Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2157/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər:iddianın mümkün sayılmaması, inzibati akta qarşı iddia qaldırma müddəti ) Hakimlər Səyyad Kərimov (sədrlik edən və məruzəçi), Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “28.06.1995-ci il tarixli, 1673 ş/h saylı əmrin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.07.2021-ci il tarixli, 2-1(103)1871/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı 01 oktyabr 1983-cü il tarixdə daxili işlər orqanlarında inspektor vəzifəsinə təyin edilmişdir. 29 iyun 1990-cı il tarixdə X2 xaric edilmişdir. 30 iyun 1995-ci il tarixdən, faktiki fasilə nəzərə alınmamaqla daxili işlər orqanlarında xidməti işə bərpa olunaraq, Sumqayıt şəhər Polis İdarəsinin polis post- patrul xidməti batalyonunun vzvod komandiri vəzifəsinə təyin edilmiş və «Daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmət keçmə barədə Əsasnaməsi»nə müvafiq olaraq «polis baş leytenantı» xüsusi rütbəsi bərpa olunmuş və DİN-nin kadrları tərkibinə daxil edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası X3 28 iyun 1995-cı il tarixli, 1673 ş/h nömrəli, «İddiaçı 30 iyun 1995-ci il tarixdən «faktiki fasilə nəzərə alınmamaqla» daxili işlər orqanlarında xidməti işə bərpa olunaraq, Sumqayıt şəhər Polis İdarəsinin polis post patrul xidməti batalyonunun vzvod komandiri vəzifəsinə təyin və «Daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmət keçmə barədə Əsasnaməsi»nə müvafiq olaraq «polis baş leytenantı» xüsusi rütbəsi bərpa olunmaqla, AR DİN-nin kadrları tərkibinə daxil edilsin» əmrindən «faktiki fasilə nəzərə alınmamaqla» frazasındakı «alınmamaqla» sözünün «alınmaqla» sözünə dəyişdirilməsi, 1978-ci ildən 1983-cü ilə kimi olan 5 il ərzində Azərbaycan Dövlət Universitetində aldığı təhsil dövrünün də onun Silahlı Qüvvələrdə xidməti kimi nəzərə alınmaqla əmək stajına daxil edilməsi və 29.06.1990-cu il tarixli, 319 ş/h nömrəli əmrdə onun 29.06.1990-ci il tarixdən xaric olunmağı göstərilməsinə baxmayaraq, xidmət illərinin 27.06.1990-cı ilə kimi hesablanması nəticəsində itirilmiş 2 (iki) günün də əmək stajına hesablanması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonradan iddianın həcminin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, 28.06.1995-ci il tarixli, 1673 ş/h saylı əmrdəki “nəzərə alınmamaqla” frazasındakı “alınmamaqla” sözünün “alınmaqla” sözünə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X3 27.09.1983cü il tarixli, 372 ş/h saylı əmri ilə İddiaçı S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi ni bitirdikdən sonra sabiq ÜİLKGİ-nin (X1 Gənclər İttifaqı) keçmiş Oktyabr rayon Komitəsinin zəmanəti əsasında keçmiş Kirovabad şəhər Dİl-nin SƏDM İdarəsinə 01.10.1983-cü il tarixdən inspektor vəzifəsinə təyin edilmişdir (bax: əmrin surəti). Azərbaycan Respublikası X3 23 iyun 1986-cı il tarixli əmri ilə, həmin vəzifədən azad edilərək Sumqayıt ŞPŞ-nə ekspert vəzifəsinə təyin edilmişdir. Ekspert vəzifəsinə təyin edildikdən sonra, həmin vəzifə üzrə ixtisas kursu keçmədiyindən mütəxəssis kimi rəy verməyə buraxılmamışdır. Sumqayıt şəhər DİŞ-in rəisi tərəfindən imzalanmış 20.05.1990cı il tarixli “Attestasiya” sənədində İddiaçı tutduğu vəzifəyə, yəni ekspert vəzifəsinə uyğun olmadığı üçün DİO-dan xaric edilməsi məqsədə müvafiq hesab edilmişdir (bax: Attestasiya sənədi). Azərbaycan Respublikası X3 29 iyun 1990-cı il tarixli, 319 ş/h nömrəli əmrinə əsasən polis baş leytenantı İddiaçı attestasiya qaydasında xidməti vəzifəsinə uyğunsuz sayıldığına görə ehtiyata buraxılmış və onun xidmət müddəti faktiki olaraq 07 (yeddi) il, 10 (on) ay, 26 (iyirmi altı) gün hesablanmışdır (halbuki əmək kitabçasında bu rəqəmlər 06 il, 08 ay, 28 gün göstərilmişdir (bax: M. İsmayılovun əmək kitabçası, 2-ci qeyd). 1995-ci ilin əvvəllərində İddiaçı DİN-nin rəhbərliyinin qəbulunda olaraq DİN-ə xidmətə bərpa olunmasına dair ərizə vermiş və onun bu ərizəsi araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin Şəxsi Heyət üzrə Xüsusi İdarəsinə göndərilmişdir. M. İsmayılovun ərizəsinə baxılması üzrə Azərbaycan Respublikası DİN-nin Şəxsi Heyət üzrə Xüsusi İdarəsinin hazırladığı və Azərbaycan Respublikasının Daxili işlər Naziri tərəfindən təsdiq edilmiş 29 may 1995-ci il tarixli rəydə göstərilmişdir ki, «İddiaçı müvafiq hazırlıq keçmədən «ekspert» vəzifəsinə təyin olunması və mütəxəssis kimi hazırlanmaması nəzərə alınmadan X2 xaric edilməsi çox ağır olmuşdur və bu səbəbdən də onun orqanlara bərpa olunması mümkün hesab edilsin» (bax: 29.05.1995-ci il tarixli rəy). X3 28 iyun 1995-cı il tarixli, 1673 ş/h nömrəli əmrində isə göstərilmişdir ki, «İddiaçı 30 iyun 1995-ci il tarixdən, faktiki fasilə nəzərə alınmamaqla daxili işlər orqanlarında xidməti işə bərpa olunaraq, Sumqayıt şəhər Polis İdarəsinin polis post patrul xidməti batalyonunun vzvod komandiri vəzifəsinə təyin və «Daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmət keçmə barədə Əsasnaməsi»nə müvafiq olaraq «polis baş leytenantı» xüsusi r ütbəsi bərpa olunmaqla, AR DİN-nin kadrları tərkibinə daxil edilsin». M. İsmayılovun X2 tərxis olunmasına dair 11.09.2001-ci il tarixli ərizəsinə əsasən onun, DİN-nin 18.09.2001-ci il tarixli, Ə1520 ş/h nömrəli əmri ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»yə müvafiq olaraq «20.09.2001-ci il tarixdən istefada olan polis kapitanı sayılmaqla xidmətdən xaric edildiyi və onun xidmət müddətinin əvvəlki müddət də daxil olmaqla 12 il,11 ay,18 gün, müvafiq imtiyazlar tətbiq edilməklə 17 il, 03 ay, 19 gün təşkil etdiyi göstərilmişdir (bax 18.09.2001-ci il tarixli, 1520 ş/h nömrəli əmr). Yuxarıda sadalanan hər iki əmrin məhz belə bir məzmunda verilməsi barədə M. İsmayılova vaxtında məlumat verilməmiş, əmrlərin surəti ona təqdim edilməmiş, onun əmək kit abçasında da əmrlərin məzmunu qeyd edilməmiş və fasilənin nəzərə alınmaması barədə də qeyd aparılmamışdır(bax:əmək kitabçası). Məhz «alınmamaqla» sözü onun əsassız olaraq xidmətdən kənarlaşdırıldığı 29 iyun 1990-cı il tarixdən 30 iyun 1995-ci il tarixə kimi olan beş il bir günlük müddətin iş stajına hesablanmamasına gətirib çıxarmışdır. Odur ki, X3 28.06.1995-ci il tarixli, 1673 ş/h nömrəli əmrindəki «faktiki fasilə nəzərə alınmamaqla» ifadəsindəki «alınmamaqla» sözünün «alınmaqla» sözünə dəyişdirilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(112)-1351/2021 nömrəli qərardadı ilə (hakim A. Oruczadə ) iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası X3 28.06.1995-ci il tarixli əmrini m übahisələndirilməsi ilə bağlı 06.08.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisələndirdiyi əmrlə hüquqlarının məhdudlaşdırıldığını uzun illərdir bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2-1(103)-1871/2021 nömrəli qərardadı ilə (hakimlər A. Hüseynov - sədrlik edən və məruzəçi, M. Tağızadə və X. Cəmilova) apelyasiya şikayəti təmin olunmamış və Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli qər ardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və təkrar baxılması üçün işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki-Prosessual Məcəllə (həmin dövrdə qüvvədə olan redaksiyada): 27-ci fəsil. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzİfəlİ şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) İlə əlaqədar mübahisələrə dair işlər üzrə icraat Maddə 2 9
7. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları və hərəkətləri (hərəkətsizliyi) 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: 297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun; 297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; 297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: 297.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar; 297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. M a d d ə 2 9
8. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək h üququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbu l edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələ b edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələ blərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəl illər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddian ın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnı z onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın növündən asılı olaraq qanunvericilikdə müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin mü nasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Məhkəmə kollegiyası hesab edir ki, yuxar ıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddia tələbi əmrin dəyişdirilməsinə yönəlmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı mübahisə edilən əmrin dəyişdirilməsinə yönəldiyindən, habelə iddiaçının tələbinin məzmunu və xarakteri baxımından baxılan iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddialar da iddia müddətinə tabedir və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırda mübahisələndirilə n əmr 1995-cı il tarixinə aiddir. Buna baxmayaraq həmin əmr iddiaçı tərəfindən yuxarıda istinad olunan prosessual normaların qüvvədə olduğu 15 ildən artıq müddətdə (28.06.1995-01.01.2011-ci illər) mübahisələndirilməmişdir. Halbuki, yuxarıda istinad olunan və 2011-ci ilədək qüvvədə olmuş normalara görə, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Hətta həmin müddətdən sonra da iddiaçı 06.08.2020-ci il tarixə kimi həmin əmrlə bağlı məhkəmədə mübahisə açmamışdır. Halbuki işin araşdırılmış halları iddiaçının mübahisələndirdiyi əmrdən məlumatsız olduğunu istisna edir (məsələn, iddiaçı ən azından işə bərpa olunandan sonra həmin müddət üzrə ödənilməmiş əmək haqqını tələb etməmişdir). Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, nəticə etibarı ilə hazırkı mübahisəyə münasibətdə iddia müddəti ilə bağlı mümkünlük şərti ödənilməmişdir və iddia bu baxımdan mümkün sayılmamalıdır. Beləliklə, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda şərh edilənlərə və İPM-nin 96-cı, 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2-1(103)-1871/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Hakimlər Səyyad Kərimov Zakir Quliyev Rahib Nəbizadə