Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2157/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı X1 cavabdeh Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2157/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı X1 iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı inzibati aktın qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-810/2019 saylı qərardadından iddia çı X2 və vəkili Vəkil qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X2 cavabdehlər Cavabdeh1nə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ailəsi üçün müvafiq mənzilin ünvan 1 ünvanda tikilən yaşayış binasında ayrılmasının cavabdehlərə həvalə edilməsini, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 ünvanda tikilən yaşayış binasında, həmin ünvanda yenidən qurma işləri aparan tikinti şirkəti tərəfindən iddiaçının ailəsi üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təyin etdiyi normalara müvafiq mənzilin ayrılması barədə göstərişin verilməsini özündə əks etdirən inzibati aktın qəbul edilməsi vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xxxx 2018-ci il tarixli qərardadı ilə “xxxx” MMC cavabdehlər siyahısından çıxarılmış, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-445/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim E.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-810/19 saylı xxxx 2019-cu il tarixli qərardadı ilə (İ.Əhmədov sədrlik edən-məruzəçi, hakimlər S.Seyidova və V.Məmmədov) iddiaçı X1 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından iddiaçı X2 və onun vəkili Vəkil qızı kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.2. bəndinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsəd ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; İddia tələbində inzibatı orqan kimi Yasamal rayon İcra Hakmiyyəti göstərilir və iddia tələbində inzibati aktın ünvanlandığı hüquqi şəxs kimi Bakı şəhəri Şərifzadə-33 ünvanda tikilən yaşayış binasında, həmin ünvanda tikinti aparan şirkətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2. bəndində inzibati aktın ünvanlandığı hüquqi şəxsin inzibati akt qəbul edən inzibati orqana tabe olan qurum olması tələb olunmur. İddia tələbində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2. bəndində göstərilən, nizama salınması tələb olunan müəyyən (konkret) məsələ kimi tikinti şirkəti ilə onun ailəsin in mənzillə təmin olunmaq məsələsi göstərilmiş, bunlar isə iddia tələbinin əsaslı və qanuni olduğunu göstərir. İddiaçı X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən izahatı dinlənilmədi. Cavabdeh Bakı şəhəri, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respubli kası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası, cavabdeh Bakı şəhəri, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq, işə kassasiya şikayətinin dəlilləri əsasında, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yox lanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-810/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, id diaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh kimi Cavabdeh1 seçməklə yenidən qurma işləri aparan tikinti şirkəti tərəfindən ailəsi üçün mənzilin ayrılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ünvan 5 ünvanında tikintinin aparılmasına dair Cavabdeh1 xxxx 2018-ci il tarixli sərəncamı onun hüquqlarını pozursa həmin sərəncamı hüququna toxunan hissədə mübahisələndirmək hüququ izah edilsə də, iddiaçı hüququnun ona aydın olduğunu və Cavabdeh1 sərəncamını mübahisələndirmək istəmədiyini bildirərək iddiaya seçdiyi tələbə uyğun baxılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir k i,, “xxxx” MMC müstəqil hüquqi şəxs olduğundan, Cavabdeh1 ilə tabeçilik münasibəti mövcud olmadığından, Cavabdeh1 iddiada göstərilən inzibati aktı qəbul etmək səlahiyyəti olmadığından, onun qarşısında hazırkı tələblə bağlı hər hansı öhdəlik daşıya bilməz. Buna görə də Cavabdeh1 fəaliyyətini tənzimləyən qanunvercilik normalarının tələbləri baxımından onun iddia tələbində göstərilən məsələyə dair səlahiyyəti olmadığından, bununla da hazırkı iddiaya cavab verməli orqan olmadığından, hazırkı iddia predmeti üzrə cavabdeh ola bilməz və ona qarşı qaldırılan iddia mümkün sayılmamalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, inzibati mübahisələrə baxılma sı ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsind ə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmələr iş materiallarına istinad etməklə, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərtin onun mümkün hesab edilməsi olduğunu, hazırkı iddianın isə mümkünlük tələblərinə cavab vermədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsa ssız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-810/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-810/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2157/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2157/2019
31.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver