Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2165/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilib imzalanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan R espublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə pensiyanın “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-962/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə xx.xx.2010-cu il tarixdən təyin edilmiş əmək pensiyasının məbl əğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hesablanmaqla orta aylıq əmək haqqının 87 faizi məbləğində müəyyən olunması və bu pensiya məbləğinin 2010-cu ilin yanvar ayından ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)1735/2020 nömrəli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia rədd edilmişdir.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı pensiya hüququnu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olduğu zaman qazandığına görə onun pensiyasının məbləği əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən dey il, pensiya təyin edilən zaman qüvvədə olan qanunvericiliyə əsasən təyin edilməli olduğundan iddia əsassızdır.
4. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-962/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və Ü.A.Mayılov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-1735/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquq i mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
8. İddiaçının kassasiya şikayətini nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən imzalanmamış və tərtib olunmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.
9. Bununla əlaqədar iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması xx xxxxxx 2020-ci il tarixinə təyin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
10. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili çıxış edərək kassasiya şikayəti vəkil tərəf indən tərtib olunmadığından kassasiyanın mümkün sayılmamasını xahiş etdi.
11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ:
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və ə lavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul e dilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
14. İddiaçının şikayəti vəkil tərəfindən tərtib olunmadığından, eləcə də şikayətə vəkilin orderi əlavə edilmədiyindən onun dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması məhkəmə iclasına təyin edilmiş, bu barədə ona müvafiq məhkəmə bildirişi göndərilməklə yuxarıda qeyd olunan çatışmamazlığın aradan qaldırılması, vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayəti təqdim edilməsi təklif olunsa da, həmin çatışmazlıqlar aradan qaldır ılmamışdır.
15. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-962/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.