Məhkəmə qərarları › İş №2-1(102)-2158/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2158/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2158/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil kirayə müqaviləsinin bağlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 -1(103)-610/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 20A, 76№li mənzil keçmiş X1 Soveti İcraiyyə Komitəsi tərəfindən xx.xx.1987-ci il tarixli, 001798 saylı xidməti orderlə İddiaçı verilmişdir.

2. İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək iş yeri üzrə xidməti orderlə ona verilmiş Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20A saylı, evin 76 saylı mənzilin kirayə müqaviləsinin adına bağlanmasını xahiş etmişdir.

3. Cavabdeh inzibati orqan 04 iyul 2022-ci il tarixli məktubla müraciətə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasında dövlət əmlakının özə lləşdirilməsinin İİ dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan yaşayış binaları, o cümlədən yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bu səbəbdən də aidiyyəti üzrə Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edilməlidir.

4. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 09 sentyabr 2022-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı icarədar hesab edilərək Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 20A, 76 saylı mənzilə d air kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın verilməsi Birliyin səlahiyyəti xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, 60.26 kv.m sahəli 76 saylı mənzilə dair onunla kirayə müqaviləsi bağlanması öhdəliyinin cavabdeh Bakı şəhər icra hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Orconikidze (indiki Suraxanı) Rayon Xalq Deputatlar Sovetinin (“XDS”) xx.xx.1986-cı il tarixli 39 nömrəli iclas protokolundan çıxarışa əsasən, İddiaçı ünvan 2 ünvanında yerləşən 76 saylı mənzilin xidməti order əsasında verilməsi qərara alınmış, xx.xx.1986-cı il tarixli Orconikidz e (indiki Suraxanı) icraiyyə komitəsinin qərarı ilə bu mənzil şəxsə ayrılmışdır. Artıq 35 ildir fasiləsiz olaraq bu mənzildə yaşayaraq sahiblik və istifadə etdiyini, eləcə də mənzilin xidməti order əsasında verilməsi üçün nəzərdə tutulmuş əsasların aradan qalxdığını nəzərə alaraq ünvan 3 ünvanında yerləşən, 60.26 kv.m sahəli 76 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncam qəbul edilməsi tələbi ilə Suraxanı rayon icra hakimiyyətinə müraciət etmişdir. İcra hakimiyyətindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubunda mənzilin Bakı şəhəri İcra Hakimiyyətinin mənzil fonduna daxil edilərək, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verildiyi üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuş və o, eyni tələblə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etm iş, xx.xx.2022-ci il tarixli məktubda ərizənin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (“MKTD”) göndərildiyi bildirmişdir, daha sonra ərizə aidiyyəti üzrə baxılması üçün Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (“MKTB”) göndərilmişdir. Suraxanı rayon MKTB isə xx.xx.2022-ci il tarixli məktubunda bu məsələnin Birliyin səlahiyyətləri xaricində olduğu qeyd edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2537/2023 saylı, 28 avqust 2023-cü il tarixli qərarı ilə (hakim X5) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə mənzilə dair müddətsiz kirayə müqaviləsinin bağlanması üçün mənzilin xidməti mənzillərin sırasından çıxarılması, xidməti mənzillər sırasından çıxarılması isə müvafiq müraciət əsasında razılaşdırma qaydasında xidməti mənzillər sırasından ç ıxarılma barədə qərarın qəbul edilməsi tələb olunur. Hazırkı iddia üzrə müvafiq icra hakimiyyəti orqanının razılıq alınması üçün müraciət edilməmiş, razılıq əldə edilməmişdir. Beləliklə, xidməti mənzillər sırasından çıxarılma məhkəmə tərəfindən deyil, dövlət mənzil fondunun idarəetməsini həyata keçirən dövlət orqanının qərarı əsasında həyata keçirilə bilər. Mənzil qanunvericiliyi ilə məhkəmənin dövlət fonduna aid mənzilin xidməti mənzillər sırasından çıxarmaq kimi səlahiyyəti müəyyən edilməmişdir. Hazırkı halda mənzilin xidməti mənzillər sırasından çıxarılması baş vermədiyindən məhkəmə tərəfindən cavabdehin üzərinə iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması barədə əliverişli inzibati aktın qəbul edilməsi barədə vəzifə də qoyula bilməz.

9. İddiaçı apellyasiya şikayəti verərək, qərarın lə ğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-610/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 /məruzəçi/, X2 və X4) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcə lləsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı mübahisəli mənzildə artıq 35 ildir fasiləsiz yaşayaraq sahiblik edir. Lakin bununla belə cavabdeh onun mənzil kirayə müqaviləsinin bağlanmasından imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmidir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) Maddə

100. Xidməti yaşayış sahəsi Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə

102. Kolxozlara məxsus evlərdə xidməti yaşayış sahəsi Kolxozlara məxsus evlərdə yaşayış sahəsinin xidməti yaşayış sahəsi sırasına aid edilməsi (o cümlədən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsasları qüvvəyə minməzdən əvvəl məskunlaşdırılmış evlərdə də ) və belə yaşayış sahəsi verilə bilən işçilər kateqoriyaları siyahısının müəyyən olunması kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillər yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilən qərarı ilə həyata keçirilir. Maddə

103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Maddə

104. Xidməti yaşayış sahəsindən çıxarma Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

17. Azərbaycan Res publikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxa rı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla uyğunluq təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunu r.

22. Bununla yanaşı, məhkəmə kollegiyası iş materiallarına istinad etməklə kassasiya şikayətinin dəlillərinə münasibət bildirməyi məqsədə müvafiq hesab edir.

23. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Orconikidze rayon XDS İcraiyyə Komitəsi (indiki Suraxanı RİH) tərəfindən verilmiş 001198 nömrəli, xx.xx.1987-ci il tarixli xüsusi orderə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA-07174-2022 nömrəli məktubu ilə göndərilmiş arxiv sənədlərinə (xx.xx.1987-ci il tarixli, 39 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışına) əsasən müəyyən olunur ki, İddiaçı 5 nəfər ailə tərkibində Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 20A, 76 saylı 60.26 kv.m sahəyə malik xidməti mənzil verilmişdir.

24. İddiaçı hesab edir ki, həmin xidməti mənzillə əl aqədar olaraq Suraxanı rayon İcra Hakimiyyəti onunla mənzil kirayə müqaviləsi bağlamalıdır.

25. Məhkəmə kollegiyası iddiaçının dəliləri ilə razılaşmayaraq bildirir ki, əvvəla hazırkı mübahisənin həlli üçün əsas götürülən normativ hüquqi akt 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi və Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 mart tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələri verilməsi və onlardan istifadə edilməsi qaydası haqqında Əsasnamə”dir (Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır). 26. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mən zil Məcəlləsinin tələbinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.

27. Bundan əlavə oxşar yanaşma orderin verildiyi tarixdə qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 198 4-cü il 2 mart tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələri verilməsi və onlardan istifadə edilməsi qaydası haqqında Əsasnamə” də nəzərdə tutulmuşdur. Həmin Əsasnaməyə görə: “1.Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə iş yeri üzrə və ya onun yaxınlığında yaşamalı olan vətəndaşlara, xidməti yaşayış sahələri verilə bilən işçilərin kateqoriyalarının siyahısına (1 nömrəli əlavə) uyğun surətdə verilir.

2. Yaşayış sahəsi xidməti yaşayış sahələri sırasına müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir....;

16. Müəssisələrin, idarələrin, təşkilatların yaşayış evlərində yaşayış sahəsi xidməti yaşayış sahələri sırasından müəssisənin, idarənin, təşkilat ın vəsatəti üzrə, onu bu sıraya daxil etmiş rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə çıxarılır...”

28. Beləliklə, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə mənzillərin: - xidməti mənzillər siyahısına daxil edilməsi, xidməti mənzillərin işçilərə işlədiyi dövr ərzində müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, həmkarlar ittifaqı orqanları tərəfindən qəbul edilən qərar əsasında müvəqqəti olaraq istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilməsi; - müvafiq müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş işçilərin isə xid məti yaşayış sahəsindən çıxarılması nəzərdə tutulurdu.

29. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

30. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-610/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar