Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2150/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: prokurorluq orqanının əməkdaşına pensiya təyin edilməsi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya Baş prokurorun müavini kimi 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2-1(103)818/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur.
2. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1993-cü il tarixədək prokurorluq orqanlarında işləmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək sabiq prokurorluq əməkdaşı kimi güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh 06 fevral 2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş 25 il və daha çox ümumi stajı olan, bu stajın isə 12 il 6 ayını (1 iyul 2017-ci il tarixindən sonra 17 il 6 ayını) prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ var idi. Prokurorluq orqanlarında xüsusi rütbəli vəzifələrdə qulluq illəri 12 il 6 aydan az olduğundan, həmçinin prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyindən, müraciətdə göstərilən 60 yaşın tamamlandığı tarixdən prokurorluq orqanlarının sabiq xüsusi rütbəli işçisi kimi yaşa görə əmək pensiya sının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 iyun 1979-cu ildən 22 sentyabr 1993-cü ilə kimi (14 il 3 ay 10 gün) Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Baş ədliyyə müşaviri olmuş, i şlədiyi müddətdə dəfələrlə mükafatlandırılmışdır. Ümumi iş stajı isə 35 ildən çoxdur. 24 dekabr 2015-ci il tarixdə onun 60 yaşı tamam olmuş və “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli (sonrakı əlavə və dəyişikliklər nəzərə alınmaqla) Qanuna əsasən sabiq prokurorluq əməkdaşı kimi onun güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmışdır. Həmin Qanunun 9.4 və 9.4.2-ci maddələrində göstərilmişdir ki, 25 il və daha çox ümumi stajı olan və bu stajın 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malikdirlər. 29 oktyabr 2023-cü il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir. Ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdeh qurum Qanunun 20.8.1 və 20.8.2-ci maddələrinə əsaslanaraq 15 il və daha yuxarı qulluq stajının olması halında pensiyaya çıxa biləcəyini bildirmişdir. Eyni zamanda prokurorluq orqanlarında iş stajını qanunsuz olaraq 9 il 6 ay 23 gün kimi hesablamışlar. xx.xx.2024-cü il tarixində yenidən cavabdeh quruma müraciət etmişdir. xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş 25 il və daha çox ümumi stajı olan, bu stajın isə 12 il 6 ayını (1 iyul 2017-ci il tarixindən sonra 17 il 6 ay) prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ var idi. Prokurorluq orqanlarında xüsusi rütb əli vəzifələrdə qulluq illəri 12 il 6 aydan az olduğundan, həmçinin prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyindən, müraciətində göstərdiyi 60 yaşının tamamlandığı tarixdən prokurorluq orqanlarının sabiq xüsusi rütbəli işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Göründüyü kimi, cavabdeh onun staj illərini düzgün hesablamamaqla yanaşı eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsini də cavab məktubunda düzgün əks etdirməmişdir. İddiaçıya münasibətdə Qanunun 12 il 6 ay iş stajı tələbi tam olaraq təmin edilir. 30 avqust 1979-cu ildən 29 fevral 1984-cü ilədək Baş Prokurorluqda arxiv müdiri işləmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 may 2011-ci il tarixli nömrəli arayışında n göründüyü kimi, arxiv müdiri vəzifəsi Baş Prokurorluğun strukturuna əsasən hazırda rütbəli vəzifədir. Onun Azərbaycan Respublikası Baş prokurorluğunda arxiv müdiri vəzifəsində işlədiyi 30 avqust 1979-29 fevral 1984-cü illər (4 il 8 ay 17 gün) də ona prokurorluqda qulluq stajı kimi hesablanaraq ona pensiya təyin olunarkən nəzərə alınmalıdır. İlk əmək fəaliyyətinə xx.xx.1972-ci il tarixində başlamışdır. Əmək kitabçamda olan iş yerləri və əmək stajı aşağıdakı kimidir: xx.xx.1972-xx.xx.1973 - 8 ay, xx.xx.1973xx.xx.1974 - 3 ay, xx.xx.1974-xx.xx.1976 - 2 il hərbi xidmət, xx.xx.1976-xx.xx.1979 - 2 il 8 ay 24 gün, xx.xx.1979-xx.xx.1993 - 14 il 3 ay 10 gün, xx.xx.2000-xx.xx.2023 - 3 il 13 gün, xx.xx.2006-xx.xx.2019 - 13 il 4 ay 25 gün. Göründüyü kimi, ümumilikdə 35 il 5 ay 25 gün tam əmək stajı m övcuddur. Bu əmək stajının 14 il 3 ay 10 günü Prokurorluq orqanlarına aiddir. Həmçinin 1977-ci il tarixindən 1983-cü il tarixinə kimi Kirov adına Azərbaycan Dövlət Universitetində axşam təhsili üzrə hüquqşünaslıq təhsili almışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq təhsil müddətinin əmək stajına daxil edilməsi ilə 40 ilə yaxın əmək stajı tamam olur. “Əmək pensiyaları haqqında” Qanunun 2010-cu il tarixli redaksiyasının 9.4 və 9.4.2-ci maddələrinə əsasən onun pensiya hüququ yaranmışdır. 2015-ci ildə 60 yaşı tamam olmuş, 25 ildən artıq əmək stajı olmuş və bu stajın 14 ildən çox hissəsi prokurorluq orqanlarına aiddir. Qanunun 9.4.2-ci maddəsində qeyd olunur ki, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını pr okurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, Qanun 25 il ümumi iş stajı olan və bu stajın 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin pensiya hüququnu tanıyır.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7600/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbi “iddiaçıya Baş Prokurorun müavini kimi 2015-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 03 sen tyabr 2024-cü il tarixli, 2-1(112)-7600/2024 saylı qərarı ilə (hakim X1) iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya prokurorluq orqanlarında qulluğa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə göstərilmiş əsaslar mövcud olmadığından iddia tələbi əsassızdır.
11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-818/2025 nömrəli iş üzrə 02 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X2 və X4) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 20 24-cü il tarixli, 2-1(112)-7600/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Prokurorluq haqqında” Qanununa istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
16. Belə ki, iddiaçı uzun illər prokurorluq orqanlarında arxivarius, arxiv müdiri vəzifələrində işləmişdir. Onun işlədiyi dövrlərdə arxiv müdiri vəzifəsi rütbəli vəzifə olmam ışdır. Lakin sonradan Baş Prokurorluğun strukturuna əsasən həmin vəzifə rütbəli vəzifə olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (10 mart 2017-ci il tarixədək olan redaksiya) Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş st ajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri 19. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Qanunda istifadə olunan anlayışlar Bu qanunda aşağıdakı anlayışlar istifadə olunmuşdur: prokuror - Azərbaycan Respublikasının baş prokuroru, bütün tabe prokurorlar, prokuror müavinləri, prokurorun böyük köməkçiləri, prokuror köməkçiləri, idarə, şöbə rəisləri, rəislərin müavinləri, idarə, şöbələrin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, prokurorları və prokuror-kriminalistləri; müstəntiq - xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük müstəntiqlər, müstəntiqlər, stajor müstəntiqlər; əməliyyatçı – Azərbaycan Respublikasının Baş prokuroru ya nında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları; prokurorluq işçiləri - prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları; prokurorluğun stajorları - prokurorluq orqanlarında ilk dəfə iş təcrübəsi keçən şəxslər. 20. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
20. Prokurorluq işçilərinin sosial müdafiəsi 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə
32. Prokurorluqda qulluq keçmənin yaş həddi 32.1 Prokurorluğa işə bir qayda olaraq 30 yaşınadək şəxslər qəbul olunurlar.... 32.4. Yaş həddi çatanadək prokuro rluqda azı 25 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər (xx.xx.2018-ci il tarixədək olan redaksiya).
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) d əyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habe lə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının mübahisə olunan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmala rını yetərli hesab edərək bildirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırki iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı prokurorluq işçisi kimi pensiya təyin edilməsinə nail olmaqdan ibarətdir. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbini qanunvericiliyə zidd hesab edərək təmin etməmişlər.
29. Apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verən iddiaçı hesab edir ki, məhkəmələr əsassız olaraq onun prokurorluq orqanlarında arxivarius və arxiv müdiri işlədiyi dövrləri xidmət illərinə daxil etməmişlər.
30. İddiaçının mövqeyini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, əvvəla “Prokurorluq haqqında” Qanunun 1-ci maddəsində prokurorluq işçilərinin dairəsi müəyyən edilmişdir. Qanunun tələbinə görə prokurorluq işçisi dedikdə, prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları başa düşülür.
31. Başqa sözlə prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorlarından başqa heç kim prokurorluq işçisi hesab edilmir.
32. İddiaçı prokurorluq orqanlarında arxivarius və arxiv müdiri işlədiyini və bu fəaliyyətində də prokurorluq işçisi kimi hesab edilməli olmasını bildirsə də, məhkəm ə kollegiyası onun mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, arxivarius və arxiv müdiri iddiaçının işlədiyi dövrdə prokurorluq orqanlarının xidmət və texniki heyətinə aid edilmişdir və “Prokurorluq haqqında” Qanunun müddəaları onlara şamil edilmir.
33. Eyni zamanda qeyd etmək lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsində isə prokurorluq orqanlarında qulluq etmiş yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə güzəştli şərtlərlə pensiya hüququnun mövcudluğu təsbit edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinin şərtləri ödənilmir. Yəni proku rorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün 10 mart 2017-ci il tarixədək qanunun qüvvədə olan redaksiyasına əsasən
1. Prokurorluq orqanlarında 25 il və daha çox ümumi iş stajı olmalı; 2. bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etməli; 3. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilməlidir.
35. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçının prokurorluq işçisi kimi qanunla stajı 12 il 6 aydan az, yəni təxminən 9 il 7 ay olmuşdur. Bundan əlavə iddiaçının prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, başqa əsasa görə xitam verilmişdir (mənbə: iddiaçıya məxsus əmək kitabçası cild 1, iş vər 59).
36. Beləliklə, yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçını n tələbi qanunvericiliyin müddəaları ilə uzlaşmadığından iddianın rədd edilməsi barədə məhkəmələrin gəlmiş olduğu nəticə qanuni və əsaslıdır.
37. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 21(103)- 818/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.