Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2167/2020 08.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “məlumatların təqdim olunması öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-79/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən iş ə şifahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehə ünvanlandığı xx.xx.2018-ci il tarixli vəkil sorğusunda tələb etdiyi: 2015, 2016, 2017 və 2018-ci illər üzrə xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülmüş tələbələrin cəmi sayı haqqında; 2015, 2016, 2017 və 2018-ci illər üzrə köçürülmüş tələbələrin xarici ölkədə oxuduqları ali təhsil müəssisəsinin adı və Azərbaycan Respublikasında köçürüldükləri ali təhsil müəssisəsinin adı haqqında; 2015, 2016, 2017 və 2018-ci illər üzrə köçürülmüş tələbələrin xarici ölkədə oxuduqları ali təhsil müəssisəsinin neçənci kursundan Azərbaycan Respublikasında hansı ali təhsil müəssisəsinin neçənci kursun a köçürüldükləri haqqında məlumatların ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)1477/2019 nömrəli qərarı ilə (hakim – E.M.Mustafayev) iddianın rədd edilməsi qərara alınmışdır.
3. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-79/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – V.M.Məmmədov, hakimlər – S.S.Seyidova və İ.B.Əhmədov) apellyasiya şikayətinin qismə n təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1477/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın qismən təmin edilərək 2015, 2016, 2017 və 2018-ci illər üzrə xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülmüş tələbələrin cəmi sayı haqqında məlumatın iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
5. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.
6. İddiaçı xx.xx.2020-ci il tarixində həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-79/2020 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin olanaraq mübahisə ilə bağlı işə dair yeni qərar qəbul edil məsini, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. b) Kassasiya şikayətinin mümkünlüyü
8. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-79/2020 nömrəli qərarını xx.xx.2020-ci il tarixində almış, kassasiya şikayətini isə xx.xx.2020-ci il tarixində vermiş, bununla da qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddətini ötürmüşdür.
9. Bundan başqa, iddiaçı tərəfindən verilmi ş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və vəkilin orderi şikayətə əlavə olunmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
11. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
12. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin in Həmin Məcəllənin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, kassasiya şikayəti üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. 14. 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
15. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
16. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.
17. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsin ə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
20. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
21. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Yuxarıda göstərilən işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixində ona təqdim olunmuş qərardan xx.xx.2020 -ci il tarixində kassasiya şikayəti verərək qanunvericiliklə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 ay müddətini ötürmüşdür.
23. Bununla bağlı iddiaçıya məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, həmin bildirişdə iddiaçıya kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddəti ötürdüyü, eləcə də kassasiya şikayətinə vəkil orderi əlavə olunmadığı bildirilmiş, məhkəmə iclasının təyin olunduğu vaxtadək (xx.xx.2020-ci il, saat 11:10) göstərilən nöqsanların aradan qaldırılması təklif edilmiş, əks halda iddiaçının şikayəti üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.
24. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasının təyin olunduğu vaxtadək göstərilən nöqsanları aradan qaldırmamış, prosessual müddətin ötürülmədiyini təsdiq edən süb utlar və ya ötürülmüş müddətin bərpasına dair əsaslandırılmış vəsatət təqdim etməmişdir.
25. Bundan başqa, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və vəkilin orderi şikayətə əlavə olunmamışdır ki, bu hal da şiikayət üzrə kassasiyanın mümkün sayılmaması üçün əsasdır.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü və kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-79/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.