Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2154/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət hüququndan sui-istifadə, dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina, kassasiya şikayətinin mümkün sayılmaması) Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı “öhdəliklərin yerinə yetirilməsi və digər” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2024-cü il tarixli, 2-1(103)-2146/2024 nömrəli qərardad ından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi Rayon İcra Şöbəsinin hərəkətsizliyinə son qoyulması, lazımı qaydada öhdəliklərin yerinə yetirilməsi, 2(006)-1410/2019 saylı xx.xx.2019-cu il tarixli qərarın icrasının lazımı qaydada axıra qədər icra hərəkətlərinin davam etdirilməsi, cavabdeh və üçüncü şəxslə bağlı tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2-1(112)-5539/2024 nömrəli qərardadı ilə (hakim X6) iddia mümkün s ayılmamışdır.
3. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbini dəqiqləşdirməsi üçün kifayət qədər şərait yaradılsa da, iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növünə uyğunlaşdırmamış və dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmişdir.
4. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddiaya baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2146/2024 nömrəli, 2 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər X3 (sədrlik edən), X2 və X4) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5539/2024 nömrəl i, 5 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı 2 may 2024-cü il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2146/2024 nömrəli, 2 may 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vəkilin xidmətlərini ödəmək üçün maddi imkanı yoxdur. Bu səbəbdən, qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsinin təmin olunmasını xahiş edir.
7. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2146/2024 nömrəli, 3 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər X3 (sədrlik edən), X2 və X4) Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2146/2024 nömrəli, 2 may 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı oxşar bir mübahisə ilə bağlı olan çoxsaylı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün hesab edilməməsi barədə qərardadlarından şikayətlərə baxılaraq hamısı qüvvədə saxlanılmış, həmin qərardadlardan kassasiya şikayətlərinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçının ərizələri təmin edilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı əsassız iddialar qaldırmaqla, həmin iddiaların mümkünsüzlüyünə dair qərardadları hər üç məhkəmə mərhələs ində mübahisələndirməklə hüququndan sui-istifadə edir.
9. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan qərardadda Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “5. Hüququn düzgün tətbiq e dilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”. Sözügedən Qərardadda eləcə də izah olunmuşdur ki, “...təcrübədə rast gəlinən şikayət hüququndan sui-istifadə hallarına da “əsaslandırılmamış şikayət” çərçivəsində qiymət verilməklə onların mümkünlüyü həll edilə bilər. Belə ki, ümumi hüquq nəzəriyyəsində şikayət hüququndan sui-istifadə hüququn ənənəvi olaraq nəzərdə tutulduğundan fərqli məqsədlə zərərli istifadəsi kimi qəbul edilir. Bir qayda olaraq, usandırıcı, açıq-aydın əsaslandırılmamış və şikayət hüququnun məqsədlərinə aşkar zidd olan, daha əvvəl verilməklə mümkün sa yılmamış şikayətlərə bənzər şikayətlərin təkrartəkrar məhkəməyə təqdim edilməsi, xüsusən də məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən, gərəksiz iş yükü yaradan, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımi qaydada baxmağa əngəl törədən və digər bənzəri hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər (§60)” və “şikayət hüququndan sui-istifadə edildikdə, şikayət əsaslandırılmamış hesab edilə bilər (§61)”. Əsaslandırılmamış kassasiya şikayəti isə İPM-in 94.2-ci maddəsinə əsasən mümkün sayılmamalıdır.
12. Məhkəmə kollegiyası qeyd edir ki, şikayət hüququndan sui-istifadə hallarının qarşısının alınması və sanksiyalaşdırılması daxili hüquqda olduğu kimi, beynəlxalq hüquqda və beynəlxalq məhkəmələrdə də mövcuddur. “Azə rbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından suiistifadə etməməlidir. Avropa İnsan hüquqları haqqında Konvesiyanın 35-ci Maddənin § 3 (a) yarımbəndində isə qeyd olunmuşdur ki, şikayət hüququndan sui-istifadə edilməklə təqdim olunmuş şikayət məhkəmə tərəfindən qəbuledilməz (mümkün olmayan) elan edilməlidir.
13. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiya çərçivəsində yaradılan və Razılığa gələn X1 ilə bağlı öhdəliklərinə riayət etməsini təmin etmək üçün nəzərdə tutulan məhkəmə əsassız və bezdirici şikayətlərlə məşğul olmamamalıdır, bu, onun real funksiyaları ilə uyğun gəlməyən lazımsız iş yükü yaradır (mutatis mutandis, keçmiş Kom issiya ilə bağlı, M. Birləşmiş Krallığa qarşı, №13284/87, Komissiyanın qərarı, 15 oktyabr 1987, Qərarlar və Hesabatlar (DR) 54, s. 214). Məhkəmə şikayətin şikayət hüququndan sui-istifadə əsasında rədd edilməsinin müstəsna tədbir olduğunu vurğulayaraq bir çox hallarda tətbiq etmişdir. Belə ki, şikayətçi bilərəkdən yalan faktlara əsaslanan şikayətlər verdikdə, işdə sənədləri saxtalaşdırdıqda və ya Məhkəmənin işin araşdırılması üçün əsaslı bir sübut barədə məlumatlandırmadıqda və ya icraatın gedişində yeni yaranan əhəmiyyətli halları gizlətdikdə; şikayətçi məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etdiyi hallarda; eləcə də, şikayətçi təkrar-təkrar və açıq-aşkar əsassız şikayətlər göndərdikdə və bu şikayətlərin əvvəllər təqdim etdiyi v ə qəbuledilməz hesab edilən şikayətə bənzədiyi; və buna bənzər digər hallarda tətbiq etmişdir (Miroļubovs və başqaları Latviyaya qarşı, №798/05, §§ 6265, 15 sentyabr 2009; və S.A.S. Fransaya qarşı [BP], № 43835/11, §§ 66-67, 1 iyul 2014).
14. Beləliklə, şəxsin məhkəməyə şikayət etmək hüququ müstəsna hallarda məhdudlaşdırıla bilər və bunlardan biri də şəxsin şikayət hüququndan sui-istifadə etməsidir. Yuxarıda sadalanan hallardan göründüyü kimi, şikayət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər, o cümlədən, usandırıcı (ciddi hüquqi əsası olmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədi ilə və ya bir işin həllini və ya məhkəmə qərarının icrasını lüzumsuz dərəcədə gecikdirmək məqsəd ilə edilən), açıq-aydın əsaslandırılmamış, şikayət hüququnun mə qsədlərinə aşkar zidd olan (tərəfin məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə istifadə etməsi), daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi və buna bənzər digər hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər. Müvafiq olaraq, şikayətçinin məhkəmənin lazımınca fəaliyyət göstərməsinə və qarşısında qaldırılmış icraatları lazımi qaydada həyata keçirməsinə əngəl törədən hər hansı davranışı şikayət hüququndan sui-istifadədir. Eləcə də, məhkəməni aldatmaq məqsədilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan şikayətin təqdim edilməsi, məhkəməyə göndərilən sənədlərin saxtalaşdırılması, şikayətçinin işin araşdırılması üçün əhəmiyyətli amil haqqında məhkəməni əvvəlcədən məlumatlandırmaması halında hə rəkətsizlik və şikayətçinin məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etməsi şikayət hüququndan sui-istifadə sayılır.
15. Şikayət hüququndan sui-istifadənin qarşısının alınmasının məqsədi məhkəmə sisteminin bütövlüyünü və effektivliyini qorumaq, məhkəmə resurslarının ədalətli və məntiqli şəkildə istifadə edilməsini təmin etmək, məhkəmə resurslarının əsassız şəkildə israf etməmək və eləcə də, qarşı tərəfi əsassız narahat etməməkdir.
16. Sui-istifadə məhkəmə sisteminin effektivliyi və ədaləti üzərində ictimai etimadı azalda bilər, məhkəmə sistemin yanlış məqsədlər üçün manipulyasiya edilə biləcəyi təəssüratını yarada bilər. Ona görə də, şikayət hüququndan sui-istifadəyə qarşı mübarizə aparmaq üçün məhkəmələr şikayət hüququndan sui-is tifadə edildiyi üçün şikayətin mümkün sayılmaması haqqında qərardad çıxara və ya bu hüquqdan sui-istifadə edən tərəflərə qarşı xəbərdarlıq və cərimələr barədə qərarlar çıxara bilər.
17. Hazırkı işdə, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, şikayətçi açıq-aşkar əsassız, daha əvvəl verdiyi mümkün sayılmamış şikayətlərə və ərizələrə bənzər olanlarını təkrar-təkrar məhkəməyə təqdim etməklə şikayət hüququndan sui-istifadə etmişdir.
18. Məhkəmə kollegiyası nəzərə alır ki, işdə iştirak edən şəxslər maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Qanunla vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmə k üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər (İPM-in 1.2, 31.1-ci, MPM-in 14.4, 14.5-ci maddələri). Bununla yanaşı, prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM-in 47.1-ci maddəsi).
19. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı uzun müddətdir ki, məhkəmələrdə iddialar qaldırır. Məhz hazırkı iddiaçının qaldırdığı eyni və oxşar mübahisələr ilə bağlı olan onlarla iddia tələbi üzrə apelyasiya instansiya məhkəməsinin iddianın mümkün hesab edilməməsi barədə qərardadlarından şikayətlərə baxılaraq hamısı dəyişdirilmədən saxlanılmış, həmin qərardadlardan kassasiya şikayətlərinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçının ərizələri təmin edilməmişdir.
20. İddiaçı tərəfindən açıq-aşkar mümkünsüz iddiaların verildiyi və Ali Məhkəmənin inzibati icraatında təkcə inzibati icraat qaydasında baxılan və baxılmış iddialarının sayı 2021-ci ildə 38, 2022-ci ildə 20, 2023-cü ildə 27 və 2024-cü ildə isə 10-dan yuxarıdır, yəni, 2021-ci ildən indiyə kimi işlərin sayı 100-dən yuxarıdır (bax 2-1(102)-262/2021, 2- 1(102)456/2021, 2-1(102)-501/2021, 2-1(102)-2105/2021, 2-1(102)-511/2021, 2-1(102)543/2021, 2-1(102)-548/2021, 2-1(102)-728/2021, 2-1(102)-730/2021, 2-1(102)-848/2021, 2-1(102)-982/2021, 2-1(102)-1019/2021, 2-1(102)-1019/2021, 2-1(102)-1105/2021, 21(102)- 1122/2021, 2-1(1 02)-1623/2021, 2-1(102)-1624/2021, 2-1(102)-1625/2021, 2- 1(102)- 1626/2021, 2-1(102)-1768/2021, 2-1(102)-1777/2021, 2-1(102)-1778/2021, 21(102)- 1780/2021, 2-1(102)-2030/2021, 2-1(102)-2039/2021, 2-1(102)-2057/2021, 21(102)- 2104/2021, 2-1(102)-2105/2021, 2-1(102)-2165/2021, 2-1(102)-2227/2021, 21(102)- 2288/2021, 2-1(102)-2340/2021, 2-1(102)-2365/2021, 2-1(102)-2473/2021, 21(102)- 2486/2021, 2-1(102)-2488/2021, 2-1(102)-2603/2021, 2-1(102)-63/2022, 2-1(102)95/2022, 2-1(102)-185/2022, 2-1(102)-198/2022, 2-1(102)-200/2022, 2-1(102)-314/2022, 2-1(102)-597/2022, 2-1(102)-766/2022, 2-1(102)-1640/2022, 2-1(102)-1648/2022, 21(102)-1649/2022, 2-1(102)-1662/2022, 2-1(102)-1679/2022, 2-1(102)-2305/2022, 21(102)-2456/2022, 2-1(102)-2504/2022, 2-1(102)-127/2023, 2-1(102)-1643/2023, 21(102)-1727/20 23 saylı və digər qərarlar), o cümlədən, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə iddiaçının ərizələrinin təmin edilməməsi barədə yalnız 2023-cü ildə 24 qərar çıxarılmışdır (bax 2-1(102)-105/2023, 2-1(102)-207/2023, 21(102)-249/2023, 2-1(102)-454/2023, 2-1(102)-683/2023, 2-1(102)-958/2023, 2-1(102)980/2023, 2-1(102)-1490/2023, 2-1(102)-1633/2023), 2-1(102)-1643/2023, 2-1(102)1826/2023, 2-1(102)-1905/2023, 2-1(102)-2108/2023, 2-1(102)-2113/2023, 2-1(102)2295/2023, 2-1(102)-2839/2023, 2-1(102)-2902/2023, 2-1(102)-1826/2023, 2-1(102)1905/2023, 2-1(102)-2108/2023, 2-1(102)-2113/2023, 2-1(102)-2295/2023, 2-1(102)2839/2023, 2-1(102)- 2902/2023 saylı qərarlar).
21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yalnız 2023-cü ildə eyni məsələ ilə bağlı yuxarıda d eyilən 24 qərarın çıxarılması və iddiaçının əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə təkrar-təkrar məhkəməyə göndərməsi, iddiaçının şikayət hüququnun məqsədlərinə aşkar zidd olmuşdur yəni, onun məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə zərərli istifadə etməsi görünür, eləcə də, iddiaçının açıq-aşkar əsassız və təkrarlanan şikayətləri məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən və gərəksiz iş yükü yaradır, həmçinin, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımı qaydada baxmağa əngəl törədir. Beləliklə, iddiaçının eyni və oxşar mübahisələr ilə bağlı davamlı olaraq qaldırdığı çoxlu sayda əsassız, mümkünsüzlüyü əvvəlcədən aşkar olan iddialar irəli sürməsi, hər dəfə kassasiya şikayəti verilməsi üçün işsiz kimi qeyd iyyatda olduğuna, aktiv əmək müqaviləsinin olmadığına dair rəsmi məlumatlara istinadla dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizələrlə müraciət etməklə iddiaçı prosessual qanunla ona verilmiş şikayət hüququndan sui-istifadə etmişdir.
22. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, məhkəmənin iddiaçının şikayət hüququndan sui-istifadə etməsini təsbit etməsi iddiaçının şikayət hüququndan məhrum edilməsi kimi başa düşülməməlidir, belə ki, onun hər hansı əsaslandırılmış və mümkün sayılan şikayəti olarsa kassasiya icraatı qaydasında mahiyyəti üzrə baxılacaqdır. Amma iddiaçı şikayət hüququndan sui-istifadə etməyə davam edərsə, məhkəmə iddiaçıya qarşı adekvat tədbirlər görə bilər. Məhkəməyə qarşı hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nət icələnir.
23. Kollegiya sonda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2024-cü il tarixli, 21(103)-2146/2024 nömrəli qərardadından İddiaçı tərəfindən veri lmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.