Məhkəmə qərarları › İş №2-1(102)-2155/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2155/2019

24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2155/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X2 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə, yaşayış evinə və anbara hüquqların q eydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-230/2019 nömrəli, 07 mart 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 24 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) 1975-ci ildən (əmr №34,paraq.5) təxminən 1978-ci ilə qədər (əmr № 109 paraq.10) və 1988-ci ildən (əmr № 42, paraq.3) təxminən 1999-cu ilə qədər (əmr №19.paraq.1) sovxozda fəhlə kimi işləmişdir. (Zirə südçülük tərəvəzçilik sovxozunun 209 №-li 15.12.1999-cu il tarixli arayışı ) Abşeron Zirə südçülük-tərəvəzçilik sovxozunun direktorunun (M.M.Əliyevin) 09 №-li 18 may 1999-cu il tarixli sərəncamı ilə sovxozun Aqrar İslahat Komissiyasının 16 may 1999-cu il tarixli 09 №-li protokolu və iddiaçının ərizəsi əsasında, ona həmin sovxozun ərazisində əkinə yararsız sahədə, ehtiyacı olduğu nəzərə alınaraq fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, sonuncu, 12.01.2018-ci il tarixli **********62 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, idarənin elektron kadastr məlumatlarına əsasən, ayrılmış torpaq sahəsi Abşeron rayon ərazisin ə aid olduğundan iddiaçının aidiyyəti üzrə müraciət etməsi məqsədəmüvafiqdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, sahəsi 0.10 ha olan torpaq sahəsinə, üzərində yerləşən 53.87 kv.m yaşayış evinə və 143.28 kv.m anbar sahəsinə mülkiyyət hüququnun reyestrdə qeydə alınaraq, reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ona dəyən 36 manat maddi və 2000 manat mənəvi (cəmi 2036 manat) ziyanın ödənilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı uzun illər Zirə “Tərəvəzçilik-südçülük” sovxozunda çalışmış, ərizəsinə əsasən, sovxozun Aqrar İslahat Komissiyasının 18 may 1999-cu il tarixli 9N-li protokolu əsasında mənzil şəraitinin yaxşılaşdırılması məqsə di ilə fərdi yaşayış evinin tikintisi üçün sovxoz direktorunun əmri ilə ona 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama Aqrar-İslahat Komissiyanın möhürü vurulmuş və sovxozun direktoru M.Əliyev tərəfindən imzalanmışdır. Torpaq sahəsi 1999-cu ildən onun istifadəsindədir, üzərində ev və anbar sahəsi inşa etmişdir. O, həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınıb çıxarış verilməsi üçün sənədlərlə birlikdə ərizə ilə 13.12.2017-ci tarixdə cavabdehə müraciət etmiş, sonuncu ona heç bir cavab verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı mü nasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 may 2018-ci il tarixli 2-1(82)1430/2018 nömrəli qərarı ilə (hakim: R.L.Kərimli) iddiaçının iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya Abşeron rayonu Zirə Südçülük - Tərəvəzçilik sovxozunun direktorunun sərəncamı ilə həmin sovxozun ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrıldığından və həmin akt qüvvədə olduğundan (bunu təkzib edən məlumat məhkəmə icraatında bildirilməmişdir), «Torpaq islahatı haq qında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci və 10-cu maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli 13 yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndinin tələblərinə əsasən, həmin torpaq sahəsinin qanuni istifadəçisi kimi o, mülkiyyət hüquqları əldə etmiş sayılır. Odur ki, cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin imtinası torpaq sahəsinə münasibətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci və 10.2-ci maddələrinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü, 15-ci maddəsinin tələblərinə uyğun deyil. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli, 21(103)-230/2019 nömrəli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 may 2018-ci il tarixli 2-1(82)-1430/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 №-li Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın 2.5-ci bəndinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün əsas h esab olunur. Lakin məhkəmə tərəfindən müvafiq maddə düzgün təfsir olunmamış və qanunvericilikdə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi qeyd olunmayan Abşeron rayon Zirə Südçülük-Tərəvəzçilik sovxozunun sərəncamına istinad edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Abşeron rayon Dövlət Arxivinin 31 iyul 2017-ci il tarixli, F-792 saylı məktubuna əsasən, Abşeron rayon Zirə SüdçülükTərəvəzçilik Sovxozunun əmri əmrlər kitabında qeyd olunmamışdır. Şikayətdə həmçinin qeyd edilir ki, idarənin elektron kadastr məlumatlarına əsasən müvafiq torpaq sahəsi Bakı şəhərinin ərazisində deyil, Abşeron rayonunun ərazisində yerləşir. Bu səbəbdən də, müvafiq daşınmaz əmlaka çıxarış almaq məqsədilə hazırkı cavabdehə deyil, 4 saylı Abşeron Ərazi idarəs inə müraciət olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən yalnız Bakı şəhəri ərazisində yerləşən daşınmaz əmlakların üzərində hüquqların dövlət qeydiyyatı aparılır. Eyni zamanda kassator bildirir ki, müvafiq inzibati işlə bağlı sonuncu - 07.03.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası barədə bildiriş məhkəmə tərəfindən cavabdehə göndərilməmişdir. Məhkəmə icraatı i ştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Cavabdehin apelyasiya şikayəti olduğu kimi, kassasiya şikayətində də Abşeron rayon dövlət arxivinin 31 iyul 2017-ci il tarixli F-7 92 saylı məktubunda iddiaçıya torpaq sahəsinin ayrılmasına dair əmrin sovxozun əmrlər kitabında qeyd olunmadığı mübahisələndirilir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, cavabdehin istinad etdiyi məktub kserosurətdir. Məktub kserosurət olsa belə, cavabdeh həmin məktubda ifadə olunan 1-ci cümləyə istinad edərək 2-ci cümlə barədə heç nə demir. Halbuki, həmin məktubun növbəti (2-ci) cümləsində qeyd olunur ki, həmin əmrlər kitabında sovxoz direktorunun 09 saylı əmri boş olaraq qalmışdır. Bu isə həmin əmrin mövcud olmadığını deməyə əsas vermir, əksinə 9 №-li əmrin yerinin boş saxlanılması həmin əmrin mövcudluğunu inkar etmir və onun sadəcə əmrlər kitabına yazılmadığından xəbər verir ki, bu da iddiaçının təqsiri kimi qiymətləndirilə bi lməz. Digər tərəfdən, apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Zirə südçülük-tərəvəzçilik sovxozunun tədqiq olunan arayışından və iddiaçının məhkəməyə verdiyi izahatından göründüyü kimi, o, Zirə kəndinin yerli sakinidir, kənd adamlarının çalışdığı südçülük-tərəvəzçilik sovxozunda 1975-ci ildən 1999-cu ilə qədər (arada fasilə olmaqla) işləmiş, direktorun torpaqayırma sərəncamı onun özünə verilmişdir və həmin sərəncama əsasən də o, 1999-cu ildən etibarən torpaqdan istifadə edir, üzərində yaşayış evi tikib orada da yaşayır. Bundan əlavə iş materiallarında olan sərəncamdan görünür ki, onun tamlığı pozulmamış, üzərində qaralama və ya düzgünlük prezumsiyasına xələl gətirə biləcək hər hansı bir düzəliş, sair pozuntular mövcud deyil. Əksinə, əski ( köhnə) sənəd olduğu adi gözlə aydın müşahidə olunur. Ən azından cavabdeh tərəfindən bu sənədin saxta olması mübahisələndirilmir. Beləliklə də işin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Abşeron Zirə südçülük-tərəvəzçilik sovxozunun direktorunun (M.M.Əliyevin), Aqrar İslahat Komissiyasının 16 may 1999-cu il tarixli 09 №-li protokolu və iddiaçının ərizəsi əsasında qəbul etdiyi - sovxoz ərazisində əkinə yararsız sahədə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılması barədə» 09 №-li, 18 may 1999-cu il tarixli sərəncamı (əmri) həmin torpaq üzərində onun qanuni istifadə hüququnu təsdiq edən sənəd kimi qiymətləndirilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri» haqqında» Qanunun 8.0 və 8.0.8-ci maddələrinə əsasən: - bu Qanun qüvvəyə minənədək əldə edilmiş və ya ranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 №-li Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın 2.5-ci bəndində isə təsbit olunur ki, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ver ilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri həmin əmlaklar üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur. Belə olan halda, iddiaçının mübahisəli torpaq sahəsinə qanuni istifadə hüququna malik olduğunu təsdiq edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Şikayətdə həmçinin qeyd edilir ki, idarənin elektron kadastr məlumatlarına əsasən müvafiq torpaq sahəsi Bakı şəhərinin ərazisində deyil, Abşeron rayonunun ərazisində yerləşir. Bu səbəbdən də, müvafiq daşınmaz əmlaka çıxarış almaq məqsədilə idarəyə deyil, 4 saylı Abşeron Əraz i idarəsinə müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, cavabdeh eyni dəlili apelyasiya məhkəməsində də irıli sürmüşdür. Apelyasiya baxışı zamanı məhkəmə sorğuları əsasında Abşeron rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə verilmiş x/199 saylı 06.03.2019-cu il tarixli məlumatda bildirilmişdir ki, keçmiş sovxozun ərazisindən yaşayış məntəqələri altında olan bütün torpaq sahələri Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 saylı Sərəncamı ilə Bakı şəhərinin idarəçiliyinə qaytarılmışdır. Cavabdehin bu dəlilini əsassız hesab edən apelyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatlarından (və onun məhkəməyə təqdim etdiyi, 20.02.2019-cu il tarixdə cavabdeh tərəfindən N.B.Zeynalovun adına verdiyi RX ******* saylı çıxarışdan) da göründ üyü kimi, Zirə qəsəbəsində onunla qonşu olan sakinlərə torpağa dair mülkiyyət hüququ məhz cavabdeh tərəfindən reyestrdə qeydiyyata alınaraq çıxarış verilmişdir. Beləliklə də apelyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qeydiyyat orqanı tərəfindən mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlər öz təsdiqini tapır. Başqa sözlə, onun qanunla üzərinə düşən öhdəliyini yerinə yetirmədiyi sübuta yetirilir. Bu mənada, İPM-in 34.1-ci maddəsinin tələbi qaydasında iddiaçının cavabdehdən mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə reyestrdən çıxarış verilməsini tələb etməsi haqlı tələbdir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq c avabdehin iddianın düzgün olmayan cavabdehə qarşı verilməsi barədə dəlilini də əsassız hesab edir. Eyni zamanda kassasiya şikayətində qeyd edilir ki, müvafiq inzibati işlə bağlı sonuncu - 07.03.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası barədə bildiriş məhkəmə tərəfindən idarəyə göndərilməmişdir. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, 21.02.2018-ci il tarixdə keçirilmiş məhkəmə prosesində cavabdehin nümayəndəsi X1 iştirak etmiş, işin 07.03.2019-cu il tarixə, saat 12:50-yə təxirə alınması barədə iclasın sonunda bütün proses iştirakçıları kimi ona da məlumat verilmiş və o, bu barədə müvafiq məhkəmə qəbzinə imza etmişdir. (iş vər 114) Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nə ticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya icaatı zamanı maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu tarixli, 2-1(103)-230/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar