Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-216/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 52 yaşdan güzəştli şərtlə yaşa görə pensiya təyini giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili V əkil iştirakıilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə(bundan sonra cavabdeh) qarşı“güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-2070/2019 saylı iş) 25 sentyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1962-ci ildə doğulmuş, 1979-1980-ci illərdə 81 №-li Texniki peşə məktəbində təhsil almış, 06.05.1980-cı ildən 15.06.1982-ci ilə qədər sovet ordu sıralarında hər bi xidmətdə olmuş, 06.08.1982-ci ildən 17.09.1985-ci ilə qədər “Volqa-Don TikintiQuraşdırma İdarəsi”ndə quraşdırıcı, 30.09.1985-ci ildən 11.10.1995-ci ilə qədər “Bakı Dərin Özüllər Zavodu”nda çilingər, qazla kəsici, 12.10.1995-ci ildən 06.09.1997-ci ilə qədər çilingər-montajçı, 11.09.1997-ci ildən 01.02.1999-cu ilə qədər “Bakı Dərin Özüllər Zavodu”nda qazla kəsici, 01.02.1999-cu ildən 20.09.2000-ci ilə qədər “X5” LTD-də quraşdırıcı, 06.08.2001-ci ildən 05.07.2003-cü ilə qədər kəsici, 12.08.2003-cü ildən 25.09.2003-cü ilə qədər kəsici, 06.10.2003-cü ildən 01.03.2005-ci ilə qədər “xxxx” MMCdə quraşdırıcı, 01.03.2005-ci ildən 01.07.2011-ci ilə qədər quraşdırıcı briqadiri vəzifəsində işləmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 2 saylı siyahıda nəzərdə tutulmuşdur. Onun həmin peşə üzrə iş stajı 10 il təşkil edir, bu isə qanunla tələb olunan 12 il 6 aydan azdır. İddiaçı 13 fevral 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 18.03.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı nəzərə alınaraq əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 06.08.1982-ci ildən hazırki vaxta qədər əmək fəaliyyəti ilə məşğul olur. Həmin işlər zərərli iş şəraitində aparılan işlərə aiddir. O, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu müddətdə, yəni 1 yanvar 2006-cı ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahı üzrə 20 il ümumi, 10 il zərərli iş stajını tamamlamışdır. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Qaradağ rayon Şöbəsinə müraciət etmişdir. Lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, vətəndaşa 52 yaşdan pensiya təyin edilməsi üçün şəxsin 01.01.2006-cı ilə qədər 52 yaşı olmalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahı üzrə 20 il ümumi, 10 il zərərli iş stajını tamamlamalı idi. Halbuki, bu halın heç biri baş verməmişdir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahıda qeyd olunmamışdır. Odur ki, iddiaçının 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiyaya çı xmaq hüququ mövcud deyildir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-1424/2019 saylı iş) 23 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 18.03.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı nəzərə alınaraq əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzə ştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “Metallurgiya istehsalatı” adlanan İİİ Bölməsindəki “Polad və ferroərintilər istehsalatı” yarımbölməsinin “isti işlərdə məşğul olan (tökücü pult, qazla kəsmə, əsas post, yığıcı mexanizmlər) pəstahların fasiləsiz tökmə maşınlarının operatorları” şifrinə və “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlanan X bölməsinin “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsinin “dəniz buruqları özüllərinin və estakadalarının quraşdırılması və təmiri üzrə çilingərlər” adlanan 1100000a-18496 şifrinə uyğunlaşdırılmalıdır. Hər iki hal iddiaçıya münasibətdə mövcud olduğuna əsaslanan birinci instansiya məhkəməsi “Ə mək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 18.03.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qənaətinə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 4 sentyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-c u il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3məruzəçi, X2 və X1, 2-1(103)-2070/2019 saylı iş) 25 sentyabr 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 31 oktyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmənin istinad etdiyi kodlar altındakı vəzifələr neft istehsalatı müəssisələrində dəniz buruqları özüllərinin və estakadaların quraşdırılması və təmiri üzrə çilingərləri, metallurgiya istehsalı sənayesində polad və ferroərintilər bölməsində isti işlərdə məşğul olan pəstahların fasiləsiz t ökmə maşınlarının operatorlarını nəzərdə tutur ki, bu vəzifələrin iddiaçının işlədiyi vəzifələrlə heç bir əlaqəsi yoxdur. Hazırkı işlə bağlı isə məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, iddiaçının hansı sahədə və məhz hansı vəzifələrdə çalışmış olması, o vəzifələrdən hansının Nazirlər Kabinetinin müvafiq siyahısındakı məhz hansı koda uyğun gəlməsi, həmin vəzifələrdən hansında dəqiq olaraq nə qədər müddət çalışmış olması heç bir şəkildə müəyyənləşdirilməmiş, hətta iddiaçıdan güzəştli sayılan vəzifələrdə işləməsinə dair iş yerindən arayış belə tələb etməmiş, nəticədə mövcud qanunvericiliyə uyğun olmayan qərar qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qay dalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məh kəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı sub yektiv hüquqa malik olmuşdur. İddiaçı hesab edir ki, ona 52 yaşdan (18 mart 2014-cü il tarixdən) güzəştli şərtlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini h əmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan i şçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu mü ddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarına görə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququ olan şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə stajı 2006cı ilin yanvarın 1-dək 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Apellyasiya instansiyası məhkəməsi 2006-cı ilin yanvarın 1-dək iddiaçının güzəştli şərtlə pensiya hüququ yaranan zaman 10 ildən az olmayan xüsusi staja və 20 ildən az olmayan ümumi staja malik olmasını (konkret dövrlər, vaxtlar üzrə) müəyyən etməmişdir. İddiaçının əmək kitabçasında olan məlumatlara görə o, uzun müddət “Bakı Dərin Özüllər Zavodu”nda və “X5” LTD-də işləmişdir. İddiaçının “Bakı Dərin Özüllər Zavodu”nda və “X5” LTD-də işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “Metallurgiya istehsalatı” adlanan İİİ Bölməsindəki “Polad və ferroərintilər istehsalatı” yarımbölməsinin “isti işlərdə məşğul olan (tökücü pult, qazla kəsmə, əsas post, yığıcı mexanizmlər) pəstahların fasiləsiz tökmə maşınlarının operatorla rı” şifrinə və “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlanan X bölməsinin “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsinin “dəniz buruqları özüllərinin və estakadalarının quraşdırılması və təmiri üzrə çilingərlər” adlanan 1100000a-18496 şifrinə uyğun olması qənaətinə gəlmiş, lakin iddiaçının işlədiyi peşələrin “Metallurgiya istehsalatı” və “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölmələrində olan peşə ilə uyğunluğu barədə hər hansı araşdırma və qiymətləndirmə aparmamış, iş yerlərinə sorğular edilməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan d igər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmi yyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2070/2019 saylı, 25 sentyabr 201 9-cu il tarixli qərarıləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-216/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-216/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver