Məhkəmə qərarları › İş №2-1(102)-2161/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2161/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2161/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev iş üzrə İddiaçı kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Əfqanıstan vətəndaşı olub Azərbaycanda yaşamaqları nəzərə alınaraq ona və ailəsinə qaçqın statusunun verilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/19 nömrəli iş üzrə qəbul etdiyi 05.12.2019-cu il tarixli (hakim Elvin Əliyev) qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qərardadından n arazı qalan iddiaçı həmin qərardaddan şikayət verərək, ona və ailə üzvlərinə (həyat yoldaşı Obaid Khalida, qızları Obaid Hanya, Obaid Husna, Obaid Aqsa, oğlanları X1 və Obaid Taha) siyasi sığınacaq, qaçqın statusu və Azərbaycan Respublikası vətəndaşlığının verilməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-4512/19 nömrəli iş üzrə qəbul etdiyi 05.12.2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-399/2020 nömrəli, 31 yanvar 2020-ci il tarixli (hakimlər Səriyyə Seyidova, Valeh Ağayev, Afaq Nuriyeva) qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/19 nömrəli iş üzrə qəbul etdiyi 05.12.2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvv ədə saxlanılması qərara alınmışdır. (31 yanvar 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı şəxsən iştirak edib) Qərardad qüvvəyə mindikdən sonra 05.03.2020-ci il tarixdə iş Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçı 03.03.2020-ci il tarixdə təkrarən apelyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/19 nömrəli iş üzrə 05.12.2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə buraxılan müddətin bərpasına dair ərizə əlavə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1320/2020 nömrəli, 21 iyul 2020-ci il tarixli (hakimlər Elmira Nağıyeva, Həmid Həmidov, Vidadi Məmmədov) qərardadı ilə ikinci dəfə olaraq iddiaçının apelyasiya şikayətinə baxılmış və iddiaçının apelyasiya şikayəti nin mümkün sayılmaması, apelyasiya şikayətinin qəbulundan imtina edilməsi, apelyasiya şikayətinin onu verən şəxsə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası 21 iyul 2020-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə əvvəlki apelyasiya şikayətinə baxılmış və Bakı Apelyasiya Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, qərardaddan kasasiya şikayəti verilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmənin qərardadı mövcud olduğuna görə eyni qərardaddan apelyasiya şikayətinin təkrarən verilməsinə yol verilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1320/2020 nömrəli, 21 iyul 2020-ci il tarixli qərardadından narazı qalan id diaçı Obaid Obaidulla həmin qərardaddan kasasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsində təsbit olunmuşdur ki, şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi va risləri üçün məcburidir. Hazırki işin hallarından müəyyən olunur ki, iş üzrə birinci apelyasiya şikayətinə baxılmış və Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-399/2020 nömrəli, 31 yanvar 2020-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/19 nömrəli iş üzrə qəbul etdiyi 05.12.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, qərardaddan kasasiya şikayəti verilməmişdir. Bununla da 21 iyul 2020-ci il tarixli qərardad qüvvəyə minmişdir. Göründüyü kimi mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmənin qərardadı mövcuddur. Qüvvədə olan qanunvericiliyə əsasən eyni qərardaddan apelyasiya şikayətinin təkrarən verilməsinə yol verilmir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 83, 90 və 96-cı mad dələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın. Ali Məhkəmənin hakimi Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar