Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2162/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 13.12.2022 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.N69-cu il təvəllüdlü; FİN 57JW495) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi barədə müvafiq aktın qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 12 avqust 2022-ci il tarixli, 2-1(103)-727/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 10 iyul 2018-ci il tarixli 9/2-10342 №-li arayışına əsasən 10 dekabr N92-ci il tarixli 215 №-li əmrə əsasən N №-li hərbi hissəyə xidmətə daxil olmuş, Azərbaycan Respublikasının MN-nin 24 yanvar N96-cı il tarixli 26 №-li əmri ilə və N №-li hərbi hissə komandirinin N fevral N96-cı il tarixli 35 №li əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış və qeydiyyata alınmağı üçün Beyləqan RHK-na göndərilmişdir.
3. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 28 noyabr 2018-ci il tarixdə M/V seriyalı 084995 №-li müharibə veteranı vəsiqəsi verilmişdir.
4. N92-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən zaman iki dəfə yaralanmış və stasionar müalicələr almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28 dekabr 2018-ci il tarixli 1779 №i qərarında qeyd olunur: «Beyləqa n RHK tərəfindən N92-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N93-cü ildə aldığı və xx.xx.N93-cü ildən xx.xx.N93-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma diaqnoz: "Sol baldırın ön səthinin aşağı 1/3-nin səthi toxunub keçən qəlpə yaralanması. Sol qamış sümüyünün qabarının qapalı çoxqəlpəli sınığı. Sol qamış sümüyü qabarının osteooxondriopatiyası" və 15..08.N93-cü ildə aldığı xx.xx.N93-cü ildən xx.xx.N93-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu yaralanma diaqnoz "Döş qəfəsinin sol yarısının yumşaq toxumalarının dəlib keçən və döş boşluğuna nüfuz etməyən güllə yaralanması" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin 26.09.20/S-ci il tarixli 1/93 nömrəli göndərişi. xx.xx.2018-ci il tarixli 116 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N93-cü il tarixli xx.xx.N93-cü il tarixli çıxarış epikrizləri, xəstəlik tarixlərindən çıxarışlar, M HHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). "Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır ". Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.2.bəndinin a) yarımbəndi: MN MHHK-nın 1663 saylı 2H. 12.2018-ci il tarixli protokolu».
5. Bundan başqa, o xx.xx.20N-cu il tarixdən xx.xx.20N-cu il tarixədək Müharibə Veteranları Respublika Xəstəxanasında, xx.xx.20N-cu il tarixdən xx.xx.20N-cıı il tarixədək 3 nömrəli Şəhər Klinik Xəstəxanas ı X5də, xx.xx.20N-cu il tarixdə Travmatologiya və Ortopediya İnstitutunda, xx.xx.20N-cu il tarixdə X1 İnstitutunda həmin xəstəliklərlə bağlı stasionar müalicələr almışdır.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28 dekabr 2018-ei il tarixli 1779 №-li qərarı əsasında iddiaçıya əlillik dərəcəsinin təyin olunması üçün "26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” X5i tərəfindən 06 yanvar 2020-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına 0120003AAEZİ nömrəli göndəriş verilmiş, lakin komissiya tərəfindən dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması (həkimin rəyi: nevropatoloqun rəyi ətraflı yazılmayıb, aşağı ətraflarda əzələ gücü və reflekslər mütləq qeyd edilməlidir) səbəbindən əlillik təyinatından imtina edilmiş dir.
7. Bundan sonra, təkrarən ”26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" X5i tərəfindən 02 mart 2020-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına 0120003AAEZİ №-li göndəriş verilmiş, lakin komissiya tərəfindən dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması (həkimin rəyi: xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir) səbəbindən əlillik təyinatından imtina edilmişdir.
8. Daha sonra, iddiaçı əyani müayinə olunmaq üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət olunmuşdur. O, əyani müayinə olunduqdan sonra müayinənin nəticələrini almaq üçün bir neçə dəfə Agentliyə getsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək ona əyani müayinənin nəticələrinə dair sə nədi təqdim etməmişlər. Sonradan ona məlum olmuşdur ki, əyani müayinədən sonra agentlik yuxarıda qeyd olunan göndərişlərdə onun xəstəliklərinin şişirdilməsini əsas gətirərək “26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" X5in HMK-dan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Məsələnin araşdırılması məqsədi ilə o, müstəntiq tərəfindən idarəyə dəvət olunmuş, ondan izahat alınmış və yenidən müayinə edilməyi üçün müstəntiq tərəfindən ekspertiza təyin edilmişdir. Bununla əlaqədar olaraq o, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicə almışdır. Müalicənin nəticələrinə dair ekspertizanın rəyi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilmiş və h əmin rəydə yuxarıda qeyd olunan göndərişlərdə göstərilmiş xəstəliklər öz əksini tapmışdır. Həmin sənədlərin surətlərinin təqdim edilməsini xahiş etsə də, müstəntiq məhkəmə sorğusu əsasında sənədi təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra yenidən agentliyə müraciət edərək əyani müayinənin nəticələrinin təqdim edilməsini xahiş etməsinə baxmayaraq, müraciəti nəticəsiz qalmışdır. 9. 2021-ci ilin aprel ayında o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Qaynar xətt"inə zəng etdikdən sonra, ona telefon vasitəsi ilə diaqnozun öz əksini tapmaması səbəbindən əlilliyin müəyyən edilməsindən imtina edildiyini və nazirliyin saytına daxil olaraq Forma 88 arayışını əldə edə biləcəyini demişlər. O, 26 aprel 2021-ci il tarixdə nazirliyin saytına daxil olaraq Forma 88 ar ayışını əldə etmişdir. Həmin arayışda diaqnoz sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası və çoxsaylı kontrakturası, qiymətləndirmə tarixi xx.xx.2020-ci il göstərilmişdir. Qiymətləndirmə tarixi xx.xx.2020-ci il qeyd edilsə də, qeyd etdiyi kimi, bu barədə ona dəfələrlə müraciət etdikdən sonra məlumat vermişlər. Halbuki "26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" X5i tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına verilmiş hər iki göndərişdə ona aparılmış müayinələrin nəticələrinə əsasən qoyulmuş: a) əsas diaqnoz: Y36.2 hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol 6-cı və 7-ei qabırğaların bitişmiş sınıqları, sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı, sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası və çoxsaylı kontrakturası. b) ağırlaşmalar: S82.1 Qamış sümüyünün proksimal şöbəsinin sınığı. Sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı: G57 Aşağı ətrafın mononevropatiyaları. Sol incik sinirinin postravmatik neyropatiyası: S84.1 incik sinirinin baldır səviyyəsində travması, sol baldırın miopatik ağrıları. Hissiyyat zəifliyi ilə: M24.5 Oynaqların kontrakturası. Sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası; F-48 Digər neqativ pozğunluqlar. Kəskin astenonevrotik sindrom (aşağıda qeyd olunan Əsasnamənin 2.3.92.4.4. bəndləri); R52.2 Digər daimi ağrı. Sol baldırda daimi ağrı: M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Sol baldırın əzələ atrofiyası. Sol baldırda əzələ gücü 4-4.5 bal: S22.4 Qabırğaların çoxsayl ı sınıqları. Sol 6-cı və 7-ci qabırğaların bitişmiş sınıqları: R26.8 Hərəkətin və verişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Yerişin həsadan və Walker qurğusundan asılı olması: S06.8 Digər kəllədaxiİi travmalar QKBT-nın davamlı qalıq əlamətləri (aşağıda qeyd olunan Əsasnamənin 2./.S. bəndi); G93.8 Baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri. Postravmatik ensefalopatiya. e) yanaşı xəstəliklər: 110 Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ, əlavə İİİ risk qrupu; J20 Kəskin bronxit, Xroniki bronxit. TSEK-ə göndərilməsi üçün əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar. Buna görə də ona imtina verilməsi əsassızdır. Cavabdehin etirazları:
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir A zərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyəti Bakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2020-ci il tarixli xxxxxxx0002 saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..., Diaqnozun mətni: Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, -Sol 6-cı və 7-ci qabırğaların bitişmiş sınıqları, sol qamış sümüyünün qabarının qəlpəli biti şmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: nevropatoloqun rəyi ətraflı yazilmayib, aşağı ətraflarda əzələ gücü və reflekslər mütləq qeyd edilməlidir.
11. Daha sonra, həmin xəstəxananın xx.xx.2020-ci il tarixli xxxxxxx0QQ3 saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..., Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol 6-cı və 7-ci qabırğaların bitişmiş sınıqları, sol qamış sümüyünün qabar ının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası. Ağırlaşma S82.1 Qamış sümüyünün proksimal şöbəsinin sınığı, Sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı. Ağırlaşma G57 Aşağı ətrafın mononevropatiyaları, Sol incik sinirinin postravmatik neyropatiyası. Ağırlaşma S84.1 İncik sinirinin baldır səviyyəsində travması, Sol baldırın miopatik ağrıları. Hissiyyat zəifliyi ilə. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası. Ağırlaşma F48 Digər neqativ pozğunluqlar, Kəskin astenonevrotik sindrom. Ağırlaşma R52.2 Digər daimi ağrı, Sol baldırda daimi ağrı. Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sol baldırın əzələ atrofiyası. Sol baldırda əzə lə gücü 4-4.5 bal. Ağırlaşma S22.4 Qabırğaların çoxsaylı sınıqları, Sol 6-cı və 7-ci qabırğaların bitişmiş sınıqları. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yerişin həsadan və Walker qurğusundan asılı olması. Ağırlaşma SQ6.8 Digər kəllədaxili travmalar, QKBT-nın davamlı qalıq əlamətləri. Ağırlaşma G93.8 Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Postravmatik ensefalopatiya. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ, əlavə İİİ risk qrupu. Yanaşı xəstəliklər J20 Kəskin bronxit, Xroniki bronxit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilmə mişdir. 12. xx.xx.2020-ci ildə sözügedən xəstəxananın xxxxxxx0004 saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..., Diaqnozun mətni: sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz öz təsdiqini tapmadığı barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir.
13. İddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda, əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir.
14. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6887/2021 nömrəli qərarı ilə (sədrlik edən F.Mədətli) iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işdə olan sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti Bakı 26 №li Birləşmiş Şəhər Xəstəxanasının xxxxxxx0004 nömrəli Forma 88 arayışı əsasında qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə qiymətləndirilmə aparılarkən, göndərişdə qeyd olunan diaqnoz öz təsdiqinin tapmaması barədə qərar qəbul edilərək imtina edilmiş, bu barədə bildiriş altsi stem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. Göründüyü kimi cavabdeh öz səlahiyyətləri daxilində hərəkət edərək, səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş natamam olduğu üçün iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün olmadığından TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, yəni natamam doldurulmasının səbəblərini göstərməklə bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya geri göndərmişdir. Lakin bundan sonra həmin natamamlıq aradan qaldırılmamış, İddiaçı ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilm əmişdir. Belə olan halda, iddiaçının əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilməsi cavabdeh tərəfindən mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı, işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli əyani müayinə zamanı İddiaçı tibbi sənədlərində qeyd edilmiş (sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası diaqnozu) sağlamlıq vəziyyəti ilə mövcud sağlamlıq vəziyyəti eynilik təşkil etmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2-ci bəndinə uyğun olaraq İİİ dərəc əli əlillik təyinatına əsas verən hal aşkar edilmədiyinə görə İddiaçı əlillik təyin edilməməsi barədə cavabdehin qərarı əsaslı olmuşdur. Bundan başqa, iddiaçının aldığı travmanın nəticəsində diaqnoz üzrə qoyulan xəstəliklərini müalicə edilməklə reabilitə olunması ehtimalının olmasını nəzərə alaraq ixtisaslaşdırılmış müalicəni qəbul etməsini, o cümlədən eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasını, xəstəliyində hər hansı müsbət, vəziyyətini yaxşılaşdıran irəliləyişin olmadığını təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyindən iddianın əsassız olduğu qənaətindədir.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbi nin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-727/2022 nömrəli (hakimlər S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) qərarı ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6887/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, İddiaçı xəstəliyinə görə əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. N. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya mə hkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etməmişdir.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati ak tı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzər inə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi müm kün olmadıqda. Maddə
74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim ol unduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 02/2-40xx-xx/3845 nömrəli məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı izahatlar alınmaqla, komisyon məhkəmə-tibbi və təkrar komisyon məhkəmə-tibbi ekspertizaları keçirilməklə, müvafiq xəstəxana tərəfindən verilmiş göndərişdə iddiaçıya edilmiş diaqnozun düzgün olması və əlillik vəziyyətinin təyin olunması ilə bağlı hər hansı bir saxtakarlıq və ya digər qanunsuzluq halına yol verilməməsi müəyyən edilmişdir.
29. Apellyasiya instans iyası məhkəməsi işin qeyd edilən hallarını, eləcə də apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq yuxarıda qeyd olunan komisyon məhkəmə tibbi və təkrar komisyon məhkəmə-tibbi ekspertizalarının rəylərinin tələb olunması məqsədilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu vermişdir.
30. Halbuki, məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmış 02/2-331mat-20 №-li material üzrə komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 08/KEŞ nömrəli və təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 171 nömrəli, həmçinin xx.xx.2021-ci il tarixli, 243/MEŞ nömrəli rəylərdə iddiaçının əlilliyinin müəyyən olunması öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 08/KEŞ nömrəli komisyon məhkəmə-tibbi ekspertizasının rəyindən İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi ekspertizası zamanı Respublika Klinik xəstəxanasında stasionar şəraitdə aparılmış klinik, laborator və instrumental, həmçinin profil üzrə həkim mütəxəssislərin konsultativ baxışlarına əsasən, onda hal-hazırda “Odlu silah yaralanmasından sonra sol qamış sümüyünün qabarının köhnə bitişmiş sınığı. Döş qəfəsinin sol tərəfli Vİ-Vİİ qabırğaların bitişmiş sınıqları, sol diz oynağının postravmatik artrozu, diz oynağının açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu, hərəkət funksiyaların pozulması. Keçirilmiş QKBT so nrakı ensefalopatiya. Hipertoniya xəstəliyi İİ mərhələ, xroniki bronxit, ateno-nevrotik vəziyyət”in olduğu müəyyən edilmişdir. İddiaçı Bakı 26 nömrəli Birləşmiş şəhər Xəstəxanasında təyin edilmiş diaqnoz aparılmış müvafiq müayinələr əsasında düzgün olmuş və diaqnoz məhkəmə-tibbi ekspertizası zamanı da öz təsdiqini tapmışdır.
31. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 171 nömrəli təkrar komisyon məhkəmə-tibbi ekspertizasının rəyindən müəyyən olunur ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, ona Bakı 26 nömrəli Birləşmiş şəhər Xəstəxanasında təyin edilmiş diaqnoz aparılmış müvafiq müayinələr əsasında düzgün təyin olunmuş və məhkəmə-tibbi ekspertizası zamanı xx.xx.2021-ci il tar ixdən xx.xx.2021-ci il tarixədək Respublika Klinik xəstəxanasında stasionar şəraitdə aparılmış klinik, laborator və instrumental, həmçinin profil üzrə həkim mütəxəssislərin konsultativ baxışlarına əsasən “Odlu silah yaralanmasından sonra sol qamış sümüyünün qabarının köhnə bitişmiş sınığı. Döş qəfəsinin sol tərəfli Vİ-Vİİ qabırğaların bitişmiş sınıqları, sol diz oynağının posttravmatik artrozu, diz oynağının açıcı-bükücü kontrakturası, daimi ağ: sindromu, hərəkət funksiyaların pozulması. Keçirilmiş QKBT sonrakı ensefalopatiya. Hipertoniya xəstəliyi İİ mərhələ, xroniki bronxit, ateno- nevrotik vəziyyət” öz təsdiqini tapmışdır. Lakin əlilliyə səbəb olan əsas xəstəliyinin ağırlaşmalarının qiymətləndirilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiyası tərəfindən tə yin olunur. İddiaçı təyin edilmiş əsas diaqnozda hiperdiaqnostikaya yol verilməmişdir.
32. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 243/MEŞ nömrəli canlı şəxsin ekspertizasının rəyindən müəyyən olunur ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, ona Bakı 26 nömrəli Birləşmiş şəhər Xəstəxanasında təyin edilmiş diaqnoz aparılmış müvafiq müayinələr əsasında düzgün təyin olunmuş və məhkəmə-tibbi ekspertizası zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Respublika Klinik xəstəxanası”nda stasionar şəraitdə aparılmış klinik, laborator və instrumental, həmçinin profil üzrə həkim mütəxəssislərin konsultativ baxışlarına əsasən "Odlu silah yaralanmasından sonra sol qamış süm üyünün qabarının köhnə bitişmiş sınığı. Döş qəfəsinin sol tərəfli Vİ-Vİİ qabırğaların bitişmiş sınıqları, sol diz oynağının posttravmatik artrozu, diz oynağının açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu, hərəkət funksiyaların pozulması. Keçirilmiş QKBT sonrakı ensefalopatiya. Hipertoniya xəstəliyi İİ mərhələ, xroniki bronxit, asteno-nevrotik vəziyyət" diaqnozları birbaşa əlilliyin təyini üçün əsasdır və hərbi xidmət dövründə alınmış xəsarətlərlə də səbəbli əlaqəsinin mümkün olması inkar edilmir. Tibbi sənədlərdə yazılanlara əsasən İddiaçı diz oynağında rentgenoloji müayinə zamanı aşkar edilmiş sol qamış sümüyü qabarının qəlpəli bitişmiş sınığından sonrakı vəziyyəti ilə əlaqədar inkişaf edən sol diz oynağının artrozu nəticəsində onda “Sol diz oynağının açıcı-bükücü kontrakturası” ağ ırlaşması müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinə dair Bakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0120003AAEZ1 nömrəli göndərişində birbaşa əlilliyin təyini üçün əsas olan “Sol diz oynağının açıcı-bükücü kontrakturası, sol baldırın əzələ atrofiyası, aşağı ətrafın mononevropatiyaları, sol incik sinirinin postravmatik neyropatiyası, incik sinirinin baldır səviyyəsində travması, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yerişin həsadan və Walker qurğusundan asılı olması» əsas xəstəliyin ağırlaşmasına aid diaqnostik patomorfoloji dəyişikliklərdir.
33. Göründüyü kimi, 26 №-li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş göndərişdə olan məlumatlar iddiaçıya əlillik təyin edilməsi üçün əsaslar olmuşdur.
34. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh o rqan tərəfindən iddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsinin əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni hesab olunmalıdır.
35. Şikayətin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
36. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin də istinad etdiyi İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 37. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
38. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyy ən edilən halları ilə təsdiq olunmuşdur.
39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(103)-727/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.