Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2156/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prokurorluq orqanlarında qulluq etmiş şəxsə yaşa görə əmək pensiyasının təyin edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1959; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Baş Prokurorluğu) “prokurorluq işçisi pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı dövrdən hazırkı dövrədək əsas və əlavə ödənişlərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-2022/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus 955428 nömrəli diploma əsasən, o, 1978-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1984-cü ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 04 iyul 1984-cü il tarixli qərarı ilə ona hüquqşünas ixtisası verilmişdir.
2. İddi açıya məxsus əmək kitabçasına əsasən, o, xx.xx.1976-ci ildən 20 noyabr 1976ci ilədək və xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək SSRİ-nın 50 illiyi adına pambıq sovxozunda fəhlə, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək Neftçala Kolxozlararası Tikinti İdarəsində fəhlə, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Neftçala rayon xalq məhkəməsinin dəftərxana katibi, xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək “Cənubmuğanmeliosutikinti” Tİ-də hüquq məsləhətçisi, xx.xx.1984-cü ildən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Prokurorluğunda işləmişdir.
3. Azərbaycan Respublikası Baş Prokurorluğunun 29 iyul 2017-ci il tarixli, 11/781 nömrəli arayışına əsasən, iddiaçı 03 aprel 1984-cü il tarixdən 06 avqust 1991-ci il tarixədək Azərbaycan Respublikası Prokurorluğunun arxiv müdiri vəzifəsində işl əmiş, 06 avqust 1991-ci il tarixdən 12 may 2010-cu il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 12 may 2010-cu il tarixli 10/34-11/141-k nömrəli əmri ilə Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununun 33-cü maddəsinin 7-ci hissəsinin 7-ci bəndinə və 34cü maddəsinin 9-cu bəndinə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən prokurorluq orqanlarından xaric edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək, ona prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi ilə bağlı əmək pensiyasının təyin edilməsi və 28 may 2019cu il tarixindən hazırkı dövrədək əsas və əlavə ödənişlərin ödənilməsi barədə göstəriş verilməsini xahiş etmiş, cavabdeh isə xx.xx.2021- ci il tarixli, **********9 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 7-ci hissəsinin yeddinci abzasına, həmin Qanunun 34-cü maddəsinin doqquzuncu abzasına və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən xitam verildiyindən iddiaçıya prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona prokurorluq işçisi kimi əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı vax tdan hazırkı dövrədək əsas və əlavə ödənişlərin ödənilməsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə xx.xx.1976-cı ildə başlamışdır. 03 aprel 1984-cü il tarixədək müxtəlif vəzifələrdə çalışmışdır. 03 aprel 1984- cü il tarixdən 06 avqust 1991-ci il tarixədək Azərbaycan Respublikası Prokurorluğunun arxiv müdiri vəzifəsində çalışmışdır. 12 may 2010-cu il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 12 may 2010-cu il tarixli 10/34-11/141-k nömrəli əmri ilə prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 27 dekabr 1996-cı il tarixli 521/1/a nömrəli əmri ilə verilmiş kiçik ədliyyə müşaviri xüsusi rütbəsindən məhrum edilməmişdir. Onun prokurorluq orqanlarında qulluq stajı 18 il 09 ay 06 gün hesablanmışdır. 28 may 2019-cu ildə 60 yaşı tamam olmuşdur. Ona prokurorluq işçisi pensiyasının təyin edilməsi və həmin hüququn yarandığı dövrdən hazırkı dövrədək əsas və əlavə ödənişlərin ödənilməsi ilə əlaqədar cavabdehə 22 fevral 2021-ci ildə müraciət etmiş, cavabdeh ona imtina cavabı vermişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi, prokurorluq orqanlarında yaşa görə əmək pensiyası hüququn yaranması üçün heç də prokurorluq orqanlarında qulluq keçmiş şəxslərin 35 il mütləq həmin orqanda qulluq etməsi şərtləndirilmir. Əvvəllər başqa yerdə çalışmış şəxslər hansı ki, daha sonra prokurorluq orqan larına işə qəbul olunmuşlar, prokurorluq orqanlarının əməkdaşlarına yaşa görə əmək pensiyası hüququnu əldə etmək üçün 17 il 06 ayını prokurorluq orqanlarında qulluq etmələri kifayətdir. 35 illik qulluq stajı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 32.4-cü maddəsindən göründüyü kimi, yaş həddi çatanadək pensiya hüququ yaradır və pensiya yaşına çatanadək öz xahişləri ilə quluq keçməyə xitam verilə bilər. Yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrindən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Prokurorluq orqanlarınd a qulluq keçmiş şəxslər 60 yaşı tamam olana kimi həmin orqanda çalışmasa belə (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) əgər qulluq stajı buna imkan verirsə, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddinə çatdıqda yaşa görə (60 yaş) əmək pensiyası təyin olunmalı şəxslərin dairəsinə düşür. Göstərilənlərə əsasən, o, qeyd edilən tələblərə cavab verdiyindən iddia tələbi əsaslıdır və iddianın təmin olunmasını xahiş edir.
7. Cavabdeh məhkəməyə iddia tələbinə dair yazılı etiraz təqdim edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Etirazda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü, 9.4.1-cü və 9.4.2-ci maddələrinə istinad edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim M.Hacıyeva) 19 yanvar 2022-ci il ta rixli, 21(112)-890/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 28 may 2019-cu il tarixdə 60 yaşı tamam olmuş, bu tarixə onun prokurorluq orqanlarında qulluq stajı 18 il 09 ay 06 gün, ümumi stajı isə 33 il 2 ay 8 gün təşkil edir. Göründüyü kimi, iddiaçının ümumi stajı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş (35 il) iş stajından azdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş sənədlərdən(əmrlərdən) məlum olduğu kimi, iddiaçının prokurorluq orqanlarında qulluğuna yaşa görə, yəni 60 yaşına çatması əsası ilə 2019-cu ildə deyil, 2010-cu ildə prokurorluq orqanlarından xaric edilməsi səbəbi ilə xitam verilmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2.-ci maddəsinə əsasə n, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iddiaçıya prokurorluq orqanlarında qulluğa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə göstərilmiş əsaslar mövcud deyil.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.Tağızadə – sədrlik edən və məruzəçi, A.Oruczadə və A.Hüseynov) 19 avqust 2022-ci il tarixli, 21(103)-2022/2022 nömrəli qərarı ilə iddiaç ının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-890/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. İddiaçı kassasiya şikayətində iddia ərizəsində qeyd edilənləri təkrarlamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və posessual hüquq normalarının pozulduğunu qeyd etmişdir. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında“ Qanunun 9.4-c ü, “Prokurorluq orqanlarında qulluq keçmə” haqqında Qanunun 32.4-cü, “İnzibati icraat haqqında” Qanunun 24.1, 61-ci, İPM-in 2.2.2, 33, 33.1, 33.2, 73.1-ci maddələrinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 i l 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri
17. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vah idliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
21. Avropa İnsan Hüquqları Məhkəməsi nin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona g örə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Hazırkı iş üzrə iddiaçının tələbi prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı dövrdən hazırkı dövrədək əsas və əlavə ödənişlərin ödənilməsi ilə bağlıdır.
24. Bu qərarın 16-cı bəndində qeyd edilən ƏPQ-nun 9.4-cü maddəsinə əsasən: 1) prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçilərinin; 2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiy ası hüququ vardır.
25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixə 33 il 02 ay 01 gün ((xx.xx.1976 – xx.xx.1976 = 03 ay 19 gün) + (xx.xx.1977 – xx.xx.1977 = 04 ay 03 gün) + (xx.xx.1977 – xx.xx.1977 = 14 gün) + (xx.xx.1980 – xx.xx.1977 =2 il 08 ay 26 gün) + (xx.xx.1984 – xx.xx.1980 = 3 il 07 ay 21 gün) + (xx.xx.1991 – xx.xx.1984 =7 il 04 ay 02 gün) + (xx.xx.2010 – xx.xx.1991 = 18 il 09 ay 06 gün) = 33 il 02 ay 01 gün)) ümumi iş stajı vardır. Həmin müddətin 18 il 09 ay 06 gününü isə prokurorluq orqanlarında qulluq etmişdir.
26. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 60 yaşına xx.xx.2019-cu il tarixdə çatsa da, artıq 12 may 2010-cu il tarixdə 10/34-11/141-k nömrə li əmrlə digər əsasla prokurorluq orqanlarında qulluqdan azad edilmişdir. Yəni, onun prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilməmişdir. Halbuki, ƏPQ-nun 9.4.2-ci maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş şəxsə yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərtlər (35 il və daha çox ümumi iş stajı, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmək) ödənilməklə, onun prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilməsi zəruridir.
27. Göründüyü kimi, prokurorluq işçisi kimi yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunla (ƏPQ-nun 9.4-cü maddəsi) müəyyən edilmiş şərtlər iddiaçıya münasibətdə ödənilmir.
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən ma ddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 21(103)-2022/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.