Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2159/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (vergilərin hesablanması barədə qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergilərin hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyaının xx xxxx 2020-ci il tarixli, 2-1 (106)-1220/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 4583 manat məbləğində “vergilərin hesablanması barədə” qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-1633/2019 nömrəli (sədrlik edən hakim Xalıq İmanov ) qərardadı ilə iddianınmümkün sayılmaması qərara alınmışdır.
3. Bi rinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.1, 32.1, 35.1, 38.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçı mübahisələndirdiyi qərardan onun təqdim olunduğu vaxtdan 16 aydan çox müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmiş, müddətin üzvlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırma zamanı sübuta yetirilməmişdir.
4. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1220/2020 nömrəli (hakimlər Aida Hüseyn- sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-1633/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarına əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin xx xxxxxx 2017-ci il tarixli «Vergilərin hesablanması barədə» qərarın mübahisələndirilməsi ilə bağlı iddia qaldırmaq müddəti ötürülmüşdür, birinci instansiya məhkəməsinin gəldiyi nəticə inzibati prosessual normalarının tətbiqi baxımından qanuni və əsaslıdır. Kasasiya şikayətinin dəlilləri:
7. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iş mate riallarından və məhkəməyə cavabdehin təqdim etdiyi materialların məzmunundan müəyyən olunur ki, İddiaçı MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx xxxxxx 2018-ci il tarixli **********524700 saylı «X1» barədə müvafiq Qərarı ilə əsassız yerə 4098,37 manat məbləğində borc hesablanmışdır. Həmin borcun 2016-cı vergi ili üçün hesablanması bildirilmişdir.
8. Bundan əlavə İddiaçı MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx xxxxxx 2017-ci il tarixli **********394900 saylı «X1» barədə müvafiq Qərarı ilə əsassız yerə 2996 manat məbləğində borc hesablanmışdır.
9. Bu qərarlarla bağlı hazırkı məhkəmə mübahisəsindən öncə onun iddiası olmuş və müəssisənin barəsində hesablanmış bütün b orc halı mübahisələndirilmişdir.
10. Lakin vergi orqanı işin məhkəmədən kənar həlli qaydasında öz təşəbbüsü ilə vermiş olduğu qərarları ləğv etməsi üzündən məhkəmənin hakimi Xaliq İmanovun xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)2924/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
11. Verdiyi ikinci iddia bu işdən sonra həmin tələbin ardı olaraq qeydə alınmış və sonradan məhkəmə araşdırması zamanı cavabdehin təqdim etdiyi sənədlərin məzmunundan müəyyən olunmuşdur ki, borcun hesablandığı mübahisəli qərarlar hansılardır.
12. Sonradan vergi orqanı yenə də, məhkəmədən kənar araşdırmanın nəticəsi olaraq bir yekdil qərarla yeni borc halı yaratdığından məcbur qalıb onu mübahisələndirmişdir. Həmin qərarların mübahisələndirilməsi üzrə müddət ötürülməmişdir.
13. Məhkəmələr öz qərardadlarında yekdi lliklə qeyd edirlər ki, «Vergilərin hesablanması» barədə xx xxxxxx 2017-ci il tarixli **********394900 saylı qərarı xx xxxxxx 2017-ci ildə onlayn qaydada iddiaçının elektron kabinetinə göndərilmiş, xx xxxxxx 2017-ci ildə onlayn qaydada iddiaçı tərəfindən oxunmuş, həmin qərarın mübahisələndirilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə iclasında təqdim etmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə iddiaçı həmin qərarın mübahisələndirilməsi barədə xx xxxxxxxx 2017-ci ilə kimi məhkəmədə iddia qaldıra bilərdi».
14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verild iyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
15. Bununla bağlı iddianın mümkünlük şərtini yoxlamaq və iddianın vaxtında verilib-verilmədiyini araşdırmaq üçün müddətin başlanğıcını müəyyən etmək lazımdır. İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində bu müddət inzibati aktın təqdim (elan) olunduğu vaxtdan hesablanır.
16. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumatı verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
17. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya ş ikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1220/2020 nömrəliqərardadının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
18. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi Orxan Qafarzadə məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, iddiaçının nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
19. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarını n faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
22. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işi həll edərkən birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından, özünün xx xxxx 2020-ci il tarixli qərardadından bəhs edərkən göstərmişdir ki, «Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin «Vergilərin hesablanması barədə» xx xxxxxx 2017-ci il tarixli **********394900 saylı qərarı xx xxxxxx 2017-ci ildə onlayn qaydada iddiaçının elektron kabinetinə göndərilmiş, xx xxxxxx 2017-ci ildə iddiaçı tərəfindən oxunmuş, həmin qərarın mübahisələndirilməsin ə dair iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə iclasında təqdim etmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə iddiaçı həmin qərarın mübahisələndirilməsi barədə xx xxxxxxxx 2017-ci ilə kimi məhkəmədə iddia qaldıra bilərdi. İddiaçı mübahisələndirdiyi qərardan onun təqdim olunduğu vaxtdan 16 aydan çox müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır».
23. Daha sonra apelyasiya instansiyası məhkəməsi qərardadında yazır ki, «Vergi Məcəlləsinin 70.1-ci və 70.2-ci maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur.
24. Həmin Məcəllənin 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.
25. İddiaçı MMC ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti arasında xx xxx 2015-ci il tarixdə bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqavilənin: 2.1.1-ci bəndinə əsasən müqavilə vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsini, o cümlədən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirişlərin, xəbərdarlıqların, arayışların, çıxarışların və digər sənədlərin) elektron qaydada göndərilməsini və sair məsələləri müəyyən edir; 2.5-ci bəndinə görə tərəflər müəyyən edilmiş formada tərtib edilən və göndərilən elektron sənədin kağız (və ya yazılı şəkildə digər məlumat da şıyıcısı) üzərindəki sənədin ekvivalenti və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər; 2.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır; 4.1.6-cı bəndinə görə elektron sənədlərin mübadiləsindən imtina etdikdə vergi orqanına ərizə vermək vergi ödəyicisinin vəzifəsidir.
26. İş materialları ilə müəyyən olunur ki, xx xxxxxx 2017-ci il tarixli **********394900 saylı qərar xx xxxxxx 2017-ci ildə elektron qaydada iddiaçının elektron kabinetinə göndərilmişdir».
27. Məhkəmə kollegiyası hesab edir ki, inzibati akt olan cavabdehin xx xxxxxx 2017-ci il tarixli sözügedən qərarının iddiaçıya çatdırılması məsələsinin tərəflər arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqav ilənin müddəaları çərçivəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən məqbul və qanunauyğun sayılması yanlış olmaqla yanaşı, həm də Vergi Məcəlləsinin tələblərinə də ziddir.
28. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır (maddə 70.2-1.3. ). 29. xx xxxxxx 2019-cu il tarixədək Vergi Məcəlləsinin qüvvədə olan 70.2-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazimi qaydada vergi ödəyicisinə verilmiş sayılır.
30. Məhkəmə kollegiyası xususi ilə qeyd edir ki, yuxarıda əksini tapmış hüquq normalarına əsasən vergi or qanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir.
31. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir.
32. Bundan başqa 2017-ci təqvim ili başa çatmadığı halda cavabdeh tərəfindən 2017-ci ilin mənfəət vergisinin bəyannaməsinin kameral yoxlanılması mümkün deyil. Koll egiya hesab edir ki, 2017-ci təqvim ili başa çatmadan həmin il üçün mənfəət vergisinin bəyannaməsinin təqdim edilməsi və təqdim edilmiş bəyannamənin kameral yoxlanılması o zaman mümkün olur ki, cavabdeh təqvim ili başa çatmadan həmin il ərzində sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırmış olsun. Lakin apelyasiya instansiyası yuxarıda qeyd olunan halları araşdırmamışdır. 33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını bu Qanun müəyyən edir (maddə 1.1). Eyni zamanda inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inzibati akt hesab olunur (maddə 2.0.2). Həmçinin inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir (maddə 21.1) Həmin Qanunun 28-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsinin olması izibati icraatın başlanılması üçün əsas hesab olunur (maddə 28.1.2). Eyni zamanda Qanunun 36-cı maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi ş əxslər inzibati icraatda iştirakçı hesab olunur (maddə 36.1.2.) Həmin Qanunun 46-cı maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar (maddə 46.1.). Lakin cavabdeh mübahisələndirilən inzibati aktı qəbul edərkən yuxarıda qeyd olunan tələbləri yerinə yetirməsi və inzibati icraat zamanı iddiaçının iştirakını təmin etməsini barədə sübut təqdim etməmişdir.
34. Bundan başqa “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olu nur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 35. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) 36. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.
37. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir.
38. Bundan başqa 2017-ci təqvim ili başa çatmadığı halda cavabdeh tərəfindən 2017-ci ilin mənfəət vergisinin bəyannaməsinin kameral yoxlanılması mümkün deyil. Kollegiya hesab edir ki, 2017-ci təqvim ili başa çatmadan həmin il üçün mənfəət vergisinin bəyannaməsinin təqdim edilməsi və təqdim edilmiş bəyannamənin kameral yoxlanılması o zaman mümkün olur ki, cavabdeh təqvim ili başa çatmadan həmin il ərzində sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırmış olsun. Lakin apelyasiya instansiyası yuxarıda qeyd olunan halları araşdırmamışdır.
39. Belə ki, vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması məsələsi ümumiyyətlə sözügedən Vergi Məcəlləsi ilə müəyyən edilir (Vergi Məcəlləsinin 49-cu maddəsi).
40. Eyni zamanda xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə Vergi Məcəlləsinin 70.2-1.3-cü maddə sini tətbiq etməklə hüquq normasının tətbiqində kobud səhvə yol vermişdir ki, bu da təəccüb doğurur.
41. Belə ki, həmin maddi hüquq norma Vergi Məcəlləsinə xx xxxxxx 2018-ci il tarixli qanunla əlavə edilmiş, qanun isə 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir ki, məlum olduğu kimi isə tərəflər arasında sözügedən mübahisə xx xxxxxx 2019-cu il tarixə qədər yaranmış və adıçəkilən maddi hüquq normasının tətbiq edilməsi yolverilməzdir və qanunsuzdur.
42. Bununla yanaşı məhkəmə kollegiyası ümumiyyətlə qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir.
43. Belə olan halda məhkəmə kollegiyası hes ab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir.
44. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-1220/2020 nömrəli qərardadı ləğv edilsi n. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.