Məhkəmə qərarları › İş №2-1(102)-2153/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2153/2019

10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2153/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Allahverdiyev Qəhrəman Əli oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı pensiyanın yenidən hesabl anması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-509/2019 nömrəli, 03 aprel 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 10 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra iddiaçı) xx.xx.1948-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, cavabdeh 14.06.2017ci il tarixli 12/4371 nömrəli və 29.06.2017-ci il tarixli 12/462 7 nömrəli məktublarla müraciətin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əmək haqqlarının artırılması haqqında” 09 iyul 2008ci il tarixli 2934 nömrəli sərəncamı nəzərə alınmaqla onun əmək pensiyası məbləğinin yenidən hesablanması və hesablanmış pensiyada yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, pensiyasının məbləğinin səhv hesablandığını əsas gətirərək yenidən hesablanması ilə əlaqədar 02.06.2017-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh 14.06.2017-ci il tarixli 12/4371 nömrəli cavab məktubunda onun müraciətinə əmək p ensiyası təyin edən komissiyada yenidən baxıldığını göstərərək qeyd etmişdir ki, pensiyasının məbləği 01.12.2013-cü iİ tarixdən yenidən hesablanaraq 387,07 manata çatdırılmışdır. Bu cavab onu qane etmədiyindən 19.06.2017-ci il tarixdə yenidən ərizə ilə cavabdehə müraciət edərək, pensiyasının məbləği müəyyən edilərkən Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əmək haqqlarının artırılması haqqında" 09 iyul 2008-ci il tarixli 2934 nömrəli sərəncamının nəzərə alınmamasına aydınlıq gətirilməsini xahiş etsə də, cavabdeh özünün 29.06.2017-ci il tarixli 12/4627 nömrəli cavab məktubunda əvvəlki, yəni 14.06.2017-ci il tarixli 12/4371 nömrəli cavab məktubunda göstərilənləri təkrarlamışdır. Yəni, cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əmək haqqlarını n artırılması haqqında” 09 iyul 2008ci il tarixli 2934 nömrəli sərəncamı nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanmasından yayınır. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur, qeyd edilən sərəncam nəzərə alınmaqla, onun pensiyası yenidən hesablanmalı və yaranmış fərq ona ödənilməlidir. Cavabdeh 12/7180 nömrəli, 03 oktyabr 2017-ci il tarixli məktubla iddia ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının pensiyası 01.12.2013-cü ildən 387.07 manat hesablanmış və ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının qərarı ilə iddiaçının pensiyasının məbləği yenidən hesablanaraq 01.07.2008-ci il tarixdən 325.85 manata çatdırılmışdır. Yaranmış fərq oktyabr ayından başlayaraq əsas pensiyasına əlavə olunaraq ödəniləcəkdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-145/2018 nömrəli, 29 mart 2018ci il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əmək haqqlarının artırılması haqqında” 09 iyul 2008- ci il tarixli 2934 nömrəli sərəncamı nəzərə alınmaqla, iddiaçının pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1618/2018 nömrəli iş üzrə 28 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-145/2018 nömrəli, 29 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2150/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: Z.M.Quliyev və İ.K.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1618/2018 nömrəli iş üzrə 28 iyun 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1 03)-509/2019 nömrəli iş üzrə 03 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: İ.B.Əhmədov, hakimlər: S.S.Seyidova və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-145/2018 nömrəli, 29 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən iş üçün əhəmiyyətli olan hallara məhkəmə tərəfindən düzgün hüq uqi qiymət verilməmiş, iş üzrə mühüm olan faktiki hallar araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri kobudcasına pozulmuş, bununla da qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 07.02.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 5-ci bəndinə əsasən, pensiya təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qan ununun 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” AR Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının (Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əlavə almaq hüququ olmuşdur və 01.07.2017-ci il tarixdə Qanuna edilmiş dəyişikliklərdə bu maddəyə toxunulmamışdır. İddiaçının hazırda iddia etdiyi P rezidentin 09.07.2008-ci il tarixli 2934 №-li Sərəncamı ona münasibətdə tətbiq olunmuşdur. Lakin, məhkəmə həmin halı nəzərə almayaraq əsaslı olmayan iddia tələbini təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsa slar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin, insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Qeyd olunmalıdır ki, iddiaçıya 2015-ci ildə dövlət qulluqçusu kimi pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada ( 01 iyul 2017-ci il tarixədək qüvvədə olan müddəalar) müəyyən e dilirdi: dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məblə ği arasındakı fərq qədər əlavə ödənilir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əmək haqqlarının artırılması haqqında” 09 iyul 2008-ci il tarixli 2934 nömrəli sərəncamına əsasən iddiaçının baş iqtisadçı kimi maaşı vəzifə maaşı 530 manat müəyyən edildiyi halda, “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan tələbləri baxımından onun həmin məbləğdən hesablanan aylıq pensiyasının məbləğinin (bütün digər hesablamalar da nəzərə alınmaqla) 387 manat hesablanmasının səhv olduğu aşkar görünür. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin 2-ci cümləsində isə imperativ qaydada təsbit olunur ki, bu Qanunun 20.1.1 - 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, q ulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Bundan əlavə, apelyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, pensiya işində olan DSMF-nin Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 14.06.2017-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçının pensiyası 01.12.2013-cü il tarixdən yenidən hesablanaraq 387,07 manata çatdırılmışdır. 15.01.2018-ci il tarixli məktubda isə qeyd edilir ki, iddiaçının pensiyası 01.01.2006-cı ildən - 87,72 manat, 01.01.2008-ci ildən - 180,81 manat, 01.01.2009-cu ildən - 275,78 manat, 01.12.2013-cü ildən - 358,72 manat təşkil edir. DSMF-nin Bakı şəhəri Yasamal rayon şöbəsinin müdiri V.Abdullayev tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 03.10.2017-ci il tarixli məktubda qeyd edilir ki, şöbənin qərarı ilə iddiaçının pensiyasına yenidən baxılmış və onun pensiyasının məbləği 01.07.2008-ci il tarixdən 325,85 manata çatdırılmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd edilən ziddiyyətlərin aradan qaldırılması üçün cavabdehə məhkəmə prosesində müraciət etsə də, həmin ziddiyyətlərlə bağlı cavab verilməmişdir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh iddiaçının dövlət qulluğu pensiyasının Azərbaycan Respublikası Prezidentinin qeyd edilən sərəncamından və “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan müddəalından irəli gələn öhdəliyini icra etməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraa tı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcə lləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-509/2019 nömrəli iş üzrə 03 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar