Məhkəmə qərarları › İş №2-1(102)-2162/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2162/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2162/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1122/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı vətəndaşlıq mənsubiyyətinin tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1483/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı apelyasiya şikayəti verərək hə min qərarın ləğv edilməsini xahiş etmişdir.

4. Apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərmişdir.

5. İddiaçıya göndərilmiş məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək cavabdehə apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edilməsini təklif etmişdir.

6. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1122/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 2-1(81)-1483/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti müddəti buraxıldığından şikayət üzrə apelyasiya mümkün sayılmamış və apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

7. İddiaçı xx xxxx 2020-ci ildə apelyasiya məhkəməsinin qərardadını almış, xx xxxxxxxx 2020-ci ildə kasasiya şikayəti verərək qərardadın ləğv, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında şikayət üzrə müddətin bərpa edilməsini xahiş edib şikayətin mümkün sayılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq

9. İnzibati Prosessual Məcəllə: Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamlar ı (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısı nın təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

10. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi xx xxxxxx 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilmə si məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

11. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli ol an məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü

12. Apelyasiya məhkəməsi qərardadın surətini tərəflərə göndərmiş, iddiaçı xx xxxx 2020-ci il tarixdə qərardadı almışdır (səh. 113).

13. İddiaçının nümayəndəsi və vəkilinin imzaladığı kasasiya şikayəti xx xxxxxxxx 2020-ci ildə apelyasiya məhkəməsinə təqdim edilmişdir. Kasasiya məhkəməsinin mövqeyi

14. İddiaçı kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kasasiy a şikayətinin mümkünlük məsələsinə baxılması xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən kasasiya şikayətini tərtib etmiş iddiaçı və nümayəndəsinə məhkəmə bildirişi göndərilmişdir.

15. İddiaçı tərəfindən mübahisə olunan məhkəmə sənədi xx xxxx 2020-ci ildə ona təqdim edilmişdir. Kasasiya şikayəti isə yuxarıda qeyd edildiyi kimi xx xxxxxxxx 2020ci il tarixdə məhkəməyə təqdim edilmişdir.

16. İddiaçının kasasiya şikayəti verilməsi ilə bağlı şikayət vermə müddəti x xxxx 2020-ci il tarixdə bitmiş, kasasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 10 günlük müddəti ötürmüşdür.

17. Kasasiya şikayəti iddiaçı tərəfindən vaxtında təqdim edilməmişdir.

18. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında şifahi vəsatətlə müraciət edərək şikayət üzrə müddətin bərpa edilməsini xahiş etmişlər.

19. İddiaçının nümayəndəsi və vəkili kasasiya şikayəti üzrə müddətin onların təqsiri olmadan buraxması barədə məhkəmə kollegiyasına sübut təqdim etməmişlər.

20. Kasasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalı, vəsatət təmin edilməməlidır.

21. Yuxarıda göstərilənlərə və İPM-in 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Şifahi vəsatət təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1122/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından verilən şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar