Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2151/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi borcu hesablanması barədə qərarın ləğvi, kameral yoxlama giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında D övlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “qərarların qanunsuz olduğu üçün ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-75/2021 saylı,16 iyul 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 21.08.2018-ci il tarixli məktubunda Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 24.0.2, 37.3159.1, 159.5-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, aparılan araşdırma zamanı 01.12.2017 - 31.07.2018-ci illər ərzində 14.334.730,35 manat məbləğində zərgərlik məmulatlarının idxal olunduğu müəyyən edilmişdir. Müvafiq dövr üzrə idxal edilmiş zərgərlik məmulatlarına komisyon haqqı tətbiq edilməklə vergiyə cəlb edilən dövriyyənin 917.770 manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədləri (məlumatları) təqdim etməsi tələb olunmuş, qeyd olunan sənədlər məktubda göstərilən 5 gün ərzində təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən iddiaçının vergi öhdəliklərini yenidən hesablamaq hüququnun olması barədə iddiaçıya məlumat verilmişdir.
2. Cavabdehin “Vergilərin hesablanması barədə” 31.08.2018-ci il tarixli qərarının elektron çıxarışın dan müəyyən olunur ki, vergi orqanı tərəfindən 2018-ci ilin iyul ayı üzrə bəyannamə verilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 414.930,95 manat ƏDV hesablanmışdır.
3. Eyni zamanda cavabdehin “Vergilərin hesablanması barədə” 15.11.2018-ci il tarixli qərarının elektron çıxarışından müəyyən olunur ki, vergi orqanı tərəfindən 2018-ci ilin iyul ayı üzrə bəyannamə verilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 414.930,95 manat ƏDV hesablanmışdır. Qeyd olunan qərarın qəbul edilməsinə əsas yuxarıda adı çəkilən 21.08.2018-ci il tarixli uyğunsuzluq məktubunda göstərilənlər olmuşdur.
4. Cavabdehin “cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasına nəticələrinə dair” 14.09.2018-ci il tarixli aktına əsasən müəyyən olunur ki, vergi müfəttişi Elçin İsmayılov tərəfindən iddiaçının borclarının ödənilməsi ilə bağlı aparılan araşdırmanın nəticəsinə görə vergi ödəyicisinin aktın tərtib edilmə tarixinə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə 412.087,29 manat borcu, o cümlədən 2018-ci ilin iyul ayı üzrə 402.428,99 manat ƏDV borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 26 oktyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş tərəfindən qəbul edilmiş 31.08.2018-ci il tarixli **********638400 saylı və 15.11.2018-ci il tarixli **********849700 saylı “Vergilərin hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya (VÖEN: **********) “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 21.08.2018-ci il tarixli **********685200 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Müəssisə tərəfindən verilən heç bir izahat qəbul edilməyərək, 31.08.2018ci ildə 2018-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə 414.930,95 manat dəyərində analoji qaydada əlavə vergi məbləği hesablanmışdır. Hesablamanın səhv olması və müəssisənin fəaliyyət növünün “xidmət” olması ilə bağlı Vergilər Nazirliyinə şikayət və məktubların ünvanlanmasına baxmayaraq, heç bir müraciət dəqiq araşdırılmadan və iddiaçı tərəfin iştirakı olmadan cavabdeh tərəfindən 14.09.2018-ci il tarixdə “Cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticələrinə dair akt” hazırlanmış və Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə təqdim edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən iddiaçı barəsində Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, eyni zamanda əsassız hesablama səbəbindən bütün bank hesablarına sərəncam qoyulmuşdur. Vergi orqanı tərəfindən aparılmış əlavə hesablama əsassız və qanunsuz hesab edilməli, başlanılmış ********* nömrəli cinayət işinə xitam verilməli, bank hesabında və ƏDV depozit hesabındakı sərəncamlar geri götürülməli və gömrük orqanları tərəfindən fəaliyyətin axsadılmasının qarşısı alınmalıdır. Belə ki, vergi orqanı tərəfindən göndərilmiş 21.08.2018-ci il tarixli uyğunsuzluq məktubunda konkret kənarlaşma faktı göstərilməmiş, sadəcə olaraq müəssisənin adına idxal olan və bəyannamələrdə göstərilmiş dövriyyə barədə məlumatlar göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 159-cu və 161-ci maddələrinə əsasən vergitutma obyekti və vergi öhdəliyi yaradacaq heç bir hal baş verməmişdir. Vergi orqanı tərəfindən müəssisənin adına idxal olunmuş məlumatlar əsas gətirilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli Qərarı əsas götürülərək, xərclər (alınmış malların dəyəri) bilindiyi halda, 20 faiz rentabellik tətbiq edilməklə, gəlirlər hesablanmışdır. Lakin qeyd olunan qərarda nəzərdə tutulan rentabellik norması satış sənədləri olmadıqda və yalnız mənfəət vergisi bəyannaməsinə tətbiq edilə biləcəyi halda müəssisənin iyul ayı üzrə ƏDV bəyannaməsinə tətbiq edilmişdir. Qeyd olunan qərarın yalnız mə nfəət vergisinə tətbiq olunması ilə bağlı 25.10.2018-ci ildə Vergilər Nazirliyinə sorğu göndərilmişdir. Cavabdeh tərəfindən 14.09.2018-ci ildə “Cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticələrinə dair akt” hazırlanmasına baxmayaraq, həmin aktda hesablamanın əsaslı olması barədə heç bir müddəa qeyd olunmamışdır. Aktın bütün hissələri boş saxlanılmış və iddiaçı tərəfin iştirakı olmadan hazırlandığı üçün akta müəssisə tərəfindən imza da edilməmişdir. Aparılmış hesablama kameral yoxlama qaydasında deyil, analoji qaydada aparılmışdır. Vergi orqanları tərəfindən analoji hesablamanın aparılmasının özü də metodiki tövsiyə və ya qaydalarla nizamlanmaqdadır. Belə ki, bəyannamə vaxtında təqdim edilmədikdə, vergi borcları (və ya öhdəlik) strukturu 10 gün ərzində daxili olaraq, bəya nnamələr strukturuna məktub göndərməli və araşdırılması tələb olunmalıdır. Bu halda hesablama daha dəqiq və ən azı 30 gün sonra aparılmalı olur ki, bu da müəssisənin müraciətinə 30 gün ərzində baxılması üçün vaxt qazandırır. Hal-hazırda isə müəssisə barəsində cinayət işi başladığı üçün Vergilər Nazirliyinə göndərilmiş şikayətə 13.10.2018-ci il tarixdə məktubla cavab verilərək, cinayət işi başladığı üçün Nazirlik tərəfindən baxılmayacağı barədə məlumat verilmişdir. Vergi Məcəlləsinin 94-cü maddəsinə əsəsən vergi ödəyicisinin hesablamasının səhv olmasını vergi orqanı sübut etməlidir. Müəssisənin vergi yayındırması barədə isə heç bir sübut gətirilməmiş, hətta müəssisə tərəfindən görüşə dəvət olunma barədə məktuba da laqeyd yanaşılmışdır. Vergi Məcəlləsinin 3.10-cu maddəsinə əsasən vergi siste mi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməli olduğu halda, vergi orqanının əsassız hesablamaları müəssisənin bütün fəaliyyətini iflic vəziyyətə salmış və iflas həddinə çatdırmışdır.
7. Cavabdeh iddiaya qarşı etiraz verərək bildirmişdir ki, vergi ödəyicisinə 2018ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmədiyinə görə əlaqəli məlumatlar əsasında əlavə vergi məbləği hesablanmış və bu barədə 31.08.2018-ci il tarixli “Vergilərin hesablanması barədə” qərar qəbul edilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən həmin dövr üzrə 20.10.2018-ci il tarixli cari vergi bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannamə üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində 15.11.2018-ci il tarixli “Vergilərin hesablanması barədə” qərar qəbul edilmişdir. Cavabdeh vergi ödəyi cisi tərəfindən həmin qərardan məhkəməyə verilmiş şikayətlə razılaşmır və etirazını aşağıdakılarla əsaslandırır: Yoxlamanın mahiyyəti ilə əlaqədar - aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 01.12.2017 - 31.07.2018-ci illər ərzində 14334730,35 manat məbləğində zərgərlik məmulatlarının idxal olunduğu müəyyən edilmişdir. Müvafiq dövr üzrə idxal edilmiş zərgərlik məmulatlarına komisyon haqqı tətbiq edilməklə vergiyə cəlb edilən dövriyyənin 917.770 manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 21.08.2018-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tə ləb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən nəinki uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmış, ümumiyyətlə həmin dövr üzrə bəyannamə təqdim edilmədiyindən 2018-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 414930.95 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 31.08.2018-ci il tarixli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən həmin dövr üzrə cari bəyannamə təqdim edilmiş, lakin həmin dövr üzrə vergi ödəyicisinin fəaliyyətinin olmasına baxmayaraq bəyannamədə dövriyyə məbləği “0 manat” göstərilmişdir. Həmin bəyannamə üzrə aparılmış kameral vergi yoxlaması nə ticəsində 2018-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 414.930.95 manat hesablanmış əlavə vergi məbləği bərpa edilmiş və bu barədə vergi ödəyicisinə 15.11.2018-ci il tarixli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir.
8. Birinci instansiya məhkəməsinin 13 mart 2019-cu il tarixli 2-1(82)-436/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2019-cu il tarixli ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, Vergi müfəttişi tərəfindən heç bir dövriyyə göstərilmədən birbaşa 2018-ci ilin iyul ayı üzrə 402.428,99 manat məbləğində ƏDV hesablanmış və vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Şəxsi vərəqədə isə bu verginin analoji qaydada hesabla ndığı göstərilmişdir. Lakin iddiaçı ilə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi qeyd edilməmiş və onun uçot və hesabat məlumatları, konkret olaraq 402.428,99 manat məbləğində ƏDV-nin hansı məbləğdə dövriyyəyə görə hesablanması göstərilməmişdir. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdi ki, vergi ödəyicisi tərəfindən aparılmış idxal əməliyyatlarına dair müvafiq ilkin mühasibat və gömrük sənədləri məhkəməyə təqdim edilmişdir. Ekspert təqdim edilmiş iş materialları, eləcə də vergi ödəyicisi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin tədqiqatı zamanı müəyyən etmişdir ki, müəssisə Azərbaycanın müxtəlif ərazilərində (univermaqlarda) qızıl alış-satışı ilə məşğul olan şəxslərdən qızılı külçə halında qəbul etmiş, qəbul edilmiş külçəni həmin müştərilərin sifarişinə əsasən Türki yə Respublikasında yenidən emal olunaraq Azərbaycana gətirilərək, həmin şəxslərə təhvil verilməsi xidmətini həyata keçirmişdir. Fəaliyyət göstərdiyi müddətdə müəssisə “X7 və dış tic. LTD Şti”, “X11”, “Gold and Gold- Klay batri” Türkiyə emalçı şirkətləri ilə müqavilə əsasında çalışmışdır. İddiaçı tərəfindən qızıl alış-satışı ilə məşğul olan şəxslərdən qızılın külçə halında qəbul edilməsi iş materiallarında mövcud olan “sair xidmətlərin göstərilməsi haqqında müqavilə”lərdə, malların təhvil-təslim aktında və həmin xidmətlərin göstərilməsinə görə ayrı-ayrı şəxslər tərəfindən ödənilən pul vəsaitlərinə dair kassa mədaxil orderlərində öz əksini tapmışdır. Nəticə: vergi ödəyicisi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında cavabdehin “Vergilərin hesablanması barədə” 31.08.2018-ci il ta rixli və 15.11.2018-ci il tarixli qərarlarına əsasən iddiaçıya 2018-ci ilin iyul vergi dövrü üzrə əlavə dəyər vergisinin düzgün hesablanması müəyyən edilmir və bu haqda kameral vergi yoxlaması aktının işin faktiki hallarına uyğunluğu öz təsdiqini tapmır. Vergi ödəyicisi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin məlumatlarına əsasən iddiaçının aparılmış idxal əməliyyatları üzrə dövlət büdcəsinə ödənilməli olan əlavə dəyər vergisinin 7.558,88 manat məbləğində az hesablanması müəyyən edilir, o cümlədən: 2018-ci ilin yanvar ayı üzrə 385,08 manat; 2018-ci ilin fevral ayı üzrə 346,25 manat; 2018ci ilin mart ayı üzrə 1896,95 manat; 2018-ci ilin aprel ayı üzrə 1050,18 manat; 2018-ci ilin may ayı üzrə 590,12 manat; 2018-ci ilin iyun ayı üzrə 1067,39 manat; 2018-ci ilin iyul ayı üzrə 1366,89 ma nat; 2018-ci ilin avqust ayı üzrə 856,02 manat. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(82)-436/2019 saylı iş) 30 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin “vergilərin hesablanması barədə” 31.08.2018-ci il tarixli və 15.11.2018-ci il tarixli qərarlarının iddiaçıya 2018-ci ilin iyul ayı üzrə 413.564,06 manat (414.930,95 manat – 1366,89 manat) ƏDV hesablanması hissəsində ləğv edilməsi və qalan hissədə iddianın təmin edilməməsi qərara alınmışdır.
10. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərarının qismən, iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edi lməsi xahiş edilmişdir.. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vergilərin hesablanması barədə 31.08.2018-ci il tarixli və 15.11.2018-ci il tarixli qərarlarına görə iddiaçıya 2018-ci il iyul vergi dövrü üzrə əlavə dəyər vergisinin düzgün hesablanmasının və iddiaçının 2018-ci ilin iyul vergi dövrü üzrə əlavə dəyər vergisindən yayınma hallarının mövcud olduğunun, əgər belə yayınma olmuşdusa verginin məbləğinin müəyyən edilməsi məqsədilə hazırki iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 05.02.2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan yük-gömrük bəyannamələrinin məlumatlarına əsasən müəssisə üzrə 01.12.2017-ci il tarixdən 31.08.2018-ci il tarixədək olan dövrdə qızıl alış-satışı ilə məşğul olan şəxslərdən qızılı külçə halında qəbul etməsi, qəbul edilmiş külçənin həmin müştərilərin sifarişinə əsasən Türkiyə Respublikasında yenidən emal olunaraq Azərbaycana gətirilməsi və həmin şəxslərə təhvil verilməsi xidmətinin həyata keçirilməsi ilə bağlı çəkilmiş xərclər 1.399.795,94 manat məbləğində təşkil edərək faktiki olaraq idxal olunan məhsulun maya dəyəri kimi qəbul edilir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Belə olan halda vergi qanunvericiliyinin tələbinə görə müəssisə tərəfindən qəbul edilmiş külçənin müştərilərin sifarişinə əsasən Türkiyə Respublikasında yenidən emal olunaraq Azərbaycana gətirilməsi və həmin şəxslərə təhvil verilməsi xidmətinin həyata keçirilməsi ilə bağlı çəkilmiş 1.399.795,94 manat məbləğində xərclər idxal olunan məhsul kimi müəyyən olunur və ƏDV-yə cəlb olunan məlumatlar hesab olunur. İş materiallarınd an görünür ki, malların təhvil-qəbul aktı və kassa-mədaxil orderlərinə əsasən yuxarıda göstərilən xidmətin həyata keçirilməsinə görə müəssisəyə 1.441.789,71 manat (ƏDV-siz) məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda müəssisə tərəfindən 01.12.2017-ci il tarixdən 31.08.2018-ci il tarixədək olan dövrdə həyata keçirilmiş ƏDV-nə cəlb edilən əməliyyatların cəmi dəyəri 1.441.789,71 manat məbləğində müəyyən edilir. Odur ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDVnə cəlb olunan 1.441.789,71 manat məbləğində əməliyyatlara görə 18% dərəcəsi ilə 259.522,15 manat məbləğində ƏDV hesablanır. Vergi Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğ un olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Beləliklə, ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması barədə 31.08.2018-ci il və 15 noyabr 2018-ci il tarixli qərarlara əsasən iddiaçıya 2018-ci ilin iyul ayı vergi dövrü üzrə əlavə dəyər vergisinin düzgün hesablanması müəyyən edilmir və bu haqda kameral vergi yoxlaması aktının işin faktiki hallarına uyğunluğu öz təsdiqini tapmır. Eyni zamanda iddiaçının aparılmış idxal əməliyyatları üzrə dövlət büdcəsinə ödənilməli olan əlavə dəyər vergisinin 7558.88 manat məbləğində az hesablanması müəyyən olunur, o cümlədən 2018-ci ilin yanvar ayı üzrə 385.08 manat, 2018-ci ilin fevral ayı üzrə 346.25 manat, 2018-ci ilin mart ayı üzrə 1896.95 manat, 2018-ci ilin aprel ayı üzrə 1.50.18 manat, 2018-ci ilin may ayı üzrə 590.12 manat, 2018-ci ilin iyun ayı üzrə 1067.39 manat, 2018-ci ilin iyul ayı üzrə 1366.89 manat, 2018-ci ilin avqust ayı üzrə 856.02 manat. 13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X4-məruzəsi, X5 və X1, 2-1(103)75/2021 saylı iş) 16 iyul 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübutetmə yükü qanunvericiliklə üz ərinə qoyulan tərəf kimi cavabdeh inzibati orqan kameral vergi nəzarətinin həyata keçirilməsi nəticəsində 01.12.2017-31.07.2018-ci illər ərzində 14.334.730,35 manat məbləğində zərgərlik məmulatlarının idxal olunması əsası ilə iddiaçıya 2018-ci ilin iyul ayı üzrə ƏDV hesablanmasına əsas olmuş halları, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. 01.12.2017- 31.07.2018-ci illər üzrə iddiaçı tərəfindən 14.334.730,35 manat məbləğində zərgərlik məmulatının idxal olunduğu, ƏDV üzrə hesabat dövrü isə aylıq verildiyi halda, vergi orqanı yalnız 2018-ci ilin iyul ayı üzrə əlavə ƏDV hesablamaqda haqlı olmamışdır. Odur ki, ekspert rəyi ilə iddiaçı tərəfindən 2018-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun və avqust ayları üzrə də vergidən ya yınması halı müəyyən edilsə də, mübahisələndirilən qərar ilə vergi orqanı tərəfindən iddiaçıya 2018-ci ilin iyul ayı üzrə əlavə ƏDV hesablandığına, həmçinin iddiaçı tərəfindən yalnız 2018-ci ilin iyul ayı üzrə hesablanmış ƏDV-nin qanuniliyi məhkəmə qaydasında mübahisələndirildiyinə görə, məhkəmə digər aylar üzrə ƏDV-nin qanuniliyinə hüquqi qiymət verilməsini düzgün olaraq məqsədəmüvafiq hesab etməmişdir.
15. Cavabdeh 13 sentyabr 2021-ci il tarixdə qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
16. Mübahisələndirilən qərarın qəbul edilməsi əsası və işin əsas müəyyən edilməli mübahisəli halı vergi ödəyicisi tərəfindən ay rı-ayrı şəxslərdən külçə halında qəbul edərək, Türkiyə Respublikasında emal edildikdən sonra Azərbaycan Respublikasına idxal edilən qızılın vergi ödəyicisinin öz dövriyyəsi olduğu və ya vergi ödəyicisi tərəfindən qeyd edilən fəaliyyət üzrə xidmət göstərildiyinin aydınlaşdırılmasıdır.
17. Qeyd edilən həmin halın aydınlaşdırılması ilə bağlı nə birinci instansiyası məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində hər hansı araşdırılma aparılmamış, vergi ödəyicisi tərəfindən həyata keçirilən əməliyyatların mühasibat uçotu qaydalarının tələblərinə uyğunluğu müəyyən edilmədən iddiaçının “Xidmət" göstərilməsi ilə bağlı mövqeyi əsas götürülməklə iş üzrə qərar qəbul edilmişdir. Belə ki, məhkəmə qərarında iş materiallarında mövcud olan “sair xidmətlərin göstərilməsi haqqında müqavilələrdə, malların təhvil-təslim aktında və həmin xidmətlərin göstərilməsinə görə ayrı-ayrı şəxslər tərəfindən pul vəsaitlərinə dair kassa mədaxil orderlərində qeyd edilən məlumatlara istinad edilmişdir.
18. Məhkəmənin istinad etdiyi və iddiaçının göstərdiyi fəaliyyətin “xidmət” olduğunu əsaslandırdığı sənədlər mühasibat uçotunun aparılması qaydaları ilə ziddiyyət təşkil etməklə, iddiaçının fəaliyyətinin xidmət olduğunu təsdiq etmir. İddiaçı tərəflər arasında bağlanan müqavilə üzrə icraçı qismində qızılın külçə və ya lom şəklində vətəndaşlardan qəbul edilməsini və hazırlanmış zərgərlik əşyalarının sifarişçilərə təhvil verilməsi fəaliyyətini həyata keçirdiyi təqdirdə müvafiq hərəkətlərin ciddi hesabat blankları ilə rəsmiləşdirilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetini n 27.08.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarının 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04.04.2016-cı il tarixli Q-09 №-İİ Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında’’ Qərarın tələbinə əsasən qızılı şəxslərdən qəbul edərək zərgərlik məmulatlarının hazırlanması öhdəliyini öz üzərinə götürən şəxs 10 nömrəli əlavə ‘‘Zərgərlik işləri üçün sifariş qəbzi” tərtib etməli və hazır məhsulların təhvil verilməsi isə 9 nömrəli əlavə “Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişə t məmulatlarının təhvil verilməsi haqqında qəbz” ilə rəsmiləşdirilməlidir.
19. Beləliklə, vergi ödəyicisi tərəfindən tətbiq edilməsi tələb edilən qeyd edilən ciddi hesabat blanklarının tətbiq edilməməsi onun fəaliyyətinin iddia etdiyi kimi “xidmət” olmadığını deməyə əsas verir. Başqa sözlə desək, vergi ödəyicisinin fəaliyyəti qeyd edilən ciddi hesabat blankları ilə rəsmiləşdirilməməsi onun idxal etdiyi qızıl məmulatlarının dəyəri vergi ödəyicisinin öz dövriyyəsi olduğunu birmənalı olaraq təsdiq edir. Buna baxmayaraq məhkəmənin hansı hala əsasən iddiaçının fəaliyyətini zərgərlik məmulatlarının hazırlanması ilə bağlı vasitəçilik xidməti kimi qiymətləndirərək vergi orqanı tərəfindən həyata keçirilən hesablamanı əsassız hesab etməsi aydın deyildir.
20. Məhkəmə qərarında ekspertin 05.02.2021-ci il tarixli rəyinin mötəbər sübut kimi qəbul edildiyini bildirərək, həmin rəyə istinad etmişdir.
21. Məhkəmə qeyd edilən rəyi iş üzrə mötəbər sübut kimi qiymətləndirərkən cavabdeh tərəfindən təqdim edilən ekspert rəyinə mülahizədə əks etdirilmiş arqumentləri nəzərə almamış, həmçinin cavabdehin mövqeyini təkzib edəcək sübutlara istinad etməmişdir.
22. Əvvəlindən sonuna qədər ziddiyyətli mövqe və yanlış yanaşma ilə müşayiət olunan ekspert rəyi məhkəmə tərəfindən prosessual pozuntulara yol verilərək mötəbər sübut kimi qiymətləndirilərək məhkəmə qərarının əsasını təşkil etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
24. Vergi Məcəlləsi: Maddə
64. Məhkəməyə verilmiş şikayətlərə baxılma Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə
70. Vergi ödəyiciləri ilə yazışma 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təs diq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. 70.3. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmi şdirsə. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2498) ilə 70.2-ci maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi q aydada vergi ödəyicisinə verilmiş sayılır. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2498) ilə yeni məzmunda 70.2-1-ci – 70.2-3-cü maddələr əlavə edilmişdir. Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması (-). 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. (-). 25. “İnzibati i craat haqqında” Qanun: Maddə
61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. (-). Maddə
62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə v ə ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 62.4. Azərbaycan Respublikasının qanunvericil iyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. 62.5. Yazılı inzibati aktın kütləvi informasiya vasitələrində dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. (-).
26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bi lər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadın ın təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
27. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərar ının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar olmamışdır.
30. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdehin 31.08.2018-ci il tarixli qərarı ilə 2018-ci ilin iyul ayı üzrə bəyannamə verilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 414.930,95 manat ƏDV hesablanmışdır. İddiaçı 20.10.2018-ci il tarixdə 2018-ci ilin iyul ayı üzrə cari bəyannamə verərək hesablanmış məbləği azaltdığından cavabdeh 15.11.2018-ci il tarixli qərarı ilə 2018-ci ilin iyul ayı üzrə bəyannamə verilməməsinə görə əlaqəli məlumata əsasən yenidən iddiaçıya 414.930,95 manat ƏDV hesablamışdır. Qeyd olunan qərarın qəbul edilməsinə əsas 21.08.2018-ci il tarixli uyğunsuzluq məktubunda göstərilənlər olmuşdur.
31. Sözügedən uyğunsuzluq məktubuna və cavabdehin dəlillərinə əsasən əlavə vergi hesablanmasının səbəbi iddiaçı tərəfindən 01.12.2017-31.07.2018-ci illər ərzində ********.35 manat məbləğində idxal edilmiş zərgərlik məmulatlarının yenidən idxal kimi (ayrı-ayrı şəxslərə məxsus qızılın xidmət haqqı müqabilində xaricdə yenidən emal olunaraq ölkəyə qaytarı lması) qiymətləndirilməməsi, iddiaçının özü tərəfindən satış məqsədilə gətirilməsi kimi qiymətləndirilməsi, nəticədə idxal olunan zərgərlik məmulatlarının iddiaçı tərəfindən təqdim edildiyinin (satıldığı) güman edilməsi olmuşdur.
32. Başqa sözlə, cavabdeh iddiaçı tərəfindən xidmətin göstərilmədiyini, zərgərlik məmulatlarının idxal edildiyini hesab edir və bu səbəbdən iddiaçıdan malların hansı qiymətə satıldığına, o cümlədən malların saxlanma yeri və mal qalığı barədə məlumat, bank və kassa sənədlərini tələb etmişdir (uyğunsuzluq məktubu – İ cild: iş v.5).
33. İddiaçı isə bildirir ki, o, qızıl-alış satışı ilə məşğul olan şəxslərdən qızılı külçə halında qəbul etməsi, qəbul edilmiş külçənin həmin müştərilərin sifarişinə əsasən Türkiyə Respublikasında yenidən emal olunaraq Azərbaycana gətirilm əsi və həmin şəxslərə təhvil verilməsi xidmətini həyata keçirir. İddiaçı öz dəlillərinin əsası kimi məhkəməyə “Sair xidmətlərin göstərilməsi haqqında” müqavilələri, kassa mədaxil orderlərini, malların təhvilqəbul aktlarını təqdim etmişdir.
34. Bundan əlavə, iş materiallarında olan Dövlət Gömrük Komitəsinin X3 İdarəsinin nəticələrində də iddiaçı müəssisə tərəfindən idxal olunan qızıl məmulatlarını “emaldan sonra idxal olunan zərgərlik məmulatları” kimi qiymətləndirmişdir.
35. Cavabdeh yenidən emalla bağlı xidmət göstərildiyi təqdirdə qızılın təhviltəsliminin müvafiq ciddi hesabat blankları ilə rəsmiləşdirilməli olmasına, vergi ödəyicisinin isə tələb edilən qaydada ciddi hesabat blanklarının tətbiq edilməməsinə istinad edərək, onun fəaliyyətinin iddia etdiyi kimi “xidmət” olmadığına dair kas sasiya dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, mühasibat uçotunun qaydalarına riayət edilməməsi bir mənalı olaraq tərəflər arasında “xidmət müqaviləsi”nin bağlanmaması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, cavabdeh iddiaçının xidmət müqavilələrini uydurma əqd kimi qiymətləndirir. Qanunvericiliyə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mühasibat uçotunun qaydalarına riayət edilməməsi xidmət müqavilələrin uydurma əqd olmasına deyil, mühasibat uçotunun qaydalarının pozulmasına dəlalət edir ki, iddiaçı yalnız buna görə məsuliyyət daşıya bilər.
36. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin iş üzrə iddia müddətinin ötürülməsinə dair dəlilləri ilə əl aqədar qeyd edir ki, cavabdeh iddiaçı barəsində 31.08.2018-ci il tarixli və 15.11.2018-ci il tarixli qərarları qəbul edən vaxt Vergi Məcəlləsinin qüvvədə olan 70.2-ci maddəsinin tələbinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır.
37. Vergi qanunvericiliyi 31.08.2018-ci il və 15.11.2018-ci il tarixli qərarl ar qəbul edilərkən həmin qərarların iddiaçının hüquqi ünvanına sifarişli məktubla çatdırılmasını və ya şəxsən təqdim olunmasını nəzərdə tutmuşdur. Hazırkı işdə cavabdehin qəbul etdiyi 31.08.2018-ci il və 15.11.2018-ci il tarixli qərarların Vergi Məcəlləsinin 70.2-ci maddəsində müəyyən edilən qaydada iddiaçıya çatdırılması və iddiaçı tərəfindən alınmasını təsdiq edən sübut mövcud olmamışdır.
38. Bundan əlavə, cavabdeh qəbul etdiyi hesablanmış vergilərin xülasəsi barədə 31.08.2018-ci il və 15.11.2018-ci il tarixli qərarlarında qeyd etmişdir ki, aparılan araşdırma zamanı 01.12.2017-31.07.2018-ci illər ərzində iddiaçı tərəfindən 14.334.730,35 manat məbləğində zərgərlik məmulatlarının idxal olunduğu müəyyən edilmişdir. Müvafiq dövr üzrə idxal edilmiş zərgərlik məmulatlarına komisyon haqqı tətbi q edilməklə tərəfinizdən vergiyə cəlb edilən dövriyyənin 917.770 manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
39. Cavabdeh hər iki inzibati aktı qəbul edərkən Vergi Məcəlləsinin 83.7-ci maddəsinin tələbinə əməl etməmiş, verginin hesablanması barədə qərarlarını əsaslandırmamışdır.
40. Cavabdeh həmçinin “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələbinə əməl etməyərək yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmamış, qərarlarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktları göstərməmişdir.
41. Cavabdeh inzibati icraat haqqında normaların və Vergi Məcəlləsinin normalarının pozulması nəticəsində inzibati aktları qəbul etdiyindən, həmin aktlar qanunsuz sayılır.
42. Qanunsuz inzibati akt məhkəmə qaydasında ləğv oluna bildiyindən cavabdehin qəbul etdiyi inzibati aktlar qanunsuz olduğundan, onları ləğv etməklə məhkəmə haqlı olmuşdur.
43. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-75/2021 saylı, 16 iyul 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.