Məhkəmə qərarları › İş №2-1(102)-216/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-216/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-216/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (baş örtüklü şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı imtinanın qanunsuz hesab edilərək baş örtüklü şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1949/2021 nömrəli iş üzrə 17.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 12 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı qeydiyyat ünvanını dəyişmək məqsədilə ASAN xidmətə müraciət etmişdir, lakin hicabla şəkil çəkməyə icazə olmadığını bildirərək hicabsız şəkil çəkdirməyə məcbur qalmışdır. iddiaçı şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirmək barədə qanunda heç bir qadağa olmadığına əmin olduqdan sonra şəxsiyyət vəsiqəsini yeniləmək və artıq hicablı şəkli olan yeni şəxsiyyət vəsiqəsi almaq üçün yenidən ASAN xidmət mərkəzinə müraciət etmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli, 3 nömrəli Fərmanı i lə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli, 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndlərinə əsaslanaraq qeyd etmişdir ki, şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı cavabdehin şəxsiyyəti təsdiq edən sənədlərin alınması üçün hər hansı baş örtüyü ilə foto şəkilin çəkilməsinə dair imtinasının qanunsuz hesab edilərək baş örtüklü şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması, cavabdehdən onun xeyrinə 50000 (əlli min) manat miqdarında ona dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin şəxsiyyəti təsdiq edən sənədlərin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəkilin çəkilməsinə dair imtinasının qanunsuz hesab edilərək baş örtüklü şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsinə dair sərəncama dair cavabdehin üzərinə öhdəlik qoyulması” hissəsini dəqiqləşdirərək həmin his sənin “cavabdehin iddiaçının şəxsiyyətini təsdiq edən sənədinin alınması üçün üz ovalı tam açıq şəkildə görünmək şərtilə hicabla fotoşəkilin çəkilməsinə dair imtinası qanunsuz hesab edilərək, iddiaçıya üz ovalı tam açıq şəkildə olmaq şərtilə hicablı şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” kimi qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 10 may 2016-cı ildə qeydiyyat ünvanını dəyişmək məqsədilə ASAN xidmətə müraciət etmişdir, lakin hicabla şəkil çəkməyə icazə olmadığını bildirərək hicabsız şəkil çəkdirməyə məcbur etmişlər. Sonra qeydiyyat ünvanı üzrə Abşeron rayon Polis bölməsinə müraciət etmiş, burada da ona şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirməyə imtina edilmişdir. Səbəb olaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bununla bağlı xüsusi tapşırıq olduğunu bildirmişlər. O, da o zaman qanunları bilmədiyi və vəsiqə ona təcili lazım olduğu üçün dərinliyinə varmamış və hicabını açmaq məcburiyyətində qalmışdır (vəsiqə üçün şəkil çəkdirmək məqsədilə). Bu onun şərəf və ləyaqətimin alçaldılması, Konstitusiya ilə ona verilən vicdan və din azadlığının, eləcə də vətəndaş hüquqlarının pozulması yönündə bir addım idi. Sonrakı müddətdə araşdırma edib şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirmək barədə qanunda heç bir qadağa olmadığına əmin olduqdan sonra 2020-ci ilin dekabr ayında o, şəxsiyyət vəsiqəsini yeniləmək və artıq hicablı şəkli olan yeni şəxsiyyət vəsiqəsi almaq üçün yenidən ASAN xidmət mərkəzinə mürac iət etmişdir. Lakin yenidən BPQMİ-nin xüsusi tapşırığı olduğunu bildirərək ona imtina olunmuşdur və onun şikayətinin aidiyyatı üzrə müvafiq inzibati orqana, yəni BPQMİ-nə yönəldildiyi bildirmişlər. Daha sonra da BPQMİ elektron ünvanına rədd cavabının “əsası” göndərilmişdir. Əsas sözünü dırnaq içində qeyd etməyinin səbəbi, ona əsas olaraq göstərdikləri yazının əslində hicablı şəkil ilə şəxsiyyət vəsiqəsi almağına imtina üçün əsas olmamasıdır. Belə ki, BPQMİ Azərbaycan Respublikası qanunvericiliyində şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirmək nəzərdə tutulmadığını deyir, bu isə, xüsusi vurğulamışdır ki, qadağa olunduğu anlamına gəlmir. Bu qanunda boşluq sayılır və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qanunda olan istənilən boşluq vətəndaşın xeyrinə həll olunmalıdır. Beləlikl ə cavabdehin hərəkətləri nəticəsində o, arzu olunmaz vəziyyətə və biabırçılıq vəziyyətə düşmüşdür. Bu günə qədər artıq 5 ildir ki, baxmayaraq ki, o gündəlik həyatında hicablıdır, şəxsiyyət vəsiqəsi təqdim edilməli hər yerdə həmin hicabsız şəkli olan vəsiqəsini göstərmək məcburiyyətində qalmışdır və hər kəs onu hicabsız, başı açıq görür. ASAN xidmətə hər hansı bir iş üçün gedəndə növbə çatan zaman vəsiqəsindəki şəkil monitorda bütün hər kəsin görə biləcəyi şəkildə nümayiş etdirilir və gözləmə zalındakı hamı görür. Bu hər dəfə onun hicabını ictimai yerdə hər kəsin gözü önündə zorla açmağa bərabərdir ki, bu da onun şərəf və ləyaqətini dəfələrlə, təkrar-təkrar alçaltmaq deməkdir.

6. Birinci instansiya məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(112)3393/2021 nömrəli (sədrlik edən hakim Şəlalə H əsənova) qərarı ilə iddianın rədd edilməsi qərara almışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “cavabdehin iddiaçının şəxsiyyətini təsdiq edən sənədinin alınması üçün üz ovalı tam açıq şəkildə görünmək şərtilə hicabla fotoşəkilin çəkilməsinə dair imtinası qanunsuz hesab edilərək, iddiaçıya üz ovalı tam açıq şəkildə olmaq şərtilə hicablı şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” barədə tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. İddia tələbinin həmin hissəsi rədd edildiyindən məhkəmə iddia tələbinin onunla bağlı olan mənəvi zərərin ödənilməsi hissəsinin də rədd edilməli olması nəticəsinə gəlir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instan siya məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(112)-3393/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 2-1(103)-1949/2021 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Xəyalə Cəmilova) qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(112)-3393/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normal arının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 17.09.2021-ci il tarixli, 2-1(103)-1949/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağı instansiya məhkəmələri iddianın rədd edilməsi, cavabdehin isə İddiaçı müraciətini təmin etməməsinin əsas hüquqi dəlili kimi "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunun 3.1-ci maddəsini göstərir. Həmin maddəyə görə şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın... Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Daha sonra AR Prezidentinin 07.02.2012-ci il tarixli, 577 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirində qeyd edilir ki, fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olmalıdır. İCAO-nun 9303 saylı sənədinə görə isə guya başıörtüklü fotoşəkilə yol verilmir, yalnız milli qanunlarda nəzərdə tutulmuş hallar istisnadır. Azərbaycan Respublikasının qanunvericiliyində isə belə bir imkan nəzərdə tutulmadığı üçün başıörtüklü şəkillə şəxsiyyət vəsiqəsi almaq qanuni deyildir. Aşağı məhkəmələrin və cavabdehin bu mövqeyi tamamilə əsassızdır və İCAO-nun 9303 saylı sənədinin mənaca təhrif edilməsindən ibarətdir. 9303 nömrəli qaydaların heç bir bəndind ə başıörtüklü şəklin yalnız milli qanunvericilikdə nəzərdə tutuduğu halda icazəli olması təsbit edilməmişdir. Bu yalanı ilk dəfə cavabdeh öz imtinasında ortaya atmış, məhkəmələr isə təkrarlamışdır. Təsadüfi deyil ki, nə cavabdeh, nə də aşağı məhkəmələr 9303 saylı qaydaların konkret bəndinə istinad edə bilmirlər. Çünki heç bir bənddə başıörtüklü şəkilə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Əksinə həmin qaydalar şəxsiyyət vəsiqəsində üzün tam göründüyü hicablı şəkli icazəli sayır. İnzibati prosessual qaydalara əsasən bunun əksini sübut etmək cavabdehin üzərinə düşür.

13. Hətta qəbul etsək ki, milli qanunvericilikdə şəxsiyyət vəsiqəsində hicablı şəkil nəzərdə tutulmayıb, bu hal hicablı şəklin qadağan olunması mənasına gəlmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə gö rə hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər. Hicablı şəkillə şəxsiyyət vəsiqəsində görünmək şəxsin vicdan azadlığından irəli gələn bir hərəkətdir və qanunla qadağan olunmadığı üçün X1 bu hərəkətə mane olmaq səlahiyyəti yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Konstitusiyasının: 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 18-ci maddəsinin 1-ci hissəsinə Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

15. Konvensiya “İnsan hüquqlarının və əsas azadlıqla rın müdafiəsi haqqında" Maddə

9. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. 16. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununu: 1-ci maddəsinin 1-ci hissəsi Azərbaycan Respublika sının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. 3-cü maddəsinin 1-ci hissəsi Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir.

17. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2012-ci il tarixli, 577 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Təsviri” 1-ci bəndi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bundan sonra – vəs iqə) 85,6 mm x 54 mm ölçülüdür. Vəsiqə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinə uyğundur. 2-ci bəndi Vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Fotoşəklin altında vəsiqənin etibarlılıq müddətini və vəsiqə sahibinin kiçildilmiş təsvirini əks etdirən “X2” yerləşdirilir.

18. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” 2.1-ci bəndi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 2.10-cu maddəsi vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədi ilə şəxsiyyəti təsdiq edən sənədlərdəki fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri müəyyən edilmişdir. Həmin sənədə əsasən fotoşəkilin çəkilişi zamanı baş örtüklərinə dövlət tərəfindən qanunla müəyyən edilmiş hallar istisna olmaqla icazə verilmir. Bu istisnalar dini, tibbi və ya mədəni mülahizələrlə əlaqəli ola bilər. Üz qulaqların ön hissəsi də daxil olmaqla saç tökülməsindən çənəyə qədər görünməlidir. Üzü örtən örtüklərə, saçlara, papaqlara və ya üz bəzəklərinə icazə verilmir.

19. İnzibati Prosessual Məcəllə:

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılac aqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətindəki dəlilləri əsassızdır.

24. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının şəxsiyyətini təsdiq edən sənədinin alınması üçün üz ovalı tam açı q şəkildə görünmək şərtilə hicabla fotoşəkilin çəkilməsinə dair imtinası qanunsuz hesab edilərək, iddiaçıya üz ovalı tam açıq şəkildə olmaq şərtilə hicablı şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması, cavabdehdən onun xeyrinə 50000 (əlli min) manat miqdarında ona dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, daxili qanunvericilikdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklin çəkilməsi müəyyən edilmiş və bu zaman şəxsiyyəti təsdiq edən sənədin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəkilin çəkilməsinə icazə verilməsinə dair istisna nəzərdə tutulmamışdır.

26. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cü maddəsinə müvafiq olaraq vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) 9303 nömrəli sənədi ilə şəxsiyyəti təsdiq edən sənədlərdəki fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri müəyyən edilmişdir. Həmin sənədə görə fotoşəkilin çəkilişi zamanı baş örtüklərinə dövlət tərəfindən qanunla müəyyən edilmiş hallar istisna olmaqla icazə verilmir. Bu istisnalar dini, tibbi və ya mədəni mülahizələrlə əlaqəli ola bilər. Üz qulaqların ön hissəsi də daxil olmaqla saç tökülməsindən çənəyə qədər görünməlidir. Üzü örtən örtüklərə, saçlara, papaqlara və ya üz bəzəklərinə icazə verilmir.

27. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, “İddiaçının cavabdehdən mənəvi zərərə görə onun xeyrinə 50.000 manat miqdarında pul tutulmasına dair iddia tələbinə gəldikdə isə bu tələb birinci tələblə bağlı olub, onun nəticəsindən asılı olduğundan təmin oluna bilməz.”

28. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 17.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edi lənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 2-1(103)-1949/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar