.5. təmina t xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün f aktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qəra rdadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
21. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 21.11.2015-ci il tarixli, 23159ş/h-001-15 saylı əmrinə əsasən, polis polkovnik-leytenantı İddiaçı Azərbaycan Respublikası DİN-in X2-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi, “istefada olan polis polkovnik-leytenantı” sayılmaqla 23 noyabr 2015-ci il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə - xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edilmişdir. 20 noyabr 2015-ci il tarixə xidmət müddəti təqvim hesablaması ilə 35 il 3 ay 14 gün, imtiyazlı hesablama ilə 36 il 02 ay 16 gün təşkil etmişdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
23. Hazırkı iş üzrə iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməs ində hüquqi marağı onun pensiyasının hesablanması zamanı vəzifə maaşının və digər əlavələrin düzgün göstərilməsi ilə bağlıdır. Belə ki, iddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi vəzifəsində işləməklə yanaşı, 13.02.2013-ci ildən 23.11.2015-ci il tarixədək həmin şöbənin müdiri vəzifəsini də icra etmişdir və bu səbəbdən, pensiya hesablanan zaman aldığı əmək haqqı məbləği nəzərə alınmalıdır.
24. Apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyinə görə, iddiaçının tutduğu son vəzifə elmi-katib vəzifəsi olduğundan, pensiya hesablanması zamanı bu vəzifənin pul təminatının əsas götürülməsi qanunauyğun olmuşdur.
25. Məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir k i, pensiya təminatı zamanı iddiaçının yalnız tutduğu vəzifənin əmək haqqısının nəzərə alınması, səlahiyyətlərini müvəqqəti icra etdiyi vəzifəyə görə ödənilən əlavə əmək haqqının (əgər ödənilibsə) nəzərə alınamaması iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
26. Belə ki, iddiaçıya pensiya hesablanması zamanı onun xidmətdən xaric edildiyi günə aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr və s. nəzərə alınmalıdır. Belə olan halda, iş üzrə araşdırılmalı məsələ iddiaçının xidmətdən xaric edildiyi gün hansı məbləğdə vəzifə maaşı və digər əlavələri alması halıdır. Başqa sözlə, iddiaçı xidmətdən xaric edildiyi gün almadığı vəzifə maaşını və digə r əlavələri pensiya hesablanmasında tələb edə bilməz. Eyni zamanda, iddiaçı müvəqqəti icra etdiyi vəzifələrə görə əmək haqqına əlavə alıbsa, həmin əlavələri pensiya hesablanması zamanı tələb edə bilər.
27. Beləliklə, apellyasiya instansiya məhkəməsinin iddiaçıya yalnız elmi-katib vəzifəsinə uyğun vəzifə maaşı və əlavələr əsasında məlumat vərəqəsinin tərtib edilməli olması barədə nəticəsi düzgün olmamışdır.
28. Bununla yanaşı qeyd edilməlidir ki, iş materiallarında iddiaçıya aid bir neçə pul attestatı vardır (iş v.9; 10 və 15). Həmin pul attestatları müxtəlif tarixlərdə tərtib olunmuş (10.11.2015; 23.12.2015; 04.06.2019) və həmin sənədlərdə iddiaçının vəzifə maaşının miqdarı fərqli göstərilmişdir, həmçinin aldığı əlavələrin həcmində də fərq vardır. Lakin işə baxan apellyasiya instansiya məh kəməsi bu ziddiyyətli hallara qiymət verməmişdir.
29. Belə olan halda, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi cavabdehə sorğu verməli, həmin sorğuda iddiaçıya ödənilən hazırkı pensiyanın təyini üçün göndərilmiş sonuncu məlumat vərəqi tələb edilməli, həmin məlumat vərəqi iddiaçının xidmətdən xaric edildiyi vaxt aldığı vəzifə maaşı (icra etdiyi şöbə müdiri vəzifəsinə uyğun aldığı əlavə aldığı halda, həmin əlavə də nəzərə alınmaqla) və digər əlavələrlə müqayisə edilməli, başqa sözlə, iddiaçının xidmətdən xaric edilərkən aldığı miqdarda aylıq vəzifə və vəzifə maaşından hesablanan əlavələr nəzərə alınmaqla məlumat vərəqəsinin tərtib edilməsi məsələsinə qiymət verilməlidir.
30. Lakin apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət vermədən qərar qəbul etməklə, İPM -nin 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipini pozmuşdur.
31. Belə olan halda, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
32. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 21(103)-1552/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.