Məhkəmə qərarları › İş №2-1(102)-2157/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2157/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2157/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınar əmlakın (liftin və liftin hissələrinin) işlək vəziyyətdə geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən, sökülən binada olmuş İddiaçı firmasına məxsus cavabdeh tərəfindən sökülmüş 1 ədəd işlək vəziyyətdə olmuş “Sigma” markalı liftin cavabdeh tərəfin dən əsas hissələrinin (motor və s) götürülməsi nəzərə alınmaqla, işlək vəziyyətə gətirilməsi üçün həmin liftin götürülmüş hissələrinin geri qaytarılması, 1 ədəd işlək vəziyyətdə olan iddiaçıya təhvil verilməmiş “Sigma” markalı liftin həmin vəziyyətdə geri qaytarılmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2-1(103)-1548/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus binada mövcud olmuş 2 ədəd lift binanın söküntüsü zamanı cavabdeh tərəfindən sökülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qa rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, sökülən binada olmuş İddiaçı firmasına məxsus cavabdeh tərəfindən sökülmüş 1 ədəd işlək vəziyyətdə olmuş “Sigma” markalı liftin cavabdeh tərəfindən əsas hissələrinin (motor və s) götürülməsi nəzərə alınmaqla, işlək vəziyyətə gətirilməsi üçün həmin liftin götürülmüş hissələrinin geri qaytarılması, 1 ədəd işlək vəziyyətdə olan iddiaçıya təhvil verilməmiş “Sigma” markalı liftin həmin vəziyyətdə geri qaytarılmasının cavabdehə həvalə olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə qərarının mövcudluğunu nəzərə almadan çoxmənzilli binada söküntü işləri aparmışdır. Nəticədə o, maddi zərərə uğramışdır.

4. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, Yusif Səfərov küçəsi 1 A ünvanında yerləşən yaşayış binasında yaşayan sakinlər və qeyri-yaşayış sahələri vətəndaşların öz razılıqları əsasında köçürüldükdən sonra mənzillərin qapıları və pəncərələri sökülmüşdür. İddiaçıya məxsus 2 ədəd lift sökülərək Bakı şəhəri "xxxx" idarəsinin həyətində yerləşdirilmiş, eyni zamanda MTK-nın texniki nəzarətçisi Məhəbbət Sarıyevə bu barədə məlumat verilmişdir. Odur ki, iddiaçının iddia tələbində qaldırdığı məsələ cavabdeh tərəfindən həyata keçirilməmişdir.

5. İşin məhkəmə araşdırması zamanı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı "xxxx" İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus lift, "xxxx" İB tərəfindən sökülməmişdir və anbarda mövcud deyil dir.

6. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, liftlərin iddiaçıya rəsmi təqdim edilməsi məsələsi yenidən araşdırılmış və məlum olmuşdur ki, iddiaçıya məxsus 2 ədəd lift sökülərək MTK-nın texniki nəzarətçisinə təhvil verilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 20 oktyabr 2023-cü il tarixli 21(112)-2294/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, sökülən binada olmuş İddiaçı MTK-ya məxsus cavabdeh tərəfindən sökülmüş 1 ədəd işlək vəziyyətdə olmuş “Sigma” markalı liftin cavabdeh tərəfindən əsas hissələrinin (motor və s) götürülməsi nəzərə alınmaqla, işlək vəziyyətə gətirilməsi üçün həmin liftin götürülmüş əsas hissələrinin geri qaytarılması, 1 ədəd işlək vəziyyətdə olan iddiaçıya təhvil verilməmiş “Sigma” markalı liftin həmin işlək vəziyyətdə İddiaçı MTK-ya geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə müəyyən edildiyi kimi, iddiaçıya məxsus olmuş 2 ədəd lift məhkəmənin qərardadına baxmayaraq sökülmüşdür ki, iddiaçı əvvəlcə həmin liftlərin geri qaytarılması barədə iddia qaldırmış, lakin həmin liftlərin cavabdehdə naturada mövcud olması nəzərə alınmaqla tələbə dəqiqləşmə verərək sökülmüş vəziyyətdə olan, yəni işlək vəziyyətdə olan liftlərin göstərilən vəziyyətdə geri qaytarılmasını tələb etmişdir. Bu zaman iddiaçı tərəfindən cavabdehə liftin sökülməsinə dair məhkəmə icraatına qədər müraciətlərin olması, eləcə də məhkəmə icraatı gedişində də müraciətlərin mövcud olması nəzərə alınmaqla həm in növ iddiaya baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan sənədlərdən isə görünür ki, cavabdeh liftlərin sökülməsini məktubları ilə qəbul etmiş, lakin sökülmüş liftlərin Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan "xxxx" İB-nin anbarına təhvil verildiyini qeyd etmişdir. Lakin məhkəmə sorğuları əsasında təqdim edilən məktubdan, eləcə də tərtib edilmiş aktlardan görünür ki, cavabdehin həmin məlumatı həqiqəti əks etdirməmişdir. Sonradan isə cavabdeh məhkəməyə məlumat verərək həmin liftlərin iddiaçıya təhvil verildiyini bildirmişdir. Lakin cavabdeh tərəfindən təhvil-təslim barədə hər hansı sənəd təqdim edilməmiş, iddiaçı da həmin məlumatların həqiqəti əks etdirmədiyini, bir ədəd liftin ümumiyyətlə geri qaytarılmadığını, digər liftin isə əsas hissələrinin cavabdeh tərəfindən götürüldüyünü, yararsız vəziyyətdə olan hissəsinin geri qaytarıldığını bildirərək, iddia tələbinə bu istiqamətdə dəqiqləşmə vermişdir.

9. Sübutetmə baxımından bir liftin ümumiyyətlə geri qaytarılmaması, digər liftin isə əsas hissələrinin (motor və s) cavabdeh tərəfindən götürülməsinə münasibətdə məhkəmə iddiaçının mövqeyi ilə razılaşmışdır. Belə ki, cavabdeh tərəfindən bunun əksi barədə hər hansı məlumat verilməmiş, əksinə, liftlərin hər ikisinin sökülməsi etiraf edilmiş, sökülən liftlərin ilk olaraq İB-yə təhvil verildiyi, daha sonra isə iddiaçının özünə təhvil verilməsi barədə bir-biri ilə ziddiyyət daşıyan ifadələr işlədilmişdir. İddiaçı isə təhvil-təslim aktı mövcud olmamasına baxmayaraq, faktiki olaraq bir liftin əsas hissələri (motor və s) istisna olmaqla yararsız hissələrinin geri qaytarıldığını, digər liftin geri qaytarılmadığını qeyd etmişdir. Məhkəmə hər iki liftin təhvil-təslim aktı olmamasına baxmayaraq, bu liftlərin iddiaçı tərəfindən tələb edilə biləcəyi halda, tələb edilməməsinə münasibətdə işin faktiki halının qeyd olunan formada olması qənaətindədir. Adıçəkilən liftlərin hər ikisinin məhkəmə qərardadına əhəmiyyət verilmədən sökülməsi, birinin ümumiyyətlə iddiaçıya geri qaytarılmaması, digərinin isə əsas hissələrinin geri qaytarılmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Əmlakın ümumi paylı mülkiyyətçilərinə məxsus liftlərin geri qaytarılması barədə iddia qaldırmaq səlahiyyətinə malik olan iddiaçının həmin liftləri tələb etməsi qanuni və əsaslı sayılmalıdır. Belə ki, həmin liftlər cavabdehə məxsus olmamaqla mülkiyyətçilərinə geri qaytarılmalıdır. B u istiqamətdə verilmiş iddia da bu səbəbdən qanuni və əsaslıdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və C.A.Yusifov) 05 aprel 2024-cü il tarixli 21(103)-1548/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbu l olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. Kassasiya şikayətinin bütün dəlilləri iddiaya qarşı yazılı etirazın (bu qərarın 4cü bəndində qeyd olunan) dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mənzil Məcəlləsi: Maddə

35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhliz lər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunveric iliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.... Maddə

109. Mənzil-tikinti kooperativləri 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir....

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hü ququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜ NLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.

23. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş və təkrarlanan həmin dəlillər ə düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları və gəldiyi nəticə yetərli hesab olunur.

24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, iddiaçıya məxsus 2 ədəd lift sökülərək, Bakı şəhəri "xxxx" dairəsinin həyətində yerləşdirilmiş, eyni zamanda MTK-nın texniki nəzarətçisinə bu barədə məlumat verilmişdir. Məhkəmənin adı çəkilən "xxxx" İB-yə sorğusuna cavab olaraq Birlik tərəfindən təqdim edilən məktubdan görünür ki, iddiaçıya məxsus lift Birlik tərəfindən sökülməmiş və onların anbarına təhvil verilməmişdir.

25. Xətai rayon İcra Hakimiyyətinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1794 nömrəli məktubda qeyd edilmişdir ki, Rayon İcra Hakimiyyəti tərəfindən yenidən araşdırma aparılmış və məlum olmuşdur ki, İddiaçı MTK-ya məxsus 2 ədəd lift sökülərək MTK-nın texniki nəzarətçisinə təhvil verilmişdir.

26. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəmənin sorğularına cavab olaraq bir-birinə zidd olan cavablar verilmiş, sonda isə yenidən araşdırma aparıldığı və liflərin sökülərək təhvil verildiyi bildirilmişdir. Lakin liftlərin təhvil-təslimi barədə hər hansı sənəd və ya bununla bağlı hər hansı digər mötəbər sübut məhkəmələrdə aparılan araşdırma zamanı təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı bir ədəd liftin ümumiyyətlə geri qaytarılmadığını, digər liftin isə əsas hissələrinin cavabdeh tərəfindən götürüldüyünü, yararsız vəziyyətdə ol an hissəsinin geri qaytarıldığını bildirmiş və iddia tələbini dəqiqləşdirmiş, məhkəmədə haqlı olaraq qeyd edilənlərə əsasən iddia tələbini təmin etmişdir.

27. Beləliklə göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2024-cü il tarixli 21(103)-1548/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar