Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2155/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2-1( 103)96/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1974-cü il təvəllüdlü iddiaçıya “Ağ ciyərlərin fibroz-kavernoz vərəmi. Xroniki respirator çatmamazlıq, İİ dərəcəli tənəffüs çatmamazlığı” diaqnozu ilə ilkin olaraq xx.xx.2016-cı il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçının əlillik vəziyyətinin 1 nömrəli X1 tərəfindən tərtib olunmuş 0031003AABFD nömrəli göndəriş əsasında növbəti qiymətləndirilməsi nəticəsində ona “Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, ağciyərlərinin fibroz-kavernoz vərəmi TDM (-). Qarışıq tipli ə həmiyyətli ventilyasiya pozğunluğu ilə İİ dərəcəli tənəffüs çatmamazlığı. Xroniki respirator çatmamazlıq. İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip, orta ağır forma. Ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİİ F.S.NYHA” diaqnozu ilə xx.xx.2021-ci il tarixdə təkrar “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçının əlillik vəziyyətinin növbəti qiymətləndirilməsi ilə bağlı 1 nömrəli X1 tərəfindən tərtib olunmuş 0031003AABFD nömrəli göndərişdə əsas diaqnoz: “A16.0 – Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, ağciyərlərinin fibroz-kavernoz vərəmi TDM (-)”; Ağırlaşma: “J96.1 – Xroniki respirator çatmamazlıq. Qarışıq tipli əhəmiyyətli ventilyas iya pozğunluğu ilə İİ dərəcli tənəffüs çatmamazlığı”; Yanaşı xəstəliklər: “E11 – İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet orta ağır forma”; “İ50 – Ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı İİİ F.S.NYHA” olaraq göstərilmişdir.
4. İddiaçı ona xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyin müddətsiz təyin olunması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinə rəsmi cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyin mü ddətsiz təyin olunması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin dekabrından 1994cü ilin martınadək 772 nömrəli xüsusi təyinatlı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçı barəsində qeydiyyatda olduğu 1 nömrəli X1 tərəfindən 0031002AABDF nömrəli göndəriş tərtib edilərək “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir ki, ona təkrar ikinci dərəcə əlilik müdd ətsiz təyin edilsin. Onun ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsini tələb etmək hüququ olduğu halda, cavabdeh ona təkrar 5 il müddətinə əlillik təyin etmiş, bununla da onun hüquqlarını pozmuşdur.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na əsasən, iddiaçının xəstəliyi müddətsiz ikinci dərəcə əlillik təyin etməyə əsas vermir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) 18 noyabr 2022-ci il tarixli, 2-1(112)-10804/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlilliyin təyin olunması öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü tələbin məqsədi ondan ibarətdir ki, o, ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsini arzulayır. İddiaçının əsaslandığı yeganə hal odur ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.1-ci bəndində nəzərdə tutulan xəstəlik iddiaçıda olduğundan, ona ikinci dərəcəli əlillik müddətsiz təyin edilməlidir. İddiaçıya ikinci dərəcə əlilliyin təyin olunmasına əsas olan xəstəlik “A16.0 – Ağ ciyər vərəmi, bakterioloji və histolo ji müayinələrin nəticələri mənfi olmaqla, ağciyərlərinin fibroz-kavernoz vərəmi TDM (-)” olsa da, iddiaçıda halhazırda yanaşı xəstəlik kimi “İ50 – Ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİİ F.S.NYHA.” xəstəliyi də var. Bu xəstəlik isə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.1-ci bəndində nəzərdə tutulmuşdur və bu hal hazırkı vəziyyətdə iddiaçıya ikinci dərəcəli əlilliyin müddətsiz təyin olunması üçün əsas verir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4-cü bəndində göstərilən hal, yəni ikinci dərəcə əlilliyin müddətsiz təyin olunması tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik olmasından asılı olmamışdır. İkinci dərəcə əlilliyin müddətsiz təyin olu nması üçün əsas verən xəstəliyin (“İ50 – Ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİİ F.S.NYHA”) iddiaçıda yanaşı xəstəlik kimi olması hər bir halda vəziyyəti iddiaçının ziyanına dəyişmir. Beləliklə, hazırkı iddia tələbi üzrə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.1-ci bəndində göstərilən xəstəlik iddiaçıda mövcud olduğundan, onun ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsini tələb etmək hüququ yaranmışdır. Bu hüquq isə iddiaçıda xx.xx.2021-ci il tarixdən yaranmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sə drlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 16 aprel 2024-cü il tarixli, 2-1(103)-96/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək 5 il müddətinə iddiaçıya ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə xx.xx.2021-ci ildən xx.xx.2026-ci ilədək 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” iddiaçıya ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı isə iddia edir ki, xx.xx.2021-ci il tarixdən etibarən ikinci dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyü nün müdafiəsi ilə əlaqədar” təyin olunmuş əlillik 5 il müddətinə deyil, müddətsiz təyin olunmalıdır. Hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda, iddiaçıya münasibətdə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndi tətbiq olunacaqdır. Əlilliyin müddətsiz təyin edilməsində iddiaçının müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərt olduğundan, iddiaçı isə meyarlara uyğun olub-olmamasını yoxlamaq üçün təyin olunmuş məhkəmətibbi ekspertizadan və canlı müayinədən yayındığı üçün, beləliklə, göstərilən şərtlər təsdiqini tapmadığından, iddiaçıya münasibətdə “Əlilliyin və sağlamlıq im kanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinin tətbiqi mümkün deyildir.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əl illiyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası N azirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 18. 01.07.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yö nəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudl aşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz ol araq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandı rma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA NİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya “Ağ ciyərlərin fibroz-kavernoz vərəmi. Xroniki respirator çatm amazlıq, İİ dərəcəli tənəffüs çatmamazlığı” diaqnozu ilə ilkin olaraq xx.xx.2016-cı il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinin 1 nömrəli X1 tərəfindən tərtib olunmuş 0031003AABFD nömrəli göndəriş əsasında növbəti qiymətləndirilməsi nəticəsində ona “Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, ağciyərlərinin fibroz-kavernoz vərəmi TDM (-). Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə İİ dərəcəli tənəffüs çatmamazlığı. Xroniki respirator çatmamazlıq. İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip, orta ağır forma. Ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİİ F.S.NYHA” diaqnozu ilə xx.xx.2021-ci il tar ixdə təkrar “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona xx.xx.2021-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 5 il müddətinə təyin olunmuş ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsinə nail olmaqdan ibarətdir.
26. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlilliyin müddətsiz təyin edilməsində iddiaçının müayinədən keçməsi və tələb olunan meyarlara uyğunluğu şərt olduğundan, iddiaçı isə meyarlara uyğun olub-olmamasını yoxlamaq üçün təyin olunmuş məhkəmə-tibbi ekspertizadan və canlı müayinədən yayındığı üçün, beləliklə, göstərilə n şərtlər təsdiqini tapmadığından, iddiaçıya münasibətdə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinin tətbiqi mümkün deyildir.
27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə (apelyasiya məhkəməsinin qeyd etdiyi kimi, ona ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğuna) deyil, 4.1ci bəndinə istinad edir. Belə ki, sözügedən Əsasnamənin 4.1-ci bəndinə görə, tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz müəyyən edilir.
28. İş materiallarına əlavə edilmiş 1 nömrəli X1 tərəfindən tərtib olunmuş 0031003AABFD nömrəli göndərişdə əsas diaqnoz: “A16.0 – Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, ağciyərlərinin fibroz-kavernoz vərəmi TDM (-)”;Ağırlaşma: “J96.1 – Xroniki respirator çatmamazlıq. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə İİ dərəcəli tənəffüs çatmamazlığı”; Yanaşı xəstəliklər: “E11 – İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet orta ağır forma”; “İ50 – Ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı İİİ F.S.NYHA” kimi müəyyən olunmuşdur.
29. Həmin göndərişdə olan diaqnozlar (əsas, ağırlaşma və yanaşı xəstəliklər) xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik vəziyyətinin növbəti qiymətləndirilməsi zamanı öz təsdiqini tapmış və nəticədə cavabdeh t ərəfindən iddiaçıya qeyd edilən tarixdən təkrar ikinci dərəcə əlillik təyin edilmişdir. Bu səbəbdən iddiaçıda həmin diaqnozların mövcudluğu işin mübahisələndirilməyən halıdır və bunun üçün iddiaçının təkrar müayinədən keçirilməsi ilə bağlı qanunvericilikdə hər hansı mütləq tələb nəzərdə tutulmamışdır.
30. Artıq qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.1-ci bəndinə görə, tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz müəyyən edilir.
31. İkinci dərəcə əlilliyin müddətsiz təyin edilməsinə əsas verən xüsusi halların dairəsi həmin Əsasnamənin 2.4-cü bəndində təsbit edilmişdir. Belə xüs usi hallardan biri qismində istinad olunan Əsasnamənin 2.4.1-ci yarımbəndində ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0) nəzərdə tutulmuşdur.
32. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya təkrar ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən diaqnozlardan biri də yanaşı xəstəlik kimi “İ50 – Ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı İİİ F.S.NYHA” diaqnozu olmuşdur. Bu qərarın 18, 30, 31-ci bəndlərində istinad olunan normalarda həmin diaqnozlu xəstəlik ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsinə əsas verən xüsusi halların sırasında nəzərdə tutulmuşdur. Bu na baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya təkrar əlillik müddətsiz deyil, 5 il müddətinə təyin olunmuşdur.
33. Nəzərə alınmalıdır ki, şəxsə əlilliyin təyin edilməsinə əsas verən diaqnozun əsas diaqnoz, ağırlaşma və ya yanaşı xəstəlik olması qanunvericilik baxımından hər hansı əhəmiyyət kəsb etmir.
34. Qeyd edilən hüquqi mövqe kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda ifadə olunmuş hüquqi mövqeyə və bununla bağlı formalaşmış məhkəmə təcrübəsinə də uyğundur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1012/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2184/2023 nömrəli qərarları).
35. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən halları nəzərə almamış və hazırkı mübahisəyə münasibətdə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 21(103)-96/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. İddiaç ı xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyin müddətsiz təyin olunması öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərar qətidir.