Məhkəmə qərarları › İş №2-1(102)-2166/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2166/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2166/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu 20 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(103)1624/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmaqla xx.xx.1975-ci il tarixdən xx.xx.1978ci il tarixədək peşə təhsili almış, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (xx.xx.1 988-ci il tarixdən kompressor sexində kompressor qurğularının maşınisti), xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (kompressor sexində kompressor qurğularının maşınisti), xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək (kompressor sexində soyuducu qurğuların təmirçi-çilingəri) işləmiş və xx.xx.2006-cı il tarixdən əmək fəaliyyətini davam etdirmişdir. 2. “Azərətsüd” X2 Birliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-cii l tarixli 1/26 nömrəli arayışla müəyyən olunur ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək kompressor sexində kompressor qurğularının maşınisti kimi zərərli əmək şəraitində işləmiş və onun ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşınisti kimi güzəştli pensiya almaq hüququ vardır.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xx/xx-00051 nömrəli arayışı ilə müəyyən olunur ki, iddiaçı agentliyin tabeliyində olan “Qala” kombinatında xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək soyuducu qurğunun maşınisti kimi işləmişdir. Soyuducu qurğulara xidmət edən kompressor sexi ammonyakla işlədiyinə görə zərərli sex sayılırdı. Zərərli sex olduğu üçün iddiaçıya əmək haqqına 12 % əlavə hesablanmış və əmək məzuniyyətinə 6 gün əlavə verilmişdir.

4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilk dəfə xx.xx.2021-ci il tarixdə, daha sonra xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciətlər etmiş, ca vabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi arayışlarda xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixlər arasındakı dövr ərzində kompressor qurğuları maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifə qeyd olunan 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor q urğularının maşinistləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (04 il 01 ay 28 gün (xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir.

5. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, 17.03.202-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu 20 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması nı xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı il tarixdə doğulmuş, 1975-1978-ci illərdə peşə təhsili almışdır. 1978-ci ildə əmək fəaliyyətinə başlamış, 19791981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıgdan sonra yenidən əmək fəaliyyətinə başlamış və hal-hazıra qədər işləməklə ümumilikdə 40 ildən yuxarı əmək stajına malikdir. Həmin stajdan 14 il 5 ay 22 gün zərərli əmək şəraitində işlədiyi dövrü əhatə etməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajına malikdir və qanunvericiliklə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə etmişdir. Ona görə də müvafiq sənədlərlə birlikdə ona 57 yaşdan etibarən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh onun 18 mart 2021-ci ildə daxil olmuş müraciətinə və sonrakı müraciətinə imtina vermişdir. İmtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunmaqla, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq, ona münasibətdə 39000 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 26274,58 manat təşkil etməsinə əsaslanmışdır. Texniki peşə məktəbində təhsil aldığı müddət və həqiqi hərbi xidmətdə olduğu müddət onun ümumi əmək stajına daxil edilməklə 40 ildən artıq əmək stajına malik olduğundan ona əmək pensiyası 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən əvvəllə r qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir anlayışı xx.xx.2017-ci il tarixdə “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əlavə edilmişdir. O, isə 01 yanvar 2006-cı ilədək, yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona yaşa və staja görə əmək pensiyası əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir.

8. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-3474/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. İddiaçının təhsil (xx.xx.1975xx.xx.1978=2 il 10 ay 19 gün) və hərbi xidmət dövrləri (xx.xx.1979-xx.xx.1981 = 2 il 01 ay 20 gün) də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ((işlədiyi dövrlər xx.xx.1978-xx.xx.1978; xx.xx.1978-xx.xx.1979; xx.xx.1981-xx.xx.1984; xx.xx.1984xx.xx.1987; xx.xx.1988- xx.xx.1997; xx.xx.1997-xx.xx.2000; xx.xx.2002-xx.xx.2002; xx.xx.2003-xx.xx.2004; xx.xx.2004-x x.xx.2005 = cəmi 20 il 02 ay 14 gün)) 25 il 2 ay 23 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Ümumi peşələr” fəsli, kod 23200000; 23200000—14341 ilə qeyd olunmuş ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri və 23200000—33775 ilə qeyd olunmuş təhlükəliliyi 3-c ü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (xx.xx.1988xx.xx.1997; xx.xx.1997- xx.xx.2000; xx.xx.2003-xx.xx.2004 = 13 il 2 ay 15 gün) güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu zaman qanunvericiliyin tələblərinə görə hazırki halda iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərti nəzərdə tutulmamışdır Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı xx.xx.2017-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur.

11. Bundan başqa iddia ərizəsindən və iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx. 2021-ci il tarixli **********4 nömrəli imtina məktubundan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin mart ayının 18-də müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzrlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (18 mart 2021-ci il) əvvəlki illər üçün, yəni 2018-ci ilin mart ayının 18-dən hesablanaraq ödənilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya in stansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) 16 sentyabr 2022-ci il tarixli, 21(103)-2104/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-3474/2022 nömrəli qərarı dəyişdirilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı o nun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında” məktubdan müəyyən olunur ki, iddiaçının hazırki tələblə cavabdeh inzibati orqana müraciəti xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Bu halda iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki illər üçün, yəni 2018-ci ilin mart ayının 18-dən hesablanaraq ödənilə bilər.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar yeni qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində biri nci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, K.N.Bədəlov və İ.K.Hüseynov) 27 dekabr 2022-ci il tarixli, 2-1(102)-2375/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2104/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün iddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajı və xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. İddiaçının 25 il ümumi iş stajının olması işin mübahisəsiz halıdı r. İşin mübahisələndirilən halı iddiaçının qeyd olunan müəssisələrdə işlədiyi kompressor qurğularının maşinisti peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması ilə bağlıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin əsas hissəsini müxtəlif müəssisələrdə kompressor qurğularının maşinisti peşəsində çalışmışdır. Qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-33775 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri peşəsi nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi güzəştli arayışda, onun həmçinin ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsində işləməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə gör ə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siy ahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Beləliklə qeyd olunmalıdır ki, iddiaçının arayışında göstərilən ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsində çalışan şəxsin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə həmin işlərlə məşğul olmasından ibarətdir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, bu bölmədə nəzərdə tutulmuş peşəyə münasibətdə həlledici məqam həmin peşənin aid olduğu sahə deyil, həmin peşə ilə məşğul olarkən şəxsin daim təmasda olduğu və tətbiq e tdiyi kimyəvi maddələrin təhlükəlilik səviyyəsi ilə bağlıdır. Bu baxımdan iddiaçının həmin müəssisədə işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-14341 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsinə uyğunluğu yoxlanılmalı və bunun nəticəsindən asılı olaraq iddiaçının həmin tarixlərdə topladığı əmək stajının güzəş tli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı olub-olmamasına qiymət verilməli idi. İddiaçının həmin peşədə çalışarkən onun təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə daim təmasda olub-olmadığı, eyni zamanda əmək fəaliyyəti zamanı istehsalat zərurəti ilə əlaqədar iddiaçının daha təhlükəli kimyəvi maddələrlə işləyib-işləmədiyi araşdırılmamışdır. İşə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən bu məqsədlə aidiyyəti qurumlara, o cümlədən iddiaçının işlədiyi müəssisələrə müvafiq sorğular göndərilməli, bununla bağlı iddiaçını iş yerindən müvafiq arayışlar tələb olunmalı və həmin xüsusatlar müəyyən edilməlidir. Qeyd edilənlər iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. İşin məhkəmə araş dırması zamanı “”Azərətsüd” X2 Birliyinin xx.xx.2023-cü il tarixli 13-20-1/2-16/2023 nömrəli sorğuya cavab məktubu ilə müəyyən olunur ki, iddiaçının işlədiyi kompressor sexində kompressor qurğularının işləməsi üçün ammonyakdan-NH3dən istifadə olunur və kompressor qurğuları maşınisti ammonyakla təmasda olur. Ammonyak isə zəhərləyici qaz olaraq insan orqanizminə və gözə mənfi təsir göstərir.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 16 may 2023-cü il tarixli, 21(103)-1624/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-3474/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkə məsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq kassasiya instansiyası məhkəməsinin göstərişinin icra edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının işlədiyi “Azərətsüd” X2 birliyinə sorğular verilmiş və həmin sorğulara verilmiş cavablar əsasında iddiaçının 12 il 6 aydan artıq (xx.xx.1988-xx.xx.1997; xx.xx.1997-xx.xx.2000; xx.xx.2003- xx.xx.2004 = 13 il 2 ay 15 gün) güzəştli şərtlərlə iş stajının mövcud olması öz təsdiqini tapmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar yeni qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı cəmi 04 il 01 ay 28 gün olmaqla 12 il 6 aydan az güzəştli iş stajının olması, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Halbuki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etdiyindən onun xx.xx.2006-cı il tarixədək olan iş stajı nəzərə alına bilər və həmin tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” qüvvədə olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. İddiaçı kassasiya şikayətinə yazılı etirazında şikayətin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(103)1624/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığ ortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 25. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsa sən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqus tun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: XXXİİİ. Ümumi peşələr, kod 23200000—33775 təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn i nkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, iddiaçının tələb olunan 25 il ümumi iş stajının tamamlanması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir və iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası ilə öz təsdiqini tapır.

34. İddiaçının güzəştli iş stajına malik olub-olmaması ilə bağlı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin də kassasiya şikayətində qeyd etdiyi kimi, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etdiyindən iddiaçının xx.xx.2006-cı il tarixədək olan güzəştli iş stajı nəzərə alınmalı və həmin peşə o dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nöm rəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahıları ilə əsaslandırılmalıdır.

35. İş materiallarında olan sənədlər və işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1988-xx.xx.1997; xx.xx.1997-xx.xx.2000; xx.xx.2003-xx.xx.2004-cü il tarixlərində kompressor sexində işləmişdir ki, ümumiyyətlə kompressor sexi ammonyakla işlədiyi üçün zərərli sex sayılır. Habelə, kompressor qurğularının işləməsi üçün ammonyakdan-NH3-dən istifadə olunur və kompressor qurğuları maşınisti ammonyakla təmasda olur. Ammonyak isə zəhərləyici qaz olaraq insan orqanizminə və gözə mənfi təsir göstərir. İddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısında lXXXİİİ - ümumi peşələr, kod 23200000—33775 təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri peşəsi ilə eynilik təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir.

36. İşin hallarına və apellyasiya məhkəməsinin araşdırmasına görə xx.xx.2006-cı il tarixədək iddiaçının 12 il 6 aydan az olmayan güzəştli iş stajı mövcud olmuşdur.

37. Ca vabdeh inzibati orqan iddiaçının yuxarıda qeyd olunan illərdə işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul etməsə də, onun xx.xx.2012-xx.xx.2016-cı il tarixlərində “Qala” kombinatında eyni peşədə işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul edir. Göründüyü kimi, cavabdeh inzibati orqan özü-özünü təkzib edən arqumentlər və əsassız dəlillər gətirməklə iddiaçının tələbindən imtina etmiş və hazırki məhkəmə mübahisəsinin yaranmasına səbəb olmuşdur.

38. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, əgər cavabdeh inzibati orqan iddiaçının kompressor qurğularının maşınisti kimi işlədiyi iş şəraitinin (ammonyakla və s.) 2 nömrəli siyahıda qeyd olunan təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri peşəsinə uyğun olmadığını iddia edirsə, bu zaman təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri peşəsi ilə məşğul olan şəxslərin hansı şəraitdə işləməsi və həmin peşənin iş şəraitinin iddiaçının çalışdığı peşənin iş şəraitinə uyğun olmamasını əsaslandırmalıdır (açıqlamalıdır) ki, cavabdeh tərəfindən məhkəmələrə bununla bağlı heç bir açıqlama və sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan ümumiyyətlə bu peşələri müqayisə edəcək dərəcədə iş şəraitləri ilə bağlı kifayət qədər məlumatlı olmamış, yalnız formal və əsassız səbəblər yaratmaqla iddiaçının tələbindən imtina etmişdir.

39. Həmçinin məhkəmə kollegiyası cavabdehin pensiya kapitalı ilə bağlı kassasiya dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin bu dəlilinə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən tam və hərtərəfli hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin hüquqi mövqeyi və tətbiq edən prosessual normaları əsaslı hesab edir.

40. Sonda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaransa da, iddiaçı ona pensiya təyin olunması üçün ilk dəfə xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etdiyindən qanunvericiliyin tələbi baxımından ona 57 yaşı tamam olduğu tarixdən deyil, cavabdeh inzibati orqana müraciət tarixindən əvvəlki ən çoxu üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən pensiya hesablanıb ödənilməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməl i və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 21(103)-1624/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar