Məhkəmə qərarları › İş №2-1(102)-2156/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2156/2019

03.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2156/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X2, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 aprel tarixli 2-1(103)-1032/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxar aq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən MMC-nin ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətə və elektron sistemdə «Bu vergi ödəyicisi İddiaçı” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir» yazısı yazıldığına görə dəymiş 1.552.416,82 manat məbləğində ziyanın onun hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 fevral tarixli 2-1(81)1209/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iş materiallarında iddiaçının cavabdehə formal müraciəti olsa da, həmin müraciətin cavabdehə göndərilməsinə dair sübut yoxdur. Bu isə öz növbəsində iddiaçının qeyd edilən məsələ ilə bağlı məhkəmədə iddia qaldırılanadək cavabdehə rəsmi müraciət etməməsini göstərir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 aprel tarixli 2-1(103)-1032/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması və hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərardadı idd iaçıya 2019-cu il 25 aprel tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2019-cu il 6 may tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl aidiyyətı üzrə cavabdehə müraciət etmişdir. Həmin müraciət iddiaçının nümayəndəsi tərəfindən Vergilər Nazirliyinin inzibati binasında məsul şəxsə əlbəəl təqdim edilmiş, sonuncu isə həmin müraciətin bir nüsxəsini imza etməklə iddiaçının nümayəndəsinə qaytarmışdır. Hazırda isə cavabdehin nümayəndəsi Vergilər Nazirliyində həmin adda şəxsin işləmədiyini iddia edir. Göründüyü kimi, yazılı müraciətin inzibati orqana təq dim edilməsi ilə bağlı mübahisə yaranmış, lakin istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəmələri bununla bağlı hər hansı əlavə araşdırma aparmadan sübut qismində sadəcə cavabdehin nümayəndəsinin ifadəsi ilə kifayətlənmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Vergi ödəyicisinin bütün müraciətləri vergi orqanında yaradılmış kağız və elektron iş qovluqlarında toplanılır və hər iki instansiya məhkəməsi cavabdehin nümayəndəsinin mötəbərliyi şübhə doğuran ifadəsi ilə kifayətlənməyib, sorğu verməklə həmin qovluqlarla tanış ola, müraciətin qovluqlara daxil edilib-edilməməsini dəqiqləşdirə bilərdi. Bundan başqa, iddiaçı tərəfindən vergi orqanına edilmiş şifahi müraciət 2019-cu il 4 yanvar tarixdə **********301801 nömrə ilə qeydə alınmış və hətta həmin müraciətə 2019cu il 7 fevral tarixdə **********675400 nömrəli məktubla cavab verilmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi yalan ifadə verərək məhkəməni aldatmağa çalışmış və hər iki instansiya məhkəməsinin də bununla bağlı əlavə araşdı rma aparmaması səbəbindən iddiaçının qanunla qorunan hüquqları və maraqları pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2- ci və 94.4-cü maddələri). Şikayət qərardadı n ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin q ərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyünə dair gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən dəymiş 1.552.416,82 manat məbləğində ziyanın ödənilməsi ilə bağlı iddiaçının cavabdehə müraciəti təqdim etsə də, cavabdehin nümayəndəsi təmsil etdiyi orqan tərəfindən belə sənəd qəbul edilmədiyini, sənəddə imza etmiş şəxsi isə tanımadığını bildirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşır ki, iş materialların da iddiaçının cavabdehə formal müraciəti olsa da, həmin müraciətin cavabdehə göndərilməsinə dair sübut yoxdur. Bu isə öz növbəsində iddiaçının qeyd edilən məsələ ilə bağlı məhkəmədə iddia qaldırılanadək cavabdehə rəsmi müraciət etməməsini göstərir...”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasını iddianın mümkünsüzlüyü nəticəsinə gəlmək üçün yetərli hesab etmir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, işin hallarının araşdırılması prinsipi iddianın mümkünlüyünün yoxlanılmasına da aiddir. Bu səbəbdən də həmin prinsipin tələblərini təmin etmək üçün tərəflərin dəlillərini öz xidməti vəzifəsinə görə yoxlamalı idi. Hazırkı işdə bu, baş verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin dəlillərini öz xidməti vəzifəsinə görə yoxlamadan, sədr lik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsinin ilk dəfə, həm də məhkəmə iclasında gördüyü sənəddəki məzmunda müraciətin onun təmsil etdiyi mərkəzi icra hakimiyyəti orqanına daxil olmadığına dair cavabını iddiaçının məlumatı və təqdim etdiyi sənəddəki qeydə münasibətdə nə üçün daha mötəbər hesab etdiyini əsaslandırmalı idi. İşdən göründüyü kimi, nümayəndə, əvvəla, Vergilər Nazirliyinin kargüzarlıq xidmətinin deyil, hüquq şöbəsinin əməkdaşıdır. Bunun əksi olsa belə, o, ilk dəfə məhkəmə iclasında gördüyü sənəddəki məzmunda müraciətin, həmin sənədlə bağlı hər hansı araşdırma aparılmadan, onun təmsil etdiyi mərkəzi icra hakimiyyəti orqanına (həmin orqandakı sənəd dövriyyəsinin yükü nəzərə alınmaqla) daxil olmadığını əminliklə bildirməsi üçün sənəd dövriyyəsi barədə tam məlumatlı olma lı (dövriyyədə olan sənədləri əzbər bilməli), yaxud bu əminliyi təmsil etdiyi orqanda araşdırma apardıqdan sonra ifadə etməli idi. Sənədi qəbul edən şəxsin kimliyinə gəldikdə, mərkəzi icra hakimiyyəti orqanının aparatında (o cümlədən, kargüzarlıq xidmətində) işləyənlər sırasından sənədi qəbul etmiş şəxsi nümayəndənin şəxsən tanımaması özü-özlüyündə yuxarıda qeyd edilən sənədin qəbul edilmədiyinin təsdiqi kimi qəbul oluna bilməz. Yuxarıda qeyd edilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İddianın mümkünlüyü ilə bağlı işin halları yuxarıda qeyd edilən normaların tələblərinə uyğun yoxlanılmalı olduğundan, habelə, birinci ins tansiya məhkəməsi tərəfindən iddianın mahiyyəti üzrə qərar qəbul edilmədiyindən, şikayət “işin mahiyyəti üzrə baxılması üçün göndərilməsi” hissəsində təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 aprel tarixli 2-1(103)-1032/2019 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov X.S.Məmmədov Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar