Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2152/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil növbəsinə alınma, müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-cü il, FİN OVTFSZZ) Cavabdehnə qarşı “1 (bir) nəfər ailə tərkibi ilə mənzil növbəsinə alınmasına dair sərəncam verilməsi, sərəncam verildikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli Qərarına uyğun m üvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2-1(107)-167/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı SQ-də xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək zabit kimi həqiqi hərbi xidmətdə olmuş, Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Sonradan qismən səfərbərliklə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək yenidən həqiqi hərbi xidmətdə olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının cəmi həqiqi hərbi xidmət müddəti 7 il 11 ay 10 gün təşkil edir.
2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 14 nömrəli arayışında qeyd edilir ki, iddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qan una əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir.
3. Göstərilənlər iddiaçıya məxsus ZE ******* nömrəli hərbi biletlə də öz təsdiqini tapmışdır.
4. İddiaçı cavabdehə müraciət edərək müvəqqəti mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən xx.xx.2000-ci ildə tərxis olunmuş, anasına məxsus 4 otaqlı mənzildə qeydiyyatdadır və orada yaşayır. Mingəçevir ŞİH -də mənzil növbəsinə götürülməmişdir. Bu səbəblə də mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsinə əsas yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 5 avqust 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 (bir) nəfər ailə tərkibi ilə mənzil növbəsinə alınmasına dair sərəncam verilməsi, sərəncam verildikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli Qərarına uyğun müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikasının Sila hlı Qüvvələrində həqiqi hərbi xidmət keçməklə zabit kimi qulluq etmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdə Müdafiə nazirinin əmri ilə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən səfərbər edilmiş və Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixdə tərxis olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli Qərarını və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununu əsas götürərək mənzil kirayəsinə görə kompensasiya ödənilməsinə dair cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdehin etirazları:
8. C avabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə şəhər icra hakimiyyətinə ərizə ilə müraciət edərək ehtiyatda olan zabit kimi ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarı ilə nəzərdə tutulmuş qaydada müvəqqəti mənzil kirayə haqqının ödənilməsini xahiş etmişdir. Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanların da mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara seçdikləri yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək həqiqi hərbi xidmətdə olmuş zabitdir. O, xidmət müddəti başa çatdığına görə ordudan tərxis olmuşdur. 2000-ci ildən Mingəçevir şəhərində yaşamış, mənzil növbəsinə alınması ilə bağlı şəhər İcra Hakimiyyətinə müraciət etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında isə mənzil kirayə haqqının ödənilməsinə hüququ olan zabit, gizir və miçmanların dairəsi dəqiq göstərilmişdir. Bunlar yaşa, xəstəliyə, ailə vəziyyətinə görə və 5 təqvim ili xidmət etmiş və ştatların ixtisar ına görə istefaya və ya ehtiyata buraxılmış şəxslərdir və həmin şəxslər yerli İcra Hakimiyyətində mənzil uçotuna alınmalıdırlar, yəni həmin şəxslər Mənzil qanunvericilinə görə yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməli və uçota onların götürülmələri üçün əsas olmalıdır. İddiaçı subaydır, anasına məxsus 4 otaqlı, yaşayış sahəsi 59,85 kv.m mənzildə qeydiyyatdadır. Mənzildə ondan başqa anası, iki bacısı və iki bacısı uşağı olmaqla cəmi 6 nəfər yaşayır ki, bu da Mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş adambaşına düşən yaşayış normasına uyğundur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (F.S.İsmayılzadə) 7 aprel 2022-ci il tarixli, 2-1(116)194/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, idd iaçının cəmi həqiqi hərbi xidmət müddəti 7 il 11 ay 10 gün təşkil edir. Qanunvericiliyə əsasən iddiaçının yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ o halda mövcud olacaqdır ki, iddiaçı Silahlı Qüvvələrdə 15 təqvim ili və daha çox xidmət etmiş olsun. İddiaçı isə bu tələbə cavab vermir. İddia tələbinin müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəs i alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. İddiaçının həqiqi xidmət ili qeyd edilən 5 təqvim ilindən çox olsa da o, yuxarıda göstərilən əsaslardan heç birinə görə deyil, Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə buraxılmışdır. Belə bir kateqoriyadan olan hərbi qulluqçular ehtiyata və ya istefaya buraxıldıqda mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsi qanunla nəzərdə tutulmamışdır.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/ Ə.T.Məcidov və M.A.Əsədli) 25 avqust 2022-ci il tarixli, 21(107)-167/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 7 aprel 2022-ci il tarixli, 2-1(116)-194/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassator qeyd edir ki, cavabdehin imtinası əsassızdır. Eyni zamanda da məhkəmə iddia tələbini təmin etməməkdə haqlı olm amışdır. İddiaçının hərbi xidmət müddəti güzəştli hesab olunmaqla 15 ildən artıqdır. Daha dəqiq ümumi xidmət illəri 23 il 04 ay 03 gün təşkil edir. Belə olan halda iddiaçı “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinin tələblərinə cavab verir.
16. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qəra rının 1-ci bəndinin, Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ....
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanun vericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır..... Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayı ş evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. 19. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarı:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək m üvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
20. İnzibati Prosessual Məcəllə (İPM): A) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa bor cludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. B) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. İddiaçının kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kolle giyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən iddiaçı SQ-də xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək zabit kimi həqiqi hərbi xidmətdə olmuş, Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. S onradan qismən səfərbərliklə əlaqədar xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci ilədək yenidən həqiqi hərbi xidmət olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının cəmi həqiqi hərbi xidmət müddəti təqvim ilə 7 il 11 ay 10 gün təşkil edir.
29. Hazırkı qərarın 21-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından iddiaçının yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ o halda mövcud olacaqdır ki, iddiaçı Silahlı Qüvvələrdə 15 təqvim ili və daha çox xidmət etmiş olsun. İddiaçının xidmət müddəti isə bu tələbə cavab vermir.
30. İddiaçının icarə haqqı ilə bağlı tələbə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 22-ci bəndində qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir.
31. İddiaçının həqiqi xidmət ili qeyd edilən 5 təqvim ilindən çox olsa da o qeyd edilən əsaslardan heç birinə görə deyil, Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə buraxılmışdır.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 19-20(a)-cü bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
33. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 21(107)-167/2022 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.