Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-216/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1960, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin in tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1937/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx 1960-cı il tarixdə anadan olmuş, 08 may 1980-ci il tarixdən 16 iyun 1982-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.
2. Əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı 27 iyun 1977-ci il tarixdən 05 noyabr 1979-cu il tarixədək, 25 noyabr 1982-ci il tarixdən 24 avqust 1983-cü il tarixə dək “Lalvar” sovet təsərrüfatı zavodunda işçi (fəhlə), 05 oktyabr 1983-cü il tarixdən 15 may 2002-ci il tarixədək "xxxx" müəssisəsində Yüksək gərginlikli söndürücülərin (kommutasiya aparatları) sazlanması və təmiri sexində 2-ci dərəcəli paylayıcı qurğuların təmiri üzrə elektrik çilingəri (daha sonra 3-5-ci dərəcələr verilmişdir), 16 may 2002-ci il tarixdən 07 mart 2003-cü il tarixədək "xxxx" ASC "xxxx" MMC-də (2008ci ildən "xxxx" ASC adlandırılıb) Elektrik avadanlıqların təmiri və sazlanması sexinin yüksək gərginlikli açarların təmiri və sazlanmasının Bakı sahəsində PQ avadanlıqların təmiri üzrə 5-ci dərəcə elektrik çilingəri, 07 mart 2003-cü il tarixdən 21 iyul 2008-ci il tarixədək həmin idarədə 6-cı dərəcəli elektrik çilingəri işləmişdir. 3. "xxxx" ASC-nin 23 iyun 2021-ci il tarixli işin xarakteri haqqında arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı 05 oktyabr 1983-cü il - 08 oktyabr 2020-ci il tarixlərində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik mantyorları, bütün adlardan olan elektrik çilingərləri bəndinə tam identik olması səbəbilə, ona həmin st aj əsasında yaşa görə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur. İddiaçı 05 oktyabr 1983 - 08 oktyabr 2020-ci il tarixlərində topladığı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı 37 il 03 gün təşkil edir.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15 sentyabr 2021-ci il tarixli, **********9 saylı imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-ci maddəsinə istinad edilərək qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siya hısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) gərginlik altında olan 330 kv və yüksək gərginlik bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunan 6 dekabr 1979-cu il tarixli əmək kitabçasında xx.xx.1983-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azbaşenerji’nin “Azərenerjisazlama” müəssisəsinin Yüksək Gərginlikli açarların təmiri və sazlanması üzrə və xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının təmiri və sazlanması sexinin Paylayıcı Qapalı avadanlığın təmiri üzrə elektrik çilingəri peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi peşə yuxarıda qeyd olunan peşəyə aid deyil. Bu sə bəbdən də, onun güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 12 fevral 2017-ci il tarixindən, yəni 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasının güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 12 fevral 2017-ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 i l 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 15 sentyabr 2021-ci il tarixli **********9 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, işlədiyi paylayıcı qapalı avadanlığın təmiri üzrə elektrik çilingəri vəzifəsi güzəştli pensiya hüququ verən vəzifə və peşələrin göstərildiyi siyahıda qeyd edilən elektrik çilingəri vəzifəsi ilə üstüstə düşmür və bu səbəbdən onu n güzəştli iş stajı yoxdur və eyni səbəblə, qanunvericiliyin tələbləri baxımından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilməmişdir.
7. Cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim olunmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim E.Ə.Əliyev) 2-1(112)-3349/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya 12 fevral 2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin əsaslandırması
9. İddiaçının əmək kitabçasının qeydlərinə əsasən, onun ağır iş şəraitində elektrik çilingəri peşəsində 37 il 03 gün iş stajı var dır. Yəni, o, 12 il 6 aydan çox xüsusilə ağır iş şəraitində çalışmışdır. Əslində, iddiaçının 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajını xx.xx.2006-cı il tarixə qədər topladığını nəzərə alsaq, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından onun güzəştli şərtlərlə pensiya hüququ həmin tarixə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qeyd edilən 13-cü maddəsinin “b” bəndinə əsasən - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə yaranır. Belə ki, həmin Siyahının da Xİİİ hissəsinin “a” (fəhlələr) bəndinin “2140000a- 18455” və “ 214000a-19834” kodları üzrə yarımbəndlərində iddiaçının çalışdığı qeyd olunan elektrik çilingəri peşəsi ağır iş şəraitinə aid olan peşələr sırasına aid edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qeyd olunan 13-cü maddəsinə edilən dəyişiklikdən göründüyü kimi, həmin Siyahı üzrə çalışanların pensiya yaş həddi xx.xx.2000-ci il tarixdən 57 yaş təşkil etmişdir ki, iddiaçının da məhz tələb olunan 25 il sığorta stajı həmin tarixdən sonra tamamlanır. Beləliklə də, iddiaçıya 57 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu öz təsdiqini tapır. Belə olan halda, cavabdehin iddiaçıya 57 yaşdan əmək pensiyası təyin olunmasından imtinası onun hüquqlarını pozur.
10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tə ləbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) 2-1(103)-1937/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3349/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olumasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİ N DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 6 dekabr 1979-cu il tarixli İ4T-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1983-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azbaşenerji”nin “Azərenerjisazlama” müəssisəsinin Yüksək Gərginlikli açarların təmiri və sazlanması üzrə və xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının təmiri və sazlanması sexinin Paylayıcı Qapalı avadanlığın təmiri üzrə elektrik çilingəri peşəsində işlədiyi qeyd olunmuşdur.
15. Məlum olduğu kimi, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyildir.
16. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından haqlı olaraq mümkün hesab edilməmişdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 i! sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayı nı həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
18. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-lllQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabi netinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cİ il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər (10.2) nəzə rdə tutulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:..... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;..... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD №li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa gör ə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”
24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Ş ikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyə n olunmamışdır.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktik i halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Məlum olduğu kimi, iddiaçıya onun 57 yaşının tamam olduğu 12 fevral 2017ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün o, 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.
33. Hazırkı iş üzrə cavabdehin imtinasının və kassasiya şikayətinin əsas dəlili cavabdehin xüsusi (güzəştli) iş stajının kifayət qədər olmaması ilə bağlıdır. Belə ki, cavabdeh bildirir ki, iddiaçının əmək kitabçasında xx.xx.1983-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azbaşenerji”nin “Azərenerjisazlama” müəssisəsinin Yüksək Gərginlikli açarların təmiri və sazlanması üzrə və xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının təmiri və sazlanması sexinin Paylayıcı Qapalı avadanlığın təmiri üzrə elektrik çilingəri peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi peşə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 3 yanvar 2007-cİ il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər (10.2) nəzərdə tutulmuşdur.
34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, nəzərə alsaq ki, iddiaçı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına xx.xx.2006-cı il tarixə qədər malik olmalıdır, bu zaman “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından onun güzəştli şərtlərlə pensiya hüququ həmin tarixə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə yaranır. Həmin Siyahının Xİİİ hissəsinin “a” (fəhlələr) bəndinin “2140000a18455” və “214000a-19834” kodları üzrə yarımbəndlərində iddiaçının çalışdığı qeyd olunan elektrik çilingəri peşəsi ağır iş şəraitinə aid olan peşələr sırasına aid edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan artıq xüsusi iş stajını toplaması "xxxx" ASC-nin 23 iyun 2021-ci il ta rixli işin xarakteri haqqında arxiv arayışı ilə təsdiq edilir. İddiaçının 12 fevral 2017-ci il tarixdə 57 yaşını, xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajını tamamladığı nəzərə alındıqda, o, qeyd edilən tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbində haqlı olmuşdur.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: C avabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1937/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.