Məhkəmə qərarları › İş №2-1(102)-2160/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2160/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2160/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Təhsil Nazirliyi) “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair in zibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 iyul tarixli, 2-1(103)-463/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1992-ci ildə Əmək və Sosial Əlaqələr Akademiyasına “əməyin iqtisadiyyatı və sosiologiyası” ixtisası üzrə daxil olaraq təhsil almış, Akademiyanın dövlət attestasiya komissiyasının 1999-cu il 17 may tarixli qərarı ilə ona “iqtisadçı” ixtisası verilmişdir. İddiaçıya təhsil aldığı müəssisəsini bitirməsinə dair 1999-cu il 17 may tarixli, ABC ******* nömrəli diplom verilmiş, iddiaçının müraciətinə əsasən təhsil müəssisəsi tərəfindən qeydiyyat nömrəsi 01-03-0001-19-24 olan, 2019-cu il 18 yanvar tarixli, 137704 ******* nöm rəli mütəxəssis diplomunun dublikatı verilmiş, həmin diplom Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsini xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 4 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan mühasibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən A78C**********9 nömrəli müraciət üzrə aldığı ixtis asın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2020-ci il 28 yanvar tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun Rusiya Federasiyası Ali Təhsilli Həmkarlar İttifaqı Təhsil Müəssisəsi Əmək və Sosial Münasibətlər Akademiyasını bitirməyinə dair 1999-cu il 17 may tarixli, 137704 ******* saylı diplomu üzrə iqtisadçı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilərək (nostrifikasiya) ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentli yi əvəz edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 fevral tarixli, 2-1(112)-2822/2020 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə Rusiya Federasiyası Ali Peşə Təhsilli Həmkarlar İttifaqı Təhsil Müəssisəsi “Əmək və Sosial Münasibətlər Akademiyası”na qiyabi şöbəyə qəbul olmuşdur. Bununla əlaqədar ona 1992-ci il 14 oktyabr tarixli, 3ET92012 №-li tələbə bileti verilmiş və o, həmin ali təhsil müəssisəsini 1999-cu ildə bitirmişdir. “İqtisadiyyat və əməyin sosiologiyası” istiqamət i üzrə mütəxəssis proqramını mənimsədiyinə və yekun dövlət attestasiyasını müvəffəqiyyətlə keçdiyinə görə Dövlət İmtahan Komissiyasının 1999-cu il 17 may tarixli qərarı ilə ona “İqtisadiyyat və əməyin sosiologiyası” istiqaməti üzrə iqtisadçı ixtisası verilmişdir. Oxuduğu müddətdə bütün tədris-imtahan sessiyalarında iştirak edərək 42 fənn üzrə məqbulları, aralıq və yekun imtahanları verib qiymət almışdır, Dövlət İmtahanını müvəffəqiyyətlə vermiş, oxuduğu müddətdə həmçinin tədris istehsalat təcrübələrində iştirak etmişdir, “İqtisadi nəzəriyyə”, “Marketinq", “Əməyin sosiologiyası", “Əməyin iqtisadiyyatı” fənləri üzrə kurs işləri vermişdir. Dövlət İmtahan Komissiyasının 1999-cu il 17 may tarixli qərarı ilə ona verilmiş 137704 ******* saylı, 01-03-0001-19-24 qeydiyyat nömrəli Diplom Rusiya Fe derasiyası Moskva şəhər Təhsil Departamenti tərəfindən 2019-cu il 11 mart tarixdə 244084 sayla təsdiq edilmişdir.

8. Xarici Ali Təhsil İxtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 2019-cu il 13 may tarixli A78C**********9 nömrəİi elektron müraciətinə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifıkasiya İdarəsində baxılmış, müraciəti təmin olunmayaraq ona məktubla imtina cavabı verilmişdir. Cavabdeh həmin məktubda imtinanın əsası kimi “nostrifıkasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığının müəyyən edilməsi”ni göstərmiş və Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydalarının 3.7-ci bəndinə istinad edərək aldığı ixtisasın ölkə ərazisində tanınmasını mümkün hesab etməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, beynəlxalq hüquq normalarına və milli qanunvericiliyin müddəalarına ziddir. Belə ki, təqdim etdiyi mötəbər sübut sayılan sənədlərdən göründüyü kimi o, Ali Təhsil Müəssisəsində tədrisi müvəffəqiyyətlə başa vuraraq lazımi qaydada ixtisasına yiyələnmişdir. İşin bu halı heç bir şübhə doğura bilməz və mübahisəsiz olaraq qəbul olunmalıdır. Yəni diplomun üzrə ali təhsil ixtisasının tanınmasından imtina üçün heç bir əsas yoxdur. Konkr et olaraq, “aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin guya qənaətbəxş olmaması” barədə cavabdehin fikri ilə razılaşmır və onun bu razılaşmaması obyektiv və subyektiv hallardan irəli gəlir. İlk növbədə qeyd edilməlidir ki, o, orta məktəbdə “rus dili” fənni keçmiş və bu fənni orta məktəb illəri üçün normal mənimsəmişdir. 1990-cı il 22 may tarixdə isə Sovet Ordusu sıralarına müddətli həqiqi hərbi xidmətə göndərilmişdir, Murmansk Vilayətində N saylı hərbi hissədə iki il hərbi xidmət etmiş, hərbi xidmətdə olarkən “tikinti-quraşdırıcı” ixtisasını oxuyaraq bu ixtisasa yiyələnmiş və 1992-ci il 20 may tarixdə xidmət müddətinin başa çatması ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həm orta məktəbdə oxuduğu illərdə, həm hərbi xidmətdə olduğu illərdə, həm də ali təhsil m üəssisəsində təhsil aldığı müddətlərdə o, rus dilində lazımi səviyyədə normal danışıb oxumuşdur. Bu mövcud mühitdən (orta təhsilin sovet dövrünə düşməsi və rus dilinin geniş öyrənilməsi (tədrisi), hərbi xidmətdə yalnız rus dilində danışılması və siyasi dərslərin keçirilməsi, ali təhsil illərində fənlərin rusca keçirilməsi və tədrisi və sair) irəli gələn obyektiv və subyektiv səbəblərdir. Artıq o, 1999-cu ildə ali təhsili bitirdikdən sonra 20 ildir ki, Zərdab rayonu Alıcanlı kəndində yaşayır və işləyir. Bu 20 ildə kənd mühitində rus dili ilə əlaqəli nə rəsmi, nə qeyri-rəsmi münasibətləri olmamışdır ki, bu dildən istifadə etməklə dili unutmasın. Hərçənd ki, dil müəyyən qədər unudula bilər. Hər bir halda o, hal-hazırda da rus dilini tam olmasa da qismən bilir, yəni rus dilində sərbəst oxuyur, qismən sərbəst ünsiyyət qura bilmişdir və yalnız yazıda müəyyən çətinliyi vardır. Bu isə nə hüquqi cəhətdən, nə də faktiki olaraq onun diplomumun tanınmasından imtina üçün qanuni əsas sayıla bilməz. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, X3 İttifaqı Federasiyasının Ümumittifaq Həmkarlar ittifaqı ali təhsil müəssisəsinin Bakı filialına 1999-cu ilin may ayında Rusiya Təhsil Nazirliyinin, 1999cu ilin iyul ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lisenziyası verilmişdir. 1991-ci il 18 oktyabr tarixdə Azərbaycan Respublikasının Müstəqillik aktı qəbul edildiyi, 1992-ci il 7 oktyabr “Təhsil haqqında” Azərbaycan Respublikası qanunu qəbul edildiyi dövrdən 1999-cu ilin iyul ayınadək qeyd edilən təhsil müəssisəsi nin lisenziyası və akkreditasiyası mövcud olmamışdır. Bundan əlavə, iddiaçının tədris dilinin tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsənilməsini şübhə altına alır. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert Qrupu tərəfindən həmçinin, iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 9 sentyabr tarixli, 2-1(112)-2822/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Rusiya Federasiyası Ali Təhsilli Həmkarlar İttifaqı Təhsil Müəssisəsi Əmək və Sosial Münasibətlər Akademiyası tərəfindən iddiaçıya verilmiş qeydiyyat nömrəsi 01-03-0001-19-24 olan, 2019-cu il 18 yanvar tarixli, 137704 ******* nömrəli dublikat mütəxəssis diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - İddiaçı Rusiya Federasiyası Ali Təhsilli Həmkarlar İttifaqı Təhsil Müəssisəsi Əmək və Sosial Münasibətlər Akademiyasının verdiyi qeydiyyat nömrəsi 01-03-000119-24 olan, 2019-cu il 18 yanvar tarixli, 137704 ******* nömrəli dublikat mütəxəssis diplomuna (təhsil sənədinə) Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən 2019-cu il 11 mart tarixdə apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. - İddiaçının tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə bağlı cavabdehin əsası ilə bağlı məhkəmə qeyd e tmişdir ki, iddiaçı orta məktəbdə təhsil alarkən ona “rus dili” tədris olunmuş, həmin fəndən qiymətləri yaxşı olmuş, 2 il müddətində Sovet Ordusu sıralarında hazırki Rusiya Federasiyasının ərazisində hərbi xidmətdə olmuş, bundan əlavə 1992-1999-cu illərdə təhsilini rus dilində alsa da təhsil dövründən sonra rus dili tələb olunan peşə üzrə deyil, diplomuna uyğun olaraq ixtisası üzrə işləmiş, cavabdeh tərəfindən keçirilmiş ekspertiza zamanı iddiaçının təhsil aldığı müddətdən kifayət qədər uzun müddət keçmişdir. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən də göründüyü kimi, iddiaçının rus dilini bilməsi produktiv səviyyəyə uyğun gəlir, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən tələblərə tam cavab verir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may ta rixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nda mənfi rəy xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət ( ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə verilə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinə görə mənfi rəyin verilməsi nəzərdə tutulmamışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 iyul tarixli, 2-1(103)-463/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 9 sentyabr tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, təqdim etdiyi diploma əlavəyə əsasən qiyabi təhsil alan, müsahibə zamanı onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilən iddiaçının mübahisəli diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsi). Onun mübahisəli diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi). Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq iddiaçının diplomunun tanınmasından haqlı olaraq imtina etmişdir. Belə ki, Sazişin 6 və 7-ci maddələrindən göründüyü kimi, həmin ikitərəfli beynəlxalq müqavilədə Rusiya Federasiyasının yalnız əyani təhsil üzrə bakalavr və ya mütəxəssis diplomlarının tanınmasından bəhs olunur. İddiaçının isə güman olunan təhsili qiyabi olmuşdur ki, bu da hər bir halda cavabdehin Qaydaların 1.6-cı bəndinə müvafiq qaydada ekspertiza keçirmək səlahiyyətinə malik olduğunu göstərir. Məhkəmə kollegiyası işdə olan 2020-ci il 8 iyun tarixli mütəxəssis rəyinə münasibətdə bildirmişdir ki, rəydə iddiaçının rus dilini bilməsinin produktiv səviyyəyə uyğun gəldiyi qeyd edilsə də, iddiaçı ilə aparılan müsahibənin videodiskinə keçirilən baxış zamanı bu qənaət formalaşmamışdır.

15. Həmçinin, birinci instansiya məhkəməsinin qərarında iddianın təmin olunmasının əsaslarından biri kimi qeyd etdiyi iddiaçının diplomuna Rusiya Federasiyasında apostil şəhadətnaməsinin əlavə olunması ilə bağlı dəlilinə münasibətdə bildirmişdir ki, apostil yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və apostil bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliy i nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, cavabdeh imtinanın hüquqi əsası kimi “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmas ı və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə istinad edir. Lakin, həmin bənddə tədris dilini bilmə səviyyəsinə dair heç bir qeyd-şərt göstərilməmişdir. Ümumiyyətlə, tanınma prosedurunun təşkili və ekvivalentliyinin müəyyənləşdirilməsi, habelə tanınmadan imtinanın əsasları Qaydaların 2-ci və 3-cü bəndlərində təsbit edilmişdir. Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qayd aların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Bu hüquq normalarına görə 3 (üç) halda mənfi rəyin verilməsi nəzərdə tutulmuşdur ki, bu halların heç birində tədris dilini bilmə səviyyəsi barədə qeyd-şərt yoxdur. Şərh olunanlardan göründüyü kimi, cavabdeh Qaydaların 3.7-ci bəndi ilə ona verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə riayət etməmiş, mənfi rəy verməkdə səhvə yol vermiş, bununla da diplomumu tanımaqdan imtina etməklə qanunsuzluğa yol verərək mənim beynəlxalq müqavilələrdən və milli qanunvericilikdən irəli gələn hüquqlarımı və qanuni mənafeyimi pozmuşdur.

18. Bundan başqa, məhkəmə kollegiyası qərarın əsaslandırıcı hissəsində qeyd edir ki: “ Məhkəmə Kollegiyası işdə olan 2020-ci il 8 iyun tarixli mütəxəssis rəyinə münasibətdə bildirir ki, rəydə iddiaçının rus dilini bilməsinin produktiv səviyyəyə uyğun gəldiyi qeyd edilsə də, iddiaçı ilə aparılan müsahibənin videodiskinə keçirilən baxış zamanı bu qənaət formalaşmamışdır”. Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə və mövqeyi əsassızdır. Belə ki, videodiskə baxış keçirilərkən iddiaçı verilən suallara "əla*' səviyyədə cavab verməmiş olsa da, 20 illik ötən müddətdən sonrakı vəziyyətdə lazımi səviyyədə rus dilində danışmış və sualları cavablandırmışdır.

19. Bundan başqa, qərarda göstərilir ki, “Məhkəmə kollegiyası, həmçinin birinci instansiya məhkəməsinin qərarında iddianın təmin olunmasının əsaslarından biri kimi qeyd etdiyi iddiaçının diplomuna Rusiya Federasiyasında apostil ş əhadətnaməsinin əlavə olunması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, apostil yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və apostil bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur”. Belə ki, apostil şəhadətnaməsi təkcə diplomdakı imzaların həqiqiliyini, diplomu imzalayan şəxslərin hansı qismində (vəzifədə) çıxış etdiyini təsdiq etmir, eyni zamanda iddiaçının həmin tədris müəssisəsini bitirməyini təsdiq etməklə diplomun tanınmasına qanuni əsas yaradır.

20. İddiaçı əlavə olaraq bildirmişdir ki, iddiaçının təhsil aldığı və bitirdiyi Rusiya Federasiyası Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialını bitirmiş, Mingəçevir şəhəri 20 Yanvar küçəsi, ev 21, mənzil 26-da yaşayan və hal-hazırda ixtisası üzrə işləyən X2 da iddiaçının diplomu ilə eyni olan diplomunun tanınması barədə Təhsil Nazirliyinə müraciət etmiş, Təhsil Nazirliyi 2011-ci il 20 oktyabr tarixli, A21236/03-24 №-li məktubu ilə ona aşağıdakı məzmunda cavab vermişdir: “Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığınız ərizə tərəfimizdən baxılmışdır. Ərizədə qeyd etdiyiniz məsələ ilə əlaqədar nəzərinizə çatdırırıq ki, ali təhsil aldığınız Rusiya Federasi yasının Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialı (Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərdiyinə görə bu ali təhsil müəssisəsi tərəlindən verilmiş BCB ******* saylı, 2005-ci il 15 iyun tarixli diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün nəzərdə tutulmuş proseduradan keçirilməsinə ehtiyac yoxdur”. Beləliklə, məktuba görə iddiaçının bitirdiyi təhsil müəssisəsinin diplomları, o cümlədən onun və yuxarıda adı qeyd edilən Elçin Abdullayevin diplomu qanuni olduğuna görə tanınma prosedurunun keçirilməsinə heç bir ehtiyac olmadığı halda, Elçin Abdullayevə müsbət, iddiaçıya isə imtina məktubu verilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarş ı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlar ına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. - 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

23. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə: İPM): Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidm əti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmən in inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, müsahibə zamanı onun aldığı ixtisasın mənimsənilməsi üç ün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilən iddiaçının mübahisəli diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq iddiaçının diplomunun tanınmasından haqlı olaraq imtina etmişdir. Məhkəmə kollegiyası işdə olan 2020-ci il 8 iyun tarixli mütəxəssis rəyinə münasibətdə bildirmişdir ki, rəydə iddiaçının rus dilini bilməs inin produktiv səviyyəyə uyğun gəldiyi qeyd edilsə də, iddiaçı ilə aparılan müsahibənin videodiskinə keçirilən baxış zamanı bu qənaət formalaşmamışdır.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

29. Cavabdehin yaratdığı ekspert qrupu tərəfindən Qaydaların 3.7-ci bəndində təsbit olunmuş, mənfi rəyin verilə biləcəyi konkret hallara dair yoxlamanın və qiymətləndirmənin yuxarıda istinad edilən normaların tələblərinə uyğun aparıldığı (ona verilmiş səlahiyyətlərdən inzibati orqanın düzgün istifadə etdiyi) məhkəmənin istinad etdiyi rəydə əsaslandırılmamışdır.

30. Bundan başqa, əgər apellyasiya instansiyası məhkəməsi Bakı Slavyan Universiteti Tərcümə və məzunlar ın karyera inkişafı şöbəsinin müdiri (pedaqogika üzrə fəlsəfə doktoru, dosent) tərəfindən verilmiş müvafiq mütəxəssis rəyində iddiaçının rus dilini bilməsinin produktiv səviyyəyə uyğun gəldiyinə dair qənaəti əsaslı hesab etmirsə, məhkəmə tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini rəhbər tutmaqla eyni yanaşmanı cavabdehin təqdim etdiyi rəyə münasibətdə də tətbiq etməli, bu zaman tədqiqatın gedişatına və nəticələrinin qiymətləndirilməsi əsaslarına (normativ sənədlə müəyyən edilmiş və ya ümumi qəbul olunmuş standartlarına, üsuluna, metoduna, meyarlarına) dair hər hansı məlumatı əks etdirməyən həmin rəyə hansı səbəbdən üstünlük verdiyini qərarında əsaslandırmalı idi. Bu zaman, həm də nəzərə alınmalıdır ki, mənfi rəyin hansı hallarda verildiyi yuxarıda istinad edilən Qaydalar da aşkar olaraq göstərilmişdir.

31. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının əsasını yoxlayarkən və yoxlamanın nəticələrini qiymətləndirərkən nəzərə almalı idi ki, iddiaçının tədris dilini bilməsi ilə bağlı şərt həmin tədrisin alındığı zamanla qiymətləndirilə bilərdi. Belə ki, iddiaçının təhsili 1999-cu ildə başa vurduğu vaxtdan 20 ildən artıq müddətin keçdiyi, əmək kitabçasının məlumatlarına əsasən həmin müddətdə Zərdab rayonu Alıcanlı kəndi üzrə yerli icra hakimiyyəti və özünüidaretmə orqanlarında işlədiyi, həmin orqanlarda isə dövlət dilinin tətbiq olunduğu və ən azından rəsmi ünsiyyətin (o cümlədən, kargüzarlığın) dövlət dilində aparıldığı nəzərə alındıqda, şəxsin vaxtilə qazandığı və istifadə etdiyi (hazırkı halda, təhsil aldığı) əcnəbi dil(lər) üzrə vər diş və biliklərinin səviyyəsində dəyişikliklərin baş verməsi istisna edilmir.

32. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 iyul tarixli, 21(103)-463/202 1 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar