Məhkəmə qərarları › İş №2-1(102)-2152/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2152/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2152/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü, FİN 0xxxxxxx) cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli 2-1(103)-1805/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, 01 yanvar 2006-cı il tarixinədək 25 ildən artıq ümumi, 12 il 6 aydan çox güzəştli iş stajını topladığını bildirərək, ona 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

3. C avabdeh **********3 saylı, xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəssislər (b) bəndində iş icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi F iliala təqdim edilən xx.xx.1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2009-cı il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X6" QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. MKT İdarəsi yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olmadığından iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il, 7 ay, 3 gün (xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkə zi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, keçmiş 3 illik müddət üçün pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə xx.xx.1977-ci ildən başlamışdır və 2009-cu ilə kimi müxtəlif vəzifələrdə çalışmaqla, 25 ildən artıq sığorta stajına malikdir. Ümumi sığorta stajının 12 il 6 ayından çox hissəsini güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən sahələrdə işləmişdir. Buna görə də, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati or qana müraciət etmiş, sonuncu tərəfindən 12 avqust 2022-ci il tarixli məktubla imtina edilmişdir. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pe nsiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X7 təqdim edilən 17 oktyabr 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X6" QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi MKT İdarəsi yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il, 7 ay, 3 gün (xx.xx.1981xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanlara əsasən, güzəştli şərtlə əmək pensiyanın təyin olunmasından imtina edilmişdir. O, cavabdeh inzibati orqanın imtinası ilə razı deyil və hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır, onun tələbi isə qanunvericiliyn tələblərinə uyğundur və ona görə də ona güzəştli şərtlə 57 yaşdan pensiya təyin olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Belə ki, o, Azərbaycan SSR Təsərrüfat Nazirliyinin taxıl bazasında xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi (8 ay, 13 gün) müvəqqəti laborant, Tikinti və Nəqliyy at Nazirliyi Tuapse şəhəri, p-12, Hərbiləşdirilmiş mühafizəsinin Şimali-Qafqaz dəstəsində xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə kimi (3 ay) atıcı vəzifələrində işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi (2 il) Sovet ordusu sıralarında xidmətdə olmuş, Tikinti və Nəqliyyat Nazirliyi Tuapse şəhəri, p-12, Hərbiləşdirilmiş mühafizəsinin Şimali-Qafqaz dəstəsində xx.xx.1981-ci ildən xx.xx.1981- ci ilə kimi (6 ay, 8 gün) atıcı, “Kaspar”ın təmir-tikinti idarəsində xx.xx.1981-ci ildən xx.xx.1984cü ilə kimi (3 il, 23 gün) fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilə kimi (3 il, 2 ay) dülgər, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə kimi (1 ay, 11 gün) usta, xx.xx.1988-ci ildən xx.xx.1988ci ilə kimi (1 ay, 22 gün) tikinti ustası, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə kimi (10 ay, 25 gün) iş icra çısı, “Kaspar”ın təmir-tikinti idarəsi nəzdində “Yunga” Kooperativində xx.xx.1989cu ildən xx.xx.1990-cı ilə kimi (1 il, 2 ay, 16 gün) iş icraçısı, “X6” QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Tikinti-təmir sahəsində xx.xx.1990-cı ildən xx.xx.2009-cu ilə kimi (18 il, 6 ay, 17 gün) iş icraçısı vəzifələrində çalışmışdır. Hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən, keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilir. xx.xx.1990-cu ildən xx.xx.2009cu ilə kimi is icraçısı vəzifələrində çalışdığı müddətdə X4 məxsus Xaçmaz rayonu Müqtədir qəsəbəsində donuzçuluq kompleksinin tikintisini, maldarlıq fermasının tikintisini, o cümlədən X4 məxsus gəmi təmirçisi istirahət bazasında 27 ədəd kotecin tikintisini h əvata keçirmiş, Bakı səhərində X4 məxsus hündürmərtəbəli binaların təmiri və bərpası islərinə rəhbərlik etmişdir. Göründüyü kimi, işlədiyi dövrləri hesablayanda o, 30 il 6 ay 15 gün ümumi is stajına malikdir ki, həmin stajın 20 il, 7 ay, 28 günü (is icraçısı vəzifəsi) güzəştli şərtlə pensiya hüququ verən iş stajına aiddir. İddiaçı hesab edir ki, xx.xx.2006-cı il tarixədək 25 il ümumi, 12 il 06 ay güzəştli is stajının olması (12 il 6 aydan artıq müddətdə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə (iş icraçısı kimi) işləməsi) ona güzəştli şərtlərlə yaşa görə pensiya təvin olunması ü çün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin siyahısı”nda 29-cu - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “b - mütəxəssislər” bəndində is icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 22900000 kodu ilə qeyd olunan “XXVİİ - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi”ndə, 2290000b yarımbəndində 2290100b—24441 kodu ilə iş icraçısı vəzifəsi qeyd edilmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar tışkil edir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: T.Məlikov) 2-1(112)-12302/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 06 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərt lərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını topladığından, ona 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmçinin, iddiaçının hazırkı tələblə cavabdehə 2022-ci ilin fevral ayında müraciət etdiyi nəzərə alınaraq pensiyanın həmin tarixədək olan keçmiş 3 il müddət üçün ödənilməsi qərara alınmışdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik e dən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 12 may 2023-cü il tarixli, 21(103)-1805/2023 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2-1(112)-12302/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(103)-1805/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını işin hallar ı, imtina məktubu və iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmuşdur.Etiraza əsasən iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli 2-1(103)1805/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Re spublikasının Qanunu (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2 Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qey d olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 17. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə

67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr ( baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

21. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərə k (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəl illərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fund amental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının tələbi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.

31. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün o, 57 yaşını tamamlamalı, xx.xx.2006-cı il tarixinədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajının toplanması şərtlərini ödəməlidir.

32. İddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdə tamamlanmışdır. Bu, işin mübahisəsiz halıdr. Eləcə də, onun xx.xx.2006-cı il tarixinədək azı 25 il ümumi iş stajı şərtini ödəməsi iş ma teriallarındə olan əmək kitabçası, hərbi biletin surəti və arayışlarla təsdiq edilir. Cavabdeh də işin bu halını mübahisələndirmir.

33. Cavabdehin imtinasının, eləcə də etiraz və şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı, ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2006-cı il tarixədək azı 12 il 6 ay güzəştli iş stajını toplamamışdır.

34. Cavabdehin bu dəlili ilə bağlı aşağı instansiya məhkəmələri hərtərəfli araşdırma aparmış və bu dəlilin əsassız olması qənaətinə gəlmişlər. Məhkəmə kollegiyası aşağı instasiya məhkəmələrinin bu mövqeyi ilə razılaşır.

35. Belə ki, iş materiallarında olan ИТ-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixd ən xx.xx.1978-ci il tarixədək Azərbaycan SSR Təsərrüfat Nazirliyinin taxıl bazasında müvəqqəti laborant, (8 ay, 13 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci ilə kimi (3 ay) Tikinti və Nəqliyyat Nazirliyi Tuapse şəhəri, p-12, Hərbiləşdirilmiş mühafizəsinin Şimali-Qafqaz dəstəsində atıcı, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (2 il) Sovet ordusu sıralarında xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixə kimi (6 ay, 8 gün) Tikinti və Nəqliyyat Nazirliyi Tuapse şəhəri, p-12, Hərbiləşdirilmiş mühafizəsinin Şimali - Qafqaz dəstəsində atıcı, xx.xx.1981- ci il il tarixdən xx.xx.1984-cü il il tarixə kimi (3 il, 23 gün) “Kaspar”ın təmir-tikinti idarəsində fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il il tarixə kimi (3 il, 2 ay) dülgər, xx.xx.1987ci il il tar ixdən, xx.xx.1988-ci il tarixə kimi (1 ay, 11 gün) usta, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi (1 ay, 22 gün) tikinti ustası, xx.xx.1988-ci il tarixdən xx.xx.1989cu il tarixə kimi (10 ay, 25 gün) iş icraçısı, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixə kimi (1 il, 2 ay, 16 gün) “Kaspar”ın təmir-tikinti idarəsi nəzdində “Yunga” Kooperativində iş icraçısı, xx.xx.1990-cı il tarixdən xx.xx.2009-cu ilə kimi (18 il, 6 ay, 17 gün) X6 Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Tikinti-təmir sahəsində iş icraçısı vəzifələrində çalışmışdır.

36. Eyni zamanda, Azərbaycan X6” QSC-nin X1 tərəfindən verilən xx.xx.2022-ci il tarixli AM03102-1321 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 27 il 04 ay 06 gün təşki l edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 29-cu bəndinin "a, b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXYİİ hissəsinin - 22900000 a) fəhlələr, (kod 229000b) "b" yarımbəndinə (kod 2290000b - 24441 iş içraçıları) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 №-li Qərarına əsasən “X6” “Azərbaycan Dövlət X6” adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X3 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə "Azərbaycan X6" Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir.

37. Bundan başqa, iş materiallarına əlavə edilmiş “Azərbaycan X6” QSC X2 tərəfindən verilən xx.xx.2022-ci il tarixli AM03102-1889 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən, Azərbaycan Dövlət X3 sahil heyətində Təmir-tikinti idarəsində xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək və xx.xx.1990-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək Mənzil-kommunal təsərrüfatı idarəsinin təmir tikinti idarəsində dülgər, tikinti ustası, fəhlə, iş icraçısı vəzifələrində işləmişdir. İddiaçı gəmiçilikdə güzəştli iş stajı 25 il, 10 ay 2 0 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 29-cu bəndinin - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təhcizatı, bərpası və təmiri bölməsinin "a,b" yarımbəndinə uyğun göstərilmişdir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 320 nömrəli Qərarına 2 nömrəli əlavədə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pen siya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Sözügedən Siyahıda 22900000 kodu ilə qeyd olunmuş “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan XXVİİ bölməsində: iş icraçıları (2290000b-24441) vəzifəsi nəzərdə tutulmuşdur.

39. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının xx.xx.1990-xx.xx.2009-cu il tarixləri arasındakı iş icraçısı vəzifəsində işlədiyi “Azərbaycan X6” QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpa sı və təmiri sahəsinə aid olmaması ilə bağlıdır. İddiaçının işləmiş olduğu müəssisə tərəfindən verilmiş işin xarakterini özündə əks etdirən arayışlardan da göründüyü kimi, İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, habelə xx.xx.1989-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək müvafiq olaraq “Kaspar”ın təmir-tikinti idarəsində və daha sonra isə X3 Mənzil-kommunal təsərrüfatı idarəsinin tikinti- təmir sahəsində dülgər, tikinti ustası, fəhlə, iş icraçısı vəzifələrində işləmişdir. Arayışda həmçinin, iddiaçının işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş siyahının müvafiq bəndində nəzərdə tutulmuş koda uyğun olduğu bildirilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövrü (7 il, 7 ay, 3 gün) güzəştli iş stajı kimi hesablamışdır. Bu dövr ərzində iddiaçı “Kaspar”ın təmir-tikinti idarəsində fəhlə, dülgər, usta, tikinti ustası və iş icraçısı vəzifələrində işləmişdir. Cavabdeh tərəfindən iddiaçının əvvəlki iş yeri üzrə iş icraçısı vəzifəsində işləməsi mübahisələndirilməmiş və xüsusi iş stajı kimi hesablanmışdır. Lakin iddiaçının xx.xx.1990xx.xx.2009-cu il tarixləri arasındaki dövr ərzində iş icraçısı vəzifəsində işlədiyi “Azərbaycan X6” QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin tikinti -təmir sahəsinə münasibətdə fərqli mövqe sərgilənmişdir.

40. Odur ki, iddiaçıya münasibətdə xüsusi iş stajı şərtinin ödənildiyi də sübuta yetirilir.

41. Beləliklə, 2006-cı ilin yanvar ayının 1-dək azı 25 il ümumi və 12 il 6 ay “əmək şəraiti zərərli və ağır olan” iş stajı şərtləri tam ödənildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, iddiaçının 57 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

42. Həmçinin qeyd edilməlidir ki, cavabdehin iddiaya etirazında iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2022-ci tarixində cavabdeh inzibati orqana müraciət etdiyi qeyd olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qərarında göstərmişdir ki, iddiaçının hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi 2022-ci ilin fevral ayından əvvəlki dövrün pensiya m əbləğinin son 3 ilə aid hissəsinin ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

43. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(103)1805/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar