Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2154/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı hərbi rütbəsinin bir pillə endirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli 0173 nömrəli əmrin ləğv olunması, “Hərbi vəzifə xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41. 0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə xx.xx.2018-ci il tarixli 691 ş/h nömrəli əmrin dəyişdirilərək barəsində “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 21(107)-271/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xidməti uyğuns uzluqla buraxılma barədə 14 may 2018-ci il tarixli əmrin ləğv edilməsi, barəsində həmin tarixli öz arzusu ilə buraxılma (Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı bəndinin “j” yarımbəndinə uyğun olaraq) barədə yeni əmrin verilməsi və əvvəlki polkovnik-leytenant hərbi rütbəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 21(81)2586/2019 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(116)-37/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edi lmişdir.
4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 21(107)-301/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 2-1(102)-2072/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Cavabdeh tərəfindən 11 may 022-ci il tarixdə məhkəməyə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizə təqdim edilmişdir.
9. Ərizə onunla əsaslandırı lmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İddiaçının işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi və tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi məqsədilə xx.xx.2018-ci il tarixdə X1 attestasiya komissiyasının iclası keçirilmiş, iddiaçı həmin iclasda dinlənilmiş və yekun olaraq hərbi rütbəsi bir pillə aşağı salınmaqla Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı barədə qərar qəbul olunmuş və həmin qərar iddiaçının diqqətinə çatdırılmış, attestasiya vərəqi ilə tanış edilmişdir. İddiaçı barəsində attestasiya nəticəsində belə qərarın qəbul olunmasına səbəb onun son dövrlər özünü qeyri-sabit aparmağı, vəzifəsinə səhlənkar münasibət göstərməyi və öz xidmətini mütəma di olaraq nöqsanlarla icra etməsi olmuşdur. Hətta rəhbərlik tərəfindən iddiaçının problemləri öyrənilmiş, ona xidmətində dönüş yaratması üçün müvafiq tövsiyə və göstərişlər verilmişdir. Lakin o, tutulan iradlardan və verilmiş tövsiyələrdən nəticə çıxartmamış. Bu səbəbdən də rəhbərlik tərəfindən dəfələrlə intizam məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunnalara əsasən də, iddiaçının rütbəsi bir pillə endirilməklə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı əvvəllər bir neçə dəfə “qüsursuz xidmətlərinə görə” müxtəlif medallarla təltif olunsada da, o həm də xidmətində nöqsanlara yol vermiş və buna görə də cəzalandırılmışdır. Belə ki, xx.xx.2016-cı il tarixdə “tabeliyində olan sərhəd zastavasının dövlət sərhədinin pozulmasına dair qabaqlayıcı əməliyyat məlumatları təmin etmədiyinə, xi dmətin təşkilinə zəif nəzarət etdiyinə görə'’, xx.xx.2017-ci il tarixdə “xidməti döyüş fəaliyyətinin təşkilində yol verdiyi nöqsanlara görə”, xx.xx.2018-ci il tarixdə “sərhəd komendantlığında yıxılaraq qabırğasının qapalı yerdəyişmiş sınığı xəsarətini alması faktını vaxtında məruzə etmədiyinə görə” və xx.xx.2018-ci il tarixdə isə “tabeliyində olan sərhəd bölmələrinin XDT-nə zəif nəzarət etdiyinə görə” cəzalandırılmışdır. Beləliklə, qeyd olunanlardan açıq-aşkar aydın olur ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində birinci icraat
10. Şəki İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli 2- 1(116)-37/2022 nömrəli qərardadı ilə (hakim F.İsmayılzadə) cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi mümkün sayılmamışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsində birinci icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2-1(107)-271/2022 nömrəli qərardadı ilə (hakimlər V.Məlikov – sədrlik edən və məruzəçi, Ə.Məcidov və M.Əsədli) Şəki İnzibati Məhkəməsinin cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin mümkün sayılmaması barədə 27 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Cavabdeh həmin qərardadda n kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.9. Ali Məhkəmə apellyas iya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud o lduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə ko llegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlə rin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona gö rə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.
24. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməs i və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.
25. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
26. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi icraatın təzələnməsi üçün əsas ola biləçək hallar və həmin halların nə vaxt məlum olması barədə sübutları məhkəməyə təqdim etməmişdur.
27. Belə ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün bu qərarın 16-ci bəndində istinad olunan normalarda təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgü n həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır.
28. Lakin hazırkı mübahisəyə münasibətdə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara əsasən və qeyd edilən səbəblərdən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni təmin etməməkdə apellyasiya məhkəməsi haqlı sayılmalıdır. Odur ki, apellyasiya məhkəməsinin qərardadı əsaslı və düzgündür. Bu səbəbdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 21(107)-271/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.