Məhkəmə qərarları › İş №2-1(102)-2153/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2153/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2153/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya; işin hallarının hərtərəfli araşdırılmaması; güzəştli stajın mövcudluğu ilə bağlı araşdırmanın aparılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müd afiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-683/2021 nömrəli, 13.04.2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.xxxx-ci il təvəllüdlü iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı 03.07.1978-ci il tarixdə əmək fəaliyyətinə başlamış, halhazıradək müxtəlif peşələrdə işləyir.

2. Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş 09 dekabr 2019-cu il tarixli, 155 nömrəli arxiv arayışına əsasən Kürdəmir rayonu Carlı kəndində qeydiyyatda olan İddiaçı 1986-cı ildə Kürdəmir ray onu “Xxx” adına kolxozda işləyərək natura dəyəri ilə birlikdə əmək haqqı qazanmışdır. Vəzifəsi kolxozçu, illik müəyyən edilmiş minimum adam günü 200, il ərzində işlənmiş adam günlərinin miqdarı 113, əmək haqqı 430 qeyd edilmişdir.

3. İddiaçı 30.10.1979-cu il tarixdən 30.11.1981 -ci il tarixinə kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

4. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh 18.11.2019 və 29.12.2019-cu il tarixli məktublarla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının ümumi stajı 25 ildən azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.07.1982-ci il tarixdən 31.12. 1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X4 X1 Şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 6 ay və 1986-cı ildə Kürdəmir rayonu “Xxx” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 təqvim gününün qanunla müəyyən edilmiş qaydada əmək stajına daxil edilməsi və 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.07.1978-ci ildən hal-hazıra kimi Geologiya Nazirliyinin Geofiziki Kəşfiyyat sulları ElmiTədqiqat X5 sürücü, fəhlə, qazmaçı, Geogiziki və Geologiya İdarəsinin Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində maşinist, gözətçi, fəhlə, yardımçı fəhlə vəzifələrində işləmişdir. Onun 01 yanvar 2006 -cı il tarixədək ümumi iş stajı 25 il 6 ay 17 gün, 01 yanvar 2006-cı il tarixədək güzəştli işlərdə iş stajı isə 12 il 11 ay 28 gündür. Cavabdeh iddiaçının ümumi stajının 25 ildən az olması əsası ilə güzəştli şərtlərlə pensiya təyinindən imtina etmişdir. Halbuki, əmək kitabçası, arxiv arayışı və iş yerindən verilən arayışlarla iddiaçının qanunla tələb olunan stajının mövcudluğu təsdiqlənir.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının qanunla tələb olunan ümumi stajı 25 ildən azdır və xüsusi stajını təsdiq edən iş yerindən güzəştli arayış təqdim edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3033/2020 saylı qərarı ilə (hakim: A.Abdullayeva) iddia təmin edilərək, iddiaçının 01.07.1982-ci il tarixdən 31.12.1982-ci il tarixədək Ge ologiya Nazirliyinin Ümumittifaq X4 X1 Şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 6 ay və 1986-cı ildə Kürdəmir rayonu “Xxx” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 təqvim gününün qanunla müəyyən edilmiş qaydada əmək stajına daxil edilməsi və 57 yaşı tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiya təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi ni və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-683/2021 nömrəli, 13.04.2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.Nağıyeva, hakimlər: V.Məmmədov və H.Əhmədov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3033/2020 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş 09 dekabr 2019-cu il tarixli, 155 nömrəli arxiv arayışından görünür ki, Kürdəmir rayonu Carlı kəndində qeydiyyatda olan İddiaçı 1986-cı ildə Kürdəmir rayonu “Xxx” adına kolxozd a işləməsi qeyd edilsə də, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində göstərdiyi 01.07.1982-ci il tarixdən 31.12.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X4 X1 Şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi 6 ay və 1986-cı ildə Kürdəmir rayonu “Xxx” adına kolxozda kolxozçu kimi işlədiyi dövrlər onun əmək kitabçasında qeyd olunmamışdır. Bundan əlavə, iddiaçının əmək kitabçası ilə SOCAR tərəfindən təqdim edilmiş arxiv arayışı arasında ziddiyyətlər olduğu, iddiaçının 16.10.1979-cu il tarixdə sonrakı tarixli (31.10.1979-cu il) əmrlə işdən azad edildiyi və əmək kitabçasına sonradan düzəliş edildiyi müəyyən edilir. Belə olan halda, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi iş stajına mal ik olmadığından hazırkı iddia tələbi əsassızdır.

13. Apellyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN TƏRƏFLƏRİN İZAHATLARİ VƏ a) Kassasiya şikayətlərinin dəlilləri: ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ,

14. İddiaçı kassasiya şikayətində iddia ərizəsindəki dəlilləri sadalamış və əlavə olaraq qeyd etmişdir ki, SOCAR tərəfindən verilmiş 27.01.2020-ci il tarixli arayışa əsasən iddiaçının 03.07.1978-ci il tarixdən 16.05.2019-cu il tarixədək cəmi stajı 36 il 04 ay 03 gün, cəmi güzəştli çöl iş stajı (1986-2008-ci illər üzrə) 14 il 11 ay 06 gün təşkil edir. İş materiallarında olan əmək kitabçası, hərbi bilet, arxiv arayışı və iş yerindən arayışlarla iddiaçı nın 25 il ümumi, 12 il 06 isə güzəştli iş stajı olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi iddia tələbini rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazın dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

17. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq etiraz vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

18. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tə sdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. (13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün ş əxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam for mada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası mə hkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

26. İddiaçı xx.xx.xxxx-ci il təvəllüdlü olduğundan ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 9.8 -ci maddəsinə əsasən) 01.01.2006-cı ilədək 25 il ümumi iş stajı, 12 il 06 ay isə güzəştli iş stajı olmalıdır.

27. Hazırkı iş üzrə cavabdeh iddiaçının həm ümumi, həm də güzəştli iş stajını mübahisələndiri.

28. İddiaçının ümumi stajı ilə bağlı işin apellyasiya məhkəməsi tərəfindən araşdırılan hallarına əsasən, iddiaçıya məxsus əmək kitabçasına görə o, 03.07.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 03.07.1978-ci il tarixdə Geologiya Nazirliyinin X4 X1 Şöbəsinin 14 saylı seysmik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş və 03.01.1979-cu il tarixdə işdən azad edilmiş; 21.08.1979-cu il tarixdə Geologiya Nazirliyinin X4 X1 Şöbəsinin seysmik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, hərbi xidmətə çağrılması ilə əlaqədar olaraq 16.10.1979-cu il tari xdə işdən azad edilmiş; 28.01.1983-cü il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X4 X1 Şöbəsinin 2 saylı seysmik partiyasına fəhlə vəzifəsinə işə qəbul olunmuş, 16.04.1983-cü il tarixdə sürücü vəzifəsinə keçmiş, 02.01.1985-ci il tarixdə isə öz xahişi ilə işdən azad edilmişdir. 08.04.1985-ci il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X3 X1 Şöbəsinin 2 saylı seysmik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, 08.10.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 16.10.1985-ci il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X4 X2 Şöbəsinin 2 saylı seysmik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, 31.03.1986-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 21.07.1986-cı il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X4 X2 Şöbəsinin 14 sayl ı seysmik partiyasına mövsümü işlərə qazmaçı vəzifəsinə işə qəbul olunmuş, 15.12.1986-cı il tarixdə çöl işlərinin bitməsinə görə işdən azad edilmişdir. 23.02.1987-ci il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X4 X2 Şöbəsinin 2 saylı seysmik partiyasına mövsümü işlərə qazmaçı vəzifəsinə işə qəbul olunmuş, 29.03.1989-cu il tarixdə işdən azad edilmişdir. 05.04.1989-cu il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X4 X2 Şöbəsinin 2 saylı seysimik partiyasına mövsümü işlərə 3-cü dərəcəli qazmaçı vəzifəsinə işə qəbul olunmuş, 10.03.2006-cı il tarixdə Geofizika və Geologiya İdarəsinin Elmi Tədqiqat İnstitununun 1 saylı Təcrübi metodik seysmik kəşfiyyat dəstəsinə 6-cı dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş, 01.04.2010-cu il tarixdə işdən azad olunmuşdur.

29. Əmək kitabçasına əsasən iddiaçının s tajı 22 il 09 ay 18 gündür. Bundan əlavə, iddiaçı 30.10.1979-cu il tarixdən 30.11.1981-ci il tarixinə kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş (02 il 01 ay 01 gün) və Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş 09 dekabr 2019-cu il tarixli, 155 nömrəli arxiv arayışına əsasən iddiaçı 1986-cı ildə Kürdəmir rayonu “Xxx” adına kolxozda 113 gün işləmişdir (həmin il üzrə minimum adam gün norması yerinə yetirilmədiyindən faktiki gün nəzərə alınmaqla staja daxil edilir). Göründüyü kimi iddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyətinə dair dövrlər, hərbi xidməti və Xxx” adına kolxozunda işlədiyi müddət nəzərə alındıqda ümumi iş stajı 25 ildən çoxdur.

30. Bununla yanaşı, SOCAR-ın 27.01.2020-ci il tarixli arayışında iddiaçının əmək kitabçasında qeyd olunan dövrlərlə yanaşı i ddiaçının 01.07.1982-31.12.1982-ci illərdə (təxmini 06 ay) Geologiya Nazirliyinin X4 X1 Şöbəsinin seysmik partiyasına mövsümü işlərə sürücü vəzifəsində işləmişdir.

31. Beləliklə, həm əmək kitabçası, həm də iş yerindən arayışla iddiaçının 25 il ümumi iş stajının olması öz təsdiqini tapır. Belə olan halda, iddiaçının ümumi iş stajının olmaması barədə həm apellyasiya instansiya məhkəməsinin, həm də cavabdehin dəlilləri əsassızdır, çünki iddiaçının kolxozda işlədiyi dövrün əmək kitabçasında əks olunmaması, həmin dövrün sosial sığorta stajına daxil edilməməsinə əsas vermir.

32. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi "Azərbaycan Respu blikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mi ndiyi (01.01.2006-cı ilədək) günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər.

33. İddiaçının güzəştli stajı ilə bağlı isə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən şəxsə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələr lə uyğunluğunu dürüstləşdirməkdir. Hazırkı iş üzrə güzəştli iş stajı barədə arayışın təqdim edilməsi üçün iddiaçının işlədyi müəssisəyə müraciət olunsa da, SOCAR 12 iyun 2020-ci il tarixli və 14.09.2020-ci il tarixli məktublarında bildirmişdir ki, iddiaçının işlədiyi peşələrin güzəştli olub-olmamasının müəyyən edilməsi idarənin səlahiyyətinə aid deyildir (iş v.53-54; 66-67).

34. Məhkəmə kollegiyası hesab edir ki, güzəştli arayış iddiaçının işlədiyi müəssisə tərəfindən verilməlidir. Belə olan halda, SOCAR-ın güzəştli arayışın verilməsindən imtinası düzgün olmamış, apellyasiya instansiya məhkəməsi isə bu hala qiymət verməmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən ol unmuş faktiki hallarını hərtərəfli araşdırmamış, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

36. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi güzəştli arayışın əldə edilməsi ilə bağlı İPM-nin 12.1-ci maddəsində təsbit olunmuş vəzifələrini icra etməli və iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun mövcudluğunu hərtərəfli araşdırmaqla qərar qəbul etməlidir.

37. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 2-1(103)-683/2021 nömrəli, 13.04.2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar