Məhkəmə qərarları › İş №2-1(102)-2156/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2156/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2156/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkün sayılmaması, müddətin bərpasına dair ərizənin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı “istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)212/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1994-2010-cu illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində hərbi xidmət keçdiyi müddət ərzində istifadə etmədiyi 195 gün növbəti məzuniyyətə görə kompensasiyanın (ehtiyata buraxılarkən tutduğu vəzifənin bugünkü tarixə mövcud olan 1150 manat vəzifə maaşı, malik olduğu kapitan hərbi rütbəsinin bu günə mövcud olan 146 manat rütbə maaşı, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25%-i miqdarında 324 ma nat əlavə nəzərə alınmaqla) hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1831/2022 saylı, 13 may 2022-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-212/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1831/2022 saylı, 13 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

5. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı həmçinin ərizə verərək kassasiya şikayəti üzrə ötürülmüş prosessual müddəti bərpa edib, kassasiya şikayətini mümkün hesab edərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu b arədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edi lməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpasına dair ərizə təmin olunmamalı, müvafiq olaraq kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina olunmalıdır.

9. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.

10. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük ş ərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

11. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

12. İş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-212/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərardadı iddiaçıya 14 iyun 2023-cü il tarixdə təqdim edilmiş, lakin həmin qərardaddan kassasiya şikayəti 24 iyun 2023-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.

13. Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş bildirişdə prosessual müddətin buraxılmadığını təsdiq edən sübutların 04 sentyabr 2023-cü il tarixədək məhkəməyə təqdim edilməsi təklif edilmiş, ə ks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə məlumat verilmişdir.

14. İddiaçının vəkili Vəkil tərəfindən məhkəməyə təqdim olunmuş kassasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin bərpası ərizədə məhkəmə aktının iddiaçı tərəfə 14 iyun 2023-cü il tarixdə təqdim olunduğu bir daha təsdiq olunmaqla qeyd edilmişdir ki, iddiaçı ilə hüquqi xidmətin göstərilməsinə dair 20 iyun 2023-cü il tarixdə müqavilə bağlanılmışdır. Lakin ərizəyə əlavə edilmiş tibbi arayışdan göründüyü kimi, vəkilin səhhətində 21 iyun 2021-ci il tarixdə yaranmış xəstəlik simptomları nəticəsində diş ətinin şişməsi və virus əlamətləri aşkar olunmuş və bu səbəbdən ev şəraitində qalmaq məcburiyyətində qalmışdır. Bununla da, kassasiya şikayətinin vaxtında apellyasiya məhkəməsinə təqdim edilməsində onun iradə sindən asılı olmayaraq maneə törənmiş və qeyd edilənlərlə əlaqədar müəyyən məhdudiyyət yaranmışdır.

15. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu tərəfə müvafiq prosessual hərəkəti etməyə mane olsun.

16. Lakin hazırkı işin halları baxımından kollegiya hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi hallar üzürlü səbəblər kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının vəkili tərəfindən ərizəyə əlavə olunmuş arayış 21 iyun 2023-cü il tarixdə verilm iş, vəkilin məhz konkret hansı tarixlərdə evdə qalmaqla müalicə alması ilə bağlı arayışda hər hansı məlumat əks olunmamışdır. İddiaçı tərəfindən kassasiya şikayətinin verilməli olduğu son tarix 23 iyun 2023-cü ildir. Bu mənada, iddiaçının vəkilinin səhhəti ilə bağlı evdə qalaraq müalicə alma müddətləri xx.xx.2023-xx.xx.2023-cü il tarixlərə təsadüf edəcəyi halda, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilə bilər. Lakin hazırkı halda vəkil tərəfindən ərizəyə əlavə olunmuş arayışdakı məlumatlar qeyrimüəyyəndir, belə ki, onun kassasiya şikayətini tərtib etməsinə mane olan məhz hansı tarixlərdə xəstəliyinin kəskinləşdiyi, məcburi evdə qalma günlərinin sayı və s. əlavə edilmiş arayış üzrə müəyyən edilmir.

17. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericilik iddiaçı tərəfə həmçinin belə bir hüquq da verir ki, o, müəyyən edilmiş müddət daxilində kassasiya şikayəti verə, daha sonra isə şikayətin əsaslandırma hissəsini məhkəməyə təqdim edə bilərdi. Nəzərə alınmalıdır ki, iddiaçı həm də vəkil xidmətlərindən istifadə etmişdir. Bu isə belə bir əsaslı gözləntiyə haqq qazandırır ki, vəkil elektron məhkəmə informasiya sisteminin funksionallıqlarından istifadə etməklə sözügedən imkanlardan rahatlıqla yararlana bilərdi.

18. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəkilinin ərizədə istinad etdiyi əsaslar müddətin buraxılmasına haqq qazandıra və ötürülmüş müddətin bərpası üçün yetərli sayıla bilməz. Ona görə də, müddətin bərpasına dair ərizə təmin olunmamalı, müvafiq olaraq kassasiya şikayəti mümkün sayılm ayaraq şikayətin qəbulundan imtina olunmalıdır.

19. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-212/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar