Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2161/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsaslandırılmış cavabın verilməsi öhdəliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X1rşı “cavabın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1(103)-1597/2022 nömrəli qərarından iddi açı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ünvan 1 ünvanında olan binanın birinci mərtəbəsindəki mənzilinin giriş bloku ilə üzbəüz olan yerdə tikdirdiyi qarajın altında yerləşən 35 ildən çox istifadəsində olan 120 kv.m-lik torpaq sahəsinin qanuna müvafiq surətdə adına sənədləşdirilməsi üçün Bakı şəhəri, Pirallahı Bələdiyyəsinə müraciət etmişdir.
2. Bələdiyyənin xx.xx.2021-ci il tarixli məktubunda torpaq sahəsinin Pirallahı Bələdiyyənin balansında olmadığı əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
3. Daha sonra iddiaçının həmin torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlər barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciəti daxil olmuş, iddiaçının müraciətinə baxılaraq sözügedən torpaq sahəsi ilə bağlı tərəfindən hər hansı sənədin təqdim edilmədiyi, gələcəkdə bələdiyyənin elektron xəritəsi və mülkiyyət hüququnu təsdiq edən sənədlər bələdiyyəyə təqdim olunduqda həmin ərazinin bələdiyyəyə məxsus olub-olmaması ilə bağlı iddiaçıya əlavə məlumat veriləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təqdim olunan xəbərnaməyə əsasən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təqdim olunan ərizəsinə iddia ərizəsində göstərdiyi maddi hüquq normalarına əsasən əsaslandırılmış cavabın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İPM-nin 2.2-ci v ə 2.2.3-cü maddələrinin tələblərinə əsasən cavabdehin üzərinə qoyulması barəsində qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında olan binanın birinci mərtəbəsində yaşayır. Yaşadığı mənzilinin giriş bloku ilə üzbəüz olan yerdə yerləşən 120 kv.m-lik torpaq sahəsinin üzərində üstündə həmin ölçüdə tikilən qarajdan hələ SSRİ vaxtından, yəni 35 ildən çoxdur ki, qaraj kimi istifadə edir. 2012-ci ildə İcra Hakimiyyəti tərəfindən onun xəbəri olmadan qarajı sökülərək, yerində ticarət obyekti tikilmişdir. Uzun müddətli yazışmalardan sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı həmin tikilinin əvəzinə başqa yerdə torpaq sahəsi təklif etmişdir. Qarajın yerləşdiyi torpaq sahəsi Bələdiyyə torpağı olduğu üçün, xx.xx.2021-ci il tarixində Bakı ş əhəri Pirallahı Bələdiyyəsinin sədrinə ərizə ilə müraciət edərək 35 ildən çox istifadəsində olan torpaq sahəsinin qanuna müvafiq surətdə adına sənədləşdirilməsini təmin etməkdə köməklik edilməsini xahiş etmişdir. Bələdiyyənin xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, müraciətdə göstərilən torpaq sahəsi guya Pirallahı Bələdiyyənin balansında deyildir. Lakin işin faktiki hallan ilə təsdiq olunur ki, həmin torpaq sahəsi İcra Hakimiyyətinin deyil, Bələdiyyənin balansındadır. Çünki həmin torpaq sahəsinin ətrafında olan torpaq sahələri olan vətəndaşlar məhz Bələdiyyəyə torpaq vergisi verirlər.Bütün bunlara baxmayaraq, Pirallahı Bələdiyyəsi 35 ildən çox istifadəsində olan torpaq sahəsini adına sənədləşdirmək məqsədilə, vəzifə saxtakarlığına yol verərək, həmin torpağın Bələdi yyənin balansında olmadığını göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi də ona eyni ilə Pirallahı Bələdiyyəsi kimi xx.xx.2021ci il tarixində tamamilə başqa bir məzmunda cavab vermişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən ona ərizəsi ilə bağlı göndərilən cavabda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2016-cı il tarixli Fərmanın 1-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülki yyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır." İşin faktiki hallan ilə təsdiq olunur ki, Cavabdeh tərəfindən ona göndərilən imtina cavabı onun etdiyi müraciətdə göstərilən hallarla bağlı deyildir və ona görə də əsaslandınlmış cavab hesab oluna bilməz. Halbuki "İnzibati icraat haqqında" qanuna əsasən cavabdeh inzibati orqan kimi ona qanunla əsaslandırılmış cavab verməlidir. Cavabdeh kimi qoyduğu inzibati orqan ona əsaslandırılmış cavab vermək üçün 29 iyun 2001-ci ildə qəbul olunmuş "Bələdiyyə torp aqlarının idarə edilməsi" haqqında Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə istinad etməlidir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4292/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə görə, torpaq sahəsinin icarə hüququ əsasında ayrılmasını tələb etmək iddiaçının hüququdur. Lakin, bununla bağlı qərarın verilməsi qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğuna bağlıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana qeyd olunan sahə ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd, o cümlədən icarə müqaviləsi, yaxud müvafi q icra hakimiyyəti orqanı ilə razılaşdırma təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti ətraflı araşdırılaraq, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə əməl edilməklə iddiaçının müraciətinə baxmış və bu barədə əsaslandırılmış cavab artıq vermişdir. Lakin iddiaçı cavabdeh inzibati orqanın ona verdiyi cavabdan qane olmadığı üçün məhkəməyə belə bir tələblə müraciət etmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir.
8. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası m əhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1(103)-1597/2022 nömrəli qərarı ilə (sədrlik edən – S.İ.Bəktaşi, hakimlər – A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2-1(112)-4292/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1(103)-1597/2022 nömrəli qərarını ləğv edib, işin təkrar araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayəti iddia tələbinin məzmunu ilə eynilik təşkil edir.Əlavə olaraq qeyd edilmişdir ki, onun cavabdehə müraciəti ona torpaq sahəsinin verilməsi ilə bağlı deyildir. Onun müraciəti 15 ildən çox istifadəsində olan qarajının yerləşdiyi torpaq sahəsinin, bələdiyyə torpağının olub-olmaması barəsində məlumatın verilməsi ilə bağlıdır. Lakin cavabdeh ona göndərdiyi cavabda göstərmişdir ki, 2017-ci ildən torpaq sahəsinin verilməsi bələdiyyələrə qadağan edilmişdir.Kassasiya şikayətində “Vətəndaşların müraciətləri haqqında” Qanunun 12.3.3-cü maddəsinə, “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. « Vətəndaşların müraciətləri haqqında » Qanun. Maddə 1.1 Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Maddə 7.1 Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.
15. « İnzibati icraat haqqında » Qanun. Maddə 20.1 Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 20.2 Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 16. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə. Bənd
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı m əqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Bənd
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajları n tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Res publikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bənd
11. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Bənd
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başq a hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sah əsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.
17. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplam ağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılma lıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı büt övlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şi kayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında olan binanın birinci mərt əbəsindəki mənzilinin giriş bloku ilə üzbəüz olan yerdə tikdirdiyi qarajın altında yerləşən 35 ildən çox istifadəsində olan 120 kv.m-lik torpaq sahəsinin qanuna müvafiq surətdə adına sənədləşdirilməsi üçün Bakı şəhəri, Pirallahı Bələdiyyəsinə müraciət etmiş, Bələdiyyənin xx.xx.2021-ci il tarixli məktubunda torpaq sahəsinin Pirallahı Bələdiyyənin balansında olmadığı əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Yenidən iddiaçının həmin torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlər barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş müraciətinə baxılaraq sözügedən torpaq sahəsi ilə bağlı tərəfindən hər hansı sənədin təqdim edilmədiyi, gələcəkdə bələdiyyənin elektron xəritəsi və mülkiyyət hüququnu təsdiq edən sənədlər bələdiyyəyə təqdim olunduqd a həmin ərazinin bələdiyyəyə məxsus olub-olmaması ilə bağlı iddiaçıya əlavə məlumat veriləcəyi bildirilmişdir.
24. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təqdim olunan xəbərnaməyə əsasən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təqdim olunan ərizəsinə iddia ərizəsində göstərdiyi maddi hüquq normalarına əsasən əsaslandırılmış cavabın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 14 oktyabr 2021-ci il tarixli, 09/Ş-2015 saylı məktubdan görünür ki, iddiaçının istifadəsində olan qarajın yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlər barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş müraciətə baxılaraq aşağıdakı məzmunda cavab verilmişdir: Pirallahı bələdiyyəsindən təqdim edilmiş arayışda müraciəti ilə bağlı bələdiyyəyə dəvət olunduğu, sözügedən torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sənəd təqdim edilmədiyi, gələcəkdə bələdiyyənin elektron xəritəsi və mülkiyyət hüququnu təsdiq edən sənədlər bələdiyyəyə təqdim olunduqda həmin ərazinin bələdiyyəyə məxsus olub-olmaması ilə bağlı iddiaçıya əlavə məlumat veriləcəyi bildirilmişdir.
26. Kollegiya hesab edir ki, cavabdehin iddiaçının müraciətinə ətraflı əsaslandırılmış cavabı qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
27. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsas lı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 21(103)-1597/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.