Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2151/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1, İddiaçı3, İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı pla n və ölçünün verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-560/2019 saylı 18 aprel 2019-cu il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 31 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı1, İddiaçı3, İddiaçı2 (bundan sonra - iddiaçılar) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs xxxx) məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi, faktiki torpaq sahəsinin paylı mülkiyyətlərində olan 0.0182 ha torpaq sahəsindən çox olduğu səbəbindən faktiki olaraq torpaq sahələrinin ölçüsünün dəqiqləşdirilərək plan və ölçü sənədində rəqəmlə düzgün göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-3750/2017 nömrəli iş üzrə 16.11.2017-ci il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia qismən təmin edilmiş, ünvan 2 ünvanda iddiaçıların paylı mülkiyyətlərində olan 0.0182 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçılar və cavabdeh ondan apelyasiya şikayətləri vermiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-636/2018 nömrəli iş üzrə 22.02.2018-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A.Y usifov, hakimlər: Ə.İ.Qasımov və A.B.Nuriyeva) apelyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizə ilə apelyasiya instansiya məhkəməsinə müraciət etmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-636/2018 nömrəli iş üzrə 10 may 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçıların ərizəsi təmin edilməmişdir. Məhkəmənin həmin qərardadından iddiaçılar tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1628/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.A.Dadaşov, hakimlər: A.S.Hüseynov və S.Ə.Hüseynova) Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-636/2018 nömrəli iş üzrə 10 may 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, cavabdeh 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə vəsatət və ərizə təqdim edərək, vəsatətlə eyni məhkəmənin 16.11.2017-ci il tarixli qərarının icrasının dayandırılmasını, ərizə ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-3750/2017 nömrəli iş üzrə 16.11.2018-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilmiş, 16.11.2017-ci il tarixliqərarın icrası dayandırılmış, həmin məhkəmənin 14.12.2018-ci il tarixli qərardadı ilə cavabdehin yeni açılmış hallar üzrə ərizəsi qismən təmin edilmiş, məhk əmənin 2-1(82)3750/2017 nömrəli iş üzrə 16.11.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. Həmin qərardadlarla razılaşmayan iddiaçılar onlardan apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-560/2019 nömrəli iş üzrə 12 fevral 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və İ.B.Əhmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.11.20178-ci il tarixli və 14.12.2018-ci il tarixli qərardadları dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra iddiaçılar qeyd olunan qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə hazırkı ərizə ilə apelyasiya məhkəməsinə müraciət etmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1( 103)560/2019 nömrəli iş üzrə 18 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və İ.B.Əhmədov) Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-560/2019 nömrəli iş üzrə 12 fevral 2019-cu il tarixli qərardadından iddiaçıların kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməmişdir. İddiaçılar kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-560/2019 nömrəli iş üzrə 18 aprel 2019-cu il tarixli qərardadının ləğv olunmasını, kassasiya instansiya məhkəməsində işə baxılması ilə əlaqədar prosesdə iştirak edilməsi, kassasiya instansiya məhkəməsində hüquqlarının müdafiə edilməsi və yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün vəkillə təmin olunmalarını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, apellyasiya məhkəməsi qanunsuz olaraq iddiaçıları dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin etməkdən imtina etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, məhkəmə icraatı iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşlar (İPM-nin 62.3cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahis ə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 2-ci hissəsinə görə, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikası İ PM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 14.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. (maddə 67.1) Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. (maddə 67.2) Adı çəkilən Məcəllənin 121.2-ci maddəsinə əsasən, bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabı na vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20.1ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Göründüyü kimi, qa nunvericilik dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsini hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə aid etmişdir. Lakin hazırki halda, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmamalarını əsaslandırmamış, bunu təsdiq edən sübutları ərizəyə əlavə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasından imtina edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulm amışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-560/2019 nömrəli, 18 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2151/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2151/2019
31.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver