Məhkəmə qərarları › İş №2-1(102)-2158/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2158/2019

23.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2158/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 63 yaş 06 aydan yaşa görə əmək pensiyası, sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi, məcburi dövlət sosial sığorta haqları ödənilməyən fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanəhməd oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-910/2019 saylı iş üzrə 11 aprel 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin 13/01-1544 saylı, 06 aprel 2018-ci il tarixli məktubu ilə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh bu zaman ona əsaslanmışdır ki, şöbəyə təqdim edilən əmək kitabçasında qeyd olunmuş 17.12.1996-cı il tarixdən 25.07.2001-ci il tarixədək heç bir hüquqi əsası olmayan qeydlərin sosial sığorta stajının hesablanması zamanı nəzərə alınması qanuna ziddir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 1972ci il tarixdən 25.07.2001-ci il tarixlərdəki iş stajının sosial sığorta stajına daxil edilərək ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xa hiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3482/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qərarı (hakim – R.L.Kərimli) ilə iddia təmin edilərək İddiaçı onun 1972-2001-ci illərdəki iş stajı sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövləı Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-910/2019 saylı, 11 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və mər uzəçi hakim – V.M.Məmmədov, hakimlər – S.S.Seyidova və İ.B.Əhmədov) cavabdehin apellyasiya təmin edilməyərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarını ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq nqormalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imakn vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kiçilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artılırır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilməsi qanuna ziddir. Belə ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya k apitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilə bilməz. Şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 21.02.1972-ci il tarixdən 25.07.2001 -ci il tarixədək işlədiyi müəssisələrin məcburi dövlət sosial sığorta haqqlarının ödəməsinin yoxlanılması, müəssisə barəsində heç bir məlumatın olmaması səbəbindən mümkün olmamışdır. Qeyd edilən səbəbdən də sığorta stajı hesablanarkən həmin dövlər nəzərə alınmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya cavabdeh tərə fin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdeh tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya insta nsiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən olunduğu kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina edərkən cavabdeh o hala istinad etmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə, eləcə də əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına malik olmadığına görəİddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddianın təmin edilməli olduğu nəticəsinə gələn apellyasiya məhkəməsi isə özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 63,5 yaşının tamam olduğu vaxt onun qanunla tələb olunan 25 il sosial sığorta stajına malik olması müəyyən edildiyindən ona yaşa görə əmək pensiyası təyin edilməlidir. İdd iaçının 25 il sosial sığorta stajına malik olması isə ona məxsus əmək kitabçasındakı qeydlərlə təsdiq olunur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə görə iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası olduğundan, eləcə də iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi ilə bağlı hər hansı əks hal müəyyən olunmadığından əmək kitabçasında göstərilmiş iş illəri pensiya hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Aşağadı göstərilənlərə əsasən kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 01,07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pens iyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqia) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Kollegiya hesab edir ki, qanunvericiliyin qeyd edilən normasına görə 01 iyul 2017-30 iyun 2018-ci il tarixədək dövr ərzində kişilərin aşağıdakı şərtlər daxilində yaşa görə pensiya hüquqları yaranmış olur: 63 il 06 ay yaşı tamam olmalı; fərdi hesabın sı ğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; pensiya kapitalı minimum məbləğdən az olduğu təqdirdə ən azı 25 il sığorta stajı toplamalı. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı qanunla müəyyən edilmiş (63 il 06 ay) yaş həddinə catmış və minimum pensiya kapitalı toplamasa da, əmək kitabçası üzrə 25 ildən artıq iş stajına malik olmuşdur. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, o, 21.02.1972-ci il tarixdən 25.07.2001-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. Cavabdeh, əvvəlcə müraciəti təmin etməkdən imtina edərkən yalnız 17.12.1996-cı il tarixdən 25.07.2001-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığını bildirmişdir. Sonradan isə cavabdeh apellyasiya və kassasiya şikayətlərində 21.02.1972-ci il tarixdən 25.07.2001-ci il tarixədək işlədiyi müəssisələrin məcburi dövlət sosial sığorta haqqlarının ödəməsinin yoxlanılmasının, müəssisə barəsində heç bir məlumatın olmaması səbəbindən sığorta stajı hesablanarkən həmin dövləri nəzərə almağın qanuna zidd olduğunu göstərmişdir. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı olaraq apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabça sının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 1972-2001-ci i llərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh tərəfindən bildirilmiş qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmadığına görə əmək kitabçasındakı məlumatların həqiqiliyini yoxlamağın mümkün olmaması məsələsinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal iddiaçının təqsiri ilə bağlı deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Kollegiya hesab edir ki, iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin dəlillərinin əsassız olduğu ilə bağlı olaraq da apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiy ası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (Pensiya Alt Sistemi) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Kassasiya şika yətində göstərilmiş 21.02.1972-ci il tarixdən 25.07.2001-ci il tarixədək iddiaçının işlədiyi müəssisələrin məcburi dövlət sosial sığorta haqqlarını ödəməsinin yoxlanılmasının mümkün olmaması ilə bağlı dəlillə əlaqədar həmçinin qeyd edilməlidir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının əmək fəaliyyəti (1972-2001) məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir və müvafiq olaraq onların pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqq ında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olar aq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1972-ci ildən 2001-ci ilədək işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-910/2019 saylı iş üzrə 11 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar