Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2165/2025 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan̈Respublikası̈adından Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyasının cavabdeḧAzərbaycan̈Respublikasının̈IqtisadiyyaẗNazirliyïyanındäDövlət VergïXidmətï*̈saylı̈ƏrazïVergilər̈Baş̈Idarəsinə̈qarşı̈iş̈üzrə Q̈Ə̈R̈ÄR̈İ (Açar sözlər :Vergi Məcəlləsinin 55.1.5-ci maddəsi; maliyyə sanksiyası; artıq hesablama; artıq ödəmə) Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN̈HALLARI 1.
2. Cavabdehin ##.##.2022-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində 2018-ci il üzrə 2.629,16 manat artıq hesablanma, 2019-cu il üzrə 4.855,85 manat azalma olmaqla, 2018-2019-cu illər üzrə 2.226,69 manat əlavə mənfəət vergisi və 4.855,85 manat məbləğə münasibətdə VM-in 58.1-ci maddəsinə əsasən 50 faizi həcmində - 2.427,9 manat maliyyə sanksiyası, 2018-2021-ci illər üzrə əlavə dəyər vergisinə münasibətdə 31.649,54 manat azalma və 36.952,49 manat artıq hesablama olmaqla, 31.649,54 manat azalmaya münasibətdə VM-in 58.1-ci maddəsinə əsasən 50 faizi həcmində - 15.824,78 manat məbləğində maliyyə sanksiyası, 2018-ci il üzrə 6.489,91 manat, 2019-cu il üzrə 408,34 manat, 2020-ci il üzrə 1.381,11 manat, 2021-ci il üzrə 1.426,05 manat olmaqla, ümumilikdə 9.705,41 manat ödəmə mənbəyində vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50 faizi həcmində, 4.852,72 manat maliyyə sanksiyası, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80,00 manat maliyyə sanksiyası, VM-in 58.7-1-ci maddəsinə əsasən 28.350 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
IŞ̈ÜZRƏ̈QƏBUL̈EDILMIŞ̈MƏHKƏMƏ̈AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2022-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması zamanı iddiaçının gəlirləri və xərcləri düzgün müəyyən edilməmiş, nəticədə əsassız olaraq əlavə vergilər hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir.
5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, səyyar vergi yoxlaması zamanı iddiaçının gəlirlərinin düzgün bəyan edilmədiyi, habelə bəzi xərclərin öz təsdiqini tapmadığı müəyyən edilmiş, nəticədə mənfəət vergisi üzrə əlavə vergilər hesablanmışdır. Bundan əlavə, ƏDV üzrə iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş illər üzrə malların hərəkəti, həmçinin, topdan və pərakəndə satışın tərkibi barədə məlumatlar yoxlama zamanı araşdırılarkən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən müxtəlif mallar maya dəyərindən aşağı qiymətlə rəsmiləşdirilərək, büdcəyə hesablanmalı vergilər azaldılmışdır. Əlavə olaraq, iddiaçı tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən müəssisəyə daşımaya görə ödənilmiş 108.165,22 manat məbləğə münasibətdə Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində 6% vergi tutulmadığı, nəticədə 6.489,91 manat verginin azaldıldığı müəyyən edilmişdir. Həmçinin, yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisənin təsisçisi X1 tərəfindən müəssisəyə 2019- 2021-ci illər ərzində borc verilmiş, ##.##.2022-ci il tarixə cəmiyyətin təsisçiyə borcu 203.984,84 manat təşkil etmişdir. Lakin cəmiyyət tərəfindən borca görə faiz gəlirləri ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Odur ki, Mərkəzi Bankın kredit hərraclarında müvafiq dövrlər üzrə təsbit edilmiş faiz dərəcələrini nəzərə almaqla, 2019cu il üzrə 408,34 manat, 2020-ci ildə 1.381,11 manat, 2021-ci ildə 1.426,05 manat olmaqla, cəmi 3.215,51 manat ödəmə mənbəyində vergilərin azaldıldığı aşkar edilmişdir. Bundan əlavə, cəmiyyət tərəfindən təsisçi A.A.Əliyevə cəmiyyətin kassasından 2018-ci ilin mart ayında 105.000 manat, aprel ayında 120.500 manat, may ayında isə 148.000 manat olmaqla, cəmi 373.500 manat vəsait nağd şəkildə ödənilmişdir. Nəticədə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, VM-in 58.7-1.1-ci maddəsinə əsasən cəmiyyətə təqvim ili ərzində birinci belə hala görə 10%, yəni, 28.350 manat ((373.500-90.000)*10%) maliyyə sanksiyası tətbiq edilmişdir.
6. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli, ##.##.2023-cü il tarixli ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunvericiliyə uyğun şəkildə aparıldığından və vergilər düzgün hesablandığından, iddia əsasızdır. Odur ki, iddia tələbi təmin edilə bilməz.
8. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, T.B.Axundov və V.M.Hacıyev) ## #### 2025ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia qismən – cavabdehin ##.##.2022ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı - mənfəət vergisinə münasibətdə 2018-2019-cu illər üzrə 1.314,59 manat (2.427,9 - 1.113,34) maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-2021-ci illər üzrə ƏDV-yə münasibətdə 15.824,78 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2019-cu il üzrə 408,34 manat ÖMV-nin hesablanması, həmin məbləğin 50 faizi həcmində 204,17 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2020-ci il üzrə 1.381,11 manat ÖMV-nin hesablanması, həmin məbləğin 50 faizi həcmində 690,56 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2021-ci il üzrə 1.426,05 manat ÖMV-nin hesablanması, həmin məbləğin 50 faizi həcmində 713,03 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi və hüquqi mövqeyi ilə qismən razılaşaraq aşağıdakıları qeyd etmişdir:
11. Mənfəət vergisi ilə bağlı hesablamanın qanuniliyi ekspert rəyi ilə təsdiqlənsə də, tətbiq edilmiş maliyyə sanksiyası düzgün hesablanmamışdır. Belə ki, 2018-ci, 2019cu illər üzrə mənfəət vergisinin 4.855,85 manat az hesablandığı, 2018-ci il üzrə isə 2.629,16 manat artıq hesablandığı müəyyən edildiyindən artıq hesablama çıxılmaqla, 2018-2019-cu illər üzrə iddiaçı barəsində 2.226,69 manat mənfəət vergisi hesablansa da, vergi orqanı ümumilikdə azaldılmış 4.855,85 manat məbləğin 50%-i həcmində, 2.427,9 manat maliyyə sanksiyası hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 55.1-ci və 55.1.5ci maddəsində hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi təsbit edilmişdir. Lakin vergi orqanı tərəfindən 2018-ci il üzrə iddiaçı tərəfindən mənfəət vergisi üzrə 2.629,16 manat artıq hesablama müəyyən edilməsinə baxmayaraq, qeyd olunan maddənin tələbinə zidd olaraq maliyyə sanksiyasının hesablanması zamanı bu məbləğ onun ümumilikdə hesablanmış 4.855,85 manat mənfəət vergisi borcundan çıxılmamışdır. Nəzərə alınmalıdır ki, VM-in 58.1-ci maddəsində maliyyə sanksiyasının təyinatı göstərilmişdir. Həmin maddəyə əsasən, verginin (o cümlədən, ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Normanın tələbindən göründüyü kimi, maliyyə sanksiyası məhz azaldılmış vergi məbləğinin 50 faizi miqdarında tətbiq edilən bir tədbirdir ki, vergi orqanı tərəfindən əlavə vergi məbləği hesablanmadığı təqdirdə, bu tədbirin tətbiq edilməsinin də qanuni əsası yoxdur. Iddiaçı barəsində 2.226,69 manat mənfəət vergisi hesablandığından VM-in sadalanan normalarının tələbləri nəzərə alınaraq, yalnız bu məbləğin 50 faizi həcmində, 1.113,34 manat maliyyə sanksiyası hesablanmalı idi. Odur ki, cavabdehin qərarı 2018-2019-cu illər üzrə hesablanmış 1.314,59 manat (2.427,9 - 1.113,34) maliyyə sanksiyası hissəsində əsassız olduğundan həmin hissədə ləğv edilməlidir.
12. ƏDV ilə bağlı hesablamanın qanuniliyi ekspert rəyi ilə təsdiqlənsə də, yəni vergi orqanının iddiaçı barəsində ƏDV-nin 31.649,54 manat az hesablanmasına münasibətdə mövqeyi qanuni və əsaslı olsa da, tətbiq edilmiş maliyyə sanksiyası düzgün hesablanmamışdır. Belə ki, 2018-2021-ci illər üzrə iddiaçının özü tərəfindən bəyan edilmiş ƏDV üzrə artıq hesablama müəyyən edilmiş, bu səbəbdən, ƏDV üzrə əlavə vergi hesablanmamış, lakin mənfəət vergisində olduğu kimi Vergi Məcəlləsinin 55.1-ci, 55.1.5ci və 58.1-ci maddələrinin tələblərinə zidd olaraq azaldılmış 31.649,54 manat məbləğin 50 faizi həcmində, 15.824,78 manat maliyyə sanksiyası hesablanmışdır. Bu baxımdan, cavabdehin qərarı 2018-2021-ci illər üzrə ƏDV-yə münasibətdə hesablanmış 15.824,78 manat maliyyə sanksiyası hissəsində əsassız olduğundan həmin hissədə ləğv edilməlidir.
13. Vergi orqanı tərəfindən iddiaçı barəsində 2018-ci il üzrə 6.489,91 manat ÖMV hesablanmasının əsası ondan ibarətdir ki, Türkiyə Respublikasında fəaliyyət göstərən W and E FORWARD LLC müəssisəsinə daşımaya görə 108.165,22 manat ödənişlər üzrə Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində 6 faiz vergi tutulmamışdır. Nəticədə, 6.489,91 manat verginin azaldıldığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 125.1-ci və 125.1.4-cü maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: ... Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz. Iş üzrə alınmış ekspert rəyində də iddiaçı barəsində 2018-ci il üzrə 6.489,91 manat ÖMV-nin az hesablandığı qeyd edilmişdir. Iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında izahatında iddiaçı tərəfin bu hissədə hesablanmış vergi məbləği ilə razılaşdığını bildirmişdir. Qeyd edilənlərə əsasən, vergi orqanının qərarı iddiaçı barəsində 2018-ci il üzrə 6.489,91 manat ÖMV, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50 faizi həcmində 3.244,96 manat maliyyə sanksiyası hissəsində əsaslı olduğundan qərar həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Mübahisələndirilən qərarla 2019-2021-ci illər üzrə təsisçi borcuna görə 3.215,5 manat ÖMV və həmin məbləğin 50 faizi həcmində 1.607,7 manat məbləğində maliyyə sanksiyası hesablanması ilə bağlı isə qeyd edilmişdir ki, cavabdeh iddiaçının mənfəətini müəyyən etməmiş, təsisçinin hüquqi şəxsə investisiya qoyuluşu etdikdə (o cümlədən, faizsiz borc verdikdə) bu əməliyyatdan birbaşa gəlir əldə etmədiyini, yalnız biznesin nəticəsindən asılı olaraq əldə edəcəyi dividentdən ödəmə mənbəyində vergi ödəməli olduğunu nəzərə almamışdır. Kredit və ya digər formada pul vəsaitlərinin verilməsinin hazırkı təsisçinin fəaliyyət istiqamətinə daxil olmaması (yəni, onun bank təşkilatı və ya BOKT olmaması) və bu vəsaitlərin verilməsinin məqsədi nəzərə alınmalı idi. Sadalanan xüsusatların qiymətləndirilməsi həmin pul vəsaitlərinin faizlə verilən borc məbləğlərinə aid edilməsini, eləcə də pul vəsaitlərinin hərəkəti üzrə təsisçinin mənfəət əldə etməsi ehtimalını aradan qaldırır. Halbuki, cavabdeh inzibati orqan təsisçinin iddiaçıya verdiyi həmin borc vəsaitlərindən faizlər üzrə gəlir əldə etməsini konkret sübutlara söykənmədən, ehtimal olunan hallarla əsaslandırmaqla kifayətlənmişdir. Lakin, faizsiz borc özlüyündə vergitutma məqsədləri üçün mal (iş, xidmət) hesab edilə bilməz. Belə ki, pul məbləğinin faizə verilməsi yalnız bankların fəaliyyətinə aiddir. Bank krediti – bank tərəfindən borc alanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Qeyd edilənlərə əsasən, cavabdehin qərarı 2019-cu il üzrə 408,34 manat ÖMV, həmin məbləğin 50 faizi həcmində 204,17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 1.381,11 manat ÖMV, həmin məbləğin 50 faizi həcmində 690,56 manat maliyyə sanksiyası, 2021-ci il üzrə 1.426,05 manat ÖMV, həmin məbləğin 50 faizi həcmində 713,03 manat maliyyə sanksiyası hissəsində əsassız olduğundan həmin hissədə ləğv edilməlidir.
15. Bundan əlavə, iddiaçı tərəfindən onun təsisçisinə 2018-ci ilin mart ayında 105.000 manat, aprel ayında 120.500 manat, may ayında isə 148.000 manat olmaqla, cəmi 373.500 manat vəsait nağd şəkildə ödəniş edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən, iddiaçının hər təqdim ayı ərzində yalnız 30.000 manat məbləğində nağd şəkildə ödəniş etmək hüququ olmuş, iddiaçı 2018-ci ilin ardıcıl gələn mart-may aylarının hər biri üzrə bu limiti keçmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun (maliyyə sanksiyası hesablanan zaman qüvvədə olan redaksiyası) 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Normanın tələbindən göründüyü kimi, qanunverici iddiaçının şəxsində vergi ödəyicisinin bir təqvim ayı üzrə nağd qaydada həyata keçirə biləcəyi ödənişlərin həddini 30.000 manat məbləği ilə məhdudlaşdırmış, bu məbləğdən artıq ödənişlərin isə yalnız nağdsız qaydada həyata keçirilməli olduğunu imperativ qaydada müəyyən etmişdir. Odur ki, vergi orqanının qərarı VM-in 58.7-1-ci maddəsinə əsasən hesablanmış 28.350,78 manat məbləğində maliyyə sanksiyası hissəsində əsaslı olduğundan həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Həmçinin, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80,00 manat maliyyə sanksiyası hissəsində də vergi orqanının qərarının qanuniliyini iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında təsdiq etmişdir. Odur ki, vergi orqanının qərarı həmin hissədə də əsaslı olduğundan bu hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etmişdir.
KASSASIYÄŞIKAYƏTININ̈VƏ̈ONÄQARŞÏETIRAZIN̈DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində işin hallarına, iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq isə qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, vergi ödəyicisinə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə 4.855,85 manat az hesablama müəyyən edilmişdir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 4.855,8 manat azaldılmasına görə 50 faiz məbləğində, yəni 2427,9 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni hal, ƏDV ilə bağlı hesablamalara aiddir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergi digər vergi borcuna yönəldilərsə, bu hal vergi qanunvericiliyinin pozuntusu hesab olunmur. Ancaq səyyar vergi yoxlaması zamanı qeyd olunan hal, yəni artıq ödənilmiş verginin digər vergi borcuna yönəldilməsi müəyyən edilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə istinad edilməsi əsassız və qanunsuzdur. Vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanmaması və ya dövlət büdcəsinə düzgün ödənilməməsi halları vergi pozuntusu sayılır və müvafiq məsuliyyətə səbəb olur.
19. Təsisçinin verdiyi borca görə hesablanmış ÖMV ilə bağlı isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 37-ci fəslinin 2023-cü ilin oktyabr ayının 1-dək qüvvədə olmuş müddəalarında borc müqaviləsi ilə kredit müqaviləsi fərqləndirilməmiş, kredit müqaviləsinin tənzimlənməsi ilə bağlı xüsusi müddəalar nəzərdə tutulmamış, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, onun kredit müqaviləsi hesab olunduğu təsbit edilmişdir. Bu baxımdan, mülki hüququn subyektləri arasında borc öhdəliklərinin faizlə şərtləndirilib-şərtləndirilməməsindən asılı olmayaraq, vergitutma məqsədləri üçün faizlərin hesablanması və hesablanmış faizlərin vergiyə cəlb edilməsi həyata keçirilir. Mülki Məcəlləyə edilmiş və 2023-cü ilin #######ın #-dən qüvvəyə minən dəyişikliklərə əsasən, bu Məcəllənin 37-ci fəslinin yeni redaksiyasında “Borc müqaviləsi” və “Kredit müqaviləsi” ayrı-ayrı paraqraflarda əks etdirilmişdir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Kredit müqaviləsinə dair müddəalar isə Mülki Məcəllənin 743-745-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətdə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Mülki Məcəllədə baş verən müvafiq dəyişikliklərdən irəli gələrək borc və kredit münasibətlərinin ayrıldığını nəzərə alaraq, borc öhdəliklərinin faizlə və ya faizsiz şərtləndirilməsindən asılı olaraq Vergi Məcəlləsinin tələblərinə əsasən vergilərin hesablanması həyata keçirilir və faizlə şərtləndirilməyən borclara münasibətdə gəlir yaranmadığından Mərkəzi Bankın dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsi nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilmir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ̈EDILƏN̈HÜQUQ
21. Azərbaycan̈Respublikasının̈InzibatïProsessual̈Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir... ... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN̈MÜMKÜNLÜYÜ,̈KASSASIYÄBAXIŞININ̈HƏDLƏRI
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verilməklə iddianın təmin olunan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
KASSASIYÄINSTANSIYÄMƏHKƏMƏSININ̈MÖVQEYI
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində qismən əsaslı olduğundan həmin hissədə təmin edilməli, qərar qismən ləğv edilməklə, iddia həmin hissədə rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. Hazırkı iş üzrə iddiaçıya cavabdehin mübahisələndirilən ##.##.2022-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə müxtəlif vergi tədiyyələri üzrə - ƏDV, mənfəət vergisi və ÖMV üzrə hesablamalar aparılmış və maliyyə sanksiyaları tətbiq edilmişdir.
26. Işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən, ƏDV və mənfəət vergisi ilə bağlı hesablamalar tam, ÖMV ilə bağlı hesablamalar isə qismən əsaslı hesab edilmiş, habelə məhkəmə ƏDV və ÖMV ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyasının Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə uyğun olmadığı qənaətinə gəlmişdir. Iddiaçı tərəfindən iddianın rədd edilən hissəsindən kassasiya şikayəti verilmədiyindən, yalnız iddianın təmin edilən hissəsindən cavabdeh tərəfindən kassasiya şikayəti verildiyindən hazırda kassasiya icraatının predmetini ƏDV və mənfəət vergisi ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə ÖMV ilə bağlı hesablanmış vergilərin və maliyyə sanksiyasının qismən ləğvi - yəni, iddianın təmin edilmiş hissəsi təşkil edir.
Mübahisələndirilən qərarla hesablanmış maliyyə sanksiyası ilə bağlı qeydlər
27. Hazırkı iş üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarla iddiaçıya hesablanan mənfəət vergisi və ƏDV-ni qanuni hesab etsə də, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə istinadən həmin vergilərin yayındırılmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının bir hissəsi ilə razılaşmamışdır.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsində hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi təsbit edilmişdir. Lakin vergi orqanı tərəfindən iddiaçı tərəfindən mənfəət vergisi və ƏDV üzrə artıq hesablama müəyyən edilməsinə baxmayaraq, qeyd olunan maddənin tələbinə zidd olaraq maliyyə sanksiyasının hesablanması zamanı bu məbləğ ümumilikdə hesablanmış vergi borcundan çıxılmamışdır. Nəzərə alınmalıdır ki, VM-in 58.1-ci maddəsində maliyyə sanksiyasının təyinatı göstərilmişdir. Həmin maddəyə əsasən, verginin (o cümlədən, ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Normanın tələbindən göründüyü kimi, maliyyə sanksiyası məhz azaldılmış vergi məbləğinin 50 faizi miqdarında tətbiq edilən bir tədbirdir ki, vergi orqanı tərəfindən əlavə vergi məbləği hesablanmadığı təqdirdə, bu tədbirin tətbiq edilməsinin də qanuni əsası yoxdur.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
30. Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.
31. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən, ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
32. Göründüyü kimi, Vergi Məcəlləsinin 58.1-ci maddəsi vergi ödəyicisinin büdcə qarşısında öhdəliyini bəyanetmə mərhələsində düzgün icra etməsini təmin edən məsuliyyət normasıdır. Həmin normanın məqsədi hesabatda göstərilməli olan vergi məbləğinin azaldılmasının və ya hesabat təqdim edilməməklə büdcəyə çatası məbləğin yayındırılmasının qarşısını almaqdır. Bu baxımdan, maliyyə sanksiyası azaldılmış və ya yayındırılmış vergi məbləğinə münasibətdə tətbiq edilən hüquqi məsuliyyət tədbiri olmaqla, vergi intizamının yaradılmasına, büdcə daxilolmalarının vaxtında həyata keçirilməsini təmin etməyə və vergi ödəyiciləri arasında bərabərlik prinsipinin qorunmasına xidmət edir.
33. Nəzərə alınmalıdır ki, vergi sistemində hesabat dövrü mühüm iqtisadi alət kimi vacib əhəmiyyət daşıyır, çünki vergi öhdəliyinin yaranması, onun bəyan edilməsi, ödənilməsi, vergi nəzarətinin aparılması və büdcə daxilolmalarının planlaşdırılması, məhz həmin dövrlər üzrə müəyyən edilir. Vergi ödəyicisinin öhdəliyi vergini ümumilikdə nə vaxtsa bəyan etmək deyil, onu qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə bəyan etməkdir. Əks halda, vergi öhdəliyi qanunvericiliyə görə ödənilməli olduğu öz real vaxtı üzrə deyil, vergi ödəyicisinin seçdiyi dövr üzrə göstərilmiş olar ki, bu da vergi münasibətlərinin sabitliyini pozar, sui-istifadə hallarına gətirib çıxarar və vergi daxilolmalarının yubanmasına səbəb olar. Odur ki, vergi öhdəliyi real iqtisadi əməliyyatın baş verdiyi vaxta görə müəyyənləşdirilməlidir, əks hal, “hesabat dövrü” anlayışının və ondan gözlənilən məqsədin faktiki olaraq mahiyyətini itirməsinə gətirib çıxarar. Odur ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsi yuxarıda qeyd edilən halların qarşısını almağa yönəlir.
34. Digər tərəfdən, Vergi Məcəlləsinin 58.1-ci maddəsi maliyyə sanksiyası müəyyən edən məsuliyyət normasıdır. Həmin norma vergi ödəyicisinin vergi öhdəliyini düzgün və vaxtında bəyan etməməsinə görə hüquqi nəticə yaradır və mahiyyət etibarilə, cəza xarakterli fiskal məsuliyyət tədbiridir.
35. Bu səbəbdən, vergi məsuliyyətindən azadolma və ya təqsiri istisna edən hallar, yalnız qanunvericilikdə açıq, dəqiq və konkret şəkildə nəzərdə tutulduqda tətbiq edilə bilər.
36. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsiri olmadıqda o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Eyni zamanda, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən, hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir.
37. Lakin Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin məzmunundan görünür ki, həmin norma vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi hər hansı vergi üzrə artıq ödənilmiş məbləğin digər vergi borcunun ödənilməsi hesabına nəzərə alınmasını müəyyən edir. Bu normanın tətbiqi verginin, ümumiyyətlə, bəyan edilibedilməməsi ilə əlaqəli deyil, vergilər üzrə artıq ödənilmiş məbləğlərin mövcudluğu ilə bağlıdır.
38. Başqa sözlə, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsində təsbit edilmiş məsuliyyəti istisna edən hal vergi orqanı tərəfindən yoxlama nəticəsində müəyyən edilmiş “artıq hesablama” deyil, büdcəyə faktiki olaraq artıq ödədiyi pul vəsaitinin mövcudluğudur. Artıq hesablama və artıq ödəmə isə eyni hüquqi anlayış olmamaqla fərqlidir. Artıq hesablama vergi öhdəliyinin müəyyənləşdirilməsi mərhələsinə aiddir, artıq ödəmə isə hesablanmış vergi, faiz və ya maliyyə sanksiyası məbləğindən artıq məbləğin büdcəyə faktiki daxil olmasını ifadə edir. Bu səbəbdən, vergilər üzrə faktiki olaraq artıq ödənilmiş məbləğ olmadığı təqdirdə, sadəcə hesabat dövrü üzrə bəyan edilməli olan vergi öhdəliyinin vergi ödəyicisi tərəfindən düzgün olmayaraq başqa hesabat dövründə artıq bəyan edilməsi, vergi öhdəliyinin düzgün hesabat dövrü üzrə azaldılması və ya tam şəkildə yayındırılması ilə bağlı pozuntu halını aradan qaldırmır və buna görə məsuliyyət tədbirinin görülməsini istisna etmir.
39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi tərəfindən hesabat dövründən kənar vergilərin bəyan edilməsi, vaxtında bəyan edilməmiş vergilərə görə tətbiq edilən vergi məsuliyyətini – maliyyə sanksiyasını aradan qaldıran hal kimi nəzərə alına bilmədiyindən apellyasiya instansiya məhkəməsinin Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən vergi ödəyicisinin artıq hesabladığı vergilərə istinadən maliyyə sanksiyasının qanunsuzluğuna dair mövqeyi düzgün olmamışdır.
40. Digər tərəfdən, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin səyyar vergi yoxlamaları kontekstində tətbiqi zamanı həmin normanın məqsədi və vergi nəzarətinin xüsusiyyətləri də nəzərə alınmalıdır.
41. Belə ki, vergi qanunvericiliyinə əsasən səyyar vergi yoxlaması müəyyən müddət ərzində aparılır, yoxlamanın nəticələri üzrə akt tərtib edilir, vergi ödəyicisinə aktla tanış olmaq və etirazlarını bildirmək imkanı verilir və yalnız bundan sonra vergi orqanı tərəfindən məsuliyyət tədbirlərinin tətbiqi barədə qərar qəbul edilir. Bu prosesin özü müəyyən zaman intervalını əhatə edir.
42. Odur ki, səyyar vergi yoxlamalarına münasibətdə Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tətbiqi zamanı vergi ödəyicisinin məsuliyyət qərarı qəbul edilən ana deyil, səyyar vergi yoxlamasının başlanması barədə qərar qəbul edilən ana artıq ödəməsi nəzərə alınmalıdır. Əks yanaşma qəbul edilərsə, yəni vergi ödəyicisinin yoxlama başlandıqdan sonra və ya yoxlamanın nəticələri ona məlum olduqdan sonra büdcəyə əlavə vəsait ödəməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsində nəzərdə tutulmuş təqsiri istisna edən hal kimi qiymətləndirilərsə, bu, vergi məsuliyyətinin faktiki olaraq neytrallaşdırılmasına gətirib çıxara bilər. Başqa sözlə, vergi ödəyicisi verginin düzgün bəyan edilmədiyini və ya yayındırıldığını bildiyi halda, səyyar vergi yoxlaması başlandıqdan sonra, yaxud yoxlama aktında müəyyən edilmiş məbləğlərlə tanış olduqdan sonra həmin məbləğləri büdcəyə ödəməklə maliyyə sanksiyasının tətbiqindən yayınmaq imkanı əldə etmiş olar. Bu isə vergi ödəyicilərini vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətlərdə və qaydada yerinə yetirməyə təşviq etmək əvəzinə, onların yalnız vergi nəzarəti tədbirlərinin nəticələri məlum olduqdan sonra ödəniş etmələrini stimullaşdırar ki, bu hal vergi nəzarətinin preventiv funksiyasını zəiflədər, vergi intizamının təmin edilməsinə xidmət etməz və vergi ödəyiciləri arasında bərabərlik prinsipini pozar.
43. Odur ki, səyyar vergi yoxlamaları baxımından Vergi Məcəlləsinin 55.1.5-ci maddəsində nəzərdə tutulan “artıq ödənilmiş məbləğ” dedikdə, vergi nəzarəti tədbirinin başlanılması barədə qərar qəbul edilən tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmə nəzərə alınmalıdır. Yoxlama başlandıqdan sonra və ya yoxlama nəticələrinin vergi ödəyicisinə məlum olmasından sonra həyata keçirilən artıq ödənişlər vergi qanunvericiliyinin pozulmasına görə yaranmış məsuliyyəti aradan qaldıran hal kimi qiymətləndirilə bilməz.
44. Yuxarıda qeyd edilən mövqe hazırkı işin hallarına tətbiq edildikdə aşağıdakılar qeyd edilməlidir.
45. Hazırkı iş üzrə cavabdehin ##.##.2022-ci il tarixli, **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə iddiaçı İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. ##.##.2022-ci il tarixli, **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar qəbul edilərkən onun şəxsi hesab vərəqəsində 1.538,88 manat artıq ödəmə mövcud olmuşdur. Belə olan halda, iddiaçıya hesablanmış məbləğlərin 1.538,88 manat hissəsinə münasibətdə tətbiq edilmiş maliyyə sanksiyası (769,44 manat) qanunsuz olmuşdur. O da qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsi artıq ödənilmiş vergilərin konkret hansı vergilərə aid edilməsi ilə bağlı tənzimləmə müəyyən etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası mülahizə əsasında 2019-cu ilin mənfəət vergisi üzrə tətbiq edilmiş 769,44 manat maliyyə sanksiyasını yuxarıda qeyd edilən səbəblərdən qanunsuz hesab edir.
Mübahisələndirilən qərarla hesablanmış ÖMV barədə qeydlər
46. Mübahisələndirilən qərarla iddiaçıya 2019-2021-ci illər üzrə təsisçinin müəssisəyə verdiyi borca görə 3.215,5 manat ÖMV və həmin məbləğin 50 faizi həcmində 1.607,7 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, təsisçi X1 tərəfindən cəmiyyətə 2019-cu il ərzində 74.284,84 manat borc verilmiş, qaytarılma olmamışdır, 2020-ci il ərzində 143.000 manat borc verilmiş, 10.000 manat borcdan qaytarılmış, 2021-ci il ərzində 20.700 manat borc verilmiş, 24.000 manat borcdan qaytarılmışdır. 2019-cu il üzrə dövrün əvvəlinə qalıq olmamış, ##.##.2022-ci il tarixə cəmiyyətin təsisçiyə borcu 203.984,84 manat təşkil etmişdir. Vergi orqanı iddiaçı tərəfindən verilən borca münasibətdə təsisçinin faiz gəlirlərinin ödəmə mənbəyində vergiyə cəlb edilmədiyinə istinad edərək, Mərkəzi Bankın kredit hərraclarında müvafiq dövrlər üzrə təsbit edilmiş faiz dərəcələrini nəzərə almaqla, 2019-2021-ci illər üzrə ödəmə mənbəyində vergi hesablamışdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinə bank faizləri tətbiq etməklə ödəmə mənbəyində vergilərin hesablanması ilə bağlı artıq vahid məhkəmə təcrübəsi formalaşmışdır və bu təcrübədə əks olunan hüquqi mövqe ondan ibarətdir ki, bu qəbildən olan işlərdə kredit və ya digər formada pul vəsaitlərinin verilməsinin təsisçinin fəaliyyət istiqamətinə daxil olmaması (yəni, onun bank təşkilatı və ya BOKT olmaması) və bu vəsaitlərin verilməsinin məqsədi nəzərə alınmalıdır. Sadalanan xüsusatların qiymətləndirilməsi həmin pul vəsaitlərinin faizlə verilən borc məbləğlərinə aid edilməsini, eləcə də pul vəsaitlərinin hərəkəti üzrə təsisçinin mənfəət əldə etməsi ehtimalını aradan qaldırır. Cavabdeh inzibati orqan isə təsisçinin iddiaçıya verdiyi həmin borc vəsaitlərindən faizlər üzrə gəlir əldə etməsini konkret sübutlara söykənmədən, ehtimal olunan hallarla əsaslandırmaqla kifayətlənir. Odur ki, cəmiyyətin təsisçisinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi və həmin pulun qaytarılmasına görə gəlir əldə etməsi iş üzrə sübuta yetirilmədiyi hallarda təsisçinin müəssisəyə verdiyi borcun qaytarılmasının ÖMV-yə cəlb edilməsi qanunsuz hesab edilməlidir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qərarı 2019-cu il üzrə 408,34 manat ÖMV, həmin məbləğin 50 faizi həcmində 204,17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 1.381,11 manat ÖMV, həmin məbləğin 50 faizi həcmində 690,55 manat maliyyə sanksiyası (qeyd: apellyasiya instansiyası məhkəməsi bu məbləği riyazi səhv olaraq 690,56 göstərmişdir), 2021-ci il üzrə 1.426,05 manat ÖMV, həmin məbləğin 50 faizi həcmində 713,03 manat maliyyə sanksiyası hissəsində əsassız olduğundan həmin hissədə ləğv edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARÄALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı qismən, iddianın təmin edilən hissəsində ləğv edilsin. Iddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı - mənfəət vergisinə münasibətdə 2019-cu il üzrə 769,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2019-cu il üzrə 408,34 manat ÖMV-nin hesablanması, həmin məbləğin 50 faizi həcmində 204,17 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2020-ci il üzrə 1.381,11 manat ÖMV-nin hesablanması, həmin məbləğin 50 faizi həcmində 690,55 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2021-ci il üzrə 1.426,05 manat ÖMV-nin hesablanması, həmin məbləğin 50 faizi həcmində 713,03 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. Iddia tələbi mübahisələndirilən digər hissədə təmin edilməsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.