Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2165/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dövlət büdcəsi hesabına vəkillə təmin edilmə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxs X2 iştirakı ilə) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2398/2021 nömrəli iş üzrə 06.09.2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkilin təyin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2398/2021 nömrəli iş üzrə 20.09.2021-ci il tarixli qərardadından və bununla əlaqədar 06.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə 03 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxs X2 iştirakı ilə) maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İn zibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Birinci instansiya məhkəməsinin 25.06.2021-ci il tarixli, 2-1(112)4840/2021 nömrəli (sədrlik edən hakim Araz Hüseynov) qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (X1 üçüncü şəxs olduğu) maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiasının geri götürülmüş hesab edilməsi və bu əsasla da iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, İPM-in 55.3, 55.5-ci maddələrinə istinad edərək, iddiaçının təyin edilmiş məhkəmə iclaslarında iştirak etməməklə məhkə mə icraatından yayınması səbəbi ilə iddia geri götürülmüş hesab edilməli və iş üzrə icraata xitam verilməlidir.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 25.06.2021-ci il tarixli, 2-1(112)-4840/2021 nömrəli qərardadının ləğv edilməsini, iddianın baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 06.09.2021-ci il tarixli, 2-1(103)-2398/2021 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 25.06.2021-ci il tarixli, 2-1(112)-4840/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarına əsaslanaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir.
7. Apellyasiya instansiyası məhkəməsinin 20.09.2021-ci il tarixli, 21(103)-2398/2021 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Qədim Babayev) qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2398/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barə də İddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-in 1.2-ci maddəsinə, MPM-in 67, 121.2-ci maddələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə istinad edərək, belə hesab etmişdir ki, həmin sənədlər kserosurət olmaqla hər hansı bir sübut əhəmiyyəti daşımır və iddiaçının dövlət hesabına vəkillə təmin olunması üçün heç bir əsas vermir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etsə də, apellyasiya instansiyası məhkəmə si vəsatəti rədd etmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuzdur.
10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2-1(103)-2398/2021 nömrəli qərardadlarının ləğv edilməsini, vəkillə təmin edilməsi barədə vəsatətinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
12. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 11 oktyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
13. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır.
16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsassızdır.
18. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iddiaçının kassasiya şikayətində onun öz h esabına vəkil tutmamasının səbəbi onun maddi imkanının yaxşı olmaması, onun aztəminatlı şəxs olmasını izah etmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının Azərbaycan Respublikası dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizəsini təmin etməmişdir.
19. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.
21. Həmin Məcəllənin 121.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərilir.
22. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, məhkəmə vəkilin şəxsə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərməsi barədə qərarı yalnız o halda qəbul edə bilər ki, h əmin şəxsin maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmasın.
23. Apellyasiya məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, “...proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün həmin şəxslər vəkilin xidmətlərini ödəməyə kifayət qədər vəsaitlərinin olmadığı barədə sübutlar təqdim etməlidirlər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının dövlət hesabına vəkillə təmin olunması üçün onun tərəfindən maddi imkanının olmadığını təsdiq edən əsaslandırılmış sübutların məhkəməyə təqdim edilməməsi, iddiaçının vəkillə müqavilə bağlamağa imkanının olmaması qənaətinə gəlməyə əsas vermir. Ərizəyə əlavə edilmiş sənədlərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlər kserosurət olmaqla hər hansı bir sübut əhəmiyyəti daşım ır və iddiaçının dövlət hesabına vəkillə təmin olunması üçün heç bir əsas vermir.”
24. Həmçinin iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 06.09.2021-ci il tarixli, 2-1(103)-2398/2021 nömrəli qərardadından da kassasiya şikayəti vermişdir. Nəzərə alsaq ki, iddiaçının dövlət hesabına vəkillə təmin etmə ərizəsi rədd edildiyindən və bunun nəticəsində kassasiya şikayəti vəkil tərəfindən imzalanmadıqdan və müvafiq olaraq şikayətə vəkilin orderi əlavə edilmədiyindən mümkün sayılmamalıdır.
25. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 20.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.09.2021-ci il tarixli, 2-1(103)-2398/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.09.2021ci il tarixli, 2-1(103)-2398/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmasın. Qərar qətidir.