Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2151/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sənədləri təqdim etmədiyinə görə maliyyə sanksiyası tətbiq edilməsi barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın və gös tərişin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023cü il tarixli, 2-1(103)-2052/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “X3 Sanayi və Ticaret Limited Şirketi” xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və qanunsuz olaraq “DEKOR" əmtəə nişanı ilə oxşar olan “DECOR” əmtəə nişanı adı altında malların satışını həyata keçirdiyini bildirmiş və bu cür pozuntuların dayandırılmasını xahiş etmişdir.
2. Qeyd olunan məsələlərin araşdırılması məqsədilə cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2022 -ci il tarixli FA-04 əmri ilə komissiya yaradılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin iddiaçı tərəfindən pozulması əlamətləri üzrə iş qaldırılmış, işə baxılması həmin Komissiyaya tapşırılmışdır.
3. Cavabdeh tərəfindən qəbul edilmiş 12 iyul 2019-cu il tarixli qərar ilə, qərara alınmışdır ki, ərizə verən “X3 Sanayi ve Ticaret Limited Şirketi”nin nümayəndəsi Vüqar Əmrahovun xx.xx.2022-ci il tarixinə kimi “DEKOR” əmtəə nışanından qanunsuz istifadə etdiyini iddia etdiyi fiziki şəxs İddiaçı tərəfindən həmin əmtəə nişanının sahibinə və ya əmtəə nişanından istifadə hüququ olan digər bazar subyektlərinə ziyan vurulubvurulmadığı, ziyan vurulduğu təqdirdə onun məbləği barədə zəruri sənəd və məlumatlar cavabdeh Xidmətə təqdim edilsin.
4. Cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə, fiziki şəxs İddiaçı tələb olunan məlumatları və sənədləri təqdim etmədiyinə görə "Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1ci bəndinin üçüncü abzasına əsasən 5500 manat (beş min beş yüz manat) maliyyə sanksiyası şəklində cərimə tətbiq edilmiş, eyni zamanda müvafiq sənəd və məlumatlar tələb edilmişdir.
5. İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və xx.xx.2022-ci il tarixli Göstərişin ləğv edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli 02 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyası tətbiq edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində 5.500 (beş min beş yüz) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş v ə həmin vəsaitin 30 gündən gec olmayaraq müvafiq hesaba ödənilməsi barədə xx.xx.2022-ci il tarixli göstəriş verilmişdir. Xidmətin sözügedən qərar və göstərişindən narazı qalan iddiaçı “İnzibati icraat haqqında" Qanuna əsasən yuxarı orqana şikayət etmiş, İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli 2 nömrəli qərarı ilə şikayəti təmin edilməmiş, qərar və göstəriş dəyişdirilmədən saxlanılmışdır. Belə ki, “X3 Sanayi və Ticaret Limited Şirketi” Xidmətə müraciət edərək İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və qanunsuz olaraq “DEKOR" əmtəə nişanı ilə oxşar olan “DECOR” əmtəə nişanı adı altında malların satışını həyata keçirdiyini bildirmiş və bu cür pozuntuların dayandırılmasını xahiş etmişdir. Müraciət əsasında Xidmətin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində i ş başlanmış, zəruri sənəd və məlumatlar tələb edilmişdir. Lakin tələb olunan sənədlərin iddiaçıda mövcud olmamasına və təqdim etmək iqtidarında olmadığı iclas zamanı şifahi qaydada bildirilməsinə, iclas protokolunda bu barədə yəqin ki, müvafiq qeydlər aparılmasına baxmayaraq, iddiaçıya sənədləri təqdim etmədiyinə görə “Antiinhisar fəaliyyəti haqqnda” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 3-cü abzasına əsasən 5.500 (beş min beş yüz) manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 3-cü abzasında göstərilir ki, təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Həmin Qanunun 16-cı maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. Xidmətin iddiaçıdan “DEKOR” əmtəə nişanı ilə oxşar olan “DECOR” sözündən istifadə edən sənədlərin olub-olmaması barədə məlumat və bu sənədlərin təsdiq olunmuş surətini, habelə mənşəyini təsdiq edən sənədləri tələb etməsinin icrası təbii ki, iddiaçının iradəsindən kənardır. Çünki iddiaçı nə həmin malları ölkəyə gətirmiş, nə də onun ist ehsalı ilə məşğul olmuşdur. İddiaçı ölkədə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq müxtəlif malların satışını özünə məxsus mağazada həyata keçirir. Qeyd olunmalıdır ki, hazırda Xidmətdə “DEKOR” əmtəə nişanı ilə oxşar olan “DECOR” sözü yazılmış malların ölkəyə idxalını həyata keçirən "xxxx" MMC barəsində iş qaldırılmış və müvafiq araşdırma aparılır. Başqa sözlə, bu hal özlüyündə iddiaçının hər hansı qanunvericiliyin tələbini pozmadığını, malların mənşəyini və alışını sübut edən sənədlərin onun tərəfindən təqdim edilməsinin imkanı xaricində olduğunu, hər hansı təqlid fəaliyyətinə yol vermədiyini sübut edir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin icrası məcburi olan göstərişində sadalanan s ənədlərə heç bir vaxt malik olmamış, adı çəkilən xidmətin göstərişi doğru olmayan subyektə yönəlmişdir. İddiaçı həmin araşdırmanın subyekti olmadığı üçün onun fəaliyyəti barədə olan araşdırmalar Xidmətdə dayandırılmışdır. Lakin adıçəkilən xidmətin doğru olmayan subyektə yönləndirdiyi icrası məcburi olan göstərişin icra olunmaması ilə bağlı maliyyə sanksiyası şəklində olan cərimə qərarı ləğv edilməmişdir. İddiaçı onda olmayan sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edə bilməzdi və təqdim etməyib. Buna görə də iddiaçının əməllərində (hərəkətsizliyində) “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 3-cü abzasında göstərilən qanun pozuntusu yoxdur.
9. Cavabdeh iddiaya da ir etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “X3 Sanayi ve Ticaret Limited Şirketi”nə məxsus “DEKOR” əmtəə nişanından qanunsuz istifadə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli PKŞ/2- 2-2021-509 nömrəli müraciət daxil olmuşdur. Müraciətdə “X3 Sanayi ve Ticaret Limited Şirketi”nin müraciəti əsasında Agentlik tərəfindən “DEKOR” əmtəə nişanının “DECOR” nişanı ilə oxşarlığının müəyyən edilməsi barədə verilən rəydə aşağıdakılar bildirilmişdir: müqayisə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qayda ları”nın 29.4, 29.5, 29.6-cı bəndlərinə əsasən nişanların müqayisəsi zamanı fonetik oxşarlıq kimi onlar arasında yaxın və uyğun səslərin mövcudluğu, qrafik (görünüş), semantik oxşarlıq kimi anlayış, idea uyğunluğu nəzərə alınmışdır; qeyd edilən Qaydaların tələbləri baxımından “X3 Sanayı ve Ticaret Limited” Şirkətinin adına qeydiyyata alınmış “DEKOR” (qeydiyyat nömrəsi 2008 0748) nişanı ilə “DECOR” nişanı müqayisəli təhlil edilmişdir. Təhlil nəticəsində müəyyən edilmişdir ki, sadə şriftlə yazılmış hər iki söz beş hərfdən və iki hecadan ibarətdir. Həmin Qaydaların 29.6-cı bəndinə əsasən müqayisə edilən nişanlarda (işarələrdə) ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, yaxın və uyğun səslərin mövcudluğu, nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı, işarədə olan hecaların miqda rı və digər əlamətlər nəzərə alınaraq onların həm vizual (görünüş), həm də fonetik (səs) nöqteyi-nəzərdən oxşar olmasını qeyd etmək olar. Belə ki, sıralamada üçüncü olan “c” və “k” hərf işarələri ingilis dilində oxunuşda tamamilə eyni səslənir [DEKOR]. Digər hərf işarələri isə sıralamada tamamilə üst-üstə düşür; yuxarıda qeyd edilənləri nəzərə alaraq müqayisə edilən nişanlar oxşar hesab olunur və bu səbəbdən istehlakçılar tərəfindən onların qarışdırılması ehtimalı yüksəkdir; eyni zamanda qeyd olunmalıdır ki, hüquq sahibi əmtəə nişanına dair müstəsna hüququnun pozulmasını iddia edərsə bununla bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Təqdim edilmiş məlumatla ra əsasən “DEKOR” əmtəə nişanının “X3 Sanayi ve Ticaret Limited Şirketi”nə məxsus olduğu və ilkinlik tarixi xx.xx.2007-ci il tarixli 20080748 nömrəli şəhadətnaməyə əsasən Azərbaycan Respublikasında qorunduğu müəyyən edilmişdir. Həmin əmtəə nişanı 16-cı sinif - fırçalar, rəngsaz valcıqları və rəssamlar üçün fırçalar üzrə qeydiyyata alınmışdır. Əmtəə nişanının rəngi qara, ağdır. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və fiziki şəxs İddiaçı (VÖEN: **********) haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış, habelə “X3 Sanayi ve Ticaret Limited Şirketi”nin nümayəndəsi Vüqar Əmrahov ərizə verən tərəf kimi işə cəlb edilmişdir. İşəbaxılma iclası xx.xx.2022-ci il tarixinə təyin edilmiş, eyni zamanda fiziki şəxs İddiaçı (VÖEN: **********) və Vüqar Əmraho vdan zəruri sənəd və məlumatlar tələb edilmişdir. İclasda fiziki şəxs İddiaçı nümayəndələri işin materialları ilə tanış olmalarını, işlə bağlı bir sıra sənəd və məlumatların onlara təqdim edilməsini və bunun üçün işə baxılma iclasının təxirə salınmasını bildirmiş və bu barədə xx.xx.2022-ci il tarixdə Xidmətə ərizə ilə müraciət etmişdir. Tələb olunan məlumatların vaxtında təqdim edilməməsinə görə bazar subyektlərinin “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları İddiaçı nümayəndələrinin nəzərinə çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq Komissiya işəbaxma iclasını xx.xx.2022-ci il tarixinə təyin etmişdir. X2 sahibkar İddiaçı tərəfindən hazırda da “DEKO R” əmtəə nişanı ilə oxşar olan “DECOR" adı altında malların satışının davam etdirildiyini bildirərək müvafiq tədbirlər görülməsini xahiş etmişdir. İşin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə Komissiyanın xx.xx.2022-ci il tarixli (çıxış nömrəsi: Q-00009, xx.xx.2022) və xx.xx.2022-ci il tarixli (çıxış nömrəsi: Q-00024, xx.xx.2022) Qərarları ilə tələb olunan sənəd və məlumatlar fəaliyyət ünvanı AZ1108, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 69B olan fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən təqdim edilməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2279/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən apa rılmış icraat zamanı iddiaçı tərəfindən tələb edilən sənədlər (məlumatlar) cavabdeh orqana əsassız olaraq tam təqdim edilməmiş və qeyd edilən hal məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Tələb olunan məlumatların və sənədlərin vaxtında təqdim edilməməsinə görə bazar subyektləri “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar.
12. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 2-1(103)-2052/2023 nömrəli qərarı ilə (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, üzərinə “DECOR” sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başladığı tarix (gün, ay, il) barədə də dəqiq məlumat vermək mümkün olmamışdır. Çünki İddiaçı mağazasında ancaq “DECOR” sözü yazılmış məmulatları deyil, digər firmalara məxsus məmulatların da satışını həyata keçi rmiş və uçot firmaların məhsullarının adına görə deyil, sırf onların növünə görə aparılmışdır. Sırf üzərinə “DECOR" sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başlandığı tarixdən hazırkı tarixədək həmin malların satışından əldə olunmuş gəlirlər barədə məlumat və bunu təsdiq edən sənədlərin (qaimə-fakturalar və s.) müvafiq qaydada təsdiq olunmuş surətlərini də təqdim etmək sahibkarın imkanı xaricində olmuşdur. Bir daha qeyd olunur ki, mağazada satılan məmulatların uçotu firmaların məhsullarının adına görə deyil, sırf onların növünə görə aparılmışdır. 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar və fevral ayları ərzində (hər ay üzrə ayrıayrılıqda) əldə edilmiş ümumi gəlirlər (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) barədə cədvəl məlumatı və bunu təsdiq edən sənədlərin (dövlət vergi orqanlarına təqdim edilmiş hesabatlar (X1 Bəyannaməsi və s.) müvafiq qaydada təsdiq olunmuş surətlərini isə sahibkarın kommersiya sirri olan məlumatları olduğu, habelə araşdırma zamanı aidiyyəti olmayan və tələblərin çərçivəsindən çıxan məlumatlar olduğuna görə təqdim etməmişdir. Cavabdeh Xidmət sözügedən məlumatları müvafiq dövlət orqanına sorğu və ya məhkəməyə müraciət etməklə də əldə edə bilərdi. Bu isə bir daha cavabdeh Xidmətin sahibkara qarşı qərəzli mövqedə dayanmasını sübut edir. Komissiyanın xx.xx.2022-ci il tarixli (çıxış nömrəsi: Q00009, xx.xx.2022) və xx.xx.2022-ci il tarixli (çıxış nömrəsi Q-00024. xx.xx.2022) Qərarları ilə tələb olunan sənəd və məlumatların təqdim edilməməsi barədə izahat isə inzibati icraat zamanı iclasda aidiyyəti vəzifəli şəxsləri bildirilmiş və bunlar müvafiq protokollarda öz əksini tapmışdır. İzahat hamıya məlum olduğu kimi həm yazılı, həm də şifahi ola bilər. Xidmətin aidiyyəti vəzifəli şəxslərinə məsələ ilə bağlı şifahi qaydada izahat verilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Antiinhisar fəaliyyəti haqqında” Qanun Maddə
18. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar.
1. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikd irilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar...
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müd dətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şik ayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldır ılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırm aları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
25. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, “X3 Sanayi və Ticaret Limited Şirketi”nin cavabdehə müraciət edərək iddiaçı tərəfindən “DEKOR" əmtəə nişanı ilə oxşar olan “DECOR” əmtəə nişanı adı altında malların satışını həyata keçirdiyini bildirmişdir. Həmin müraciət əsasında cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli FA-04 əmri ilə komissiya yaradılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin iddiaçı tərəfindən pozulması əlamətləri üzrə iş qaldırılmış və iddiaçıdan müvafiq sənədlər tələb olunmuşdur. Cavabd ehin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə, iddiaçıya tələb olunan məlumatları və sənədləri təqdim etmədiyinə görə "Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1ci bəndinin üçüncü abzasına əsasən 5500 manat (beş min beş yüz manat) maliyyə sanksiyası şəklində cərimə tətbiq edilmiş, eyni zamanda müvafiq sənəd və məlumatlar tələb edilmişdir.
26. Hazırkı iş üzrə də iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə yönəlib.
27. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, “DEKOR” təsvirli əmtəə nişanı 2008 0748 nömrəsi ilə “X3 Sanayi ve Ticar et Limited Şirkətinin” adına əmtəə nişanının sahibi kimi qeydiyyata alınmışdır. Həmin əmtəə nişanı 16-cı sinif - fırçalar, rəngsaz valcıqları və rəssamlar üçün fırçalar üzrə qeydiyyata alınmışdır.
28. Həmçinin iş materiallarında olan fotoşəkildən görünür ki, iddiaçıya məxsus satış mağazasında (VÖEN **********) üzərində “DECOR” yazısı qeyd olan fırça satılmışdır.
29. Cavabdeh iddiaçıdan aşağıdakı sənəd və məlumatları istəmişdir: vergi uçotu haqqında şəhadətnamənin surəti; - fəaliyyət göstərdiyi AZ1108, ünvan 2 ünvanında yerləşən obyektin vergi orqanlarında qeydiyyatına dair müvafiq sənədin surəti; - "DEKOR" əmtəə nişanına oxşar “DECOR" sözündən istifadə hüququnu təsdiq edən sənədlərin olubolmaması barədə məlumat, həmin sənədlər olduğu təqdirdə onların müvafiq qaydada təsdiq edilmiş surəti; - üzərinə “DECOR" sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların alışını və mənşəyini təsdiq edən sənədlərin surətləri; - üzərinə “DECOR” sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başladığı tarix (gün, ay, il); - üzərinə “DECOR" sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başlandığı tarixdən hazırkı tarixədək həmin malların satışından əldə olunmuş gəlirlər barədə məlumat və bunu təsdiq edən sənədlərin (qaiməfakturalar və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; - 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar və fevral ayları ərzində (hər ay üzrə ayrı-ayrılıqda) əldə edilmiş ümumi gəlirlər (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) barədə cədvəl məlumatı və bun u təsdiq edən sənədlərin (dövlət vergi orqanlarına təqdim edilmiş hesabatlar (X1 Bəyannaməsi və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri.
30. İddiaçı birinci instansiya məhkəməsinin iclasında tələb olunan məlumatların onda mövcud olmadığı səbəbindən təqdim edilmədiyini bildirmişdir.
31. Cavabdeh inzibati orqan tərəfindən tələb olunan sənəd və məlumatların təqdim edilməməsi iddiaçı tərəfindən etiraf olunduğundan bu işin mübahisəsiz halını təşkil edir.
32. Müvafiq sənəd və məlumatların iddiaçıda olmaması ilə bağlı məhkəmələr tərəfindən araşdırılma aparılmış və müəyyən edilmişdir ki, inzibati icraat aparılan zaman tələb olunan sənəd və məlumatları iddiaçı təqdim etmək iqtidarında olmuşdur.
33. İddiaçı ən azından özünün vergi ödəyicisi barədə məlumatlrala yanaşı üzərinə “DECOR” sözü yazılm ış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başladığı tarix (gün, ay, il); - üzərinə “DECOR" sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başlandığı tarixdən hazırkı tarixədək həmin malların satışından əldə olunmuş gəlirlər barədə məlumat və bunu təsdiq edən sənədlərin (qaiməfakturalar və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; - 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar və fevral ayları ərzində (hər ay üzrə ayrı-ayrılıqda) əldə edilmiş ümumi gəlirlər (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) barədə cədvəl məlumatı və bunu təsdiq edən sənədləri (dövlət vergi orqanlarına təqdim edilmiş hesabatları) inzibati orqana təqdim etmək imkanı olmuşdur.
34. Odur ki, tələb olunan məlumatların və sənə dlərin vaxtında təqdim edilməməsinə görə bazar subyektləri hazırkı qərarın 18-ci bəndində qeyd olunan normanın tələbləri baxımından məsuliyyət daşıyırlar.
35. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq Xidmətin hüquqlarındandır. 36. “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui-istifadə və ya rəqabəti məhdudlaşdıran h ərəkətlərinin qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı aşağıdakılara dövlət nəzarətini həyata keçirir: Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə - beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar.
37. İddiaçı cavabdehin tələb etdiyi sənədləri təqdim etmədiyinə görə haqlı olaraq cavabdeh tərəfindən maliyyə sanksiyasına məruz qalmışdır.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istina d olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, iddiaçının kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 21(103)-2052/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.