Məhkəmə qərarları › İş №2-1(102)-2166/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2166/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2166/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin təkrarən verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.07.2021-ci il tarixli, 2-1(103)-132/2021 nömrəli qərarından iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 01.08.2019-cu il tarixində cavabdeh inzibati orqana müraciət edərək itirilmiş müharibə veteranı vəsiqəsinin yenisi ilə əvəz edilməsini xahiş etmiş, cavabdeh tərəfindən onun ərizəsinin təmin olunmasından imtina olunmuşdur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 024-26733H-3219 saylı 11.07.2019-cu il və 02426733/2H-3219 saylı 15.03.2019-cu il tarixli imtina məktublarında qeyd olunmuşdur ki, DİN-də fəaliyyət göstərən müvafiq komissiya tərəfindən itmiş vəsiqənin yenisi ilə əvəzlənməsi iddiaçının arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar edilmədiyindən mümkün olmamışdır. Odur ki, müraciətə baxılması dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə 10.04.1999-cu il tarixində verilmiş 022345 nömrəli müharibə iştirakçısı olması barədə vəsiqənin surəti əsasında təkrar olaraq vəsiqənin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1992-ci ilin yanvar ayının əvvəllərində Dağlıq Qarabağda baş vermiş müharibə ilə əlaqədar Şuşa şəhərinin Kosalar kəndində Daxili işlər orqanlarının bir qrup əməkdaşları ilə vətənin müdafiəsi üçün hərbi əməliyyatlarda iştirak etmişdir. Həmin ilin may ayında təkrar olaraq hərb i əməliyyatda qısamüddətli iştirakı olmuşdur. 1999-cu ildə Dağlıq Qarabağda müharibədə hərbi əməliyyatlarda iştirakına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən ona Qarabağ müharibəsi veteranı vəsiqəsi verilmiş, 2003-cü ildən Polis orqanlarından təqaüdə çıxdıqda ilkin olaraq Daxili İşlər Nazirliyi tərəfindən, sonradan isə Əmək və Əhalinin Sosial müdafiəsi orqanları tərəfindən ona təqaüd hesablanarkən müvafiq olaraq müharibə veteranı olduğu nəzərə alınmaqla əlavə hesablamalar həyata keçirilmişdir. Hazırda da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində müharibə iştirakçısı kimi qeydiyyatı mövcuddur. 2019-cu ilin aprel ayında veteran vəsiqəsini itirdiyini müəyyən etmişdir. Bununla əlaqədar veteran vəsiqəsinin yenisi ilə əvəz edilməsi üçün Bakı şəhər Baş Polis İdarəsindən itirilmə barədə arayış əldə etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində ona Nazirliyin əməkdaşları tərəfindən müharibə veteranı barədə vəsiqəsinin dublikatının verilməsi üçün qısa bir formada ərizə yazdırmışlar. 1999-cu ildə Dağlıq Qarabağda gedən müharibə zamanı baş vermiş hərbi əməliyyatlarda iş yoldaşlarından DİN-nin əməkdaşları olmuş hazırda təqaüddə olan X2, X1 və X3 və digərləri iştirak etmişdir. Buna baxmayaraq, cavabdeh orqan ona müharibə veteranı adı və vəsiqəsini təkrar verməkdən əsassız imtina etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2786/2020 nömrəli 09.07.2020-ci il tarixli qərarı ilə (hakim Fərid Mədətli) iddianın təmin olunmaması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bötüvlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüşlərdə iştirak etməsi iş materialları ilə müəyyən edilmir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.07.2021-ci il tarixli, 21(103)-132/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Mirzə Tağızadə və Azər Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2786/2020 nömrəli 09.07.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Məhkəmə qərarı iddiaçıya 28.07.2021-ci il tarixində təqdim edilmişdir.

11. İddiaçı 17.08.2021-ci il kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.07.2021-ci il tarixli, 2-1(103)-132/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında olan müharibə veteranı vəsiqəsinin surətindən, DSMF-nin XŞTMF-nın verdiyi “pensiya məbləğinə əlavələrin hesablanması haqqında” sənəddən, eyni zamanda, cavabdeh inzibati orqanın özünün nümayəndəsinin izahatından aydın olur ki, iddia çıya müharibə veteranı vəsiqəsi verilmişdir. Hazırda isə cavabdeh inzibati orqan arxiv materiallarında iddiaçıya müharibə veteranı vəsiqəsi verilməsinə əsas olan sənədlərin aşkar edilmədiyini bildirir. Nəzərə almaq lazımdır ki, iddiaçı hazırda ona müharibə veteranı adı verilməsini xahiş etmir, verilmiş vəsiqəsinin dublikatının verilməsini tələb edir. Yəni, iddiaçıya verilmiş müharibə veteranı vəsiqəsi qüvvədədir və cavabdeh inzibati orqan tərəfindən etibarsız hesab edilməmiş, qüvvədən düşməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə maddi hüquq normaları kimi “Veteranlar haqqında” Qanuna istinad edərək iddiaçını döyüşlərdə iştirak etməsinin öz təsdiqini taomadığını bildirmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən məlum olur ki, iddiaçıya müharibə veteranı adı və vəsi qəsi verilmiş və o qanunla nəzərdə tutulmuş imtiyazlardan istifadə etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.07.2021-ci il tarixli, 2-1(103)-132/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iş materialları ilə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatların və müharibə veteranı vəsiqəsinin əsaslılığı öz təsdiqini tapmır. c. Tərəflərin mülahizələri

14. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

15. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq etiraz vermək hüquqları barədə tərəflərə bildiriş gön dərilmişdir.

16. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

18. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994 -cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut ed ən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

20. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

21. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsas ən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

22. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edi r.

24. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Hazırkı qərarın 17-20-ci maddələrində qeyd edilən normaların məzmunundan aydın olur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi isə iş materialları ilə öz təsdiqini tapmır.

29. Kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, müharibə veteranı vəsiqəsinin surətindən, DSMF-nin XŞTMF-nın verdiyi “pensiya məbləğinə əlavələrin hesablanması haqqında” sənəddən, eyni zamanda, cavabdeh inzibati orqanın özünün nümayəndəsinin izahatından ay dın olur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi verilmişdir. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir.

30. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə tərəfindən iddiaçıya 10.04.1999-cu il tarixdə müharibə veteranı vəsiqəsinin verilməsi üçün əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən 02.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda bildirilmişdir ki, iddiaçının ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştiakı faktının müəyyən edilməsi məqsədilə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu verilmişdir. Həmin Baş İdarənin 07.12.2020-ci il tarixli məktubunda arxiv şəxsi işinin xidmətkeçmə siyahısının surətində vətəndaş İddiaçı döyüş əməliyyatlarında iştirakı barədə hər hansı məlumat aşkar edilməmişdir. Bu səbəbdən də ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

31. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı Xocalı rayon İcra Hakimiyyətində sənədlərin olub-olmaması, olduğu təqdirdə həmin şəxsin döyüşlərə cəlb olunmasını təsdiq edən sübutların, o cümlədən döyüşlərə cəlb olunan şəxslərin siyahısında adı olduğu təqdirdə həmin siyahının məhkəməyə təqdim olunması ilə bağlı Xocalı rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir.

32. Həmin sorğuya cavab olaraq Xocalı rayon İcra Hakimiyyəti tərəfindən 03.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə 1992-ci ilin yanvar-fevral aylarında Xocalı rayon Kosalar kəndinin müdafiəsində iştirakı ilə bağlı heç bir arxiv sənədi aşkar edilməmişdir. Həmin məktuba əlavə olunmuş sənədlər isə yuxarıda adı çəkilən normativ aktlara əsasən iddiaçının sözügedən döyüşlərdə iştirak etmə faktını təsdiqləmir.

33. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya təkrarən müharibə veteranı adı və vəsiqəsinin verilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

34. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 07.07.2021-ci il tarixli, 2-1(103)132/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.07.2021-ci il tarixli, 21(103)-132/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar