Məhkəmə qərarları › İş №2-1(102)-2165/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2165/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2165/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: prosessual müddətin bərpasından imtina; icraatın iştirakçısı olmayan şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəx sin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: "xxxx" Firması və "xxxx" Firması) qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3548/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarından maraqlarına toxunulan şəxs X1 və üçüncü şəxs "xxxx" Firması tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 saylı qərardadının qərar hissəsinin 1-ci bəndinin icra olunaraq, ünvan 1 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixl i, 2(008)838/2019 saylı qərardadının qərar hissəsinin 1-ci bəndinin icra olunaraq, qeyd olunan qərardada əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli bölgü sxeminə uyğun ünvan 2 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən əmlak kompleksi kimi xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3812/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia rədd edilmişdir.

4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəb ul edilməsini xahiş edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3548/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-838/2019 saylı qərardadının qərar hissəsinin 1-ci bəndinin icra olunaraq, qeyd olunan qərardada əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli bölgü sxeminə uyğun ünvan 2 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* sa ylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən əmlak kompleksi kimi xüsusi mülkiyyətdə olan 2.1144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69- 12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. Üçüncü şəxs "xxxx" Firması həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda ü çüncü şəxs müddətin bərpası barədə ərizə də təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3548/2023 nömrəli Qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” barədə iddia tələbi təmin edilmişdir. Qeyd olunan məlikəmə baxışı zamanı məhkəmə işindən məlumatı olmamış, hər hansı məhkəmə bildirişi və ya qərarı çatdırılmamış, məhkəmədə iştirakı təmin olunmamışdır. İddiaçı torpaq sahəsinə gələrək bu sahənin artıq onun mülkiyyətində olmasını bildirmiş və bundan sonra müvafiq məhkəmə qərarından məlumat almışıq. Bildiririk ki, qeyd olunan məhkəmə qərarı il ə RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarış əsasında həmin tarixdə mülkiyyətimizdə olan torpaq sahəsinin) bir hissəsi üzərində üçüncü şəxs İddiaçı mülkiyyət hüququ tanınmışdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq cəlb olunmadığınız məhkəmə mübahisəsi üçün vacib əhəmiyyət daşıyan məsələlər şikayətdə göstərilmişdir. Odur ki, yuxarıda göstərilən halları üzrlü hesab edilərək təqdim olunmuş kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.

7. Maraqlarına toxunulan şəxs X2 həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda müddətin bərpasına dair ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3548/2023 nömrəli Qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” barədə iddia tələbi təmin edilmişdir. Qeyd olunan məhkəmə baxışı zamanı məhkəmə işindən məlumatımız olmamış, hər hansı məhkəmə bildirişi və ya qərarı bizə çatdırılmamış, məhkəmədə iştirakımız təmin olunmamışdır. İddiaçı torpaq sahəsinə gələrək bu sahənin artıq onun mülkiyyətində olmasını bildirmiş və bundan sonra müvafiq məhkəmə qərarından məlumat almışıq. Bildirir ki, məhkəmə işində baxılan torpaq sahəsi bu qərar qəbul edilməzdən əvvəl mülkiyyətimizə verilmiş, icraata cəlb olunmadığımızdan hüquqlarımızın qorunması mümkün olmamışdır. Odur k i, yuxarıda göstərilən halların üzrlü hesab edilərək təqdim olunmuş kassasiya şikayətinin icraata qəbul etməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə

27. Proses iştir akçıları 27.1. İnzibati məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar. 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. 27.3. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. Maddə

90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ

9. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs "xxxx" Firmasının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. 10.

14. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

11. Hazırkı işin materiallarına əsasən müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxs "xxxx" Firması “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet” vasitəsi ilə xx.xx.2024-cü il tarixdə xəbərdar olmuşdur. Lakin, kassasiya şikayəti xx.xx.2024cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.

12. Üçüncü şəxs "xxxx" Firması və onun vəkili prosessual müddətin bərpasına dair ərizə verərək, göstərilən halların üzrlü hesab edilərək tərəflərindən təqdim olunmuş kassasiya şikayətini icraata qəbul edilməsini xahiş etmişdirlər. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.

13. Məhkəmə kollegiyası üçüncü şəxs "xxxx" Firmasının dəlilini əsassız hesab edir. Belə ki, üçüncü şəxs ərizəsində istinad edilən halı, yəni apellyasiya məhkəməsinin qərarından xəbərdar olmamasını qeyd etsə də, lakin xx.xx.2024-cü il tarixdə artıq elektron kabineti mövcud olmuş və həmin qərardan məlumatlı olmuşdur.

14. Hazırkı iş üzrə üçüncü şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surə tdə kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

15. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə almaq lazımdır ki, müddətin ötürülməsi şəxsin təqsirli davranışına bağlı olmadığı, müddətin buraxılması səbəbinin aradan qaldırılması şəxsin iradəsi xaricində olduğu hallarda üzrlü sayıla bilər.

16. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti üçüncü şəxs "xxxx" Firması tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

17. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, maraqlarına toxunulan şəxs X1 da verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

18. İPM-in 27.2-ci maddəsinə görə, tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar.

19. İPM-in 90.2-ci maddəsinin tələbindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları şikayət vermək hüququna malikdirlər.

20. Hazırkı işdə inzibati məhkəmə icraatının iştirakçıları (tərəfləri) qismində İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, üçüncü şəxslər "xxxx" Firması və "xxxx" firmaları çıxış edirlər.

21. Kassasiya şikayəti isə iş üzrə tərəf və ya icraata cəlb edilmiş üçüncü şəxs olmayan fiziki şəxs X1 adından onun vəkili və notariat qaydasında təsdiq edilmiş etibarnamə üzrə nümayəndəsi Vəkil1 tərəfindən verilib.

22. Beləliklə, kassasiya şikayəti icraatın iştirakçısı (iş üzrə tərəf və ya üçüncü şəxs) olmayan şəxs tərəfindən verildiyindən, həmin şikayət İPM-in 90.2-ci maddəsinin dispozisiya şərtlərini ödəmir.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs "xxxx" Firması tərəfindən verilmiş müddətin bərpası barədə ərizə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(103)-3548/2023 nömrəli qərarından üçüncü şəxs "xxxx" Firması tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(103)-3548/2023 nömrəli qərarından X2 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar