Məhkəmə qərarları › İş №2-1(102)-2152/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2152/2019

23.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2152/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Müharibə veteranı adının verilməsi; hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “müharibə veteranı adının və vəsiqə sinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-531/2019 saylı, 6 mart 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Binəqədi Rayon Məhkəməsinin 2(001)-3207/2017 saylı, 13 mart 2017-ci il tarixli qətnaməsi və 28.03.2017-ci il tarixli arayışı ilə iddiaçının 31 may N2-ci il tarixdən N4-cü ilin sentyabr ayınadək N () saylı hərbi hissədə sürücü kimi hərbi xidmət keçməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmiş, qətnamə 28.03.2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən ver ilmiş 28.06.2018-ci il tarixli arayışa əsasən, iddiaçı 01.04.N2-ci il tarixdə N () nömrəli hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır. Arayışın verilməsinə əsas Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 13.12.2016-cı il tarixli arayışı olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 13.12.2016-cı il tarixli arxiv arayışında N () nömrəli hərbi hissə komandirinin N aprel N2-ci il tarixli əmrində iddiaçının 31.05.N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə məlumat qeyd edilmişdir. Əmrdə atasının adı yazılmadığı üçün məlumatın iddiaçıya aid olmasını təsdiq edə bilməmişlər. Sorğusunda N4-cü il üçün xidmət keçdiyi dövrü dəqiq qeyd etmədiyi üçün iddiaçının sonrakı xidməti barədə araşdırma apara bilməmişlər. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydi yyatı kitablarında iddiaçının xidməti və N2-ci il dövrü əhatə edən şəxsi heyətin pul təminatı ödənişləri üzrə paylama cədvəllərində pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 24.10.2018-ci il tarixli arayışa əsasən, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx xxxx 1963-cü ildə Azərbaycan Respublikası, Füzuli rayonunda anadan olmuş iddiaçının məhkumluğu barədə məlumat yoxdur. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11.07.2018-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən verilmiş arayışda olan qeydlərlə arxiv arayışında uyğunsuzluq olduğundan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İddiaçı cavabdehə qarşı 5 oktyabr 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın imtinası qanunsuz olmuşdur. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci, “Hərbi xidmətkeçmə haqqında” Qanunun 1, 3-cü, “Veteranlar haqqında” Qanunun 3, 7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası v ə şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə istinad olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı ərizəsində milli orduda xidmət keçməsinə dair dəqiq məlumatları göstərməklə Müdafiə Nazirliyinin Arxivinə müraciət etmiş və Arxiv idarəsindən verilən 12.2016-cı il tarixli məktubda cavab olaraq bildirilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin 01.04.N2-ci il tarixli 20 nömrəli əmrində iddiaçının 31.05.N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat qeyd edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun N () saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etməsinə dair və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. Azərb aycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında da göstərilmişdir ki, “hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz.” İddiaçı məhkəməyə Binəqədi Rayon Məhkəməsinin 13.03.2017-ci il tarixli 2(002)-3207/2017 nömrəli hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnaməsini təqdim edərək 31.05.N2-ci il tarixdənN4-cü ilin sentyabr ayına qədər xidmət etməsini bildirmişdir. Halbuki Binəqədi Rayon Məhkəməsinin 13.03.2017-ci il tarixli 2(002)-3207/2017 nömrəli qətnaməsində maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xi dməti göstərilmişdir. Cavabdeh orqan həmin iş üzrə maraqlı şəxs kimi cəlb olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. “Müharibə veteranı” adı və vəsiqəsinin alınması üçün hər bir halda (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər mütləq təqdim olunmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-4360 /18 saylı iş) 13 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının 01.04.N2-ci il tarixdən N4-cü ilin sentyabr ayına kimi Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və qanuni əsaslarla tərxis olunması iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə sübut olunduğundan iddia təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8məruzəçi, X5 və X6, 2-1(103)-531/2019 saylı iş) 6 mart 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4360/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi yalnız iş materiallarına əlavə edilmiş arxiv arayışlarına və məhkəmə qətnaməsinə əsaslanmışdır. Arxiv arayışlarına əsasən iddiaçının hərbi hissədə həqiqi hərbi xidmətə başlaması və məhkəmə qətnaməsinə əsasən isə iddiaçının 31 may N2-ci tarixdən N4-cü ilin sentyabr ayınadək 702(848) saylı hərbi hissədə sürücü kimi xidmət keçməsi faktı təsdiq olunur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının hüquqi mövqeyinə görə, hərbi qulluqçunun hərbi hissəyə qəbul edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaç ının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. İddiaçı 2 may 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya məhkəməsi öz qərarında qeyd edir ki, iddiaçı tələbinin əsası kimi yalnız iş materiallarına əlavə edilmiş arxiv arayışlarına və məhkəmə qətnaməsinə əsaslanmışdır. Arxiv arayışlarına əsasən iddiaçının hərbi hissədə həqiqi hərbi xidmətə başlaması və məhkəmə qətnaməsinə əsasən iddiaçının 31 may N2-ci il tarixdən N4-cü ilin sentyabr ayınadək 702(848) saylı hərbi hissədə sürücü kimi xidmət keçməsi faktı təsdiq olunur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məh kəməsinin İnzibati-İqtisadi kollegiyasının hüquqi mövqeyinə görə hərbi qulluqçunun hərbi hissəyə qəbul edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. İddiaçı tələbində arxiv arayışlarına və Binəqədi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsaslanmışdır və hesab edir ki, həmin sənədlər onun iddia tələblərinin əsaslı və qanuni olmasını birmənalı olaraq tam təsdiq edir. Arxiv arayışında onun 702(848) saylı hərbi hissədə könüllü olaraq sürücü kimi N aprel N2-d ildən xidmət etməsi 31 may N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi öz təsdiqini tapır. 31 may N2-ci ildən N4-cü ilin sentyabr ayınadək 702(848) saylı hərbi hissədə sürücü kimi hərbi xidmət keçməsi Binəqədi Rayon Məhkəməsinin Azərbaycan Respublikasının adından qəbul etdiyi qətnamə ilə tam təsdiq olunur. Məhkəmə qətnaməsi həmin dövrdə 702(848) saylı hərbi hissənin komandiri və hərbi hissənin QSM-nin rəisi olmuş zabitinin ifadələri və digər faktlara əsasən çıxarılmışdır. Şikayətin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 82.3, 233.3, 311-ci, “Veteranlar haqqında’’ Qanunun 3-cü, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçı vəkillə təmsil olunmadığından məhkəmə kollegiyasının iclasında çıxışlarda iştirak etməmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının vəkili məhkəmə kollegiyasına ərizə göndərərək başqa ölkədə olduğundan məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı da vəkili olmadığına görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının təxirə salınması üçün zərurət görmədiyindən ərizəni təmin etməmişdir. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsini cavabdehə həvalə edilməsini xahiş edir. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçının işdə olan hərbi biletinin surətində onun Azərbaycan Respublikasının ər azi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi qeyd edilməmişdir. Hərbi biletdə həmçinin iddiaçının qanuni əsasla hərbi hissədən tərxisinə dair də məlumat olmamışdır. O da qeyd edilməlidir ki, cavabdeh N aprel N2-ci il tarixli 20 a nömrəli əmrlə iddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına salındığını təsdiq etsə də, tərxis olunmasına dair məlumatın olmadığını bildirmişdir. İddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması sübuta yetməmişdir. İddiaçı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 mart 2017-ci il tarixli qətnaməsinə istinad edərək iddiasının əsaslı olmasını bildirmişdir. Həmin qətnamədə iddiaçının 31 may N2-ci ildən N4-cü ilin sentyabr ayınadək 702(848) saylı hərbi hissədə sürücü kimi xidmət keçməsi faktı müəyyən edilmişdir. Qətnamədən görünür ki, tərəf ki mi yalnız maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iştirak etmişdir. Cavabdeh Müdafiə Nazirliyi həmin iş üzrə icraatın iştirakçısı olmamışdır. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh 13 mart 2017-ci il tarixli qətnamə üzrə proses iştirakçısı olmadığından qətnamədə müəyyən edilmiş faktlar hazırkı işdə onun üçün məcburi xarakter daşımır. 25 dekabr N1-c i ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə çağı rılması, xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hə rbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd:Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il senty abrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Əsasnaməyə görə müharibə veteranı adının verilməsi döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması aidiyyəti dövlət orqanının arayışı (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında verildiyin dən və belə arayış və əmrlər olmadığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-531/2019 saylı, 6 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar