Məhkəmə qərarları › İş №2-1(102)-2160/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2160/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2160/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın hüququn yarandığı gündən ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı “2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş p ensiyanın hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1484/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Bakı şəhəri Səbail RPİ-nin PPXB-də polis işləmiş, polis baş serjantı rütbəsi ilə xx.xx.2005-ci il tarixdən öz arzusu ilə daxili işlər orqanlarından xaric edilmişdir. Təxris olunduğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 15 il 11 ay 20 gün, imtiyazlı hesablama ilə 21 il 5 ay 5 gün təşkil etmişdir.

2. İddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarı ilə ona əvvəlki 3 illik dö vr üçün hesablanmış pensiyanın ödənilməsi nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, “baş serjant” rütbəsində pensiyada olan keçmiş polis əməkdaşıdır. 1991-2005ci illər ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət keçmiş, o cümlədən 1992-1994-cü illər ərzində vətən torpaqlarının azadlığı və ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etmişdir. Polis orqanlarında xidməti güzəştli əsaslarla 21 il 6 ay olmuşdur. 2005-ci ilin mart ayında polis orqanlarından tərxis olunarkən xidmət etdiyi Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsi tərəfindən ona bildirilmişdir ki, xidməti azdır və ona pensiya düşmür. İddiaçı 2020-ci ilin may ayında təkrarən Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsinə müraciət etmiş və ona bildirilmişdir ki, pensiya düşür. İddiaçının xidmət illəri hesablanaraq pensiya vərəqəsi Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Həmin ilin avqust ayından o, pensiya alır. Ona pensiya təyin olunan zaman Dövlət Sosial Müdafiə Fondunda sonuncu 3 ilin pensiyasının ödəniləcəyi, həmçinin əvvəlki illərə görə pensiyanın təyin olunmamasının onların günahı olmaması və xidmət edilən quruma müraciət edilməsi bildirilmişdir. 11 mart 2021-ci il tarixində Azərbaycan Respublikası D axili İşlər Nazirliyinin Kadrlar İdarəsinə və Dövlət Sosial Müdafiə Fonduna rəsmi şəkildə müraciət edərək keçmiş dövr üçün almadığı pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, cavabdeh qurumlardan bu günədək heç bir cavab almamışdır. İddiaçı pensiyaya 2005-ci ilin mart ayında çıxmışdır. Xidmət etdiyi Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin Kadrlar şöbəsindən ona bildirilmişdir ki, onun stajı az olduğu üçün ona pensiya düşmür. 2020-ci ilin may ayında xidmət yoldaşlarından öyrənmişdir ki, iddiaçı ilə xidmət etmiş və iş stajı onunla eyni olan şəxslərə xidmətdən buraxıldıqları vaxtdan, yəni 2005-ci ildən pensiya təyin olunmuşdur. 2005-ci ilin mart ayında xidmətdən buraxılan gündən onun pensiya hüququ yaranmışdır. L akin cavabdeh orqanların səhlənkarlığı ucbatından ona həmin zaman pensiya təyin olunmamış və o, 15 il 5 ay ərzində pensiya almamışdır. Bu da onun və ailəsinin maddi çətinliklərlə üzləşməsinə səbəb olaraq ailəsinə külli miqdarda ziyan vurmuşdur.

5. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət ü çün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1.1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Digər cavabdeh (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) iddiaya dair münasibətini təqdim edərək bildirmişdir ki, iddiaçı Bakı şəhəri Səbail RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsindən, polis baş serjantı rütbəsi ilə xx.xx.2005-ci il tarixindən “öz arzusuna görə” daxili işlər orqanlarından xaric edilmişdir. DİO-dan tərxis olunduğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 15 il, 11 ay, 20 gün, imtiyazlı hesablama ilə 21 il, 5 ay, 5 gün təşkil etmişdir. İddiaçıya pensiya təyinatı üçün tərtib edilmiş məlumat vərəqi xx.xx.2020-ci il tarixdə cavabdehə göndərilmi şdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6406/2021 nömrəli qərardadı (hakim M.T.Hacıbəyova) ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə münasibətdə mümkün sayılmamış, xx.xx.2021-ci il tarixli 2-1(112)6406/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qərarında mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqisinə əsasən, yaşa görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmış və ödənilmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin olaraq xx.xx.2020-ci il tarixdə müraciət etmiş, onun pensiyanın təyin edilməsi ü çün 2005-ci ilin mart ayından 2020-ci iln iyul ayına kimi dövr ərzində cavabdehlərə rəsmi müraciətləri olmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filalı) iddiaçıya keçmiş dövr üzrə hesablanmış fərq məbləğini üç il üçün hesablanmaqla haqlı olmuşdur.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1399/2022 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6406/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(102)-2111/2022 nömrəli qərarı (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 1399/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Səbail rayon Polis İdarəsində qəbul zamanı, 2005-ci ildə xidmətdən xaric olunarkən qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna əsasən pensiya hüququnun olmadığı üçün həmin vaxt iddiaçıya pensiya təyin olunmasının mümkün olmadığı barədə ətraflı izahların verilməsi nəzərə alınaraq müraciəti əsasında toplanmış sənədlər işə alınmışdır. Qeyd edilən məktubun məzmunundan göründüyü kimi, iddiaçının məhz həmin dövrdə müraciəti ə sasında toplanmış sənədlər işə alınmışdır. Beləliklə məktubdan anlaşılır ki, iddiaçının pensiya təyin edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixdək müraciəti olmuşdur. Odur ki, qeyd edilən müraciətin mövcudluğu bir daha araşdırılmalıdır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan halların tədqiq edilməsi və onlara hüquqi qiymət verilməsi məhkəmələr tərəfindən gəlinən düzgün nəticənin əsaslandırılmış olmasını təmin edərdi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hallara lazımi hüquqi qiymət verilməmiş, iddiaçının ilkin müraciətinin nə zaman olması araşdırılmamış, Səbail rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun məzmununda qeyd edilənlər diqqətə alınmamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1484/2023 nömrəli qərarı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və Ş.A.Məmmədova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6406/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinə münasibətdə qeyd etmişdir ki, işin obyektiv araşdırılması məqsədi ilə Səbail RPİ-nə xx.xx.2023-cü il tarixdə sorğu verilmiş, məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-47/2-12458/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının şəxsi işinə və arxiv sənədlərinə baxılarkən 2005-ci ildən 2020-ci ilədək ona pensiyanın təyin olunması ilə bağlı rəsmi müraciət daxil olmadığı müəyyən edilmişdir. 2020-ci ildə iddiaçının müraciəti əsasında ona DİO-da xidmət illəri ilə bağlı müvafiq arayış təqdim olunmaqla, xx.xx.2020-ci il tarixdə rəsmi cavab verilmişdir.

18. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının izahatından da müəyyən edilmişdir ki, sonuncunun pensiya təyinatı ilə bağlı cavabdeh orqana 2020-ci ilədək hər hansı rəsmi müraciəti olmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qərarında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1, 37.7-ci maddələrinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli və xx.xx.2 020-ci il tarixli qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinad etmişdir.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı daxili işlər orqanlarından təxris olunarkən pensiya ilə bağlı müraciət etmişdir, bu işin mübahisəsiz halıdır. Eyni zamanda Səbail RPŞ məhkəmənin sorğusuna cavab olaraq müraciət daxil olmadığını bildirsə də, vəkil sorğsuna cavab olaraq sənədlərin saxlanıl ma müddəti bitdiyi üçün surətlərinin təqdim olunmasının mümkün olmadığını bildirmişdir. Göründüyü kimi, polis şöbəsinin məktublarında ziddiyyət vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Cavabdehin kassasiya şikayətinə etirazının dəlilləri ondan ibarətdir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və onun pensiyası qanunvericiliyin tələbinə əsasən keçmiş 3 il müddət üçün yenidən hesablanaraq ona ödənilmişdir. İddiaçının 2005-ci ilin mart ayından 2020-ci ilin iyul ayına kimi dövr ərzində pensiya təyin edilməsi üçün müraciəti olmamış, ilkin müraciəti xx.xx.2020-ci il tarixdə olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüquq u olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənil məsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. (10 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir.)

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qa ydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarı: Müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsin dən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez o lmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalar ının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, iş materialları ilə müəyyən olunduğu kimi, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı onun pensiya hüququnun 2005-ci ilin mart ayından yarandığı və bu səbəbdən ona həmin tarixdən başlayaraq hesablanmaqla pensiya ödənilməsindən ibarətdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş və iş materiallarında olan sənədlər əsasında təsdiq edilmiş halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2005-ci il tarixdə daxili işlər orqanlarından təxris edilsə də, xx.xx.2020-ci il tarixdə ona pensiya təyin edilməsi üçün aidiyyəti üzrə pensiya təyin edə n orqana müraicət etmişdir. Yəni iddiaçının 2005-ci ildən 2020-ci ilədək olan dövr ərzində ona pensiya təyin edilməsi üçün müraciəti olmamışdır.

31. İddiaçı kassasiya şikayətində 2005-ci ildə təxris olunarkən müraciəti olduğunu və ona pensiya düşmədiyini bildirsə də, bunu təsdiq edən sübutları heç bir məhkəməyə təqdim etməmişdir, iş materiallarında belə bir sübut yoxdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələbinə əməl etməklə iddiaçının müraciətindən keçmiş 3 il dövr üçün yenidən hesablama aparmaqla həmin dövr üçün pensiya hesablamışdır. Ona pensiya təyin edilməsi üçün iddiaçının 2005-ci ilin mart ayından xx.xx.2020-ci il tarixədək aidiyyəti üzrə pensiya təyin edən orqana müraciəti olmadığı üçün iddiaçının tələbi əsassızdır.

32. Apellya siya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 23, 24(a) və 25 bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

34. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1484/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar