Məhkəmə qərarları › İş №2-1(102)-2159/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2159/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2159/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 65 yaşdan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (16.7.1956-cı il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “65 yaşdan dö vlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 avqust 2022-ci il tarixli, 2-1(103)-1468/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1983xx.xx.1983-cü illərdə Ermənistan Kommunist Partiyası MK kənd təsərrüfatı şöbəsində “instruktor”, xx.xx.1983-xx.xx.1986-cı illərdə Kənd təsərrüfatı şöbəsinin kənd təsərrüfatı və qida sənayesi şöbəsində “instruktor”, xx.xx.1986-xx.xx.1989-cu illərdə Ermənistan KP MK təşkilati–partiya işi (xx.xx.1989-cu ildən təşkilat-partiya və kadr işi) şöbəsində “inspektor”, xx.xx.1989- xx.xx.1989-cu illərdə həmin şöbədə “məsul təşkilatçı” vəzifələrində çalışmışdır. xx.xx.1989-xx.xx.1990-cı illər üzrə fasiləsiz əmək stajı bərpa edilmiş, xx.xx.1990-xx.xx.1991-cı illərdə Azərbaycan KP Bakı şəhər Komitəsinin təşkilat şöbəsində instruktor, xx.xx.1991-xx.xx.1992-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin millətlərarası münasibətlər sektorunda şöbə müdiri, xx.xx.1992-xx.xx.1993-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında millətlərarası münasibətlər sektor şöbəsinin müdiri, xx.xx.1993-xx.xx.1995-ci illərdə qaçqınlar və məcburi köçkünlər şöbəsinin müdiri, xx.xx.1995-xx.xx.2003-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində işləmişdir.

2. İddiaçıya Dövlət Sosial X3 rayon şöbəsi tər əfindən 4 mart 2009-cu il tarixdən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 7 iyul 2021-ci il tarixdə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh 27 iyul 2021-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (13 il 9 gün (xx.xx.1990- xx.xx.1991-ci il xx.xx.1991-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər) təşkil etdiyinə görə müraciətinin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 30.8.2021-c il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi bar ədə ərizə ilə müraciət edərək, iddiaçıya 16.7.2021-ci il tarixdən, yəni 65 yaşdan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 7 iyul 2021-ci il tarixində cavabdehə müraciət etmişdir. Cavabdeh orqan 27 iyul 2021-ci il tarixli **********9 nömrəli məktubu ilə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Həmin imtina məktubunda “Əmək pensiyaları haqqında" Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına və “Dövlət qulluğu haqqında” Qanunun 2 3.2-ci maddəsinə əsaslanaraq qeyd olunmuşdur ki, onun dövlət qulluğu stajı 15 ildən az (13 il 9 gün - xx.xx.1990-xx.xx.1991-ci il xx.xx.1991-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər) təşkil etdiyinə görə müraciətinin icrası mümkün deyildir. Cavabdeh orqan tərəfindən iddiaçının dövlət qulluğu stajı hesablanarkən SSRİ dövlətinin mövcud olduğu dövrdə X4 Partiyasının Ermənistan Lenin X1 müxtəlif orqanlarında və Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsində xx.xx.1977- xx.xx.1989-cu illərdə işlədiyi dövr, həmçinin Ermənistandan deportasiya olunduqdan sonra qaçqın statusunun olduğu əsas götürülərək Əmək və Sosial məsələlər üzrə SSRİ Dövlət Komitəsinin xx.xx.1985-ci il tarixli 252 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Həmkarlar X2 xx.xx.1990-cı il tarixli 39 saylı qər arı ilə xx.xx.1989-01.1990-cı ilə olan bərpa olunmuş iş stajı da dövlət qulluqçusu stajına daxil edilməmişdir. Yuxarıda qeyd olunan dövrlərin onun dövlət qulluğu stajına daxil edilməsi ilə bağlı cavabdeh orqana yenidən müraciət etmişdir. Cavabdeh 20 avqust 2021-ci il tarixli **********4 nömrəli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddiaçının müraciətinə verilən cavabda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin (hakim E.Ə.Əliyev) 12 yanvar 2022-ci il tarixli, 21(112)-2200/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən, yəni 65 yaşdan dövlət qulluqçusu kimi yaşa görə əmək pe nsiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi dövrün yalnız xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2003-cü il tarixləri arasındakı dövrü dövlət qulluğu stajına aid etmişdir. Cavabdeh inzibati orqanın qeyd etdiyi dövrlərdən əlavə iddiaçının xx.xx.1983 - xx.xx.1983-cü illərdə Ermənistan KP MK Aparatında kənd təsərrüfatı şöbəsində instruktor, xx.xx.1983 xx.xx.1986-cı illərdə Ermənistan KP MK Aparatında Kənd təsərrüfatı şöbəsinin kənd təsərrüfatı və qida sənayesi şöbəsində instruktor, xx.xx.1986 - xx.xx.1989-cu illərdə Ermənistan KP MK Aparatında təşkilati – partiya işi şöbəsində instruktor, xx.xx.1 989xx.xx.1990-cı illərdə Ermənistan KP MK təşkilati - partiya və kadr işi şöbəsində instruktor vəzifəsində işlədiyi dövr də onun dövlət qulluğu stajına daxil edilmişdir. Beləliklə, iddiaçının dövlət qulluğu stajı 15 ildən çox, 20 il 10 gün təşkil edir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bektaşi -sədrlik edən, A.S.Hüseynov və H.Ü.Həmidov) 5 avqust 2022-ci il tarixli, 2-1(103)1468/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 21(112)-2200/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etirazda qeyd etmişdir ki, cavabdeh dövlət qulluğu stajımı hesablayarkən, onun Ermənistan SSR-da partiya orqanında işlədiyi dövrü dövlət qulluğu stajına daxil etməyərək, diskriminasiyaya şərait yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş “bərabərlik hüququnu”, “Sosial təminat hüququnu” pozmuş, “Qaçqınl arın və məcburi köçkünlərin statusu haqqında”, və “Əmək pensiyaları haqqında” və digər müvafiq qanunvericilik aktları ilə təmin olunmuş hüquqlarından və dövlət qulluqçusu kimi pensiya almaq hüququndan onu məhrum etmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 5.8.2022ci il tarixli, 2-1(103)-1468/2022 nömrəli qərarının dəyişdirilmədən, qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kass asiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Ermənistan KP MK Aparatında işlədiyi “inspektor”, “instruktor” və “məsul təşkilatçı” vəzifələri “1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunla şdırılması Siyahısı”nın 1.4-cü bəndində nəzərdə tutulmuşdur. Həmin vəzifələr Nazirlər Kabinetinin Aparatında, müvafiq olaraq “sektor müdiri”, “məsləhətçi” və “baş məsləhətçi” inzibati vəzifələrinə uyğunlaşdırılmışdır. 23. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinin tələbi də (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir) nəzərə alındıqda, iddiaçının Ermənistan SSR ərazisində qazandığı staj onun cavabdeh tərəfindən mübahisələndirilməyən dövlət qulluğundakı ümumi stajına daxil edilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 avqust 2022-ci il tarixli, 2-1(103)-1468/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar