Məhkəmə qərarları › İş №2-1(102)-2161/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2161/2019

28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2161/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə (üçüncü şəxs Ərizəçi) qarşı iş üzrə QƏRAR Açar sözlər: mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), X3, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə (üçüncü şəxs Ər izəçi) qarşı “torpaq sahəsinə çıxarış verilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-271/19 saylı 02 may 2019-cu il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 28.08.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə (üçüncü şəxs: Ərizəçi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayonu Qışlaq kənd Kirov adına kolxozun 16.12.1971-ci il tarixli 08 nömrəli iclas protokolunun qərarı ilə ünvan 1 ünvanında mərhum əri X2 ayrılmış həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” b arədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-46/2018 saylı 15.01.2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-147/18 saylı 12.04.2018-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-46/2018 saylı 15.01.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. İddiaçı 26.02.2019-cu il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.01.2018-ci il tarixli qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün məhkəmə baxışına çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmış dır ki, mərhum ərinə 16.12.1971-ci il tarixdə Şəki rayonu Qışlaq kənd Kirov adına kolxoz tərəfindən 0,06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin sxemi tərtib edilmiş və möhürlə təsdiq edilmişdir. İş üzrə məhkəmə araşdırması aparılan zaman sxemin harada olduğunu yadına sala bilməmiş və bu səbəbdən məhkəməyə təqdim edə bilməmişdir. Hazırda həmin sxemi köhnə sənədlərin arasından tapmışdır. Bu səbəbdən hesab edir ki, yeni açılmış hallarla bağlı iş üzrə icraat təzələnməlidir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) 18 mart 2019-cu il tarixli 2-1(84)-46/2018 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs: Ərizəçi) “Şəki rayonu Qışlaq kənd Kirov adına kolxozun 16.12.1971-ci il tarixli 08 nömrəli iclas protokolunun qərarı ilə ünvan 1 ünvanında mərhum əri X2 ayrılmış həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair İddiaçı ərizəsi rədd edilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-271/19 saylı 02 may 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2-1(84)-46/2018 nömrəli qərardadı ləğv edilmiş, iş üzrə yeni açılmış hallarla bağlı icraat təzələnmiş və inzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, iddia çı tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair sxemin təqdim edilməsi, həmçinin, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı olması yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas verir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-271/19 saylı 02 may 2019-cu il tarixli qərardadından üçüncü şəxs kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə İPM-nin 100-cü maddəsində nəzərdə tutulmuş halların heç biri hazırkı iş üzrə müəyyən olunmadığından ərizə rədd edilməlidir. Belə ki, məhkəməyə təqdim edilən sxem işin məhkəmə araşdırması zamanı iddiaçıda olmuşdur. Sözügedən sənədin yerinin iddiaçının yadında olmaması isə yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə, təqdim edilmiş sxem in kolxozun 16.12.1971-ci il tarixli qərarına əsasən ayrılmış və məhkəmə araşdırmasının predmetini təşkil etmiş torpaq sahəsinə aidiyyəti yoxdur. Kassator İPM-nin 100, 106.3-cü maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-271/19 saylı 02 may 2019-cu il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına iştirak edən iddiаçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLAND İRİCİ HİSSƏ Ali Məhkəmənin X1 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-271/19 saylı 02 may 2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi Şəki rayonu Qışlaq kənd Kirov adına kolxozun 16.12.1971-ci il tarixli 08 nömrəli iclas protokolunun qərarı ilə ünvan 1 ünvanında mərhum əri X2 ayrılmış həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasıdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-46/2018 saylı 15.01.2018-ci il tarixli qərarı ilə iddia rədd edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-147/18 saylı 12.04.2018-ci il tarixli qərarı ilə Şək i İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-46/2018 saylı 15.01.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. Hər iki məhkəmə iddiaçının iddia tələbini rədd edərkən ona əsaslanmışlar ki, torpaq sahəsinin sxematik planı torpaq sahəsinin yerini müəyyən etmək üçün zəruri olan və qanunvericiliklə hüquqların qeydiyyatı barədə ərizəyə əlavə edilməli sənəddir ki, iddiaçı torpaq sahəsinin təhkim aktını, torpaq sahəsinin sxemini və ya torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən və kolxoz tərəfindən təsdiqlənmiş hər hansı sənədi nə cavabdehə, nə də ki məhkəmənin tələbinə baxmayaraq məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı belə sübutlar aşkar edilməmişdir. Belə olan halda iddiaçının mərhum ərinə kolxoz tərəfindən ayrılmış torpaq sahəsinin yeri bəlli olmadığından cavabdehin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtinasının əsasları qanunidir. Göründüyü kimi iddiaçının iddia tələbinin təmin edilməməsinin əsasını torpaq sahəsinin yerini müəyyən etmək üçün zəruri olan və qanunvericiliklə hüquqların qeydiyyatı barədə ərizəyə əlavə edilməli olan topraq sahəsinin sxematik planının olmaması təşkil edir. Hazırkı iş üzrə iddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinə topraq sahəsinin sxematik planını əlavə etmiş və sözügedən sxematik planının daha əvvəlki məhkəmə proseslərində təqdim edilməməsini onunla əsaslandırmışdır ki, qeyd olunan sxemi evdə olan köhnə sandıqdakı paltarları yığışdırarkən həmin paltarların altından tapmış, əvvəl nə olduğunu bilməmiş, daha sonra isə h əmin sxemin kolxozun 16.12.1971-ci il tarixli qərarına əsasən ayrılmış torpaq sahəsinin sxemi olduğunu öyrənmişdir. İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Beləliklə apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair sxemin təqdim edilməsi, həmçinin, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı olması yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas verir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-271/19 saylı 02 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar