Məhkəmə qərarları › İş №2-1(102)-2159/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2159/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2159/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs: "xxxx" QSC) “təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2021-ci il 11 iyun tarixli, 2-1(103)1331/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2019-cu il 24 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2018-ci il 3 iyul tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərini n qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 26 yanvar tarixli, 2-1(112)-474/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 26 yanvar tarixli, 2-1(112)-474/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz sayılmışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş göndərişin (Forma 88) ləğv edilməsi (etibarsız hesab edilməsi), iddiaçıya təyin edilmiş əlillik ləğv edilərkən müvafiq qərarın düzgü nlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olması və bununla əlaqədar olaraq iddiaçının əyani müayinəyə cəlb edilməsi, müayinənin nəticələrinə əsasən əlilliyin ləğvi barədə qərar qəbul edilməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığından, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmadığından iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz sayılmalıdır

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 iyun tarixli, 2-1(103)-1331/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 26 yanvar tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının ona təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayı lmasına dair tələbi mümkün sayıla bilməz. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş, iddiaçının iddia tələbi təmin edilmişdir.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətində qeyd edilmişdir ki, üçüncü şəxs ona nazirlik tərəfindən ünvanlanmış siyahıda qeyd olunan şəxslərin eyni siyahısını tərtib edərək heç bir əlavə araşdırma aparmadan geri göndərmişdir. Cavabdeh inzibati orqan isə həmin siyahıya ə sasən iddiaçının əlilliyini etibarsız hesab etmişdir. İşə baxan məhkəmə kollegiyası cavabdeh inzibati orqanın qanunsuz hərəkətlərini müdafiə etmişdir. Üçüncü şəxs iddiaçının əlilliyinin qiymətləndirilməsini və “Forma-88”-in ləğv edilməsi səlahiyyətinin olmamasını bildirmişdir. Eyni zamanda, əlillik meyarlarının müəyyən olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 №-li Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının sosial təminat hüquqları məhdudlaşdırılmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

11. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəll ə (bundan sonra mətndə-İPM): Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutla rı (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. M addə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütö vlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

19. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iş üzrə cavabdeh inzibati orqanın hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının ona təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılmasına dair tələbi mümkün sayıla bilməz.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun hesab et mir.

21. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi ləğv etməklə və ya əlilliyi etibarsız hesab etməklə, artıq iddiaçının hüquqlarına müdaxilə etmişdir. İddiaçı da həmin müdaxilənin (cavabdehin davranışının) qanuniliyini mübahisələndirir.

22. Bu müdaxilənin qanuni və ya qanunsuz olduğunu isə məhkəmə iddiaya mahiyyəti üzrə baxmaqla müəyyən edə bilərdi.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 35.1-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normanın tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normanın tələbələrinin təmin olunması üçün təkrar apellyasiya ba xışına göndərilməli olduğundan, habelə iddia apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilmədiyindən şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 iyun tarixli, 21(103)-1331/2021 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar