Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2158/2021 07.12.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.08.2021-ci il tarixli, 2-1(103)-2352/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərarın ləğv edilməsini və həmin işə baxılanadək növbədənkənar səyyar yoxlamasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6189/20 21 saylı 23.06.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.08.2021-ci il tarixli 21(103)-2352/2021 saylı qərardadına əsasən (sədrlik edən Cahangir Yusifov, hakimlər Həmid Həmidov və Elmira Nağıyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6189/2021 saylı 23.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. Məhkəmə qərardadı iddiaçıya 17.09.2021-ci il tarixində təqdim edilmişdir.
6. İddiaçı 30.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 30.08.2021-ci il tarixli 2-1(103)-2352/2021 saylı qərardadın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayətinə vəkil orderi əlavə edilməmiş, şikayət vəkil tərəfindən imzalanmamış və məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür.
8. Bununla bağlı iddiaçıya göndərilmiş 25.10.2021-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, 30.11.2021-ci il tarixinədək həmin nöqsanların aradan qaldırılması, yəni prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti, həmçinin vəkil tərəfindən imzalanmış kassasiya şikayətini və vəkilin orderini məhkəməyə təqdim etmək təklif olun muş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur.
9. İddiaçının nümayəndəsi X1 01.11.2021-ci il tarixində məhkəməyə vəsatət təqdim edərək kassasiya şikayətinin mümkün sayılmasını xahiş etmiş, vəsatətə vəkil orderini əlavə etmişdir. VƏSATƏTİN DƏLİLLƏRİ
10. İddiaçının nümayəndəsi vəsatəti belə əsaslandırmışdır ki, 17.09.202129.09.2021-ci il tarixlərində məzuniyyətdə olmuşdur. Eyni zamanda, şirkətdə “COVİD-19” virusuna yoluxmuş şəxslər aşkar olunduğundan həmin dövr ərzində uzaq məsafədən işləyib və məktub barədə gec məlumatı olmuşdur. Məzuniyyətdən qayıtdıqdan sonra əlavə gecikmə olmaması üçün vəkil orderi əldə etmədən kassasiya şikayəti vermək məcburiyyətində qalmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
12. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
13. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.
14. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı nda (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
15. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası iddiaçının vəsatətinin dəlillərini əsassız hesab edir.
17. Vəsatətdə müddətin ötürülməsinin səbəbi kimi iddiaçının nümayəndəsinin məzuniyyətdə olması, “COVİD-19” virusu ilə əlaqədar uzaq məsafədən işləməsi göstərilmişdir. Məhkəmə kollegiyası isə göstərilən halları üzrlü səbəb hesab etmir.
18. Belə ki, karantin müddəti ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə qəbulu təmin olunmuşdur. Odur ki, COVİD-19 infeksiyasının qarşısının alınması məqsədilə şirkətdə məsafədən iş rejiminin tətbiq edilməsi kassasiya şikayətinin vaxtında verilməsinə maneə ola bilməzdi.
19. Göründüyü kimi, kassasiya şikayətində yol verilmiş nöqsanlar məhkəmə tərəfindən müəyyən edilmiş vaxtadək aradan qaldırılmamışdır. Odur ki, hazırkı qərardadın 11-15-ci bəndlərində göstərilən normaların tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayıla bilməz.
20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.08.2021-ci il tarixli 21(103)-2352/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti m ümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.