Məhkəmə qərarları › İş №2-1(102)-2155/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2155/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2155/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Binəqədi rayon Xidmət Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: İPM-in 87.7.1-ci maddəsinin tətbiqi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Binəqədi rayon Xidmət Nümayəndəliyinə (bundan sonr a mətndə cavabdeh) qarşı (üçüncü şəxslər Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti) “əri X3 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar şəhid ailəsi kimi 1 yanvar 2007-ci il tarixdən ona verilməli olan Prezident təqaüdünün həmin vaxtdan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-793/2021 saylı, 20 aprel 2021-ci il qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin hallar

1. İş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən vətəndaş X5 24.08.1993-cü ildə 55 yaşında ölmüşdür, ölüm yeri Gəncə şəhəri, bu barədə ölü m haqqında akt qeydləri kitabında 1993-cü ildə 10-cu ayının 15-ci günündə № 1303 ilə qeyd edilmişdir, qeyd edilən yer-Azərbaycan, Bakı şəhəri, Yasamal rayon VVAQ şöbəsi.

2. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2003-cü il tarixli, 41/g saylı Binəqədi rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış məktubunda (A.Əliyev tərəfindən imzalanmışdır) qeyd edilmişdir ki, “X2 1997-ci ildən Yasamal rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata götürülmüşdür. Hal-hazırda İddiaçı 6-cı mikrorayon, 7-ci Binəqədi küçəsi, 3205-ci məhəllə, ev 1, mənzil 9-da daimi yaşayış qeydiyyatındadır. Bunu nəzərə alaraq İddiaçı Sizin rayonda şəhid ailəsi kimi qeydiyyata götürüb, gələcəkdə maddi və mənəvi yardım edilməsinə göstəriş verməyinizi xahiş edirik.”

3. Bakı şəhəri Binəqədi r ayonu İcra Hakimiyyətinin 26.10.2020-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi üçün 2007-ci ilin 8 fevral tarixində Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmişdir. Onun müraciətinə baxılmış və 2007-ci ilin 1 yanvar tarixindən 2007-ci ilin 1 oktyabr tarixinədək aylıq 100 manat məbləğində Prezident təqaüdü təyin edilərək ödənilmişdir. Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə sosial müavinət və təqaüd işlərinin inventarizasiyası zamanı İddiaçı adına açılmış 141152 saylı təqaüd işi üzrə mərhum həyat yoldaşının şəhidlik statusunu təsdiq edən sənədin olmadığı müəyyən edilmişdir. Qeyd edilən sənədin təqdim edilməsi üçün ona bildiriş göndərilmiş, lakin sənəd təqdim ed ilmədiyindən 2007-ci ilin 1 oktyabr tarixindən ona təyin edilmiş Prezident təqaüdünün ödənişi dayandırılmış və artıq ödənilmiş məbləğ İddiaçı tərəfindən dövlət büdcəsinə bərpa edilmişdir.

4. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 17.11.2020-ci il tarixli məktubunda qeyd edilir ki, 1993-cü ildə Tərtər bölgəsində həlak olmuş X3 şəhid olması və şəhidlik statusu ilə bağlı məlumat Yasamal rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2 iyun 2020-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək əri X3 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar şəhid ailəsi kimi 1 yanvar 2007-ci il tarixdən ona verilməli olan Prezid ent təqaüdünün həmin vaxtdan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə iddiaçının əri X5 1993-cü ildən idarə etdiyi avtomobil ilə cəbhənin Tər-Tər bölgəsində silah-sursat daşıyarkən düşmən tərəfindən atılan mərmilər nəticəsində ağır yaralanaraq, Gəncə Hərbi Hospitalında həlak olmuşdur. Bu barədə müvafiq təsdiqedici sənədlər vardır. Həmin sənədlərə əsasən ərinə qanuna müvafiq surətdə şəhid adı verilmiş və ona da 1997-ci ildən şəhid ailəsi statusu verilmişdir. 2007-ci ildən başlayaraq şəhid ailələrinə Prezident təqaüdü verilməyə başlamışdır. 9 ay həmin vaxt 100 manat olan təqaüdü almışdır. Sonralar həmin təqaüdün verilməsi dayandırılmış və onun ərinin mülki şəxs olduğundan şəhid sayılmadığı bildirilmişdir. Halbuki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsində göstərilmişdir ki, “Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş şəxslər şəhid hesab edilirlər. Ərinin ölümü haqqında tərtib olunan və iddia ərizəsinə əlavə etdiyi aktla da tam təsdiq olunur ki, həyat yoldaşına şəhid adı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsinə müvafiq olaraq düzgün verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və ləğv edilməlidir.

7. Cavabdehin iddiaya dair etirazının əsaslarına görə iddiaçı tərəfindən iddi a müddəti ötürüldüyünə görə iddia mümkün sayılmamalıdır.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X6, 2-1(112)-4810/2020 saylı iş) 18 noyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X8məruzəçi, X7 və X15, 2-1(103)-793/2021 saylı iş) 20 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının 30 yanvar 2003-cü il tarixli, 41/g saylı məktubunda X2 1997-ci ildən Yasamal rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata götürüldüyü qeyd edilsə də, Yasamal rayon İcra Hakimiyyətinin 17.11.2020-ci il tarixli 1952/d saylı məktubunda X3 şəhid olması və şəhidlik statusu ilə bağlı məlumatın Yasamal rayon İcra hakimiyyətində aşkar edilmədiyi göstərilmişdir. Yasamal rayon İcra Hakimiyyətinin 17.11.2020-ci il tarixli 1952/d saylı məktubunda X3 şəhid olması və şəhidlik statusu ilə bağlı məlumatın Yasamal rayon İcra Hakimiyyətində aşkar edilmədiyi qeyd edilsə də, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına qeyd edilən sənədlərin mövcud olması barədə müvafiq sorğu ünvanlanmamışdır. İşin birinci instansiya icraatı zamanı məhkəmə tərəfind ən qeyd edilən araşdırılmamışdır.

12. Cavabdeh 28 iyul 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

13. İddiaçının 141152 nömrəli təqaüd işinin inventarizasiyası zamanı şəhid ailəsi statusunu təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmin sənədin təqdim edilməsi üçün iddiaçıya bildiriş göndərilmiş, lakin sənəd təqdim edilmədiyindən prezident təqaüdünün ödənişi dayandırılmışdır.

14. Həmçinin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Binəqədi rayon İcra Hakimiyyəti və Yasamal rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğular nəticəsində də iddiaçının şəhid ailəsi statusunun olmaması faktı bir daha təsdiq lənmişdir.

15. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 20.04.2021-ci il tarixli, 21(103)-793/2021 nömrəli qərardadı əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

17. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. ( -). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

81. Apelyasiya şikayəti vermək hüququ (-). 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyət i üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

87. Apelyasiya instansiyası məhkəməsində icraat (-). 87.7. Apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzib ati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasland ırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya insta nsiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

18. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayət çinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərardadı ləğv olunmalıdır.

21. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində əri X3 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar şəhid ailəsi kimi 1 yanvar 2007-ci il tarixdən ona verilməli olan Prezident təqaüdünün həmin vaxtdan verilməsi vəzifəsinin cavabdehə həvalə e dilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin olunmamış, iddiaçının apelyasiya şikayətinə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib işi təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir.

23. Apelyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2003-cü il tarixli, 41/g saylı məktubunda X1 1997-ci ildən Yasamal rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata götürüldüyü qeyd edilsə də, Yasamal rayon İcra Hakimiyyətinin 17.11.2020-ci il tarixli 1952/d saylı məktubunda X3 şəhid olması və şəhidlik statusu ilə bağlı məlumatın Yasamal rayon İcra Hakimiyyətində aşkar edilmədiy i göstərilmişdir.

24. Apelyasiya instansiyası məhkəməsi qeyd edilmiş məktublar arasında ziddiyyətlər mövcud olduğunu, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən qeyd edilənin araşdırılmadığını bildirib İPM-in 12.1 və 87.7-ci maddələrinə istinad edərək işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə qərar vermişdir.

25. İPM-in 87.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda, yəni inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə və ya inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

26. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mahiyyəti üzrə qərar qəbul edildiyindən işin geri qaytarılması üçün İPM-in 87.7.2-ci maddəsinin şərtinin mövcud olmadığı mübahisə doğurmur.

27. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.7.1-ci maddəsinin tələbi, yəni birinci instansiya məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunmasına hüquqi qiymət verilməlidir.

28. Apelyasiya məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi işə yenidən baxarkən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən imzalanmış iki məktub ar asında ziddiyyəti araşdırmamışdır.

29. İPM-in tələblərinə görə apelyasiya instansiyası məhkəməsi sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə), bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar tətbiq olunur (81.3), mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alı r (82-ci maddə).

30. Birinci instansiya məhkəməsində icraatda olduğu kimi, eynilə apelyasiya instansiyası məhkəməsi işdə olan materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, o cümlədən qərardadında qeyd edilən göstərişləri xidməti vəzifəsinə görə araşdırmaq səlahiyyətinə malik olmuş, lakin bunu edə bilməməsini qərardadda göstərməmişdir.

31. Qanunverici apelyasiya məhkəməsinə zəruri sənədləri tələb etmək, yeni təqdim olunmuş sübutlar və faktları nəzərə almaq, bu səbəbdən bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll etmək səlahiyyəti vermişdir.

32. Apelyasiya instansiyası məhkəməsinin qərardadında vurğuladığı iki məktub arasında ziddiyyətin araşdırılması İPM-in 87.7.2-ci maddəsində təsbit edilən yol verilmiş cid di prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasını ehtiva etmir.

33. Bəhs olunanlara əsasən cavabdehin kasasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, apelyasiya məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxmadığından iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası vurğulayır ki, işə yenidən baxılarkən həmçinin aşağıdakılar da nəzərə alınmalıdır. 35. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na görə şəhid ailələrinə vəsiqə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tə rəfindən (əvvəllər rayon əhalinin sosial müdafiəsi mərkəzi adlanırdı) verilir.

36. İşin 8-ci səhifəsində olan vəsiqədən görünür ki, iddiaçı 1997-ci ildən şəhid ailəsi statusuna malik olmuşdur. Vəsiqə DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən verilmişdir.

37. İşin 76-cı səhifəsində olan DSMF-nin Binəqədi rayon şöbəsinin 15 fevral 2007-ci il tarixli qərarına əsasən iddiaçıya müavinət təyin edilmiş, qərarda müavinətin növü kimi “şəhid ailəsi”, birdəfəlik aylıq məbləğin 1 yanvar 2007-ci ildən ömürlük təyin edildiyi, müavinətin məbləği 100 manat (yəni Prezident təqaüdü) yazılmışdır.

38. İddiaçıya məxsus vəsiqəyə və müavinət təyin edilməsi barədə sənədlərə görə mərhum ərinin şəhid olmasına görə şəhid ailəsi hesab edilmiş və ona Prezident təqaüdü ödənilməyə başlanmışdır.

39. Vəsiqə mövcud olduğu h alda təqaüdün verilməsinin dayandırılmasının hüquqi əsası müəyyən edilməmişdir.

40. Cavabdeh bildirmişdir ki, təqaüd işinin inventarizasiyası zamanı iddiaçının şəhid ailəsi statusunu təsdiq edən sənədlər aşkar edilməmişdir.

41. İddiaçıya məxsus vəsiqənin hazırda hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.

42. İddiaçı üçün onun ərinin şəhid statusunun verilməsi barədə vəsiqənin qüvvədən düşməsinə dair hər hansı bir inzibati akt mövcud olmadığı halda, təqaüdün dayandırılmasının səbəbi araşdırılmalı, araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.

43. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiy a Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-793/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar