Məhkəmə qərarları › İş №2-1(102)-2166/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2166/2024

27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2166/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 X3 Qoruğu İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs tərəfindən verilmiş və hazırkı iddia tələbindən fərqli olaraq müstəqil tələb irəli sürülən iddia ərizəsinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 sayl ı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 X3 Qoruğu İdarəsinə qarşı (üçüncü şəxs X2) “mənzilə əlavə sahələr daxil etməklə dövlət reyestrində qeydiyyat aparılması, bu barədə yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(103)-1974/2024 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a-ya dair ümumi sahəsi 39,3 kv.m göstəril məklə, yeni qeydiyyat aparılmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və 2 otaqlı mənzildə 2-ci mərtəbədə 1,8 kv.m mətbəx otağı ilə 1-ci mərtəbədə 1,2 kv.m hamam-sanitar qovşağı əlavə edilməklə texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin mənzili 2016-cı ildə alqı-satqı yolu ilə almışdır. Həmin mənzil daşınmaz əmlakın bölünməsi yolu ilə əldə edilmişdir. İddiaçı həmin mənzili alanda onun sanitar qovşağının olmasını bilməmiş, bu səbəbdən evdə sanitar qovşağı tikmişdir. Hazırkı üçüncü şəxsin iddia tələbi əsasında sanitar qovşağı Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə sökülmüşdür.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 iş üzrə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Üçüncü şəxs birinci instansiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi təqdim edərək Səbail rayonu, Mirzə Mənsur küçəsi 94 saylı evin 9a saylı mənzilinə dair 25 avqust 2016-cı ildə və 06 iyul 2021-ci ildə qanunsuz tərtib edilmiş texniki pasportların ləğv edilməsi və 01 sentyabr 2016-cı ildə İddiaçı adına aparılan reyestr qeydiyyatında 1 kv.metr sahə ilə bağlı düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-1(112)-10087/2023 nömrəli qərardadı ilə (hakim T.Məlikov) üçüncü şəxsin iddia ərizəsinin i craata qəbulundan imtina edilmişdir.

6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən aşağıdakıları qeyd etmişdir: - Üçüncü şəxs qismində cəlbetmə baxılmaqda olan mübahisə üzrə iddiaçı və ya cavabdeh olmayan şəxsə öz hüquqi mənafelərini məhkəmə qarşısında müdafiə etmək imkanı, məhkəməyə isə bu cür qoşulma nəticəsində baxılan işin tam və hərtərəfli araşdırılmasına, obyektiv və qanuni qərarın qəbul edilməsinə şərait yaratmış olur. - Hazırkı halda İddiaçı tələbi Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi ev 94, mənzil 9a-nın sahəsinə əlavələr edilməklə bu barədə dövlət reyestrində yeni qeydiyyat aparılması və çıxarışın, həmçinin texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasından, üçüncü şəxs Rəşad Yəhyayevin iddiası i sə həmin mənzilə dair İddiaçı verilmiş 25 avqust 2016-cı il və 06 iyul 2021-ci il tarixli texniki pasportların ləğv edilməsi və onun adına 01 sentyabr 2016cı ildə daşınmaz əmlakın dövlət reyestrində 1 kv.metr sahə ilə bağlı düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. - Məhkəmə göstərilənləri nəzərə alaraq belə hesab edir ki, üçüncü şəxsin iddiası tərəflərin tələbləri daxilində olmadığından, həmçinin baxılmaqda olan iddia tələbi üzrə işin tam və hərtərəfli araşdırılmasına yönəlməməklə cavabdehə qarşı ayrıca icraat qaydasında baxılmalı müstəqil iddia tələbi olduğundan icraata qəbul edilməsi üçün əsaslar mövcud deyil.

7. Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və onun üçüncü şəxs kimi təqdim etdiyi iddiasını icraata qəbul edilməsi b arədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 21(103)-1974/2024 nömrəli qərardadı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, E.Əliyev və X.Cəmilova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10087/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, üçüncü şəxs X1 iddiası mümkün sayılmamışdır.

9. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən aşağıdakıları qeyd etmişdir: - İPM-nin 29-cu maddəsinin tələblərindən göründüyü kimi icraata cəlb edilmiş üçüncü şəxsin prosessual vəziyyəti ilə bağlı məhdudiyyətlər mövcuddur. Onun prosessual imkanları tərəflərin ərizə vermək hədləri ilə məhdu dlaşır. Yəni cəlb edilmiş üçüncü şəxs hüquqi mübahisənin predmetini müəyyən etmədiyi üçün bu çərçivədən kənara çıxa bilməz. - Eyni ilə, cəlb edilmiş şəxs tərəflərin dispozitivlik prinsipinə aid olan hərəkətlərinə (iddiadan imtina edilməsi, barışıq sazişinin bağlanması və s.) qarşı çıxa bilməz. O, hüquqi mübahisəyə özünün icraata cəlb edildiyi zaman mövcud olan vəziyyətdə daxil olur. - üçüncü şəxsin qüvvədə olan qanunvericilik normalarına əsasən hazırkı icraatda müstəqil iddia tələbi vermək hüququ mövcud olmadığından iddia ərizəsi mümkün sayılmamalıdır. - üçüncü şəxsin iddiasının mümkün sayılmamasını dair qərardad onun ayrıca inzibati icraat qaydasında iddia qaldırmaq imkanını istisna etmir.

10. Üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. Kassator hesab edir ki, apellyasiya məhkəməsi onun iddiasını mümkün hesab etməməklə İPM-in 29.1 və 29.2-ci maddələrinin tələblərini pozmuş, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadında olar hüquqi mövqeyə zidd qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 20 24-cü il tarixli, 2-1(103)-1974/2024 nömrəli qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inziba məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 27.3. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) v cavabdeh tərəflər hesab olunurlar. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxa instansiya məhkəməsinin i craatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanun qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüs ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatın cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəm üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğ edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qoruma məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətlə həyata keçirmək hüququna malikdirlər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassı zdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

14. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

15. Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli 01/ 2022 nömrəli qərardadı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. İş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı “Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a-ya dair ümumi sahəsi 39,3 kv.m göstərilməklə, yeni qeydiyyat aparılmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və 2 otaqlı mənzildə 2-ci mərtəbədə 1,8 kv.m mətbə x otağı ilə 1-ci mərtəbədə 1,2 kv.m hamam-sanitar qovşağı əlavə edilməklə texniki pasportun verilməsinə yönəlmişdir.

21. X2 iş üzrə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmiş və hazırkı əsas iddia üzrə işin birinci instansiya məhkəməsində icraatı zamanı qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək Səbail rayonu, Mirzə Mənsur küçəsi 94 saylı evin 9a saylı mənzilinə dair 25 avqust 2016-cı ildə və 06 iyul 2021-ci ildə qanunsuz tərtib edilmiş texniki pasportların ləğv edilməsi və 01 sentyabr 2016-cı ildə İddiaçı adına aparılan reyestr qeydiyyatında 1 kv.metr sahə ilə bağlı düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzib ati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadında olan hüquqi mövqeyə görə üçüncü şəxs qismində cəlbetmə baxılmaqda olan mübahisə üzrə iddiaçı və ya cavabdeh olmayan şəxsə öz hüquqi mənafelərini məhkəmə qarşısında müdafiə etmək imkanı, məhkəməyə isə bu cür qoşulma nəticəsində baxılan işin tam və hərtərəfli araşdırılmasına, obyektiv və qanuni qərarın qəbul edilməsinə şərait yaratmış olur.

23. Bundan əlavə inzibati hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində üçüncü şəxslərin inzibati məhkəmə icraatı gedişində müstəqil iddia tələbi irəli sürmək hüququ təsbit edilməmişdir.

24. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 29 -cu maddəsinin tələblərindən göründüyü kimi icraata cəlb edilmiş üçüncü şəxsin prosessual vəziyyəti ilə bağlı məhdudiyyətlər mövcuddur. Onun prosessual imkanları tərəflərin ərizə vermək hədləri ilə məhdudlaşır. Yəni cəlb edilmiş üçüncü şəxs hüquqi mübahisənin predmetini müəyyən etmədiyi üçün bu çərçivədən kənara çıxa bilməz. Eyni ilə, cəlb edilmiş şəxs tərəflərin dispozitivlik prinsipinə aid olan hərəkətlərinə (iddiadan imtina edilməsi, barışıq sazişinin bağlanması və s.) qarşı çıxa bilməz. O, hüquqi mübahisəyə özünün icraata cəlb edildiyi zaman mövcud olan vəziyyətdə daxil olur.

25. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, üçüncü şəxsin qüvvədə olan qanunvericilik normalarına əsasən hazırkı icraatda müstəqil iddia tələbi vermək hüququ mövcud olmadığından iddia ərizəsi mümkün sayılmamalıdır.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 21(103)-1974/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar