Məhkəmə qərarları › İş №2-1(102)-2165/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2165/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2165/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1in 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müavinətin dayandırıldığı tarixdən hesablanmaqla ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1in 1 saylı regional ərazi f ilialına qarşı “cavabdehin imtinasının əsassız hesab olunması və ona müharibə veteranı kimi ödənilən müavinətin dayandırıldığı xx.xx.2010-cu il tarixindən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş maddi və mənəvi ziyana görə 7000 manat, hüquqi xidmət göstərdiyinə görə vəkilə ödədiyi 200 manat, cəmi 7200 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)186/2022 nömrəli iş üzrə 8 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.1999-cu il tarixdə 028224 nömrəli "müharibə veteranı” vəsiqəsi verilmiş və bu qeydiyyat Xətai rayon hərbi komissarının imzası və möhürü ilə təsdiq edilmişdir. Sonradan iddiaçı ona verilmiş vəsiqəni itirdiyindən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteran vəsiqəsinin dublikatının verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1696/2020 nömrəli qərarı ilə iddia təmin edilərək müharibə veteran vəsiqəsinin dublikatının verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

2. İddiaçıya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, M/V 01152 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X1 1 saylı regional ərazi filialının "Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı üzrə” xx.xx.2021-ci il tarixli, 666 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2019-cu il tarixindən müddətsiz 80 manat məbləğində "Prezident təqaüdü” təyin edilmişdir.

4. İddiaçı xx.xx.2021-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək, ona müharibə veteranı kimi ödənilən müavinətin dayandırıİdığı xx.xx.2010-cu il tarixindən etibarən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı verərək, iddiaçının 2016-cı ildən pensiya hüququ yarandığı üçün 2018-ci il 09 fevral tarixindən 31 mart 2019-cu il tarixədək müavinətin ödənilməsinin mümkün olmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instan siya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin 06 aprel 2021-ci il tarixli **********3 saylı məktubunun əsassız hesab olunması və müharibə veteranı kimi ödənilən müavinətin dayandırıldığı xx.xx.2010-cu il tarixindən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş maddi və mənəvi ziyana görə 7 000 manat məbləğində təzminatın və hüquqi xidmət göstərdiyinə görə vəkilə ödədiyi 200 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona Xətai rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırı ş üzrə Dövlət Xidməti tərəfindən 12 fevral 1999-cu il tarixində 028224 saylı veteran vəsiqəsi verilmişdir. Həmin vəsiqəyə əsasən ƏƏSMN tərəfindən ona 2009-cu ildə müharibə veteranlarına verilən müavinət təyin edilmiş və 2009-cu ilin sonuna qədər həmin müavinəti almışdır. Ona məlum olmayan səbəblərdən 2010-cu ilin yanvar ayından müavinətin ödənilməsi dayandırılmışdır. Veteran vəsiqəsini itirdiyinə görə veteran vəsiqəsinin dublikatının verilməsi üçün məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1 (112)-1696/2020 nömrəli qərardadına əsasən ona 09 fevral 2021 -ci il tarixində 01152 saylı dublikat veteran vəsiqəsi verilmişdir. 16 mart 2021-ci il tarixində ona müharibə veteranı kimi ödənilən müavinətin dayandırıldığı gündən bərpa edilərək ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 06 aprel 2021-ci il tarixli **********3 saylı məktubu ilə ona imtina cavabı vermişdir. Cavabdehin məktubundan da göründüyü kimi cavabdeh müharibə veteranı kimi ona ödənilən və xx.xx.2010-cu il tarixindən dayandırılmış müavinətinin yalnız xx.xx.2019cu il tarixindən ödənilməsi barədə qərar qəbul etmişlər. Hesab edir ki, hətta o, müavinət almaq üçün ilk dəfə müraciət etmiş olsaydı belə, cavabdeh "Müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən müraciətindən əvvəlki 3 ili hesablayıb ödəməli idi. İnzibati orqan 01 aprel 2019-cu il tarixindən cəmi 2 il qabaq hüququnun yaranmasını müəyyən etmiş, halbuki, onun hüququ ilkin veteran vəsiqəsi təqdim edilən 12 fevral 1999-cu il tarixindən yaranmışdır və o, 2009-cu ilin axırına kimi müharibə veteran ki mi müavinəti almışdır. Hesab edir ki, ona ödənilən müavinət xx.xx.2010-cu il tarixindən inzibati orqan tərəfindən qanunsuz və əsasız olaraq dayandırılmışdır. Ona müharibə veteranı kimi ödənilən müavinət dayandırıldığı gündən bərpa edilərək ödənilməli, eyni zamanda maddi və mənəvi ziyana görə 7000 manat və vəkil xərcinə görə 200 manat ödənilməlidir.

7. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçıya veteran vəsiqəsi 2021-ci ilin mart ayının 16-da verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin 1 saylı regional ərazi filialı ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən Prezidentin "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün ona müavinət deyil, xx.xx.2021 -ci il tarixindən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət deyil, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, "Sosial müavinətlər haqqında” Qanunun 9.1 -ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanu nun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də, “Sosial müavinətlər haqqında” Qanuna əsasən "Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin "müraciətdən əvvəlki ən çoxu 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın ƏƏSMN tabeliyində DSMF-nin Sosial ödənişlərin təyi natı üzrə mərkəzi filialına müraciət etdiyi tarixdə (xx.xx.2020) Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan əvvəlki dövrü tələb etmək hüququ yoxdur. Digər tərəfdən, "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. "Veteranlar haqqında” Qanunun 7-ci maddəsində qeyd olunur ki, veteranlar üçü n nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Hesab edir ki, iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsi qanuni deyildir. Bu qəbildən olan işlərə baxılarkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalaşdırmaq funksiyasını nəzərə alaraq onun qərarlarında qeyd etdiyi hüquqi mövqe də xüsusilə nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, "01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır”.

8. Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2-1(118)-1528/2021 nömrəli (hakim C.Məmmədov) qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 1 saylı regional ərazi filialına qarşı maddi və mənəvi ziyana görə 7000 manat məbləğində təzminatın və hüquqi xidmət göstərdiyinə görə vəkilə ödədiyi 200 manat və cəmi 7200 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi hissəsində iddia mümkün sayılmamışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2-1( 118)-1528/2021 nömrəli (hakim C.Məmmədov) qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya xx.xx.2010ci il tarixdən xx.xx.2015-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya təyin edilmiş sosial müavinətin xx.xx.2010-cu ildən DSMF tərəfindən dayandırılması əsassız olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçıya verilmiş müharibə veteranı vəsiqəsinin itirilməsi onu müharibə veteranı statusundan məhrum etmir və həmin vəsiqənin itirilməsi hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Cavabdeh təşkilat iddiaçıya təyin edilmiş sosial müavinətin dayandırılmasında haqlı olmamışdır. Cavabdeh təşkilatın sosial müavinətin 3 illik məh dudlaşdırma ilə bağlı gətirdiyi arqumentlə də məhkəmə razılaşmamış və hesab etmişdir ki, qeyd olunan məhdudlaşdırma müraciət edən şəxsin təqsiri ilə sosial müavinətin alınması ilə bağlı olan hallarda tətbiq edilməlidir. Göründüyü kimi iddiaçıya sosial müavinətin dayandırılmasının təşəbbüskarı DSMF olmuş və inzibati orqan olaraq müvafiq inzibati araşdırma aparmaq əvəzinə iddiaçıya müharibə veteranı vəsiqəsinin itirilməsi səbəbindən sosial müavinət ödənişinin həyata keçirilməsi dayandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya ödənilməli olan sosial müavinət xx.xx.2010-cu ildən ödənilməlidir. Eyni zamanda məhkəmə nəzərə almışdır ki, iddiaçıya xx.xx.2015-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu isə həmin tarixdən etibarən təyin olunmuş sosial müavinətin dayandırılmasına səbəb olur. Bu baxımdan, məhkəmə sosial müavinətin xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilə kimi hesablanaraq ödənilməsinə dair hissədə iddianı qismən təmin etmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın apellyasiya şikayəti həddində dəyişdirilməsi, yəni xx.xx.2015-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək əmək pensiyasının üzərinə hesablanıb ödənilməli olan müharibə iştirakçılarına verilən əlavənin hesablanıb birdəfəlik ödənilməsinin və ona hüquqi yardım göstərdiyinə görə vəkilə ödədiyi 200 manat məbləğində pulun alınaraq ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi v ə iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2-1(105)-186/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(118)1528/2021 nömrəli qərardadı qismən-vəkilə ödənilən 200 manat məbləğində pulun cavabdehdən tutulmasına dair iddianın mümkün sayılmaması hissəsində ləğv edilmiş və həmin tələbə mahiyyəti üzrə baxılması qərara alınmış, vurulmuş maddi və mənəvi ziyana görə 7000 manat məbləğində pulun ödənilməsinə dair iddianın mümkün sayılmaması hissəsində Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2-1(118)-1528/2 021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2-1(105)-186/2022 nömrəli (hakimlər H.Ç.Babayeva/sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2-1(118)-1528/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddiaçının cavabdehə “cavabdehin imtinasının əsassız hesab olunması və ona müharibə veteranı kimi ödənilən müavinətin dayandırıldığı xx.xx.2010-cu il tarixindən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi, hüquqi xidmət göstərdiyinə görə vəkilə ödədiyi 200 manat pulun cavabdehdən alınaraq ona ödənilmə si” tələbinə dair iddiası rədd edilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yaranmış mübahisə ilə bağlı apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçı 2010-cu il tarixədək müharibə veteranı olaraq müavinət aldığını, daha sonra vəsiqəsini itirdiyindən 2010-cu ilin yanvar ayından müavinətin ödənilməsinin dayandırıldığını bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən xüsusat araşdırılmamışdır. Belə ki, bununla bağlı məhkəmə kollegiyası tərəfindən cavabdehə sorğu edilsə də, 2009-cu il tarixədək iddiaçıya müharibə veteranı olaraq müavinətin ödənilməsinə dair sənədlər toplusu aşkar edilməmiş və bu səbəbdən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Başqa sözlə iddiaçının həqiq ətən də, özünün bildirdiyi kimi 2010-cu il tarixədək müharibə veteranı olaraq müavinət alması iş materialları ilə təsdiq edilmir. Lakin hər bir halda iddiaçının 12 fevral 1999-cu il tarixdən "müharibə veteranı” statusunu qazanması, vəsiqəni itirdiyindən sonra təkrarən iddiaçıya xx.xx.2021-ci il tarixdə müharibə veteranı vəsiqəsinin verilməsi işin mübahisə edilməyən halıdır. Digər tərəfdən cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavabında qeyd edilən xüsusatı (2010-cu il tarixədək iddiaçıya müharibə veteranı olaraq müavinət ödənilmədiyini) mübahisələndirməmişdir. İddiaçıya həqiqətən də, 2010-cu il tarixədək müharibə veteranı olaraq müavinət ödənilməsi və 2010-cu ilin yanvar ayından dayandırılması şərti olaraq qəbul edilmiş olsa belə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir k i, iddiaçı tərəfindən həmin vaxtdan müavinətin dayandırılması ilə bağlı cavabdehin hərəkəti mübahisələndirilməmiş, iddiaçı bu hal ilə razılaşmış, yalnız xx.xx.2021-ci il tarixdə müharibə veteranı vəsiqəsi aldıqdan sonra hazırkı tələblə inzibati orqana müraciət etmişdir. Hazırkı halda da, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının sosial müavinət almaq hüququ 2009-cu il tarixdən deyil, onun cavabdehə müraciət etdiyi 16 mart 2021-ci il tarixdən azı üç il əvvəl yarana bilərdi. Lakin, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası tə yin edilmişdir. Hazırkı halda, iddiaçının cavabdehə müraciət etdiyi 16 mart 2021-ci il tarixdən azı üç il əvvəl, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, (yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına qədər) sosial müavinət almaq hüququ yaransa da, həmin dövrdə iddiaçı yaşa görə əmək pensiyası aldığından "Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə əsasən ona müavinət təyin edilməsi mümkün deyildir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarını araşdırmayaraq 01 yanvar 2010-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək olan hissədə iddianı qismən təmin edərkən haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Prezid ent təqaüdü təyin edilən günə kimi pensiyanın sığorta hissəsinin üzərinə əlavə olaraq hesablanıb hər ay ödənilməli olan 11 manat məbləğinin hesablanıb ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, işdən göründüyü kimi, hazırkı mübahisənin predmeti və iddiaçının cavabdeh inzibati orqana etdiyi müraciət əmək pensiyasının yenidən hesablanması barədə deyil, xx.xx.2010-cu il tarixindən xx.xx.2019-cu il tarixədək ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi barədədir.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Müharibə veteranlarına ödənilən sos ial müavinət və xx.xx.2019-cu ildən ödənilən təqaüd, habelə pensiyalar eyni inzibati orqan tərəfindən ödənildiyi üçün onların bazasında əks olunur və onların hansı vaxta kimi ödənilməməsinə nəzarət həmin orqanın səlahiyyətinə aiddir.

18. İddiaçı pensiya aldığı müddətdə 11 manat məbləğində əlavə hesablanıb ödənilməmişdir.

19. İddiaçının 1999-cu ildən müharibə veteranı olması və vəsiqənin itirildiyi üçün təkrar vəsiqənin verilməsi mübahisə edilməyən haldır.

20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bank kartının iddiaçıya kim tərəfindən və nə əsasa verilməsi, həmin karta vəsait köçürülüb-köçürülməməsi barədə sorğu verilməklə araşdırılmamışdır.

21. İddiaçının müharibə veteranı kimi sosial kartına həqiqətən də vəsaitin köçürülməsi və sonradan dayandırıldığı barədə "xxxx" ASC-dən arayış almışdır. 22. “Sosial müavinətlər haqqında” Qanunun 10.1.5-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilməmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2020ci il tarixli Qərarında 2019-cu ildə müharibə veteranı vəsiqəsi aldığına və qanuna müvafiq vəsiqə aldığı vaxtdan müavinət almaq hüququ olan şəxslərə aid olması əks olunmuşdur. İddiaçı isə bu hüququ 1999-cu ildə qazanmışdır.

24. İddiaçı veteran vəsiqəsini 1999-cu ildə almış və sonradan vəsiqəni itirdiyinə görə 16 mart 2019-cu ildə təkrar vəsiqə almışdır.

25. Apellyasiya instansiyası məhkəməsi cavabdehin qəsdən buraxdığı səhvini düzəltməsi üçün təkrar müraciətini ilkin müraciət kimi qəbul edərək maddi hüquq normalarını düzgün tətbiq etməmiş və qanunsuz qərar qəbul etmişdir. b. Kasasiya şikayətinə qar şı etirazın dəlilləri

26. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. "Sosial müavinətlər haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə

3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə

7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; Maddə

9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qa nunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; 28. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

19. Əmək pensiyasının sığorta hissəsinə əlavələr (01 aprel 2019-cu il tarixinədək qüvvədə olmuş) 19.1. Əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.6. döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində;

29. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarın ın tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bi lər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgü n tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən 2010-cu il tarixdən müavinətin dayandırılması ilə bağlı cavabdehin hərəkəti mübahisələndirilməmiş, iddiaçı bu hal ilə razılaşmış, yalnız xx.xx.2021-ci il tarixdə müharibə veteranı vəsiqəsi aldıqdan sonra hazırkı tələblə inzibati orqana müraciət etdiyindən iddiaçının sosial müavinət almaq hüququ 2009-cu il tarixdən deyil, onun cavabdehə müraciət etdiyi 16 mart 2021-ci il tarixdən azı üç il əvvəl yarana bilərdi.

34. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edildiyindən iddiaçıya müavinət təyin edilə bilməz. 35. 11 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavənin hesablanması ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, göstərilən tələb əmək pensiyasının yenidən hesablanmasına aid olmaqla hazırki mübahisənin predmeti deyildir. Çünki iddiaçı tərəfindən hazırda əmək pensiyasının yenidən hesablanması deyil, ödənilməmiş müavinətin ödənilməsi mübahisələndirilmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmiş, məhkəmə istinad etdiyi sübut ları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli 21(105)-186/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar