Məhkəmə qərarları › İş №2-1(102)-2157/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2157/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2157/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1998-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1842/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərarından i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Rusiya Federasiyası Xüsusi Ali Təhsil Müəssisəsi Soçi şəhəri “Beynəlxalq İnnovasiyalar Universiteti”ndə təhsil almış, həmin təhsil müəssisəsi tərəfindən ona “Hüquqşünaslıq” ixtisası üzrə Юб-7313 qeydiyyat nömrəli, xx.xx.2019-ci il tarixli bakalavr diplomu verilmişdir. Diplom xx.xx.2019-cu ildə Krasnodar Diyarı Təhsil, Elm və Gənclər Siyasəti Nazirliyi tərəfindən apostil edilmişdir.

2. İddiaçı qeyd olunan diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının elektron kabinetinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, ali təhsil sənədlərinin ara şdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasın Beynəlxalq İnnovasiya Universitetnin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən A78CBCD53686210 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 22 iyun 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək bakalavr təhsili üzrə hüquqşünaslıq ixtisası bitirməyinə dair Юб-7313 saylı bakalavr diplomunun "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarına əsasən nostrifikasiya edilməsi və müvafiq şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ildə Rusiya Federasiyanın Soçı şəhərində yerləşən “Beynəlxalq İnnovasiya Universitetinin” “Hüquqşünaslıq” istiqaməti üzrə hüquq ixtisasını bitirmişdir. Təhsilini müvəffəqiyyətlə bi tirməyinə dair 24 may 2019-cu il tarixli, Юб-7313 saylı bakalavr diplomu verilmişdir. Daimi yaşayış yeri Azərbaycan Respublikasında olduğu üçün burada ixtisası üzrə işləmək istəyir. İş yerinə diplomunu təqdim edərkən ona bildirilmişdir ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyində diplomunun ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) tələb olunur. Təhsil Nazirliyinə etdiyi müraciətinə elektron kabineti vasitəsilə imtina edilmişdir. İmtinaya əsas səbəb kimi onun xarici ölkədə olma müddəti göstərilmişdir. Pasport onun təhsil almağı haqqında birbaşa sübut rolunu oynaya bilməz. Təhsil aldığını təsdiq edən birbaşa sübut diplom və ona əlavə olunan qiymət cədvəlləridir.

5. İddiaçının müraciəti əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1163/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 16 may 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə nin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafıq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən ölkəmizdə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir və əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Eyni zamanda həmin Qərara əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftə olmaqla, hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir. Yuxarıda göstərilənlərə əsasən bildirilmişdir ki, “tələb olunan müddət” dedikdə, Azərbaycan Respublikasının dövlət təhsil standartlarında nəzərdə tutulmuş tədris müddəti, “qısa müddət” dedikdə isə təhsilalanın müvafiq təhsil formasının (əyani və ya qiyabi) normativi üzrə tədris yükünü yerinə yetirmək məqsədilə tədrisdə kifayət qədər iştirak etməməsi nəzərdə tutulur.

7. Azərbaycan Respublikasının Dövlət Sərhə d Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 33/4207 №-li məktubdan görünür ki, İddiaçı 20142019-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar aşağıdakı kimi qeydə alınmışdır: xx.xx.2014 çıxış Gürcüstan – xx.xx.2014 giriş Gürcüstan; xx.xx.2015 çıxış Gürcüstan – xx.xx.2015 giriş Gürcüstan; xx.xx.2016 çıxış Rusiya – xx.xx.2016 giriş Ukrayna; xx.xx.2016 çıxış Gürcüstan – xx.xx.2016 giriş Gürcüstan; xx.xx.2016 çıxış Gürcüstan – xx.xx.2016 giriş Gürcüstan; xx.xx.2016 çıxış Gürcüstan – xx.xx.2016 giriş Gürcüstan; xx.xx.2017 çıxış Rusiya – xx.xx.2017 giriş Rusiya; xx.xx.2017 çıxış Rusiya – xx.xx.2017 giriş Rusiya; xx.xx.2017 çıxış Rusiya – xx.xx.2017 giriş Rusiya; xx.xx.2018 çıxış Rusiya – xx.xx.2018 giriş Rusiya; xx.xx.2018 çıxış Gürcüstan – xx.xx.2018 giriş Gürcüstan; xx.xx.2018 çıxış Gürcüstan – xx.xx.2019 giriş Gürcüstan; xx.xx.2019 çıxış Gürcüstan – xx.xx.2019 giriş Gürcüstan.

8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1163/2021 saylı qərardadının icrası məqsədi ilə İddiaçı Rusiya Federasiyasının Beynəlxalq İnnovasiya Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 132305 ******* nömrəli diplom üzrə alınan ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxılmışdır. Yenidən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyrimümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafıq strukturla rına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Beləliklə iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan, bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-280/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, “... iddiaçı təhsil forması əyani, müddəti 4 il, tədris dili rus dili olmaqla Rusiya Federasiyası Xüsus i Ali Təhsil Müəssisəsi Soçı şəhəri “Beynəlxalq İnnovasiyalar Universiteti”nin “Hüquqşunaslıq” fakultəsində 2015-2019-cu illər ərzində təhsil almış və ona Rusiya Federasiyası Xüsusi Ali Təhsil Müəssisəsi Soçı şəhəri “Beynəlxalq İnnovasiyalar Universiteti” tərəfindən ÖV-7313 qeydiyyat nömrəli, xx.xx.2019ci il tarixli bakalavr diplomu verilmişdir. İddiaçı təhsil dövründə tədris ili üçün qanunvericiliklə müəyyən edilmiş 40 həftədən az müddətdə, yəni 1-ci tədris ilində 5 ay 22 gün, 2-ci tədris ilində 16 gün, 3-cü tədris ilində 1 ay 28 gün, 4-cü tədris ilində 5 ay 2 gün təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olmuşdur. Göründüyü kimi iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş tədris proqramını mənimsəməsi qeyri-realdır.”.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1842/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və V.N.Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-280/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Şikayətin dəlillərinə görə, iddiaçı təhsilini davam etdirməklə yanaşı sərbəst güləş üzrə Azərbaycan Respublikasında, eləcə də dünyanın bir sıra dövlətlərində İdman Fedarasiyasının tələbi üzrə beynəlxalq turnirlərdə iştirak etmiş çoxlu sayda nailiyyətlər əldə etmişdir. Tez-tez məşqlərə cəlb edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi hesab edir ki, İddiaçı 1-ci kursda 5 ay 22 gün, 2-ci kursda 16 gün, 3-cü kursda 1 ay 28 gün, 4-cü kursda 5 ay 2 gün təhsil prosesində iştirak etmişdir. İddiaçı təhsilini müvəfəqiyyətlə davam etdirməklə, Dövlət tərəfindən cəlb edildiyi idman tədbirlərində iştirak etməsi onun bilərəkdən, qəsdən təhsildən yayınması hesab ed ilə bilməz. İddiaçı Universitetin tələb etdiyi təhsil normasını mənimsəmişdir. Bunun üçün imtahanları müvəfəqiyyətlə başa vurmuşdur. - təhsil proqramının mənimsəməsi üçün hər gün dərsdə iştirak edilməli deyilən bir norma müəyyən edilməmişdir. Əsassız istinadlar Ekspertiza qaydasının tətbiq edilməsinə əsas ola bilməz. 16. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili ) təhsilinin məzmunu və təşkili” Qaydalarında təhsilin dərsə davamiyyyət və ya Təhsil Nazirliyinin etirazında qeyd edilən gediş-gəliş tələbləri nəzərdə tutulmamışdır. İddiaçı kifayət qədər təhsil prosesində iştirak etmiş və verilən proqramları mənimsəmişdir. Dövlət tərəfindən məşqlərə və yarışlara cəlb edilməsi onu təhsil almasına mane olmamışdır.

17. Təhsil Nazirliyi təqdim olunmuş diplomun həqiqətə uyğun olmadığını sübut edə bilməmişdir. Diplomun mötəbərliyi xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilməsidir. Qanunverici əlavə sübutun təqdim edilməsini tələb etmir. İddiaçının Dövlətin bir qurumu tərəfindən məşqlərə və turnirlərə cəlb edilməsi Dövlətin digər qurumu (Təhsildə Keyfiyyət Təminatı Agentliyi ) tərəfindən qüsur kimi qəbul edilməsində vətəndaşın günahlandırılması “İnzibati icraat haqqında” AR Qanununun tələblərinə ziddir.

18. İmtina üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarfnın 3.7-ci bəndində qeyd olunan əsaslara istinad ed ilməmişdir. Yəni Qaydalardakı əsasların mövcudluğuna deyil, yalnız iddiaçının təhsil aldığı təhsil müddətinə münasibət bildirilmişdir. Halbuki, qanunvericilikdə iddiaçının təhsil aldığı ölkədə olması müddəti deyil, ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasındakı təhsilin dövlət standartlarına uyğunluğunun araşdırılması müəyyən edilmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 455-İİQ №-li, Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin (bundan sonr a mətndə - Saziş) 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur (maddənin 1-ci bəndi). Bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur (maddənin 2-ci bəndi); 6-cı maddəsinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilə n bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır;...

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Q ərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayə ti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Cavabdehin imtinasının yeganə əsası iddiaçının təhsil dövründə tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olmasıdır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzm unu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır).

28. Apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, iddiaçı təhsil aldığı dövrdə bu qərarın 7-ci bəndində göstərilən müddətlərdə təhsil aldığı ölkədə olmuş, iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir.

29. Yuxarıda içstinad edilən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları nın 1.2-ci bəndinin də tələbi nəzərə alındaqda, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, bu və ya digər dərəcə verən hər hansı sənəd, diplom, yaxud başqa bir şəhadətnamən ali təhsil proqramının uğurla bitirildityini təsdiq edir.

30. İddiaçıya məxsus diplom onun təhsil aldığı, Rusiya Federasiyasında akkreditasiya olunmuş ali təhsil müəssisəsinin Dövlət İmtahan Komissiyasının qərarı ilə verilmiş, diplom səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur.

31. Bu qərarın 20-cı bəndində istinad edilən Sazişin 6-cı maddəsinin tələbinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.

32. Sazişin normasının tələbindən də göründüyü kimi, Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında d iplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır.

33. Həmin müddəa və Qaydaların 1.6-cı bəndinin tələbi də nəzərə alındıqda (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə), ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.

34. Cavabdehin etirazında istinad etdiyi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın tələblərinə gəldikdə, nəzərə alınmalıdır ki, həmin Konvensiya onun iştirakçıları arasında eyni məsələləri tənzimləyən sazişlərin bağlanmasını qadağan etmir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkibi hissəsi olan, həmçinin iki dövlət arasında münasibətləri tərəflərin müəyyən etdiyi xüsusi normalar vasitəsi ilə tənzimləyən Sazişin müddəalarını hazırkı mübahisəyə tətbiq etməməkdə cavabdeh haqlı olmamışdır. Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Qaydaların 1.2-ci bəndi).

35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi hal yuxarıda qeyd olunan normalara görə diplomun tanınmasından imtinanın əsası kimi qəbul edilə bilməz. Buradan, iddiaçının həmin normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1842/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərarı ləğv edilir. Cava bdehin üzərinə Rusiya Federasiyanın (Soçı şəhəri) Beynəlxalq İnnovasiya Universiteti tərəfindən iddiaçının adına 24 may 2019-cu il tarixdə verilmiş Юб-7313 qeydiyyat nömrəli bakalavr diplomunun nostrifikasiya edilməsi və müvafiq şəhadətnamənin verilməsi öhdəliyi qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar