Məhkəmə qərarları › İş №2-1(102)-2163/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2163/2024

27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2163/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi, pensiya ödənişinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1959) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2 aprel 2024-cü il tarixli, 2-1(103)-1386/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər 1.06.2020-ci ilə qədər həyata keçirilmişdir.

2. Cavabdeh tərəfindən 5 iyun 2020-ci il tarixli, **********4 nömrəli "əmək pensiyasının dayandırılması haqqında” Qərarla iddiaçıya təyin edilmiş pensiya ödənişləri dayandırılmışdır.

3. İddiaçı cavabdehə qarşı, iddiaçının 1.06.2020-ci il tarixdən dayandır ılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1 (112)-1576/2021 nömrəli, 17 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1842/2021 nömrəli, 1 iyul 2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1798/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 1 iyul 2021-ci il tarixli qərarı ləğv ed ilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

6. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1.06.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın ona ödənilməsi və əmək pensiyasının dayandırılması haqqında cavabdeh tərəfindən qəbul edilmiş 5.06.2020-ci il tarixli, **********4 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-920/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, i ş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş "İddiaçı əmək pensiyasının dayandırılması haqqında” 5.06.2020-ci il tarixli, **********4 saylı qərar ləğv edilmiş, iddiaçının 1.06.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)206/2023 nömrəli, 1 fevral 2023-ü-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-920/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Həmin iş üzrə məhkəmələrin hüquqi mövqey i ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş pensiya ödənişlərini dayandırarkən mütləq qaydada inzibati icraat aparmalı, nəticədə inzibati akt olan qərar qəbul etməli olduğu halda bunu etməmiş, "İnzibati icraat haqqında” qanunvericiliyin tələbləri pozulmuşdur.

10. Bundan sonra cavabdeh orqan iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılmasını zəruri hesab etmiş, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 16 iyun 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir.

11. Cavabdehin 3-17-1/3-3-14764/2023 №-li, xx.x x.2023-cü il tarixli qərarı ilə iddiaçıya pensiya təyin edilməsi barədə qərarını ləğv etmiş, iddiaçıya ödənilmiş pensiya ödənişlərinin dayandırılması, artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi qərara alınmışdır.

12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18 avqust 2023-cü il tarixli məktubda bildirilmişdir ki, "... Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən sizə xx.xx.2016-cı il tarixində 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən pensiya işinizə dair sənədlər araşdırılması nəticəsində 5 sentyabr 1983-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan xx.xx.1983-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək Respublika T aun Əleyhinə X3 Əleyhinə şöbəsindən zooloq işlədiyiniz dövr iki qat ölçüdə hesablanaraq yalnız ümumi iş stajınıza daxil edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq həm ümumi, həm güzəştli iş stajınıza iki qat ölçüdə daxil edildiyi aşkar olunmuşdur. Bununla əlaqədar olaraq, sizin güzəştli iş stajınız 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün təşkil edir. Lakin buna baxmayaraq, sizə Fondun Nəsimi rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən, pensiya hüququnuza yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində mülahizələrinizin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət olunmağınız barədə sizə tərəfimizdən xx.xx.2023-cü il tarixli, 317-1/2-Ş-128932/2023 məktub göndərilmişdir. Laki n məktubda qeyd olunan tarixədək Mərkəzi Filiala gəlməmiş və ya pensiya hüququnuzla bağlı hər hansı mülahizəni təqdim etməmisiniz. Daha sonra sözügedən Qanunun tələblərinə uyğun qaydada sizə əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv olunması və pensiya ödənişinin dayandırılması haqqında inzibati akt qəbul edib. Əlavə olaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla sizə artıq ödənilmiş pul vəsaiti 8872,25 manat təşkil edir. Həmin artıq ödənilmiş vəsaitin könüllü şəkildə 15 gün müddətində büdcəyə qaytarmağınızı və bu barədə bizə məlumat verməyinizi xahiş edirik”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-920/2022 sa ylı iş üzrə xx.xx.2022-ci il tarixli Qərarının 3-cü səhifəsinin 3-cü abzasında qeyd edilir ki, aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı: xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Füzuli rayonu Lenin adına üzümçülük sovxozunun 6 nömrəli briqadasında fəhlə vəzifəsində; 1978-ci ilin sentyabr ayından 1983-cü ilin iyun ayına qədər ali təhsil müəssisəsinin əyani şöbəsində təhsil aldığı dövr; xx.xx.1983 - xx.xx.1990-cı ilə qədər Hadrut rayonunda Taun əleyhinə şöbədə zooloq vəzifəsində; xx.xx.1990 - xx.xx.1990-cı ilə qədər İmişli rayonda Taun əleyhinə şöbədə zooloq vəzifəsində; xx.xx.1990 - xx.xx.1991-ci ilə qədər Füzuli rayon X1 entemoloq vəzifəsində; xx.xx.1991 - xx.xx.1993-cü ilə qədər Füzuli rayon profilaktik dezinfeksiya şöbəsinin müdiri; xx.xx.1993 - xx.xx.2017 -ci il tarixə qədər Füzuli rayon Gigiyena və epidemiologiya mərkəzində entemoloq vəzifəsində işləyib. Həmçinin Bakı Apellyasiya Məhkəməsində araşdırma zamanı vəkilin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli X2 Mərkəzinə ünvanladığı sorğu əsasında verilmiş 26 iyul 2022-ci il tarixli, 294 nömrəli arayışda da onun 1983-cü ildən 1990-cı ilədək Hadrutda zooloq vəzifəsində işləməyi öz təsdiqini tapmışdır. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda göstərilən müəssisələrdəki iş stajı məhkəmə qərarı ilə öz təsdiqini tapdığından, həmin müddətlərdə o lan iş stajının mübahisələndirilməsinə yol verilmir. Güzəştli şərtlərlə pensiya almaq üçün tələb olunan 25 illik ümumi iş stajına qarşı ona xx.xx.2016-cı il tarixində pensiya təyin edilərkən 30 ildən çox ümumi iş stajına malik olub və bu əmək stajını təsdiq edən əmək kitabçası ilə öz təsdiqini tapır. Güzəştli iş stajının isə hesablanması qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, həm onun cüzam və taun əleyhinə müəssisələrdə işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna, həm də pensiya təyin edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24.0.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti güzəştli iş stajına ikiqat ölçüdə hesablanmaqla daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda ümumiyyətlə cüzam və taun əleyhinə müəssisələrdə çalışan işçilərə münasibətdə pensiya təyinatının 2 qat ölçüdə hesablanması üçün “təqvim illəri üzrə” ifadəsi qanunvericilikdə qeyd edilməmişdir. Məlum olduğu kimi, “Əmək pensiyaları haqqında” Qanunda təqvim illəri ifadəsini yalnız 9.5-ci maddədə qeyd olunmuşdur və həmin qanunun digər hər hansı maddəsində təqvim ifadəsi ümumiyyətlə mövcud deyil. Beləliklə də inzibati orqanın Qanunun sözügedən maddəsini öz mülahizəsinə uyğun olaraq şərh etməsi konstitusion sosial təminat hüququnun pozulmasına gətirib çıxarır və həmin şərh Qanunun 24.0.3-cü maddəsinin mahiyyəti ilə ziddiyyət təşkil edir. Baxmayaraq ki, məhkəmə qərarına əsasən 1.06.2020-ci il tarixdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qüvvəyə mindiyi tarixlər arasında olan dövr üçün iddiaçıya əmək pensiyası ödənilməli idi, lakin həmin dövrlər üçün ödənilməli olan pensiyanın da ödənişi dayandırılmışdır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə AR NK-nin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 19-cu bölməsi “Tibb və sosial təminat müəssisələri” adlanır və həmin bölmənin beşinci paraqrafına əsasən, “tauna qarşı idarələrdə məşğul olan işçilər” güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın t əsdiq edilməsi barədə AR NK-nin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən təqvim hesabı ilə azı 12 il 6 ay “tauna qarşı idarələrdə məşğul olan işçilər” güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Eləcə də “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsinə əsasən, cüzam və taun əleyhinə müəssisələrdə əmək pensiyası hüququ verən sığorta stajı (iş müddəti) - ikiqat ölçüdə hesablanır. Beləliklə də Qanunun 24-cü maddəsi “tauna qarşı idarələrdə məşğul olan işçilər”dən tələb edilən təqvim hesabı ilə azı 12 il 6 ay sığorta stajını yarıya endirir. Yəni həmin işçilər təqvim hesabı ilə azı 6 il 3 ay cüzam və taun əleyhinə müəssisələrdə çalışarlarsa, həmin işçilərin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən stajı da ikiqat ölçüdə hesablanacaqdır və ümumilikdə 12 il 6 aydan yuxarı staj kimi nəzərə alınacaqdır. Nəticədə ərizəçi İddiaçı təqvim hesabı ilə 6 il 3 ay 29 gün xüsusi sosial sığorta stajı var və bu stajın ikiqat ölçüdə hesablanması zamanı güzəştli işlərdə xüsusi sosial sığorta stajı 12 il 6 aydan çoxdur. Fərz etsək ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi mövcud deyil, bu halda onsuz da Qanunun 9.1ci maddəsinə və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə AR NK-nin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən cüzam və taun əleyhinə müəssisələrdə işləyən şəxslərdən 12 il 6 ay xüsusi sosial stajı tələb olunurdu. Yəni cavabdehin mövqeyindən yanaşılsa, belə çıxır ki, Qanunun 24-cü maddəsi nəzərə alınmalı deyil. La kin faktiki olaraq “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay kimi hesablanmasını nəzərdə tutur. Əks halda 24-cü maddə həmin kateqoriyadan olan (cüzam və taun əleyhinə müəssisələrində işləmə müddətləri, şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri və s.) əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı. Bunun əksi düşünülsə belə çıxır ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə AR NK-nin xx.xx.2007-c i il tarixli 12 nömrəli Qərarı təkrarlıq yaradan maddələrdən və eyni məzmunlu maddələrin iki fərqli normativ hüquqi aktda nəzərdə tutulması hüquqi taftalogiyadır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq hazırkı inzibati icraat üzrə İddiaçı 6 il 03 ay 29 gün güzəştli iş stajı 12 il 6 ay qəbul edilməlidir. Bu baxımdan da iddiaçıya pensiya təyinatı həmin qaydada həyata keçirməsində heç bir qanun pozuntusuna yol verilməmişdir.

15. Cavabdeh iddiaya dair yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixində 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən iddiaçının pensiya işinə dair sənədlər araşdırılmışdır. Nəticədə iddiaçının 5 sentyabr 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1983-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X4 Əleyhinə şöbəsində zooloq işlədiyi dövr iki qat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq həm ümumi, həm güzəştli iş stajına iki qat ölçüdə daxil edildiyi aşkar olunmuşdur. Belə ki, İddiaçı barəsində Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(112)-1576/2021 və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)920/2022 nömrəli qərarlarında inzibati icraat aparılmasa da, məhkəmə iddiaçının X5 şöbəsində zooloq işlədiyi dövrü iki qat ö lçüdə götürülməsinə münasibət bildirmişdir. Həmin qərarda, sığorta stajı dedikdə əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərdə tutulur və iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24.0.3-cü maddəsində güzəştli iş stajının deyil, məhz ümumi iş stajının (sığorta stajının), ikiqat ölçüdə hesablanması nəzərdə tutulur. Yəni iddiaçının xx.xx.1983cü il tarixindən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X4 Əleyhinə şöbəsində işlədiyi müddət iddaçının ümumi iş stajına (sığorta stajına) hesablanarkən iki qat olaraq nəzərə alınmalıdır, güzəştli iş stajına deyil. Beləliklə, məhkəmə iş üzrə müəyyən etdiyi faktiki hallara yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymət verərək, belə nəticəyə gəlir ki, qanunvericilikdə cüza m və taun əleyhinə müəssisələrdə iş müddətinin yalnız əmək pensiyası hüququ verən sığorta stajına (əmək fəaliyyəti dövrlərinin ümumi müddətinə) güzəştli şərtlərlə daxil edildiyindən, iddiaçının güzəştli iş stajının təqvim üzrə 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün olması işin məhkəmə araşdırılması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkət edilmədiyinə görə iddia tələbi təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəz ərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 16 iyun 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Lakin iddiaçı qəbul mərkəzinə gəlməmişdir. Göründüyü kimi tərəflərindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş, xx.xx.2023-cü il tarixdə “Qərarın ləğv edilməsi” və xx.xx.2023-cü il tarixdə “əmək pensiyasının dayandırılması” haqqında qərar qəbul edilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli, 2-1(112)-14030/2023 nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilərək, cavabdehin “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” xx.xx.2023-cü il ta rixli qərarı ləğv edilmiş, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay kimi hesablanmasını nəzərdə tutur. Əks halda 24-cü maddə həmin kateqoriyadan əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı. Bundan başqa cavabdehin iddiaçının iş müddətini hesablayarkən təqvim illəri ifadəsinə istinad etməsi ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Qanunda ümumiyyətlə cüzam və taun əleyhinə mü əssisələrdə çalışan işçilərə münasibətdə xüsusi sosial sığorta stajının hesablanması üçün “təqvim illəri üzrə” ifadəsindən istifadə edilməmişdir. “Təqvim” ifadəsi yalnız “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsində qeyd olunmuşdur və həmin qanunun digər hər hansı maddəsində təqvim ifadəsindən istifadə edilmir.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 aprel 2024-cü il tarixli, 21(103)-1386/2024 nömrəli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, P.Hüseynov və C.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci və “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətini iddia dair verilmiş etiraza uyğun əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1, 24.0.3-cü maddələrinin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəl illəri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

24. Sığorta stajının hesablanmasında güzəştlər 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir:... 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə;... 25. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

68. İş stajının hesablanmasında güzəştlər... cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti—ikiqat ölçüdə;

26. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki h alları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şi kayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

27. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikay ət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı in stansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin a raşdırmaları yetərli hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğvinə və iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsinə yönəlmişdir.

34. İşdən görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş pensiya ödənişlərini xx.xx.2020ci il tarixdən dayandırmış, iddiaçı bu barədə məhkəmədə iddia qaldırmış və onun iddiası təmin edilərək “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********4 saylı qərar ləğv edilmiş, iddiaçının xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməs i qərara alınmışdır.

35. Lakin cavabdeh iddiaçıya təyin edilmiş pensiya ödənişlərini bərpa etməyərək öz mülahizəsinə uyğun olaraq araşdırma aparmış və təyin edilmiş pensiyanın ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli yeni qərar qəbul etmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçıya pensiya təyinatı zamanı onun xüsusi (güzəştli) stajı düzgün hesablanmamışdır. Belə ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X3 Əleyhinə Şöbəsində zooloq işlədiyi dövr iki qat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməli olduğu halda, qanunvericiliyin tələblərinə zidd olaraq həm ümumi, həm də güzəştli iş stajına iki qat ölçüdə daxil edilmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin həmin mövqeyini əsaslı hesab etmir. Belə ki, iddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması qeyd edilmişdir (hazırkı qərarın 24-25-ci bəndləri).

37. Göründüyü kimi, qanunun göstərilən normalarında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Digər tərəfdən şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır.

38. Məhkəmə kollegiyası həmçinin apellyasiya məhkəməsinin mövqeyi ilə ra zılaşır ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay kimi hesablanmasını nəzərdə tutur. Əks halda 24-cü maddə həmin kateqoriyadan əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı.

39. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır.

40. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalı, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 4

1. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 aprel 2024-cü il tarixli, 21(103)-1386/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar